Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 7(3-10)-66/2026 27.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hаkimlər Tahirov Zamin Cəbrayıl oğlu (sədrlik edən), Əsgərov Anar Əlifağa oğlu və Şükürov Imanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X1 iclas katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar Icraatlar Idarəsinin prokuroru, R X2, məhkum Ərizəni verən şəxs və onun müdafiəçisi X3 iştirakları ilə, Məhkum Ərizəni verən şəxs məhkumluğun vaxtından əvvəl götürülməsinə dair ərizəsinin təmin edilməməsi barədə Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarından məhkum Ərizəni verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin (hakim Ü.Qənbərov) ## #### 2026-cı il tarixli, *(*-***)- */**** saylı qərarı ilə məhkum Ərizəni verən şəxs оğlunun məhkumluğunun vaxtından əvvəl götürülməsinə dаir ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Işin halları: Ərizəni verən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2008-ci il tarixli 1(091)- **/**** saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM və ya CM) 178.2.1; 182.3.1, 182.3.2 və 310-cu maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 13 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkum Ərizəni verən şəxs ərizə ilə məhkəməyə müraciət edib Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2019-cu il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyini, başqa cinayət törətmədiyini və islah olunduğunu göstərib məhkumluğun üzərindən vaxtından əvvəl götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəmə iclasında məhkum Ərizəni verən şəxs bildirmişdir ki, o, ünvan 1 ünvanında yaşayır və “xxxx” MMC təsis edərək cəmiyyətin direktoru vəzifəsində fəaliyyət göstərir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində 23 il müddətində xidmət etmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2008-ci il tarixli 1(091)- **/**** saylı hökmü ilə Azərbaycan Respublikası CM-nın 178.2.1, 182.3.1, 182.3.2 və 310-cu maddələri ilə qəti olaraq 13 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmişdir. Cəzasını çəkdiyi müddətdə nümunəvi davranışı və islah olunması nəzərə alınaraq Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli qərarı ilə cəzasının qalan hissəsini çəkməkdən şərti olaraq azad edilmişdir. Cəzasını çəkdikdən sonrakı dövrdə özünü həmişə nümunəvi aparmış, cinayət və digər xarakterli hüquq pozuntusuna yol verməmiş, 2022-2023-cü illərdə Azərbaycan Respublikası MSK-nın ** saylı Suraxanı DSK-nın * saylı Məntəqə Seçki Komissiyasının sədri olmuşdur. Lakin cəzasını tamamilə çəkib qurtarmasına və islah olmasına baxmayaraq hələ də normal həyata qayıda bilməmişdir. Belə ki, üzərində məhkumluğun qalması onun sahibkarlıq fəaliyyətinə (“xxxx” MMC adından xarici şirkətlərlə müqavilələr bağlamaq məqsədilə ölkədən kənara çıxmasına) maneçilik törədir və hər biri ali təhsil almış övladlarının dövlət idarə və müəssislərində işə düzəlməsində problem yaradır. Bu səbəbdən özünü cəmiyyətin tam hüquqlu üzvü kimi hiss edə bilmir və mənəvi iztirab çəkir. Ona görə də üzərindən məhkumluğun vaxtından əvvəl götürülməsi barədə ərizə vermişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarı qəbul edilmişdir. Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarından məhkum Ərizəni verən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkum Ərizəni verən şəxs verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2008-ci il tarixli, 1 (091 )-71 /**** saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1, 182.3.1, 182.3.2 və 310-cu maddələrinə əsasən təqsirli bilinərək 13 müddətinə azadlıqdan məhrum edilmişdir. ## ##### 2019-cu il tarixdə şərti olaraq cəzadan azad edilmiş, ## ###### 2019-cu il tarixdə cəzasını çəkib bitirmişdir. Şərti olaraq azad edildiyi vaxtdan indiyə qədər heç bir qanun pozuntusu olmamışdır, müxtəlif qurumlarda fəaliyyət göstərmişdir və hazırda “xxxx” MMCnin təsisçisi və direktoru kimi fəaliyyət göstərir. Bundan başqa 2022-2023- cü illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasını Suraxanı rayonu 2-ci dairəsinin seçki məntəqəsinin sədri vəzifəsində işləmişdir. Yuxarıda sadalananlara əsasən məhkumluğunun 1 il 5 ay müddətə vaxtından əvvəl üzərindən götürülməsinə əsas olmasına baxmayaraq, işə baxan birinci instansiya məhkəməsi onun ərizəsini təmin etməmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarının ləğv edilib məhkumluğunun vaxtından əvvəl götürülməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarından apellyasiya protesti, digər proses iştirakçıları tərəfindən apellyasiya şikayəti, eləcə də verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum Ərizəni verən şəxs apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarının ləğv edilərək məhkumluğunun vaxtından əvvəl götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum Ərizəni verən şəxs müdafiəçisi X3 məhkumun apellyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarının ləğv edilməsini və məhkum Ərizəni verən şəxs məhkumluğunun vаxtındаn əvvəl götürülməsini xаhiş etmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar Icraatlar Idarəsinin prokuroru, R X2 məhkum Ərizəni verən şəxs apellyasiya şikayətinin təmin edilməməsini və Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarının dəyişdirilmədən saxlanılmasını xаhiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməyinə baxmayaraq, Qəbələ rayon Icra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası hazırki işə Qəbələ rayon Icra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 520.5-ci maddəsinə əsasən müdafiəçinin iştirakı məcburi olan hallar istisna edilməklə hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında məsələlərə dair müraciətin baxılma yeri və vaxtı haqqında vaxtında məlumatlandırılmış bu Məcəllənin 520.2-ci maddəsində göstərilən şəxslərin məhkəmə iclasına gəlməməsi məhkəmə iclasının keçirilməsinə mane olmur. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, prokurorun, məhkumun, onun müdafiəçisinin çıxışlarını dinləyərək hesab edir ki, məhkum Ərizəni verən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiya məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası CPM-nin 517.1-ci maddəsinə əsasən məhkumluğun vaxtından əvvəl götürülməsini aşağıdakı məhkəmələr həyata keçirir:...517.1.2. xəstəliyə görə cəza çəkməkdən azad edilmiş və ya cəzanı çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər barəsində-cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi; 517.1.3. müxtəlif cəza növlərinə məhkum edilmiş digər şəxslər barəsində cəza çəkənin yaşayış yeri üzrə birinci instansiya məhkəməsi. Azərbaycan Respublikası CPM-nin 517.2-ci maddəsinə əsasən məhkumluğun vaxtından əvvəl götürülməsi məhkəmə tərəfindən məhkumun ərizəsi, habelə uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın vəsatəti əsasında cinayət qanununun müddəalarına müvafiq olaraq həyata keçirilir. Azərbaycan Respublikası CPM-nin 517.3-cü maddəsinə əsasən məhkumluğun vaxtından əvvəl götürülməsi barədə məhkumun ərizəsinə, habelə uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın vəsatətinə məhkəmə tərəfindən cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla baxılır. Azərbaycan Respublikası CPM-nin 520.7-ci mаddəsinə görə, hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında çıxarılmış məhkəmə qərarından bu Məcəllədə nəzərdə tutulmuş qaydada apelyasiya və ya kassasiya şikayəti, yaxud protesti verilə bilər. Iş materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2008-ci il tarixli *(***)-**/**** saylı hökmünə əsasən Ərizəni verən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1; 182.3.1, 182.3.2 və 310- cu maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 178.2.1-ci madddəsi ilə əmlakı müsadirə olunmamaqla 5 il müddətə, Azərbaycan Respublikası CM-nin 182.3.1, 182.3.2-ci maddələri ilə əmlakı müsadirə olunmamaqla 12 il müddətə, Azərbaycan Respublikası CM-nin 310-cu madddəsi ilə 1 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən bu cəzaları qismən toplmaq yolu ilə ona qəti olaraq əmlakı müsadirə olunmamaqla 13 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin ##.##.2007-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli qərarı ilə məhkum Ərizəni verən şəxs cəzasının qalan hissəsini çəkməkdən şərti olaraq azad edilmişdir. Işdə olan Qəbələ RIHB-nin Vəndam qəsəbəsi IƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə göstərilir ki, Ərizəni verən şəxs ali təhsilli olmaqla xasiyyətcə sakit təbiətli, mehriban, işgüzar və ailəcanlıdır. Özü və ailəsi haqında Vəndam qəsəbə IƏD üzrə nümayəndəliyə heç bir şikayət və ərizə daxil olmamışdır. Məhkəmə kollegiyası məhkum Ərizəni verən şəxs apellyasiya şikayəti ilə bağlı qeyd edir ki, cinayət qanunu məhkumluğun xitamının iki qaydasını nəzərdə tutur: məhkumluğun ödənilməsi və ya götürülməsi (Cinayət Məcəlləsinin 83.3 və 83.5-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair” 2022-ci il ## ######## tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, məhkumluğun ödənilməsi şəxsin törətdiyi cinayətə görə məhkum olunması faktı ilə əlaqədar bütün hüquqi nəticələrin qanunla nəzərdə tutulmuş müddətin keçməsi nəticəsində sona yetməsi deməkdir. Bu halda şəxsin məhkum olunmamış hesab edilməsi üçün xüsusi məhkəmə qərarı və yaxud bu faktı təsdiq edən hər hansı başqa sənəd tələb olunmur. Qüvvədə olan cinayət qanunvericiliyində məhkumluğun ödənilməsi müddətlərinin təyin olunmuş cəzaya və törədilmiş cinayətin xarakterinə uyğun olaraq differensasiyası aparılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkumluq ödənilmiş hesab olunur:...83.3.4. ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə;83.3.5. xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 83.5-ci maddəsinə əsasən şəxs cəzanı çəkib qurtardıqdan sonra nümunəvi davranışı ilə islah olunduğunu sübut edərsə, məhkəmə həmin şəxsin vəsatəti əsasında məhkumluğu vaxtından əvvəl onun üzərindən götürə bilər. Göründüyü kimi qanunverici məhkumluğun vaxtından əvvəl götürülməsi üçün şəxsin cəzanı çəkib qurtardıqdan sonra nümunəvi davranışı ilə islah olunduğunu sübut etməsini zəruri şərt olaraq müəyyən etmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətləri törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Apellyasiya məhkəməsi qeyd edir ki, məhkum Ərizəni verən şəxs məhkumluğunun götürülməsi məhkəmənin hüququdur və qаnunvericilik həmin məhkumluğun götürülməsi üçün hüquqi şərtlər müəyyən etmişdir. Belə ki, məhkumluğun götürülməsi ilə bаğlı hüququn tətbiqi üçün məhkum olunmuş şəxsin həqiqətən islah olunduğu şübhə doğurmamalıdır. Nümunəvi davranış şəxsin cəmiyyət üçün faydalı fəaliyyətlə məşğul olması, əməyə münasibəti, ictimai işlərdə iştirakı və digər aktiv hərəkətlərlə təzahür etməlidir. Məhkum tərəfindən islah olunma dərəcəsini şübhəsiz təsdiq edən kifayət qədər sübut təqdim edilmədiyi üçün, məhkumluğun vaxtından əvvəl götürülməsi sosial ədalətin bərpası prinsipinə uyğun hesab edilmir. Iş mаteriаllаrı ilə məhkum Lətifоv Fərhаd Оqtаy оğlunun kifayət qədər islah olunmаsı, qanunla müəyyən edilən davranış meyarlarını tam doğrultması və müraciət üçün əsas olan obyektiv meyarların olması bаrədə nəticəyə gəlməyə əsаs yаrаtmır. Iş mаteriаllаrı ilə müəyyən оlunur ki, məhkum Lətifоv Fərhаd Оqtаy оğlu о cümlədən xüsusilə аğır cinаyətin törədilməsinə görə məhkum оlunmuşdur. Bu xüsusdа оnun məhkumluğunun vаxtındаn əvvəl götürülməsi qаnuni məqsədə, yəni cəzаnın məqsədlərinin təmin edilməsinə və hüquq qаydаlаrının qоrunmаsınа xidmət etməyəcəkdir. Buna görə də birinci instаnsiyа məhkəməsi məhkum Ərizəni verən şəxs məhkumluğunun vаxtındаn əvvəl götürülməsinə dаir vəsatətini təmin etməməkdə hаqlı оlmuşdur. Apellyasiya məhkəməsi də iş üzrə birinci instansiya məhkəməsinin gəldiyini nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cəzаlаrın Icrаsı Məcəlləsinin 2.1-ci mаddəsinə görə, bu Məcəllənin məqsədi məhkumları islah etmək, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaqdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi məhkum Ərizəni verən şəxs məhkumluğunun vaxtından əvvəl götürülməsinə dair ərizəsinin təmin edilməməsi barədə düzgün qərara gəlmişdir. Məhkum Ərizəni verən şəxs аpellyаsiyа şikаyətinin dəlilləri Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərаrının ləğv edilməsi üçün əsаs deyildir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, məhkum Ərizəni verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərаrı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkum Ərizəni verən şəxs məhkəmə kollegiyası iclasında hüquqlarının müdafiəsi Şəki Regional Vəkil Bürosunun vəkili X3 tapşırılmışdır. X4 tərəfindən təqdim edilmiş hesabatdan görünür ki, hazırki işin baxılması ilə bağlı müdafiəçi cəmi 3 saat vaxt sərf etmişdir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # ###### tarixli ** nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2025-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, 1ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilsin və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilsin. Odur ki, təqsirləndirilən şəxs Ərizəni verən şəxs Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası iclasında göstərilən hüquqi yardıma görə X4 33 manat haqq hesablanıb “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1 və 398.1.1-ci mаddələrinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apelyasiya şikayətinin və ya apelyasiya protestinin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1, 398.1.2, 400, 407, 408 və 520-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Məhkum Ərizəni verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. X4 əmək haqqı ödənilməsi üçün dövlət hesabına 33 manat vəsait X3 “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Müştərinin hesab N-si: AZ81UBAZ19313531140090AZN001 “xxxx”xxxx“xxxx” ASCnin Şəki rayon filialı; VÖEN: **********; KOD: 502531; SWIFT: UBAZAZ22 Müxbir hesabı: AZ46NABZ01350100000000015944. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-10)-66/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-10)-66/2026
27.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver