Məhkəmə qərarları › İş №7(3-10)-76/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-10)-76/2026

17.08.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 7(3-10)-76/2026 17.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Səmədov Xəqani Hacı oğlu və X2 ibarət tərkibdə, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru, R dövlət ittihamçısı1, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X11 nümayəndəsi TITŞ-nin böyük inspektoru, R X5, məhkum Məhkum və onun müdafiəçi-Şəki Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 tərcüməçi X3 iştirakları ilə, Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin təmin edilməməsi barədə Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə ilkin açıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli (hakim Azər Mövlayev) qərarı ilə, ##.##.1975-ci ildə Moldova Respublikası Konratsk rayonu Boroqanı rayonunda anadan olmuş, Moldova Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işsiz, məhkum olunmamış, Ingiltərə BK-nın X4, Rouli Recis şəhəri, M.Klosse küçəsi ev 9yaşamış məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilməməsi müəyyən edilmişdir. işin halları Məhkum Məhkum 16-## #### 2016-cı il tarixlərdə Serqey Qubçak, X1 Veliçoqla, Oleq Kazanqiu, Andrey Zaborski və qeyriləri ilə əlbir olan bir qurup şəxs halında ictimai əhəmiyyətli infrastruktur obyekti olan "xxxx" KB ACM-nin kompyuter sisteminə hüquqları olmadan müdaxilə edərək qəsdən kompyuter məlumatlarını dəyişdirməklə əhəmiyyətli zərər vurub, informasiya texnologiyalarından istifadə etməklə həmin bankın Bakı, Xırdalan və Sumqayıt şəhərlərində yerləşən bankomatlarından "xxxx" KB ASC-yə məxsus külli miqdarda, yəni ümumilikdə 1.464.050 (1 milyon dörd yüz altmış dörd min əlli) manat pul vəsaitini qəsdən oğurlamış, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Sumqayıt ACM-nin ##.##.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.2, 273.4,66.3, 66.4, 52-ci maddələri ilə təqsirli bilinərək 2 il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 il 6 müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. ##.##.2024-cü il tarixdən Şəki Penitensiar müəssisəsində cəza çəkən məhkum Məhkum Məhkum ərizə ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, ona təyin edilmiş cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsini xahiş etmişdir. Cəzasının əvvəli ##.##.2018-ci il tarixdən hesablanır və ##.##.2026-cı il tarixdə başa çatır. Birinci instansiya məhkəməsi iclasında iştirak edən cəzaçəkmə müəssisəsinin nümayəndəsi mülahizəyə uyğun izahat verərək qanuna müvafiq qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru R dövlət ittihamçısı1 izahatında ərizənin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında iştirak edən məhkum izahatında bildirmişdir ki, artıq ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının 7 il 7 aydan çox hissəsini çəkmişdir, 04 ay qalmışdır. Övladı depressiyaya düşüb, ona ehtiyacı var. Ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında iştirak edən müdafiəçi öz çıxışında məhkumun ərizəsinin təmin edilməsini xahiş etmişdir. Iş üzrə yuxarıda qeyd edilmiş qərar qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından məhkum Məhkum tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkum Məhkum verdiyi apellyasiya şikayətində cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməyini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından apellyasiya protesti, eləcə də verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən məhkum Məhkum bildirdi ki, apellyasiya şikayətinin dəlillərini müdafiə edir. Xahiş edir ki, ona köməklik edilsin və apellyasiaya şikayətini təmin edərək şərti olaraq vaxtından əvvəl azad edilməyi barədə ərizəsi təmin edilsin. Məhkəmə kollegiyasının iclasında çıxış edən məhkumun müdafiəçisi müdafiəçi1 izahatında bildirdi ki, verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru, R dövlət ittihamçısı1 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X11 nümayəndəsi TITŞ-nin böyük inspektoru, R X5 mülahizəni müdafiə etdiyini bildirdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası icraat materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun, onun müdafiəçisinin, prokurorun və X11 nümayəndəsinin çıxışlarını dinləyərək hesab edir ki, məhkum Məhkum tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Həmin Məcəllənin 513.1-ci maddəsinə əsasən, cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə məhkumun ərizəsi əsasında cinayət qanununun müddəalarına müvafiq olaraq cinayət cəzalarını icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən tətbiq olunur. Həmin Məcəllənin 520.7-ci mаddəsinə görə, hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında çıxarılmış məhkəmə qərarından bu Məcəllədə nəzərdə tutulmuş qaydada apelyasiya və ya kassasiya şikayəti, yaxud protesti verilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə görə, məhkəmə islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.3.3-cü maddəsinə əsasən məhkum xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. Azərbaycan Respublikası Cəzаlаrın Icrаsı Məcəlləsinin 170.1-ci mаddəsinə görə, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, habelə cəzanın çəkilməsinin təxirə salınması tətbiq oluna bilən məhkum Azərbaycan Respublikasının Cinayət-Prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəməyə ərizə ilə müraciət edə bilər. Cəzаlаrın Icrаsı Məcəlləsinin 170.2-ci maddəsinə əsasən, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. «Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunubolunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Iş materialında olan mülahizədən görünür ki, məhkum Məhkum ##.##.2024-cü il tarixdə Şəki Penitensiar müəssisəsində cəza çəkir. Məhkum dəstəyə gəldiyi ilk gündən ona daxili intizam qaydaları izah edilmiş, hüquq və vəzifələri başa salınmış, yer və yataq ləvazimatı ilə təmin olunmuşdur. Məhkumla mütamadi olaraq tərbiyəvi, əxlaqi, maarifləndirici söhbətlər aparılmış, faydalı məsləhətlər verilmiş ona düzgün istiqamətlər göstərilmişdir. Cəza çəkdiyi müddət ərzində məhkum barəsində həvəsləndirmə və tənbeh tədbiri tətbiq edilməmişdir. Mədəni kütləvi tədbirlərdə iştirak etməmişdir. Məhkum yoldaşları ilə münasibət qurmağı bacarır. Əməyə cəlb edilməmişdir. Məhkum asudə vaxtlarında televiziya verilişlərini izləyir, idmanla məşğul olur, yataq yerini səliqəli saxlayır, şəxsi gigiyena qaydalarına fikir verir. Halhazırda törətdiyi cinayətdə günahını qismən etiraf edir. Ailəsi və yaxın qohumları ilə telefon vasitəsi ilə arada əlaqə saxlayır. Xasiyyətcə ünsiyyətcil məhkumdur. Zərərçəkmiş şəxs "xxxx" KB ASC-nin nümayəndəsi X6 bildirmişdir ki, onlara dəymiş ziyan sığorta tərəfindən ödənilmiş, məhkuma qarşı mülki iddiala olmadığını bildirərək onun barəsində qanunla nəzərdə tutulmuş cəza təyin edilməsini xahiş etmişdir. Məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi məqsədə müvafiq hesab edilmir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkum cəza çəkdiyi müddət ərzində barəsində həvəsləndirmə və tənbeh tədbirləri tətbiq edilməmişdir. Həmçinin kütləvi tədbirlərdə iştirak etməmişdir. Digər məhkumlar üçün nümunə ola biləcək davranışının nədən ibarət olmasını müəyyən etmək mümkün olmamışdır. Iş materiallarından göründüyü kimi məhkum cəza çəkdiyi müddət ərizində mütəmadi olaraq tərbiyəvi söhbətlər aparılmasına, ona düzgün istiqamətlər göstərilməsinə baxmayaraq cəza çəkdiyi müddət ərzində həvəsləndirmə tədbirləri tətbiq edilməmiş və mədəni-kütləvi tədbirlərdə iştirak etməmişdir. Qeyd olunanları, məhkum Məhkum oğlunun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəliliyini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri baxımından məhkumun islah olunduğunu və azad cəmiyyətdə yaşamağa hazır olduğunu qəbul etmək üçün hazırda kifayət qədər əsaslar yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşaraq, məhkum Məhkum törətdiyi cinayətin xarakterini, cəza çəkdiyi müddət ərzindəki davranışını nəzərə alaraq hesab edir ki, cəzanın məqsədləri baxımından məhkumun islah olunduğunu və azad cəmiyyətdə yaşamağa hazır olduğunu qəbul etmək üçün hazırda kifayət qədər əsaslar yoxdur. Hazırda məhkumun islah olunmaq məqsədilə cəzasını tam çəkməsi üçün zərurət aradan qalxmamışdır. Bundan başqa cəza çəkdiyi dövrdə məhkum barəsində həvəsləndirmə və tənbeh tədbiri tətbiq edilməmişdir. Mədəni kütləvi tədbirlərdə iştirak etməmişdir. Əməyə cəlb edilməmişdir. Cəzaların Icrası Məcəlləsinin 70.2-ci maddəsinin və Ali Məhkəmənin istinad olunan Plenum qərarının mənasına görə, məhkumun müsbət xarakterizə olunması barədə tələb şübhəsiz ki, onun cəza çəkdiyi dövr ərzində nümayiş etdirdiyi davranışı və əməyə münasibəti kimi məsələləri əhatə etməlidir (məhkum bu parametrlər üzrə müsbət səciyyələndirilməlidir). Lakin nəzərə almaq lazımdır ki, cəzaçəkmə müəssisəsi əməkdaşlarının nizam-intizam (davranış) qaydaları və müəyyən işlərin icrası ilə bağlı tələblərinin məhkumlar tərəfindən yerinə yetirilməsi məcburidir, əks halda onlar tənbeh tədbirinə məruz qala bilərlər. Ona görə də məhkumun cəzaçəkmə müəssisəsində yaxşı davranışı və əməyə müsbət münasibəti onun tam islah olunması qənaətinə gəlmək üçün yetərli göstəricilər deyildir. Məhkum Məhkum şəxsiyyətini, törətdiyi və hazırda cəzasını çəkdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Penitensiar Müəssəsinin onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinin məqsədə müvafiq hesab edilməməsi barədə mülahizəsini də nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, məhkum Məhkumna cəzanın çəkilməsi ilə bağlı əlavə güzəştlərin edilməsi cəzanın məqsədlərinin təmin olunması baxımından məqbul görünmür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzаlаrın Icrаsı Məcəlləsinin 2.1-ci mаddəsinə görə, bu Məcəllənin məqsədi məhkumları islah etmək, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaqdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsini təmin etməməkdə düzgün qərara gəlmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərаrı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1 və 398.1.1-ci mаddələrinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apelyasiya şikayətinin və ya apelyasiya protestinin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Məhkum məhkəmə iclasında hüquqlarının müdafiəsi Şəki Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 tapşırılmışdır. Müdafiəçi müdafiəçi1 tərəfindən təqdim edilmiş hesabatdan görünür ki, hazırki işin baxılması ilə bağlı müdafiəçi cəmi 5 saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # ###### tarixli ** nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2025-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67- 1.2-ci maddələrində” sözləri əlavə edilsin və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilsin. Odur ki, Məhkumı göstərilən hüquqi yardıma görə müdafiəçi müdafiəçi1 55 manat haqq hesablanıb “xxxx KB” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1, 398.1.2, 400, 407, 408 və 520-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Müdafiəçi müdafiəçi1 əmək haqqı ödənilməsi üçün dövlət hesabına 55 manat vəsait müdafiəçi1 “xxxx KB” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Müştərinin hesab N-si: AZ81UBAZ19313531140090AZN001 “xxxx KB”xxxx“xxxx KB” ASC-nin Şəki rayon filialı; VÖEN: **********; KOD: 502531; SWIFT: UBAZAZ22 Müxbir hesabı: AZ46NABZ01350100000000015944. Qərar elan olunduğu vaxtdan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar