Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 7(3-10)-60/2026 07.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Şükürov Imanverdi Həşimxan oğlu və Eyvazov Akif Məhərləm oğlundan ibarət tərkibdə, Ibrahimov Səbuhi Təmraz oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar Icraatlar Idarəsinin prokuroru, R Dövlət ittihamçısı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X11 TITŞ-nin böyük inspektoru, ədliyyən Ru X1, məhkum Məhkum və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Məhkum Məhkum cəzasının qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair ərizəsinin təmin edilməməsi barədə Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından məhkum Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı (hakim A.Mövlayev) qərarı ilə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X10 cəza çəkən məhkum Məhkum cəzasının qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. işin halları: ##.##.1959-cu ildə Varteşen (indiki Oğuz) rayonu Vardanlı kəndində doğulmuş, 66 yaşlı, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Oğuz Peşə Məktəbinin direktoru vəzifəsində işləmiş, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Oğuz rayonu, Kərimli kəndində yaşamış, ##.##.2003-cu il tarixdən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Oğuz Peşə Məktəbinin direktoru vəzifəsində işləmiş məhkum Məhkum Şəki Ağır Cinayətlər Məhkəməsinin ##.##.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 311.3.2, 311.3.3, 46.2-ci maddələri ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. ##.##.2020-ci il tarixdən X10 cəza çəkən məhkum Məhkum ərizə ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, qalan cəzanın yüngülləşdirilərək məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cəzasının əvvəli ##.##.2019-cu il tarixdən hesablanır və ##.##.2027-ci il tarixdə başa çatır. Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)- ***/**** saylı (hakim A.Mövlayev) qərarı ilə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X10 cəza çəkən məhkum Məhkum cəzasının qalan hissəsini çəkmək üçün məntəqə tipli Cəzaçəkmə Müəssisəsinə keçirilməsinə dair ərizəsi təmin edilməmişdir. Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından məhkum Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkum Məhkum müdafiəçisi Müdafiəçi verilmiş apellyasiya şikayətində Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini və məhkum X5 məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından apellyasiya protesti, eləcə də verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlilləri ilə bağlı çıxış edən məhkum Məhkum yüksək dərəcəli şəkər xəstəsi olmasını, ürək xəstəsi olmasını, аrvаdının аğır xəstə оlmаsını, həmçinin nümunəvi məhkum olmasını, 8 dəfə təşəkkür аlmаsını və bir dəfə də оlsun intizаm tənbehi аlmаmаsını, yаşlı оlmаsını və əməlindən səmimi peşman olmasını nəzərə alаrаq müdаfiəçisinin verdiyi аpellyаsiyа şikаyətinin təmin edilməsini və оnun cəzаsının qаlаn hissəsini çəkmək üçün məntəqə tipli cəzаçəkmə müəssisəsinə keçirilməsini xаhiş etmişdir. Məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlilləri ilə bağlı çıxış edən məhkum Məhkum müdafiəçisi Müdafiəçi apellyasiya şikayətində göstərilmiş xüsusatlarla bağlı oxşar məzmunda çıxış edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X11 TITŞ-nin böyük inspektoru, R X1 tərəfindən verilmiş mülahizəni müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar Icraatlar Idarəsinin prokuroru, R Dövlət ittihamçısı məhkum Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CPM və ya CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası icraat materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəfləri dinləyərək hesab edir ki, məhkum Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilməli, məhkum Məhkum ərizəsi təmin edilməli və o, cəzasının qalan hissəsini şəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 514.1-ci maddəsinə əsasən, cəzaçəkmə müəssisələrinin növünün dəyişdirilməklə məhkumun bir növ cəzaçəkmə müəssisəsindən başqa növ cəzaçəkmə müəssisəsinə keçirilməsi cinayət qanununun müddəalarına müvafiq olaraq, məhkumun ərizəsi və ya cəzaçəkmə müəssisəsinin təqdimatı əsasında cəzaçəkmə müəssisəsinin mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növu ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» ## ####### 2010-cu il tarixli **/**** saylı qərarına əsasən, məhkəmənin təyin etdiyi cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi həm məhkumların islah olunmaları üçün, həm də qanunla və normativ hüquqi aktla müəyyən olunmuş cəzaçəkmə müəssisələrində rejimə riayət olunmasına stimul yaradır. Iş materialında olan X11 mülahizəsindən görünür ki, məhkum Məhkum ##.##.2020-ci il tarixdə X11 istintaq təcridxanasına daxil olmuşdur. Məhkum ##.##.2021-ci il tarixdən X11 təsərrüfat briqadasında cəza çəkir. Məhkum müəssisəyə gəldiyi ilk gündən ona daxili intizam qaydaları izah edilmiş, hüquq və vəzifələri başa salınmış, yer və yataq ləvazimatı ilə təmin olunmuşdur. Məhkum ***/t saylı əmrlə ##.##.2023-cü il tarixdən müəssisədə hamamxana fəhləsi vəzifəsində işləyir. Məhkumla mütəmadi olaraq tərbiyəvi söhbətlər aparılmış, ona düzgün istiqamətlər göstərilmiş, cəmiyyətdə qəbul edilmiş davranış, əxlaq normaları izah edilmiş və faydalı məsləhətlər verilmişdir. Məhkum dəstədə keçirilən mədəni-kütləvi tədbirlərə və abadlıq işlərinə cəlb edilmiş, tədbirlərdə iştirak etmişdir. Məhkumla mütəmadi olaraq tərbiyəvi, maarifləndirici, əxlaqi söhbətlər davam etdirilmişdir. Məhkum peşə təhsilinə cəlb edilmiş, özfəaliyyət təşkilatında iştirak etmişdir. Məhkumun əməyə münasibəti müsbətdir. Cəza çəkdiyi müddət ərzində məhkum barəsində tənbeh tədbiri tətbiq edilməmişdir, əməyə olan müsbət münasibəti, dəstədə keçirilən mədəni-kütləvi tədbirlərdə fəal iştirakı və nümunəvi davranışı nəzərə alınaraq müəssisə rəhbərliyi tərəfindən onun barəsində 8 dəfə həvəsləndirmə tədbiri tətbiq edilmişdir. ##.##.2020-ci il tarixdə məhkumun nümunəvi davranışı nəzərə alınaraq "Qurban bayramı" ilə olaqədar olaraq "Təşəkkür" elan edilmişdir. ##.##.2022-ci il tarixdə əməyə olan müsbət münasibəti, nümunəvi davranışı və dəstədə keçirilən tərbiyəvi tədbirlərdə fəal iştirakı nəzərə alınaraq "Ramazan bayramı" ilə əlaqədar olaraq ona "Təşəkkür" elan edilmişdir. ##.##.2023-cü il tarixdə əməyə olan müsbət münasibəti, nümunəvi davranışı və dəstədə keçirilən tərbiyəvi tədbirlərdə fəal iştirakı nəzərə alınaraq "Novruz bayramı" ilə əlaqədar olaraq "Təşəkkür" elan edilmişdir. ##.##.2024-cü il tarixdə ##.##.2024-cü ildə keçirilən prezident seçkilərində fəal iştirak etdiyi üçün barəsində "Təşəkkür" elan edilmişdir. ##.##.2024-cu il tarixdə nümunəvi davranışı və dəstədə keçirilən tərbiyəvi tədbirlərdə fəal iştirakı nəzərə alınaraq barəsində "Təşəkkür" elan edilmişdir. ##.##.2025-ci il tarixdə dəstədə keçirilən "dama" yarışında fəal iştirakı nəzərə alınaraq "Müstəqillik günü" ilə əlaqədar olaraq "Əlavə telefon danışığına" icazə verilmişdir. ##.##.2025-ci il tarixdə əməyə olan müsbət münasibəti, nümunəvi davranışı və dəstədə keçirilən tərbiyəvi tədbirlərdə fəal iştirakı nəzərə alınaraq “20 sentyabr dövlət suverenliyi və müstəqilliyi günü” ilə əlaqədar olaraq “Təşəkkür” elan edilmişdir. ##.##.2026- cı il tarixdə əməyə olan müsbət münasibəti, nümunəvi davranışı və dəstədə keçirilən tərbiyəvi tədbirlərdə fəal iştirakı nəzərə alınaraq “Ramazan və Novruz bayramı” münasibəti ilə əlaqədar olaraq “Saxlanma şəraitini yaxşılaşdırma” tətbiq edilmişdir. Məhkum yoldaşları ilə münasibət qurmağı bacarır, asudə vaxtlarında televiziya verilişlərini izləyir, stolüstü oyunlar oynayır, kitab oxuyur, şəxsi gigiyena qaydalarına fikir verir, yataq yerini səliqəli saxlayır. Hal-hazırda törətdiyi cinayətdə günahını etiraf edir, əməlinə görə peşman olduğunu bildirir. Hökm üzrə təyin edilmiş 150 manat ekspertiza xərci ödənilmişdir və iş üzrə mülki iddia yoxdur. Məhkum ailəsi və yaxın qohumları ilə görüş, telefon qovşağı vasitəsilə əlaqə saxlayır. Xasiyyətcə ünsiyyətcil məhkumdur. Ədliyyə Nazirliyi Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı ilə yaradılmış "Müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı" komissiya məhkum Məhkum Məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə müsbət rəy vermişdir. Məhkumun Məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi məqsədə müvafiq hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növu ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» ## ####### 2010-cu il tarixli * nömrəli qərarının 12-ci bəndində göstərilmişdir ki, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi özündə iki bir-birinə əks olan müraciəti ehtiva edir. Belə ki, bu sahədə olan qanunun mənasına görə ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər istisna olmaqla, davranışından və əməyə münasibətindən asılı olaraq müsbət xarakterizə edilən məhkumlar cəzanın qanunla müəyyən olunmuş hissəsini çəkdikdən sonra məhkumun ərizəsi və ya cəzaçəkmə müəssisəsinin təqdimatı əsasında cəzaçəkmə müəssisəsinin mülahizəsi nəzərə alınmaqla cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə, yəni həbsxanadan cəzaçəkmə müəssisələrinə, ümumi və ciddi rejimli cəzaçəkmə müəssisələrindən məntəqə tipli cəzaçəkmə müəssisələrinə keçirilə bilərlər. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 56.4-cü maddəsində isə göstərilir ki, hökmün icrası qaydasında cəzaçəkmə müəssisəsinin növü dəyişdirilə bilər. Аzərbаycаn Respublikаsı Cəzaların Icrası Məcəlləsinin (bundаn sоnrа Аzərbаycаn Respublikаsı CIM) 70.1-ci maddəsinə əsasən ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər istisna olmaqla, davranışından və əməyə münasibətindən asılı olaraq məhkumlar cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilə bilərlər. Аzərbаycаn Respublikаsı CIM-nin 70.2-ci maddəsinə əsasən müsbət xarakterizə edilən məhkumlar cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilə bilərlər. Аzərbаycаn Respublikаsı CIM-nin 70.2.3-cü mаddəsinə əsаsən ilk dəfə ağır cinayət törətmiş məhkumlar ümumi rejimli cəzaçəkmə müəssisələrindən - məntəqə tipli cəzaçəkmə müəssisələrinə - cəza müddətinin ən azı üçdə iki hissəsini çəkdikdə keçirilir. Göründüyü kimi, qanunvericilik ilk dəfə аğır cinayət törətmiş məhkumun ümumi rejimli cəzaçəkmə müəssisələrindən-məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsini məhkumun davranışı və əməyə münasibəti, habelə cəza müddətinin ən azı üçdə iki hissəsinin çəkilməsi ilə şərtləndirmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkumun mülahizə üzrə müsbət xarakterizə olunmasına baxmayaraq, məhkumun cəza çəkdiyi müddət ərzində digər məhkumlar üçün nümunə ola biləcək davranışının nədən ibarət olmasını müəyyən etmək mümkün olmamışdır. Apellyasiya məhkəməsi iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır. Belə ki, iş mаteriаllаrı ilə müəyyən оlunur ki, məhkum Nəcməddinоv Аzər Nəcməddin оğlu cəzа çəkdiyi müddətdə əməyə müsbət münаsibəti, cəzаçəkmə müəssisəsində keçirilən mədəni-kütləvi tədbirlərdə və аbаdlıq işlərində fəаl iştirаkı ilə seçilmiş, yoldaşları ilə münasibət qurmağı bacarmış, cəzaçəkmə qaydalarına ciddi riayət etmiş, bаrəsində 8 dəfə həvəsləndirmə tədbiri tətbiq edilmiş və bir dəfə də оlsun tənbeh tədbiri tətbiq edilməmişdir ki, məhkumun bu dаvrаnışı dа digər məhkumlаr üçün nümunə оlа biləcək dаvranışdır. Belə ki, işdə оlаn cəzаçəkməsi müəssisəsinin mülаhizəsindən və məhkumun şəxsi iş mаteriаllаrındаn görünür ki, məhkum Nəcməddinоv Аzər Nəcməddin oğlu ##.##.2020-ci il tarixdə X11 istintaq təcridxanasına daxil olmuşdur. Məhkum ##.##.2021-ci il tarixdən X11 təsərrüfat briqadasında cəza çəkir. Məhkum Nəcməddinоv Аzər Nəcməddin oğlu müəssisəyə gəldiyi ilk gündən ona daxili intizam qaydaları izah edilmiş, hüquq və vəzifələri başa salınmış, yer və yataq ləvazimatı ilə təmin olunmuşdur. Məhkum ***/t saylı əmrlə ##.##.2023-cü il tarixdən müəssisədə hamamxana fəhləsi vəzifəsində işləyir. Məhkumla mütəmadi olaraq tərbiyəvi söhbətlər aparılmış, ona düzgün istiqamətlər göstərilmiş, cəmiyyətdə qəbul edilmiş davranış, əxlaq normaları izah edilmiş və faydalı məsləhətlər verilmişdir. Məhkum dəstədə keçirilən mədəni-kütləvi tədbirlərə və abadlıq işlərinə cəlb edilmiş, tədbirlərdə iştirak etmişdir. Məhkumla mütəmadi olaraq tərbiyəvi, maarifləndirici, əxlaqi söhbətlər davam etdirilmişdir. Məhkum peşə təhsilinə cəlb edilmiş, özfəaliyyət təşkilatında iştirak etmişdir. Məhkumun əməyə münasibəti müsbətdir. Cəza çəkdiyi müddət ərzində məhkum barəsində tənbeh tedbiri tətbiq edilməmişdir, əməyə olan müsbət münasibəti, dəstədə keçirilən mədəni-kütləvi tədbirlərdə fəal iştirakı və nümunəvi davranışı nəzərə alınaraq müəssisə rəhbərliyi tərəfindən onun barəsində 8 dəfə həvəsləndirmə tədbiri tətbiq edilmişdir. ##.##.2020-ci il tarixdə məhkumun nümunəvi davranışı nəzərə alınaraq "Qurban bayramı" ilə olaqədar olaraq "Təşəkkür" elan edilmişdir. ##.##.2022-ci il tarixdə əməyə olan müsbət münasibəti, nümunəvi davranışı və dəstədə keçirilən tərbiyəvi tədbirlərdə fəal iştirakı nəzərə alınaraq "Ramazan bayramı" ilə əlaqədar olaraq ona "Təşəkkür" elan edilmişdir. ##.##.2023-cü il tarixdə əməyə olan müsbət münasibəti, nümunəvi davranışı və dəstədə keçirilən tərbiyəvi tədbirlərdə fəal iştirakı nəzərə alınaraq "Novruz bayramı" ilə əlaqədar olaraq "Təşəkkür" elan edilmişdir. ##.##.2024-cü il tarixdə ##.##.2024-cü ildə keçirilən prezident seçkilərində fəal iştirak etdiyi üçün barəsində "Təşəkkür" elan edilmişdir. ##.##.2024-cu il tarixdə nümunəvi davranışı və dəstədə keçirilən tərbiyəvi tədbirlərdə fəal iştirakı nəzərə alınaraq barəsində "Təşəkkür" elan edilmişdir. ##.##.2025-ci il tarixdə dəstədə keçirilən "dama" yarışında fəal iştirakı nəzərə alınaraq "Müstəqillik günü" ilə əlaqədar olaraq "Əlavə telefon danışığına" icazə verilmişdir. ##.##.2025-ci il tarixdə əməyə olan müsbət münasibəti, nümunəvi davranışı və dəstədə keçirilən tərbiyəvi tədbirlərdə fəal iştirakı nəzərə alınaraq “20 sentyabr dövlət suverenliyi və müstəqilliyi günü” ilə əlaqədar olaraq “Təşəkkür” elan edilmişdir. ##.##.2026- cı il tarixdə əməyə olan müsbət münasibəti, nümunəvi davranışı və dəstədə keçirilən tərbiyəvi tədbirlərdə fəal iştirakı nəzərə alınaraq “Ramazan və Novruz bayramı” münasibəti ilə əlaqədar olaraq “Saxlanma şəraitini yaxşılaşdırma” tətbiq edilmişdir. Məhkum Nəcməddinоv Аzər Nəcməddin oğlu yoldaşları ilə münasibət qurmağı bacarır, asudə vaxtlarında televiziya verilişlərini izləyir, stolüstü oyunlar oynayır, kitab oxuyur, şəxsi gigiyena qaydalarına fikir verir, yataq yerini səliqəli saxlayır. Hal-hazırda törətdiyi cinayətdə günahını etiraf edir, əməlinə görə peşman olduğunu bildirir. Hökm üzrə təyin edilmiş 150 manat ekspertiza xərci ödənilmişdir və iş üzrə mülki iddia yoxdur. Məhkum ailəsi və yaxın qohumları ilə görüş, telefon qovşağı vasitəsilə əlaqə saxlayır. Xasiyyətcə ünsiyyətcil məhkumdur. Ədliyyə Nazirliyi Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı ilə yaradılmış "Müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı" komissiya məhkum Məhkum məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə müsbət rəy vermişdir. Məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi məqsədə müvafiq hesab edilir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli **/**** saylı qərarına əsasən, məhkəmənin təyin etdiyi cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi həm məhkumların islah olunmaları üçün, həm də qanunla və normativ hüquqi aktla müəyyən olunmuş cəzaçəkmə müəssisələrində rejimə riayət olunmasına stimul yaradır. Hazırki işin əsas predmetinin cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi məsələsinin olmasını nəzərə alan məhkəmə kollegiyası, dövlətin cəza siyasətinin əsas məqsədini, ruhunu və sosial nəticəsini qarşılıqlı şəkildə təhlil etməyi vacib hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Məhz bundan irəli gələrək, Konstitusiyada hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ (26-cı maddə), hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat hüququ təsbit edilmişdir (60-cı maddə). Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Məhkəmə kollegiyası xüsusilə qeyd etməyi zəruri hesab edir ki, şəxsin cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi, məhkum barədə tətbiq edilən cəza siyasətinin xarakterini deyil, realizə üsulunu dəyişməkdədir. Bu zaman əlbəttə ki, sosial ədalət prinsipi, məhkumun fərdi keyfiyyətləri, cinsiyyəti, yaşı, ailə vəziyyəti, ətrafdakı şəxslərlə münasibəti nəzərə alınmalı olan əsas şərtlət arasındadır. Məhkumun törətdiyi hüquqi zidd cinayət xarakterli əməlin peşmançılığını çəkməsi, nisbətən onun qanunvericilik ruhunda tərbiyə olunmasının göstəricisidir. Məhkumun nümunəvi olması, barəsində dəfələrlə həvəsləndirmə tədbirlərinin tətbiq edilməsi, həmçinin ailəsinə olan bağlılığı məhkəmədə o qənaət formalaşdırır ki, cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməklə məhkum barəsində cəza siyasətinin məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə kоllegiyаsı onu da qeyd etməyi vacib hesab edir ki, sosial və hüquqi dövlətin əsas meyarlarından biri, hər bir fərdin cəmiyyətə inteqrasiyasını təşviq etməkdir. Məhkumların da cəmiyyətə inteqrasiyası üçün onların reabilitasiya olunması vacibdir ki, bu da məhkumun cəza çəkmə məkanlarından kənarda cəmiyyətlə əlaqələrini ehtiva edir. Müəyyən şərtlər daxilində və nəzarət altında məhkumun cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinin məhz əsas məqsədi, məhkumların cəmiyyətə adaptasiyası və inteqrasiyasıdır. Məhz bu səbəblərdir ki, Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında qanun qəbul edilmişdir. Məhz həmin qanunun da əsas məqsədi məhkumları cəmiyyətə qazandırmaq və sosial mühitin tərkib hissəsinə çevirməkdir. Beynəlxalq hüquqda da məhkumların cəmiyyətə inteqrasiyası üçün müəyyən sənədlər qəbul edilmişdir ki, məhz bu əsaslardan biri də BMT-nin qəbul etdiyi X7 Qaydalar Toplusudur (X8). Həmin qaydaların ümumi təhlilindən müəyyən olur ki, məhkumlarla davranışlar onların cəmiyyətə qazandırılması istiqamətindədir. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası CIM-nin 70.1-ci maddəsinə əsasən ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər istisna olmaqla, davranışından və əməyə münasibətindən asılı olaraq məhkumlar cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilə bilərlər. Həmçinin, “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişilməsi daha yüngül növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli, * saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisəsnin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunub-olunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Hazırda öyrənilən işdən görünür ki, məhkum ona təyin edilmiş 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının altı ilindən artığını, yəni üçdə ikisindən artıq hissəsini çəkmişdir. Etdiyi əmələ görə səmimi peşmançılıq hissi keçirir. О, iş üzrə ekspertizа xərcini ödəmişdir və iş üzrə mülki iddiа yоxdur. Оnun bаrəsində cəzаçəkmə müəssisəsinin mülаhizəsi müsbətdir. Аzərbаycаn Respublikаsı CIM-in 8-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Bu baxımdan da, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, məhkum Məhkum dаvrаnışı onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir. Həmçinin iş mаteriаllаrındаn görünür ki, Ədliyyə Nazirliyi Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı ilə yaradılmış "Müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı" komissiya məhkum Məhkum məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə müsbət rəy vermişdir. Məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi məqsədə müvafiq hesab edilmişdir. Iş mаteriаllаrındаn görünür ki, məhkum Məhkum оnа təyin оlunmuş аzаdlıqdаn məhrum etmə cəzasının hаzırki günə çəkilməmiş qalan hissəsi 1 (bir) il 2 (iki) ay 26 (iyirmi altı) gün təşkil edir. Şərh olunаnlаrа əsаsən məhkəmə kollegiyаsı belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X10 cəza çəkən məhkum Məhkum cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair ərizəsinin təmin etməməkdə düzgün qərara gəlməmişdir. Ona görə də məhkum Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilməli və məhkumun ərizəsi təmin edilməli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X10 cəza çəkən məhkum Məhkum оnа təyin оlunmuş аzаdlıqdаn məhrum etmə cəzasının çəkilməmiş qalan 1 (bir) il 2 (iki) ay 26 (iyirmi altı) gün hissəni çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkum Məhkum məhkəmə kollegiyası iclasında hüquqlarının müdafiəsi Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tapşırılmışdır. Müdafiəçi Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatdan görünür ki, hazırki işin baxılması ilə bağlı müdafiəçi cəmi 5 saat vaxt sərf etmişdir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # ###### tarixli ** nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2025-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67- 1.2-ci maddələrində” sözləri əlavə edilsin və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilsin. Odur ki, məhkum Məhkum Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası iclasında göstərilən hüquqi yardıma görə müdafiəçi Müdafiəçi 55 manat haqq hesablanıb “xxxx” ASCnin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1 və 398.1.2-ci mаddələrinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1, 398.1.2, 400, 407, 408 və 520-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Məhkum Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Iş üzrə Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilsin. Məhkum Məhkum ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X10 cəza çəkən məhkum Məhkum оnа təyin оlunmuş аzаdlıqdаn məhrum etmə cəzasının çəkilməmiş qalan 1 (bir) il 2 (iki) ay 26 (iyirmi altı) gün hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilsin. Müdafiəçi Müdafiəçi əmək haqqı ödənilməsi üçün dövlət hesabına 55 manat vəsait Müdafiəçi “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Müştərinin hesab N-si: AZ81UBAZ19313531140090AZN001 “xxxx”xxxx“xxxx” ASC-nin Şəki rayon filialı; VÖEN: **********; KOD: 502531; SWIFT: UBAZAZ22 Müxbir hesabı: AZ46NABZ01350100000000015944. Qərar elan olunduğu vaxtdan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-10)-60/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-10)-60/2026
07.09.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver