Məhkəmə qərarları › İş №7(3-10)-62/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-10)-62/2026

20.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 7(3-10)-62/2026 20.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Şükürov Imanverdi Həşimxan oğlu və Eyvazov Akif Məhərləm oğlundan ibarət tərkibdə, Xəlilov Ramin Ramiz oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar Icraatlar Idarəsinin prokuroru, R Prokuror, Аzərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Penitensiаr Xidmətin X10 nümayəndəsi X1, məhkum Məhkum və onun müdafiəçisi - Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, Məhkum Məhkum ciddi rejimli çəzaçəkmə müəssisəsindən ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilməsi dair ərizəsinin təmin edilməməsi barədə Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından məhkum Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim Ş.Cəfərova) ## ### 2026-cı il tarixli, *(*-***)- ***/**** saylı (hakim P.Məmmədova) qərarı ilə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Penitensiar Müəssisəsində cəza çəkən məhkum Məhkum cəzanın qalan hissəsini çəkmək üçün ciddi rejimli cəzaçəkmə müəssisəsindən ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Işin halları: Məhkum Məhkum cəzanın qalan hissəsini çəkmək üçün ciddi rejimli cəzaçəkmə müəssisəsindən ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkum Məhkum birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında artıq ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının 2/3 hissəsindən çoxunu çəkdiyini bildirərək, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında müdafiəçi öz çıxışında məhkumun cəzasının çox hissəsini çəkdiyini, ekspertiziya xərcinin ödənildiyini, məhkumun islah olduğunu bildirmiş, məhkumun ərizəsinin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru, R Prokuror ərizənin təmin edilməməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Аzərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Penitensiаr Xidmətin X10 nümayəndəsi X4 bildirmişdir ki, məhkumun şəxsi işindən göründüyü kimi, cəzasının bir hissəsini * saylı istintaq təcridxanasında həbsdə saxlanılmış, həbsxana və ** saylı cəzaçəkmə müəssisələrində cəza çəkmişdir. Məhkum Məhkum cəzasının qalan hissəsini çəkmək üçün ##.##.2022-ci il tarixdə X7 gətirilmiş, ##.##.2022-ci il tarixdə müəssisənin ciddi rejim 1-ci dəstəsinə keçirilmişdir. Məhkum cəza çəkdiyi müddət ərzində daxili intizam qaydalarını pozduğuna görə rəhbərlik tərəfindən barəsində 8 dəfə tənbeh tədbiri tətbiq olunmuşdur. Hal-hazırda qüvvədə olan tənbeh cəzası yoxdur. Məhkum müəssisəyə gətirildiyi ilk gündən ona daxili intizam qaydaları izah edilmiş, hüquq və vəzifələri başa salınmışdır. Məhkumla mütəmadi olaraq tərbiyəvi söhbətlər aparılmış, ona düzgün istiqamətlər göstərilmişdir. Məhkum onunla aparılmış fərdi tərbiyəvi söhbətlərdər müsbət nəticə çıxarmağı bacarmışdır. Belə ki, o, məhkum yoldaşları ilə münasibət qurmağa bacarır, asudə vaxtlarında televiziya verilişlərini izləyir, şəxsi gigiyena qaydalarına fikir verir, yataq yerini səliqəli saxlayır, dəstədə keçirilən tədbirlərdə iştirak edir, əməyə və təhsilə münasibəti qismən qənaətbəxşdir, törətdiyi cinayətdə özünü təqsirli bilir və əməlindən peşman olduğu müşahidə olunur. Məhkum cəza çəkdiyi müddət ərzində barəsində 11 dəfə ##.##.2014-cü il tarixində "əlavə uzunmüddətli görüş", ##.##.2015-ci il tarixində "əlavə uzunmüddətli görüş", ##.##.2017ci il tarixində "əlavə uzunmüddətli görüş", ##.##.2017-##.##.2017-ci il tarixində verilmiş 15 gün CO cəzası üzərindən götürülmüş, ##.##.2018-ci il tarixində "əlavə uzunmüddətli görüş", ##.##.2019-##.##.2018-ci il tarixində verilmiş 03 gün CO cəzası üzərindən götürülmüş, ##.##.2019 - ##.##.2018-ci il tarixində verilmiş 12 gün CO cəzası üzərindən götürülmüş, ##.##.2019-cu il tarixində "əlavə uzunmüddətli görüş" ##.##.2021-ci il tarixində "əlavə uzunmüddətli görüş", 10.##.##.2022 ci il tarixində "əlavə uzunmüddətli görüş" və 11.##.##.2025-ci il tarixində "əlavə telefon danışığı" həvəsləndirmə tədbiri tətbiq edilmişdir. Ailəsi və yaxın qohumları ilə əlaqə saxlayır. Xasiyyətcə ünsiyyətcil məhkumdur. Hökm üzrə təyin edilmiş 151 manat 34 qəpik ekspertiza xərci ödənilmişdir. Məhkum Məhkum cəza müddətinin 2/3 hissəsindən çoxunu çəkmişdir, islah yoluna qədəm qoymağa çalışır. Onun ciddi rejimdən ümumi rejimə keçirilməsi məqsədə müvafiq hesab edilir. Iş üzrə yuxarıda qeyd edilmiş məhkəmə aktı qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından məhkum Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Məhkum Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətində Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsi və məhkumun ərizəsinin təmin olunması xahiş edilmişdir. Verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmənin qərarından apellyasiya protesti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlilləri ilə bağlı çıxış edən məhkum Məhkum və onun müdafiəçisi X3 apellyasiya şikayətində göstərilmiş xüsusatlarla bağlı oxşar məzmunda çıxış edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar Icraatlar Idarəsinin prokuroru, R Prokuror məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən Аzərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Penitensiаr Xidmətin X10 nümayəndəsi X1 müəssisə tərəfindən verilmiş mülahizəyə uyğun çıxış edərək mülahizəni müdafiə etdiyini bildirdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikası CPM-in 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iş materiallarını və məhkumun şəxsi işini apellyasiya şikayətinin dəlilləri ilə birlikdə araşdırıb, proses iştirakçılarının apellyasiya şikayətinin dəlilləri ilə bağlı xahişlərini nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilən əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 514.1-ci maddəsinə əsasən, cəzaçəkmə müəssisələrinin növünün dəyişdirilməklə məhkumun bir növ cəzaçəkmə müəssisəsindən başqa növ cəzaçəkmə müəssisəsinə keçirilməsi cinayət qanununun müddəalarına müvafiq olaraq, məhkumun ərizəsi və ya cəzaçəkmə müəssisəsinin təqdimatı əsasında cəzaçəkmə müəssisəsinin mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növu ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” ## ####### 2010-cu il tarixli * saylı qərarına əsasən, məhkəmənin təyin etdiyi cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi həm məhkumların islah olunmaları üçün, həm də qanunla və normativ hüquqi aktla müəyyən olunmuş cəzaçəkmə müəssisələrində rejimə riayət olunmasına stimul yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növu ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” ## ####### 2010-cu il tarixli, * saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunub-olunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 56.4-cü maddəsində isə göstərilir ki, hökmün icrası qaydasında cəzaçəkmə müəssisəsinin növü dəyişdirilə bilər. Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CIM) 70.1-ci maddəsinə əsasən ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər istisna olmaqla, davranışından və əməyə münasibətindən asılı olaraq məhkumlar cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilə bilərlər. Azərbaycan Respublikası CIM-nin 70.2-ci maddəsinə əsasən müsbət xarakterizə edilən məhkumlar cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilə bilərlər. Azərbaycan Respublikası CIM-nin 70.2.2-ci maddəsinə əsasən müsbət xarakterizə edilən məhkumlar cəzanın qalan hissəsini çəkmək üçün ciddi rejimli cəzaçəkmə müəssisələrindən-ümumi rejimli cəzaçəkmə müəssisələrinə-cəza müddətinin ən azı üçdə iki hissəsini çəkdikdə keçirilə bilərlər. Iş materiallarından görünür ki, Kərimоv Vüqаr Аydın оğlu Gəncə Аğır Cinаyətlər Məhkəməsinin ##.##.2014-cü il tаrixli hökmü ilə Аzərbаycаn Respublikаsı CM-nin 120.2.2-ci mаddəsilə təqsirli bilinərək 13 il müddətə аzаdlıqdаn məhrum etmə cəzаsınа məhkum edilmişdir. Iş mаteriаllаrındаn həmçinin müəyyən оlunur ki, Kərimоv Vüqаr Аydın оğlu Gəncə Аpellyаsiyа Məhkəməsinin Cinаyət Kоllegiyаsının ##.##.2014-cü il tаrixli qərаrı ilə Аzərbаycаn Respublikаsı CM-nin 120.2.2-ci mаddəsilə təqsirli bilinərək 14 il müddətinə аzаdlıqdаn məhrum etmə cəzаsınа məhkum edilmişdir. Iş mаteriаllаrındа оlаn Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X10 mülahizəsindən və əlavə olunan sənədlərdən görünür ki, məhkum Məhkum şəxsi işindən göründüyü kimi o, cəzasının bir hissəsini * saylı istintaq təcridxanasında həbsdə saxlanılmış, həbsxana və ** saylı cəzaçəkmə müəssisələrində cəza çəkmişdir. Məhkum Məhkum cəzasının qalan hissəsini çəkmək üçün ##.##.2022ci il tarixdə X7 gətirilmiş, ##.##.2022-ci il tarixdə müəssisənin ciddi rejim 1-ci dəstəsinə keçirilmişdir. Məhkum cəza çəkdiyi müddət ərzində daxili intizam qaydalarını pozduğuna görə rəhbərlik tərəfindən barəsində 8 dəfə tənbeh tədbiri tətbiq olunmuşdur. Hal-hazırda qüvvədə olan tənbeh cəzası yoxdur. Məhkum müəssisəyə gətirildiyi ilk gündən ona daxili intizam qaydaları izah edilmiş, hüquq və vəzifələri başa salınmışdır. Məhkumla mütəmadi olaraq tərbiyəvi söhbətlər aparılmış, ona düzgün istiqamətlər göstərilmişdir. Məhkum onunla aparılmış fərdi tərbiyəvi söhbətlərdər müsbət nəticə çıxarmağı bacarmışdır. Belə ki, o, məhkum yoldaşları ilə münasibət qurmağa bacarır, asudə vaxtlarında televiziya verilişlərini izləyir, şəxsi gigiyena qaydalarına fikir verir, yataq yerini səliqəli saxlayır, dəstədə keçirilən tədbirlərdə iştirak edir, əməyə və təhsilə münasibəti qismən qənaətbəxşdir, törətdiyi cinayətdə özünü təqsirli bilir və əməlindən peşman olduğu müşahidə olunur. Məhkum cəza çəkdiyi müddət ərzində barəsində 11 dəfə ##.##.2014-cü il tarixində "əlavə uzunmüddətli görüş", ##.##.2015-ci il tarixində "əlavə uzunmüddətli görüş", ##.##.2017-ci il tarixində "əlavə uzunmüddətli görüş", ##.##.2017-##.##.2017-ci il tarixində verilmiş 15 gün CO cəzası üzərindən götürülmüş, ##.##.2018-ci il tarixində "əlavə uzunmüddətli görüş", ##.##.2019-##.##.2018-ci il tarixində verilmiş 03 gün CO cəzası üzərindən götürülmüş, ##.##.2019 - ##.##.2018-ci il tarixində verilmiş 12 gün CO cəzası üzərindən götürülmüş, ##.##.2019-cu il tarixində "əlavə uzunmüddətli görüş" ##.##.2021-ci il tarixində "əlavə uzunmüddətli görüş", 10.##.##.2022 ci il tarixində "əlavə uzunmüddətli görüş" və 11.##.##.2025-ci il tarixində "əlavə telefon danışığı" həvəsləndirmə tədbiri tətbiq edilmişdir. Ailəsi və yaxın qohumları ilə əlaqə saxlayır. Xasiyyətcə ünsiyyətcil məhkumdur. Hökm üzrə təyin edilmiş 151 manat 34 qəpik ekspertiza xərci ödənilmişdir. Məhkum Məhkum cəza müddətinin 2/3 hissəsindən çoxunu çəkmişdir, islah yoluna qədəm qoymağa çalışır. Onun ciddi rejimdən ümumi rejimə keçirilməsi məqsədə müvafiq hesab edilir. Məhkum Məhkum cəza müddətinin əvvəli ##.##.2013-cü il, cəza müddətinin sonu ##.##.2027-ci il tarixdir. Birinci instansiya məhkəməsi məhkumu və müdafiəçisini, cəzaçəkmə müəssisəsinin nümayəndəsinin mülahizəsini və prokurorun rəyini dinləyib, məhkum Məhkum barəsində cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizəni onun şəxsi iş materialları ilə birlikdə araşdıraraq onun ərizəsinin təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, məhkumun şəxsin işindən də göründüyü kimi məhkum cəzasının bir hissəsini * saylı istintaq təcridxanasında həbsdə saxlanılmış, həbsxana və ** saylı cəzaçəkmə müəssisələrində cəza çəkmişdir. Məhkum Məhkum cəzasının qalan hissəsini çəkmək üçün ##.##.2022-ci il tarixdə X7 gətirilmiş, ##.##.2022-ci il tarixdə müəssisənin ciddi rejim 1-ci dəstəsinə keçirilmişdir. Məhkum cəza çəkdiyi müddət ərzində daxili intizam qaydalarını pozduğuna görə rəhbərlik tərəfindən barəsində 8 dəfə tənbeh tədbiri tətbiq olunmuşdur. Hərçənd ki, məhkum son dövrlərdə 11 dəfə həvəsləndirilərək davranışında müsbət dinamika nümayiş etdirmişdir, lakin onun əvvəlki dövrdə aldığı 8 dəfə inzibati tənbeh keçmişdəki qeyri-sabit davranışından xəbər verir. Onun tərəfindən CM-nin 120.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli qəsdən törədilmişdir, ictimai təhlükəliliyi yüksəkdir. Bununla yanaşı, məhkumun şəxsi işindən görünür ki, məhkum Məhkum tərəfindən zərərçəkmiş tərəflə hələ də hər hansı bir barışıq əldə olunmamış və cinayət nəticəsində vurulmuş mənəvi ziyanın kompensasiya edilməsi istiqamətində real addımlar atılmamışdır. Azərbaycan Respublikası CIM-nin 8-ci maddəsinə əsasən, məhkumların islah edilməsi-onlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən qeyd edir ki, qanunverici məhkumun məhz davranışından və əməyə münasibətindən asılı olaraq cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilə bilməsini təsbit etmişdir və cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi imperativ norma deyildir. Hansı ki, məhkəmədə tədqiq edilmiş məhkumun şəxsi işi və onun barəsində verilmiş mülahizə ilə müəyyən olunur ki, оnun tərəfindən CM-nin 120.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli qəsdən törədilmişdir, ictimai təhlükəliliyi yüksəkdir. Həmçinin məhkum Məhkum tərəfindən zərərçəkmiş tərəflə hələ də hər hansı bir barışıq əldə olunmamış və cinayət nəticəsində vurulmuş mənəvi ziyanın kompensasiya edilməsi istiqamətində real addımlar atılmamışdır. Məhkum barəsində əvvəllər tənbeh tədbirləri görülmüşdür. Məhkəmə kоllegiyаsı hesаb edir ki, birinci instаnsiyа məhkəməsi məhkumun sözügedən ərizəsini təmin etməməkdə qаnuni və əsаslı nəticəyə gəlmişdir. Ona görə də hazırki halda Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsi və məhkumun ərizəsinin təmin edilməsi üçün fаktоlоji və hüquqi əsаslаr müəyyən edilməmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, məhkum Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin оlunmаmаlı, Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Məhkum oğlunun məhkəmə kollegiyası iclasında hüquqlarının müdafiəsi Şəki Regional Vəkil Bürosunun vəkili X3 tapşırılmışdır. X5 tərəfindən təqdim edilmiş hesabatdan görünür ki, hazırki işin baxılması ilə bağlı müdafiəçi cəmi 3 saat vaxt sərf etmişdir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # ###### tarixli ** nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2025-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, 1ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilsin və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilsin. Odur ki, Məhkum Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası iclasında göstərilən hüquqi yardıma görə X5 33 manat haqq hesablanıb “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbayacan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397, 398.1, 399, 400, 401, 407 və 408, 410 və 520.7-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qərara aldı: Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından məhkum Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. X5 əmək haqqı ödənilməsi üçün dövlət hesabına 33 manat vəsait X3 “xxxx” ASCnin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Müştərinin hesab N-si: AZ81UBAZ19313531140090AZN001 “xxxx”xxxx“xxxx” ASCnin Şəki rayon filialı; VÖEN: **********; KOD: 502531; SWIFT: UBAZAZ22 Müxbir hesabı: AZ46NABZ01350100000000015944. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar