Məhkəmə qərarları › İş №7(3-10)-75/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-10)-75/2026

07.09.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 7(3-10)-75/2026 07.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Tahirov Zamin Cəbrayıl oğlu və Şükürov Imanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru, R Prokuror, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Penitensiar Müəssisəsinin TITŞ-nin böyük inspektoru R X1, məhkum Məhkum və onun müdafiəçi-Şəki Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin təmin edilməsi barədə Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar Icraatlar Idarəsinin prokuroru, ikinci dərəcəli hüquqşünas Prokuror tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli (hakim Pərvanə Məmmədova) qərarı ilə, ##.##.1988-ci il tarixdə Balakən rayonu Kortala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Balakən rayonu Kortala kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış məhkum Məhkum Balakən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə məhkum edildiyi, sonradan amnistiya aktının tətbiqi ilə cəza müddəti azaldılmış 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 09 ay 29 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi, Məhkum davranışı üzərində nəzarət onun daimi yaşayış yeri üzrə icra qurumuna tapşırılması, Məhkum üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması, qərarın icrası dərhal təmin edilməsi, məhkum Məhkum məhkəmə iclas zalından dərhal həbsdən azad olunması qərara alınmışdır. işin halları: Məhkum Məhkum cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iclasında məhkum Məhkum ərizəsini müdafiə edərək, bildirmişdir ki, cəza müddətinin 1/2 hissəsini çəkmişdir. Törətdiyi əməlindən səmimi peşmançılıq çəkir. Cəzasının əvvəli ##.##.2024-cü il, cəzasının sonu isə ##.##.2027-ci ildir. Odur ki, məhkəmədən ərizəsinin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında müdafiəçi Şəki Regional Vəkil Bürosunun vəkili müdafiəçi2 ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında müəssisənin nümayəndəsi X3 mülahizəni məhkəməyə elan edərək bildirmişdir ki, məhkum ##.##.2024-cü il tarixdən Şəki penitensiar müəssisəsinin istintaq təcridxanasıma gətirilmişdir. ##.##.2025-ci il tarixdən Şəki Penitensiar müəssisəsinin Təsərrüfat Briqadasında cəza çəkir. Məhkum müəssisəyə gəldiyi ilk gündən ona daxili intizam qaydaları izah edilmiş, hüquq və vəzifələri başa salınmış, yer və yataq ləvazimatı ilə təmin olunmuşdur. Məhkum müəssisədə 02.03.2026cı il tarixdən "köşk işçisinin köməkçisi" vəzifəsində işləyir. Məhkumla mütəmadi olaraq tərbiyəvi söhbətlər aparılmış, ona düzgün istiqamətlər göstərilmiş, maarifləndirici söhbətlər aparılmış, cəmiyyətdə qəbul edilmiş davranış, əxlaq normaları izah edilmiş və faydalı məsləhətlər verilmişdir. Məhkum peşə təhsilinə cəlb edilmiş, 2024-2025-ci il tədris ili üçün "dərzi" ixtisası üzrə diplom almışdır. Məhkum dəstədə keçirilən mədəni-kütləvi tədbirlərə və abadlıq işlərinə cəlb edilmiş, bu tədbirlərdə fəal iştirak etmişdir. Məhkumla mütamadi olaraq tərbiyəvi, maarifləndirici, əxlaqi söhbətlər davam etdirilmişdir. Məhkumun əməyə münasibəti müsbətdir. Cəza çəkdiyi müddət ərzində məhkum barəsində tənbeh tədbiri tətbiq edilməmiş, əməyə olan müsbət münasibəti, dəstədə keçirilən mədəni-kütləvi tədbirlərdə iştirakı və nümunəvi davranışı nəzərə alınaraq müəssisə rəhbərliyi tərəfindən məhkum barəsində 3 (üç) dəfə həvəsləndirmə tədbiri tətbiq edilmişdir. ##.##.2025ci il tarixdə "Milli Qurtuluş Günü" münasibət ilə Məhkumun nümunəvi davranışı, əməyə münasibəti və dəstədə keçirilən mədəni-kütləvi tədbirlərdə fəal iştirakı nəzərə alınaraq "Təşəkkür" elan edilmişdir. ##.##.2025-ci il tarixdə " Dövlət Suverenliyi" münasibəti ilə Məhkumun nümunəvi davranışı, əməyə münasibəti və dəstədə keçirilən mədəni-kütləvi tədbirlərdə fəal iştirakı nəzərə alınaraq "Təşəkkür" elan edilmişdir. ##.##.2026-cı il tarixdə "Novruz və Ramazan bayramı" münasibəti ilə Məhkumun nümunəvi davranışı, əməyə münasibəti və dəstədə keçirilən mədəni-kütləvi tədbirlərdə fəal iştirakı nəzərə alınaraq "Təşəkkür" elan edilmişdir. Məhkum yoldaşları ilə münasibət qurmağa bacarır, asudə vaxtlarında televiziya verilişlərini izləyir, stolüstü oyunlar oynayır, şəxsi gigiyena qaydalarına fikir verir, yataq yerini səliqəli saxlayır.Məhkum törətdiyi cinayətdə özünü tam təqsirli bilmiş, əməlinə görə çox peşman olduğunu bildirmişdir.Hökmə əsasən 1 nəfər zərərçəkmiş şəxs var və məhkumla barışmışdır. Məhkumun dövlətə olan 270 manat ekspertiza borcunun 140 manatı əmək haqqısından tutularaq dövlət nəfinə ödənilmişdir. Ailəsi və yaxın qohumları ilə görüş, telefon qovşağı vasitəsilə əlaqə saxlayır. Xasiyyətcə sakit təbiətli məhkumdur. Ədliyyə Nazirliyi Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı ilə yaradılmış "Müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı" komissiya məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə müsbət rəy vermişdir. Məhkumun vaxtından əvvəl şərti azad olunması məqsədə müvafiq hesab edilir. Odur ki, mülahizəyə uyğun qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru, ikinci dərəcəli hüquqşünas Prokuror ərizənin təmin edilməməsini xahiş etmişdir. Iş üzrə yuxarıda qeyd edilmiş məhkəmə aktı qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar Icraatlar Idarəsinin prokuroru, ikinci dərəcəli hüquqşünas Prokuror tərəfində n apellyasiya protesti verilmişdir. apellyasiya protesti və proses iştirakçılarının dəlilləri: Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar Icraatlar Idarəsinin prokuroru, ikinci dərəcəli hüquqşünas Prokuror verdiyi apellyasiya protestində Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və məhkumun ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından apellyasiya şikayəti, eləcə də verilmiş apellyasiya protestinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya portesti onunla əsaslandırılmışdır ki, Məhkum ayrılaraq Balakən rayonu Kortala kəndində atası X5 evində yaşayan arvadı X6 ilə aralarında yaranmış mübahisə ilə əlaqədar X5 məxsus yardımçı tikilini (şəhid X7 xatirə otağı) və mal tövləsini vahid niyyətlə əhatə olunan cinayətkar qəsdlə yandırmaq qərarına gələrək bu niyyətini həyata keçirmək üçün ##.##.2024-cü il tarixdə saat 20 radələrində sonuncunun yaşadığı Balakən rayonu Kortala kəndində yerləşən evinin həyətyanı torpaq sahəsində yerləşən içərisindəki əşyalarla birlikdə yardımçı tikilini və mal tövləsini yandırmaq məqsədi ilə özü ilə gətirdiyi kağız salfeti özünə məxsus alışqanla yandıraraq küçə tərəfdən mal tövləsinin içərisindəki quru ot bağlamalarının üzərinə atıb qəsdən yanğın törədərək 7703,5 manat yardımçı tikilinin və mal tövləsinin yandırılması nəticəsində tikinti üzrə 9703,00 manat olmaqla zərərçəkmiş şəxsə ümumilikdə 17406,5 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla qəsdən özgənin əmlaknı yandırmaqla məhv etmişdir. Balakən rayon məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-*/**** nömrəli hökmü ilə Mikayılov Emar Şöyüf oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Qeyd edilənlər məhkumun şəxsiyyətinin dövlət və cəmiyyət üçün təhlükəli olduğunu bir daha təsdiq edir. Həmçinin, Şəki rayon məhkəməsinin qərarı ilə məhkum Məhkum cəzası “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 3.1-ci bəndinə əsasən 06 ay azaldılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmiş, bununlada qanunla qorunan ictimai münasibətə qəsd etmiş şəxsə vahid məhkəmə təcrübəsindən çıxış edərək maksimum 07 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilə bildiyi halda Məhkum cəmi 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin cəzanın təxminən 01 il 08 ay 01 günü çəkilmiş, 1 il 03 ay 29 günü çəkilməmişdir. Məhkuma həm hökm çıxarmış birinci instansiya məhkəməsi tərəfindən həmdə “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin Qərarının icra edilməsi ilə bağlı humanistlik göstərilmişdir. Məhkumun real olaraq çəkdiyi cəza təyin edilmiş cəzanın təxminən yarısı həddində olmuşdur. Buda öz növbəsində şəxslərin “məhkəmənin ədalətinə inamını” sarsıtmaqla cəzasızlıq mühitinin yaradılmasına gətirib çıxarır. Bundan başqa, məhkəmə öz qərarında məhkumun barəsində həvəsləndirmə tədbirlərinin tətbiq edilməsini xüsusi ilə vurğulamışdır. Məhkəmə məhkum Məhkum konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasını, törətdiyi cinayətə münasibətinin təzahür formasını, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsini araşdırmamış, islah olunmasının nədə təzahür etməsini, hansı naliyyətlərinə əsasən digər məhkumlardan fərqlənməsini qeyd etməmiş, yalnız formal xarakter daşıyan mülahizəyə və ümumi əsasları müəyyən edən qanun normasına istinad etməklə kifayətlənmişdir. Əlavə olaraq Məhkum yandırmaqla əmlakı qəsdən məhv etmə əməli üzrə vurduğu 17406,5 manat ziyandan cəmi 1500 manat zərərçəkmiş şəxs X5 ödənilmişdir. Həmçinin, ekspertiza tətqiqatının dəyəri olan 270 manat məhkum Şöyüf Mikayılov tərəfindən tamamilə ödənilməmişdir. Şəki rayon məhkəməsi tərəfindən törədilmiş cinayətin ictimai təhlükəllik dərəcəsi, cinayətin təsnifatı, qəsdən törədilən əmələ münasibətdə cəzanın qalan hissəsinində çox olması nəzərə alınmamışdır. Bütün qeyd olunan hallar məhkəmə tərəfindən araşdırılmadan, ədalətsiz və əsassız qərar qəbul etməsinə səbəb olmuşdur. Məhkəmə qərarının işin halları ilə uyğun gəlməməsi, qanuni normanın düzgün tətbiq olunmaması və ədalətsiz qərar olması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası iclasında iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru, R Prokuror apellyasiya protestinin dəlillərinə oxşar məzmunda çıxış edərək apellyasiya protestinin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən məhkum Məhkum və onun müdafiəçisi-Şəki Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 apellyasiya protestinin təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsi qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Penitensiar Müəssisəsinin TITŞ-nin böyük inspektoru R X2 mülahizəyə oxşar məzmunda çıxış edərək mülahizəni müdafiə etdiyini bildirdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası icraat materiallarını araşdırıb, apellyasiya protestinin dəlillərini müzakirə edərək, prokurorun, məhkumun, onun müdafiəçisinin, X11 nümayəndəsinin çıxışlarını dinləyərək hesab edir ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar Icraatlar Idarəsinin prokuroru, ikinci dərəcəli hüquqşünas Prokuror tərəfindən verilmiş apelyasiya protesti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. X14 cəza çəkən məhkum Məhkum ərizə ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək ona təyin edilmiş cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsini xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 513.1-ci maddəsinə əsasən, cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə məhkumun ərizəsi, habelə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın vəsatəti əsasında cinayət qanununun müddəalarına müvafiq olaraq cinayət cəzalarını icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən tətbiq olunur. Cinayət Məcəlləsinin 76.3.1-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını çəkdikdən sonra tətbiq edilə bilər. Iş materialında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Penitensiar Müəssisəsinin mülahizəsindən görünür ki, məhkum ##.##.2024-cü il tarixdən Şəki penitensiar müəssisəsinin istintaq təcridxanasıma gətirilmişdir. ##.##.2025-ci il tarixdən Şəki Penitensiar müəssisəsinin Təsərrüfat Briqadasında cəza çəkir. Məhkum müəssisəyə gəldiyi ilk gündən ona daxili intizam qaydaları izah edilmiş, hüquq və vəzifələri başa salınmış, yer və yataq ləvazimatı ilə təmin olunmuşdur. Məhkum müəssisədə 02.03.2026cı il tarixdən "köşk işçisinin köməkçisi" vəzifəsində işləyir. Məhkumla mütəmadi olaraq tərbiyəvi söhbətlər aparılmış, ona düzgün istiqamətlər göstərilmiş, maarifləndirici söhbətlər aparılmış, cəmiyyətdə qəbul edilmiş davranış, əxlaq normaları izah edilmiş və faydalı məsləhətlər verilmişdir. Məhkum peşə təhsilinə cəlb edilmiş, 2024-2025-ci il tədris ili üçün "dərzi" ixtisası üzrə diplom almışdır. Məhkum dəstədə keçirilən mədəni-kütləvi tədbirlərə və abadlıq işlərinə cəlb edilmiş, bu tədbirlərdə fəal iştirak etmişdir. Məhkumla mütamadi olaraq tərbiyəvi, maarifləndirici, əxlaqi söhbətlər davam etdirilmişdir. Məhkumun əməyə münasibəti müsbətdir. Cəza çəkdiyi müddət ərzində məhkum barəsində tənbeh tədbiri tətbiq edilməmiş, əməyə olan müsbət münasibəti, dəstədə keçirilən mədəni-kütləvi tədbirlərdə iştirakı və nümunəvi davranışı nəzərə alınaraq müəssisə rəhbərliyi tərəfindən məhkum barəsində 3 (üç) dəfə həvəsləndirmə tədbiri tətbiq edilmişdir. ##.##.2025ci il tarixdə "Milli Qurtuluş Günü" münasibət ilə Məhkumun nümunəvi davranışı, əməyə münasibəti və dəstədə keçirilən mədəni-kütləvi tədbirlərdə fəal iştirakı nəzərə alınaraq "Təşəkkür" elan edilmişdir. ##.##.2025-ci il tarixdə " Dövlət Suverenliyi" münasibəti ilə Məhkumun nümunəvi davranışı, əməyə münasibəti və dəstədə keçirilən mədəni-kütləvi tədbirlərdə fəal iştirakı nəzərə alınaraq "Təşəkkür" elan edilmişdir. ##.##.2026-cı il tarixdə "Novruz və Ramazan bayramı" münasibəti ilə Məhkumun nümunəvi davranışı, əməyə münasibəti və dəstədə keçirilən mədəni-kütləvi tədbirlərdə fəal iştirakı nəzərə alınaraq "Təşəkkür" elan edilmişdir. Məhkum yoldaşları ilə münasibət qurmağa bacarır, asudə vaxtlarında televiziya verilişlərini izləyir, stolüstü oyunlar oynayır, şəxsi gigiyena qaydalarına fikir verir, yataq yerini səliqəli saxlayır. Məhkum törətdiyi cinayətdə özünü tam təqsirli bilmiş, əməlinə görə çox peşman olduğunu bildirmişdir. Hökmə əsasən 1 nəfər zərərçəkmiş şəxs var və məhkumla barışmışdır. Məhkumun dövlətə olan 270 manat ekspertiza borcunun 140 manatı əmək haqqısından tutularaq dövlət nəfinə ödənilmişdir. Ailəsi və yaxın qohumları ilə görüş, telefon qovşağı vasitəsilə əlaqə saxlayır. Xasiyyətcə sakit təbiətli məhkumdur. Ədliyyə Nazirliyi Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı ilə yaradılmış "Müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı" komissiya məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə müsbət rəy vermişdir. Məhkumun vaxtından əvvəl şərti azad olunması məqsədə müvafiq hesab edilir. Göründüyü kimi məhkum Məhkum cəza çəkdiyi müddət ərzində nümunəvi davranışına, ictimai işlərdə fəal iştirakına görə müsbət tərəfdən xarakterizə olunmuş, törətdiyi cinayətin ağırlığını başa düşərək səmimi peşmançılıq çəkərək islah olunmuşdur. Izahatı alınarkən məhkum azad cəmiyyətdə yaşamaq, ailəsi ilə münasibətlərini davam etdirmək, azadlığa çıxacağı təqdirdə ictimai faydalı əməklə məşğul olmaq barədə verilən suallara məntiqi cavablar vermiş, özünü cəmiyyətin tam hüquqlu üzvü olmağa hazır insan kimi nümayiş etdirmişdir. Məhkəmə kollegiyası həmçinin onu da qeyd edir ki, iş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, məhkum tərəfindən qalıq 130 manat ekspertiza xərci tam şəkildə ödənilmişdir. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, məhkəmə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Həmin normanın məqsədlərindən biri-islah yoluna qədəm qoymuş şəxsləri mükafatlandırmaqdır. Mükafatlandırıcı normaların cinayət qanununa daxil edilməsi, cinayət törətmiş və islah yoluna qədəm qoymuş şəxsləri mükafatlandırmaqla islah olunmağın doğru yol olduğunu başqa məhkumlara nümayiş etdirmək məqsədi daşıyır. Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi digər məhkumlar üçün tərbiyəvi nümunə ola bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2010-cu il tarixli **/**** saylı Qərarının 1-ci bəndinə əsasən, məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunub-olunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Qeyd olunanları nəzərə alaraq məhkəmə, məhkumun cəzadan vaxtından əvvəl azad edilməsini məqsədəmüvafiq hesab edir. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respulikasının Qanununa əsasən, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası-penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, bu şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərə bilən kriminogen amillərin qarşısının alınması məqsədi ilə iqtisadi, təşkilati və sosial-psixoloji tədbirlər həyata keçirilməsidir. Məhkum azad cəmiyyətdən təcrid olunmuş şəraitdə, cəzaçəkmə müəssisəsində yaşamışdır. Onun uyğunlaşdığı ciddi şəraitdən birbaşa azadlığa buraxılması şəxsiyyətin sosial davranışında çətinliklər yarada bilər. Cəmiyyətə daha tez uyğunlaşması üçün onun üzərinə müəyyən vəzifələrin qoyulması məqsədə müvafiqdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə qanuni və əsaslıdır. Həmin qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Şərh olunаnlаrа əsаsən məhkəmə kollegiyаsı belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi məhkum Məhkum cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi üzrə ərizəsini qanunvericilikdə nəzərdə tutulmuş şəkildə təmin etməkdə düzgün qərara gəlmişdir. Ona görə də, Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət Təqibindən Kənar Icraatlar Idarəsinin prokuroru, ikinci dərəcəli hüquqşünas Prokuror tərəfindən verilmiş apelyasiya protesti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-***/**** saylı qərаrı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1 və 398.1.1-ci mаddələrinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apelyasiya şikayətinin və ya apelyasiya protestinin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Məhkum məhkəmə iclasında hüquqlarının müdafiəsi Şəki Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 tapşırılmışdır. Müdafiəçi müdafiəçi1 tərəfindən təqdim edilmiş hesabatdan görünür ki, hazırki işin baxılması ilə bağlı müdafiəçi cəmi 6 saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # ###### tarixli ** nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2025-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67- 1.2-ci maddələrində” sözləri əlavə edilsin və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilsin. Odur ki, Məhkum göstərilən hüquqi yardıma görə müdafiəçi müdafiəçi1 66 manat haqq hesablanıb “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1, 398.1.2, 400, 407, 408 və 520-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar Icraatlar Idarəsinin prokuroru, ikinci dərəcəli hüquqşünas Prokuror tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar Icraatlar Idarəsinin prokuroru, ikinci dərəcəli hüquqşünas Prokuror tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Müdafiəçi müdafiəçi1 əmək haqqı ödənilməsi üçün dövlət hesabına 66 manat vəsait müdafiəçi1 “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Müştərinin hesab N-si: AZ81UBAZ19313531140090AZN001 “xxxx”xxxx“xxxx” ASC-nin Şəki rayon filialı; VÖEN: **********; KOD: 502531; SWIFT: UBAZAZ22 Müxbir hesabı: AZ46NABZ01350100000000015944. Qərar elan olunduğu vaxtdan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar