Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 7(3-10)-59/2026 24.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Tahirov Zamin Cəbrayıl oğlu və Şükürov Imanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Həmidov Məhəmməd Müsviq oğlunun katibliyi, məhkum Məhkum və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Məhkum Məhkum məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair ərizəsinin təmin edilməməsi barədə Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli (hakim Pərvanə Məmmədova) qərarı ilə, ##.##.1987-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşamış məhkum Məhkum məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. işin halları: Məhkum Məhkum cəzasının çəkilməmiş qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə və mümkünlüyünə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iclasında məhkum Məhkum ərizəsini müdafiə edərək, bildirmişdir ki, cəza müddətinin 2/3 hissəsinin çoxunu çəkmişdir. Təxminən 5 (beş) ay çəkilməmiş cəzası qalmışdır. Odur ki, ərizəsinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında məhkumun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X2 ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında müəssisənin nümayəndəsi X1 mülahizəni məhkəməyə elan edərək bildirmişdir ki, məhkumun şəxsi işindən göründüyü kimi ##.##.2023cü il tarixdə X4 istintaq təcridxanasına gətirilmiş, cəza müddətinin qalan hissəsisini çəkmək üçün ##.##.2023-cü il tarixdən ümumi ağır rejimli korpusun 2-ci dəstəsinə keçirilmişdir. Məhkum dəstəyə gəldiyi ilk gündən ona daxili intizam qaydaları izah edilmiş, hüquq və vəzifələri başa salınmış, yer və yataq ləvazimatı ilə təmin olunmuşdur. Məhkumla mütamadi olaraq tərbiyəvi, əxlaqi, maarifləndirici söhbətlər aparılmış, faydalı məsləhətlər verilmiş və ona düzgün istiqamətlər göstərilmişdir. Cəza çəkdiyi müddət ərzində məhkum daxili intizam qaydalarını pozduğu üçün barəsində 1 (bir) dəfə tənbeh tədbiri tətbiq edilmişdir. ##.##.2024 - "15 gün CO" Cəza çəkdiyi müddət ərzində məhkum barəsində həvəsləndirmə tədbiri tətbiq edilməmişdir. Məhkum yoldaşları ilə münasibət qurmağı bacarır. Dəstədə keçirilən mədənikütləvi tədbirlərdə iştirak etməmişdir. Əməyə münasibəti qismən qənaətbəxşdir. Məhkum asudə vaxtlarında televiziya verilişlərini izləyir, yataq yerini səliqəli saxlayır, stolüstü oyunlar oynayır, şəxsi gigiyena qaydalarına fikir verir. Hal-hazırda törətdiyi cinayətdə günahını etiraf edir və peşman olduğunu bildirir. Hökm üzrə təyin edilmiş 34 manat 55 qəpik ekspertiza xərci cəza çəkdiyi müddət ərzində dövlət nəfinə ödənilmişdir. Ailəsi və yaxın qohumları ilə telefon və görüş vasitəsi ilə əlaqə saxlayır. Xasiyyətcə ünsiyyətcil məhkumdur. Ədliyyə Nazirliyi Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı ilə yaradılmış "Müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı" komissiya məhkum Məhkum Məntəqə tipli cəzaçəəkmə müəssisəsinə keçirilməsinə müsbət rəy vermişdir. Məhkumun Məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi məqsədə müvafiq hesab edilir. Mülahizəyə uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru, R Prokuror ərizənin təmin edilməməsini xahiş etmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından məhkum Məhkum tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkum Məhkum verdiyi apellyasiya şikayətində Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və humanist qərar qəbul edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından apellyasiya protesti, eləcə də verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən məhkum Məhkum və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin dəlillərinə oxşar məzmunda çıxış edərək şikayətin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkum Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru və cəzaçəkmə müəssisəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət- Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iş materiallarını və məhkumun şəxsi işini apellyasiya şikayətinin dəlilləri ilə birlikdə araşdırıb, proses iştirakçılarının apellyasiya şikayətinin dəlilləri ilə bağlı xahişlərini nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilən əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 514.1-ci maddəsinə əsasən, cəzaçəkmə müəssisələrinin növünün dəyişdirilməklə məhkumun bir növ cəzaçəkmə müəssisəsindən başqa növ cəzaçəkmə müəssisəsinə keçirilməsi cinayət qanununun müddəalarına müvafiq olaraq, məhkumun ərizəsi və ya cəzaçəkmə müəssisəsinin təqdimatı əsasında cəzaçəkmə müəssisəsinin mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli **/**** saylı qərarına əsasən, məhkəmənin təyin etdiyi cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi həm məhkumların islah olunmaları üçün, həm də qanunla və normativ hüquqi aktla müəyyən olunmuş cəzaçəkmə müəssisələrində rejimə riayət olunmasına stimul yaradır. “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növu ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli, * saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunub-olunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Həmin qərarda o da qeyd olunmuşdur ki, məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunub-olunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 56.4-cü maddəsində isə göstərilir ki, hökmün icrası qaydasında cəzaçəkmə müəssisəsinin növü dəyişdirilə bilər. Azərbaycan Respublikasının Cəzaların Icrası Məcəlləsinin 70.1-ci maddəsinə əsasən ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər istisna olmaqla, davranışından və əməyə münasibətindən asılı olaraq məhkumlar cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilə bilərlər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən müsbət xarakterizə edilən məhkumlar cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilə bilərlər. Həmin Məcəllənin Cəzaların Icrası Məcəlləsinin 70.2.3-cü maddəsinə əsasən ilk dəfə ağır cinayət törətmiş məhkumlar ümumi rejimli cəzaçəkmə müəssisələrindən-məntəqə tipli cəzaçəkmə müəssisələrinə-cəza müddətinin ən azı üçdə iki hissəsini çəkdikdə keçirilə bilərlər. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin X4 mülahizəsindən və əlavə olunan sənədlərdən görünür ki, məhkum Məhkum qəsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 855 qram miqdarda narkotik vasitə qurudulmuş marixuananı müəyyən olunmayan mənbədən əldə edib saxlamış, Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhərində saxlanılmış və PŞ-nə gətirilərək, üzərinə şəxsi axtarış keçirilən zaman satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda əldə edib saxladığı 855 qram miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Şəki ACM-nin ##.##.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-nin 66.5-ci maddəsinə əsasən Yevlax RM-nin ##.##.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 1 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının qalan 10 ay 29 günü qalan hissəsi hazırki hökmlə birləşdirərək məhkuma qəti olaraq, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 3 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəza müddətinin əvvəli: ##.##.2023-ci il tarixdən hesablanır,cəza müddətinin sonu: ##.##.2026-cı il tarixdə başa çatır. Məhkum ##.##.2023-cü il tarixdə X4 istintaq təcridxanasına gətirilmiş, cəza müddətinin qalan hissəsisini çəkmək üçün ##.##.2023-cü il tarixdən ümumi ağır rejimli korpusun 2-ci dəstəsinə keçirilmişdir. Məhkum dəstəyə gəldiyi ilk gündən ona daxili intizam qaydaları izah edilmiş, hüquq və vəzifələri başa salınmış, yer və yataq ləvazimatı ilə təmin olunmuşdur. Məhkumla mütamadi olaraq tərbiyəvi, əxlaqi, maarifləndirici söhbətlər aparılmış, faydalı məsləhətlər verilmiş və ona düzgün istiqamətlər göstərilmişdir. Cəza çəkdiyi müddət ərzində məhkum daxili intizam qaydalarını pozduğu üçün barəsində 1 (bir) dəfə tənbeh tədbiri tətbiq edilmişdir. ##.##.2024 - "15 gün CO" Cəza çəkdiyi müddət ərzində məhkum barəsində həvəsləndirmə tədbiri tətbiq edilməmişdir. Məhkum yoldaşları ilə münasibət qurmağı bacarır. Dəstədə keçirilən mədənikütləvi tədbirlərdə iştirak etməmişdir. Əməyə münasibəti qismən qənaətbəxşdir. Məhkum asudə vaxtlarında televiziya verilişlərini izləyir, yataq yerini səliqəli saxlayır, stolüstü oyunlar oynayır, şəxsi gigiyena qaydalarına fikir verir. Hal-hazırda törətdiyi cinayətdə günahını etiraf edir və peşman olduğunu bildirir. Hökm üzrə təyin edilmiş 34 manat 55 qəpik ekspertiza xərci cəza çəkdiyi müddət ərzində dövlət nəfinə ödənilmişdir. Ailəsi və yaxın qohumları ilə telefon və görüş vasitəsi ilə əlaqə saxlayır. Xasiyyətcə ünsiyyətcil məhkumdur. Ədliyyə Nazirliyi Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı ilə yaradılmış "Müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı" komissiya məhkum Məhkum Məntəqə tipli cəzaçəəkmə müəssisəsinə keçirilməsinə müsbət rəy vermişdir. Məhkumun Məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi məqsədə müvafiq hesab edilir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkumun mülahizə üzrə müsbət xarakterizə olunmasına baxmayaraq, məhkumun cəza çəkdiyi müddət ərzində digər məhkumlar üçün nümunə ola biləcək davranışının nədən ibarət olmasını müəyyən etmək mümkün olmamışdır. Qeyd olunanları, məhkum Məhkum törətdiyi cinayətin xarakterini, ictimai təhlükəliliyini nəzərə alaraq birinci instansiya məhkəməsi hesab etmişdir ki, cəzanın məqsədləri baxımından məhkumun islah olunduğunu və azad cəmiyyətdə yaşamağa hazır olduğunu qəbul etmək üçün hazırda kifayət qədər əsaslar yoxdur. Hazırda məhkumun islah olunmaq məqsədilə cəzasını tam çəkməsi üçün zərurət aradan qalxmamışdır. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və əlavə olaraq qeyd edir ki, iş materiallarına əlavə edilmiş mülahizədən də göründüyü kimi Məhkum barəsində cəza çəkdiyi müddət ərzində həvəsləndirmə tədbiri tətbiq edilməmiş və 1 (bir) dəfə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkum dəstədə keçirilən mədəni-kütləvi tədbirlərdə iştirak etməmişdir. Əməyə münasibəti qismən qənaətbəxşdir. Qeyd olunanlardan əlavə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, narkomaniya ümumbəşəri bəlaya çevrilərək fiziki mənada ayrı-ayrı xalqların genofonduna, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə sarsıdıcı zərbələr vurur, qarşısının alınması külli miqdarada xərclər bahasına böyük çətinliklər yaradır. Məhz buna görə də Birləşmiş Millətlər Təşkilatının 1961-ci il “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il “Psixotrop maddələr haqqında” və 1988ci il “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Konvensiyalarda narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri hesab edilmişdir. Azərbaycan Respublikası bu konvensiyalara qoşulmaqla bu qəbildən olan cinayətkarlıqla mübarizədə üzərinə mühüm vəzifələr götürmüşdür. Belə olan halda məhkəmə kollegiyası narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün “ağ ölüm” kimi bir bəlaya çevrilmiş bu qəbilədən olan cinayətləri törətmiş məhkumlar barəsində kifayət qədər əsaslar olmadan təyin edilmiş cəzanın qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi əsaslı və ədalətli hesab etmək olmaz. Cəzaların Icrası Məcəlləsinin 8-ci maddəsinə əsasən, məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Şərh olunаnlаrа əsаsən məhkəmə kollegiyаsı belə nəticəyə gəlir ki, məhkum Məhkum məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair ərizəsinin təmin edilməməsinə dair Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı qanuni və əsaslıdır. Ona görə də, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 7(5-158)-133/2026 nömərli qərarı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Məhkum məhkəmə iclasında hüquqlarının müdafiəsi Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tapşırılmışdır. Müdafiəçi Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatdan görünür ki, hazırki işin baxılması ilə bağlı müdafiəçi cəmi 3 saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # ###### tarixli ** nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2025-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67- 1.2-ci maddələrində” sözləri əlavə edilsin və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilsin. Odur ki, Məhkum göstərilən hüquqi yardıma görə müdafiəçi Müdafiəçi 33 manat haqq hesablanıb “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və CPM-in 397, 398.1, 399, 400, 401, 407 və 408, 520.7-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qərara aldı: Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Müdafiəçi Müdafiəçi əmək haqqı ödənilməsi üçün dövlət hesabına 33 manat vəsait Müdafiəçi “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Müştərinin hesab N-si: AZ81UBAZ19313531140090AZN001 “xxxx”xxxx“xxxx” ASC-nin Şəki rayon filialı; VÖEN: **********; KOD: 502531; SWIFT: UBAZAZ22 Müxbir hesabı: AZ46NABZ01350100000000015944. Qərar elan olunduğu vaxtdan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-10)-59/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-10)-59/2026
24.06.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver