Məhkəmə qərarları › İş №7(3-10)-72/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-10)-72/2026

07.09.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 7(3-10)-72/2026 07.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Tahirov Zamin Cəbrayıl oğlu və Şükürov Imanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Penitensiar Müəssisəsinin TITŞ-nin böyük inspektoru R X1, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru, R Prokuror, məhkum Məhkum və onun müdafiəçi - Şəki Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin təmin edilməməsi barədə Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli (hakim Pərvanə Məmmədova) qərarı ilə, ##.##.1978-ci ildə Mingəçevir şəhərində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkumluğu olmayan, Yevlax rayonu, Tanrıqulular kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış masivvində yeni tikilidə yaşamış məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilməməsi müəyyən edilmişdir. işin halları: Məhkum Məhkum cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmasına dair ərizəsi məhkəməyə daxil olmuşdur. Birinci instansiya məhkəməsi iclasında məhkum Məhkum ərizəsini müdafiə edərək bildirmişdir ki, artıq ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının 2/3 hissəsindən çox hissəsini çəkmişdir. Ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında Şəki Regional Vəkil Bürosunun vəkili müdafiəçi2 ərizəni müafiə edərək təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında müəssisənin nümayəndəsi X2 mülahizəni məhkəməyə elan edərək bildirdi ki, məhkumun şəxsi işindən göründüyü kimi ##.##.2024-cü il tarixdən Şəki penitensiar müəssisəsində cəza çəkir. Məhkum dəstəyə gəldiyi ilk gündən ona daxili intizam qaydaları izah edilmiş, hüquq və vəzifələri başa salınmış, yer və yataq ləvazimatı ilə təmin olunmuşdur. Məhkumla mütamadi olaraq tərbiyəvi, əxlaqi, maarifləndirici söhbətlər aparılmış, faydalı məsləhətlər verilmiş və ona düzgün istiqamətlər göstərilmişdir. Cəza çəkdiyi müddət ərzində məhkum barəsində həvəsləndirmə və tənbeh tədbiri tətbiq edilməmişdir. Məhkum yoldaşları ilə münasibət qurmağı bacarır. Cəza çəkdiyi müddət ərzində mədəni-kütləvi tədbirlərdə zəif iştirak etmişdir. Əməyə cəlb edilməmişdir. Məhkum asudə vaxtlarında televiziya verilişlərini izləyir, yataq yerini səliqəli saxlayır, şəxsi gigiyena qaydalarına fikir verir. Hökm üzrə ekspertiza xərci təyin edilməmişdir. Hal-hazırda törətdiyi cinayətdə günahını etiraf edir və peşman olduğunu bildirir. Ailəsi və yaxın qohumları ilə telefon və görüş vasitəsi ilə əlaqə saxlayır. Xasiyyətcə sakit təbiətli məhkumdur.Barışıq əldə olunmuşdur. Ədliyyə Nazirliyi Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı ilə yaradılmış "Müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı komissiya məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə müsbət rəy vermişdir.Məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi məqsədə müvafiq hesab edilir.Mülahizəyə uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru, R Prokuror ərizənin təmin edilməməsini xahiş etmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından məhkum Məhkum tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayəti və proses iştirakçılarının dəlilləri: Məhkum Məhkum verdiyi apellyasiya şikayətində Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilərək, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından apellyasiya protesti, eləcə də verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum Məhkum izahat verərək bildirdi ki, apellyasiya şikayətinin dəlillərini müdafiə edir. Cəzasının çox hissəsini çəkmişdir. Rejim qaydalarını pozmamışdır. Odur ki, azadlığa buraxılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında müdafiəçi müdafiəçi1 bildirdi ki, apellyasiya şikayətinin dəlillərini müdafiə edir. Hesab edir ki, hüquqlarını müdafiə etdiyi şəxs müsbət xarakterizə olub. Rejim qaydalarına əməl edib. Cəzasının çox hissəsini çəkib. Məhkəmə tərəfindən şəxsin cəzasının yüngülləşdirilməsi üçün kifayət qədər hal olmasına baxmayaraq məhkəmə düzgün nəticəyə gəlməmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Penitensiar Müəssisəsinin TITŞ-nin böyük inspektoru R X1 mülahizəyə oxşar məzmunda çıxış edərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru, R Prokuror apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası icraat materiallarını araşdırıb, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, məhkum Məhkum tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilərək ərizə təmin edilməlidir. Belə ki, məhkumun şəxsi işindən görünür ki, ##.##.2024-cü il tarixdən Şəki penitensiar müəssisəsində cəza çəkir. Məhkum dəstəyə gəldiyi ilk gündən ona daxili intizam qaydaları izah edilmiş, hüquq və vəzifələri başa salınmış, yer və yataq ləvazimatı ilə təmin olunmuşdur. Məhkumla mütamadi olaraq tərbiyəvi, əxlaqi, maarifləndirici söhbətlər aparılmış, faydalı məsləhətlər verilmiş və ona düzgün istiqamətlər göstərilmişdir. Cəza çəkdiyi müddət ərzində məhkum barəsində həvəsləndirmə və tənbeh tədbiri tətbiq edilməmişdir. Məhkum yoldaşları ilə münasibət qurmağı bacarır. Cəza çəkdiyi müddət ərzində mədəni-kütləvi tədbirlərdə zəif iştirak etmişdir. Əməyə cəlb edilməmişdir. Məhkum asudə vaxtlarında televiziya verilişlərini izləyir, yataq yerini səliqəli saxlayır, şəxsi gigiyena qaydalarına fikir verir. Hökm üzrə ekspertiza xərci təyin edilməmişdir. Hal-hazırda törətdiyi cinayətdə günahını etiraf edir və peşman olduğunu bildirir. Ailəsi və yaxın qohumları ilə telefon və görüş vasitəsi ilə əlaqə saxlayır. Xasiyyətcə sakit təbiətli məhkumdur. Barışıq əldə olunmuşdur. Ədliyyə Nazirliyi Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı ilə yaradılmış "Müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı komissiya məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə müsbət rəy vermişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, müvafiq komissiya məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə müsbət rəy vermişdir. Məhkəmə qeyd edir ki, məhkumun mülahizə üzrə müsbət xarakterizə olunmasına baxmayaraq, məhkumun cəza çəkdiyi müddət ərzində digər məhkumlar üçün nümunə ola biləcək davranışının nədən ibarət olmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.1-ci maddəsinin məqsədlərindən biri islah yoluna qədəm qoymuş şəxsləri mükafatlandırmaqdır. Mükafatlandırıcı normaların cinayət qanununa daxıl edilməsi, cinayət törətmiş və islah yoluna qədəm qoymuş şəxsləri mükafatlandırmaqla islah olunmağın doğru yol olduğunu başqa məhkumlara nümayiş etdirmək məqsədi daşıyır. Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi digər məhkumlar üçün tərbiyəvi nümunə ola bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2010-cu il tarixli **/**** saylı Qərarının 1-ci bəndinə əsasən, məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunub-olunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli **/**** saylı Qərarının 2-ci hissəsində qeyd edilmişdir ki, məhkəmələr bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılmalıdır. Bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, cinayət və cinayətprosessual qanunvericiliyində törədilmiş cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət nəticəsində vurulmuş ziyanın ödənilməməsi, əvvəllər məhkum olunması, təqsirini etiraf etməməsi və sair bu kimi hallar cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməyə maneə kimi nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə, məhkumun cəzadan vaxtından əvvəl azad edilməsini məqsədəmüvafiq hesab edir. Bundan başqa Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” ## ###### 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə kollegiyası hazırki vəziyyətdə mülahizə üzrə müsbət xarakterizə olunmuş, cəzasının bitməsinə 5 aydan az müddət qalmış məhkumun cəzadan vaxtından əvvəl azad edilməsini məqsədəmüvafiq hesab edir. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respulikasının Qanununa əsasən, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası-penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, bu şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərə bilən kriminogen amillərin qarşısının alınması məqsədi ilə iqtisadi, təşkilati və sosial-psixoloji tədbirlər həyata keçirilməsidir. Məhkum azad cəmiyyətdən təcrid olunmuş şəraitdə, cəzaçəkmə müəssisəsində yaşamışdır. Onun uyğunlaşdığı ciddi şəraitdən birbaşa azadlığa buraxılması şəxsiyyətin sosial davranışında çətinliklər yarada bilər. Cəmiyyətə daha tez uyğunlaşması üçün onun üzərinə müəyyən vəzifələrin qoyulması məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.2-ci maddəsinə əsasən, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edərkən, məhkəmə məhkumun üzərinə, bu Məcəllənin 70.5-ci maddəsində nəzərdə tutulmuş və cəzanın çəkilməmiş müddəti ərzində onun tərəfindən icra edilməli olan vəzifələr qoya bilər. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoya bilər. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Qeyd olunаnlаrа əsаsən məhkəmə kollegiyаsı belə nəticəyə gəlir ki, məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərar ləğv edilərək ərizə təmin edilməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Məhkum məhkəmə iclasında hüquqlarının müdafiəsi Şəki Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 tapşırılmışdır. Müdafiəçi müdafiəçi1 tərəfindən təqdim edilmiş hesabatdan görünür ki, hazırki işin baxılması ilə bağlı müdafiəçi cəmi 6 saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # ###### tarixli ** nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2025-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67- 1.2-ci maddələrində” sözləri əlavə edilsin və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilsin. Odur ki, Məhkum göstərilən hüquqi yardıma görə müdafiəçi müdafiəçi1 66 manat haqq hesablanıb “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1, 398.1.2, 400, 407, 408 və 520-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. Məhkum Məhkum şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilsin. Məhkum Məhkum cəzadan şərti olaraq 4 (dörd) ay 25 (iyirmi beş) gün vaxtından əvvəl azad edilsin. Məhkum Məhkum dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Qərar dərhal icra edilsin. Məhkum üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Məhkum üzərinə qoyulmuş davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin icrasına nəzarət onun yaşayış yeri üzrə Icra və Probasiya şöbəsinə tapşırılsın. Müdafiəçi müdafiəçi1 əmək haqqı ödənilməsi üçün dövlət hesabına 66 manat vəsait müdafiəçi1 “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Müştərinin hesab N-si: AZ81UBAZ19313531140090AZN001 “xxxx”xxxx“xxxx” ASC-nin Şəki rayon filialı; VÖEN: **********; KOD: 502531; SWIFT: UBAZAZ22 Müxbir hesabı: AZ46NABZ01350100000000015944. Qərar elan olunduğu vaxtdan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar