Məhkəmə qərarları › İş №7(3-10)-80/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-10)-80/2026

31.08.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 7(3-10)-80/2026 31.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Şükürov Imanverdi Həşimxan oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru, R Prokuror, Şəki rayonu üzrə Icra və Probasiya Şöbəsinin nümayəndəsi X1, Məhkum oğlu və onun müdafiəçisi Şəki Regional Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Cərimə növündə cəzaya məhkum edilmiş şəxs Məhkum cərimə cəzasının hissə-hissə ödənilməsi barədə ərizəsinin təmin edilməməsi barədə Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə ilkin açıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli (hakim Azər Mövlayev) qərarı ilə, ##.##.2000-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan məhkum Məhkum cəzasının hissə-hissə ödənilməsi barədə ərizəsinin təmin edilməməsi müəyyən edilmişdir. işin halları: Cərimə növündə cəzaya məhkum edilmiş Məhkum ərizə ilə məhkəməyə müraciət edərək təyin edilmiş cərimənin hissə-hissə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Gəncə Hərbi Məhkəməsinin ## ### 2026-cı il tarixli *-*(*-**)-**/**** saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinərək 1800 manat cərimə cəzasına məhkum edilmişdir. Hal-hazırda maddi vəziyyəti ağırdır.Cəriməni tam ödəməyə imkanı yoxdur. Odur ki,sözügedən məhkəməmə hökmü ilə təyin edilmiş cərimə cəzasının hər ay 200 (iki yüz) manat hissə-hissə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclası zamanı cərimə növündə cəzaya məhkum Məhkum oğlu telefon vasitəsilə cərimə cəzasının hər ay 200 (iki yüz) manat məbləğində ödəyə biləcəyini qeyd edərək, məhkəmədən ərizəsinin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclası zamanı müdafiəçi Müdafiəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclası zamanı Şəki rayonu üzrə Icra və Probasiya Şöbəsinin nümayəndəsi X1 məsələni məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Birinci instansiya məhkəməsi iclası zamanı prokuror Prokuror ərizənin təmin edilməməsini xahiş etmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından məhkum Məhkum tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkum Məhkum verdiyi apellyasiya şikayətində barəsində ədalətli qərar çıxarılmasını və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından apellyasiya protesti, eləcə də verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum Məhkum apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cərimə cəzasından artıq 400 manat ödəniş etmişdir. Aylıq 200 manat ödəniş edə bilər. Əvvəl qeyri-rəsmi olaraq kuryer kimi işləmiş, gəliri az olduğundan kuryer işləyən zaman ödəniş edə bilməmişdir. Cəriməni indiyidək ödəyə bilməməsinin səbəbi maddi vəziyyəti və işsizliyi ilə bağlıdır. Məhkəmə kollegiyasının iclasında məhkum Məhkum müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin dəlillərinə oxşar məzmunda çıxış edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Şəki rayonu üzrə Icra və Probasiya Şöbəsinin nümayəndəsi X1 bildirdi ki, şəxs 400 manat ödəniş etmişdir. Şəxsin evinə video çəkilişlə baxış keçirilmiş, maddi vəziyyətinin yaxşı olmadığı müəyyən olunmuşdur. Bundan başqa şəxsin rəsmi iş yeri yoxdur. Odur ki, qanunamüvafiq qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru, R Prokuror verilmiş apellyasiya şikayəti ilə qismən razı olduğunu, ödəniş müddəti 5-6 ay müddətində müəyyən edildiyi təqdirdə ərizənin təmin edilməsinə etirazının olmadığını bildirdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası icraat materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli, Məhkum cərimə cəzasının hissə-hissə ödənilməsi barədə ərizəsi qismən təmin edilməli, Məhkum Gəncə Hərbi Məhkəməsinin ## ### 2026-cı il tarixli *-*(*-**)-**/**** saylı hökmü ilə təyin edilmiş 1800 manat cərimə cəzasının ödənilməmiş 1400 manatı 06 ay müddətinə hissə-hissə ödənilməsi müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Həmin Məcəllənin 520.7-ci mаddəsinə görə, hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında çıxarılmış məhkəmə qərarından bu Məcəllədə nəzərdə tutulmuş qaydada apellyasiya və ya kassasiya şikayəti, yaxud protesti verilə bilər. Аzərbаycаn Respublikаsı Cəzaların Icrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. icra məmuru cərimənin ödənilmədiyi halda məhkumu, ondan cərimənin məcburi tutulacağı barədə xəbərdar edir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən məhkum cəriməni üzrlü səbəbdən bir ay müddətində ödəyə bilmədikdə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə məhkumun ərizəsinə əsasən cərimənin ödənilməsinin altı ayadək müddətə təxirə salınması və ya müddəti göstərilməklə onun hissə-hissə ödənilməsi haqqında qərar qəbul edə bilər. Аzərbаycаn Respublikаsının Cinayət-Prosessual Məcəlləsinin 510.3-cü maddəsinə əsasən məhkum tərəfindən cərimənin 1 (bir) ay müddətində ödənilməsi mümkün olmadıqda, cərimənin ödənilməsi 6 (altı) ayadək müddətdə təxirə salına və ya müddəti göstərilməklə hissəhissə ödənilə bilər. Bu Məcəllənin 510.4-cü maddəsində isə qeyd edilir ki, bu Məcəllənin 510.1 və 510.3-cü maddələrində nəzərdə tutulmuş hallarda hökmün icrasının təxirə salınması məsələsinə məhkumun ərizəsi əsasında məhkəmə tərəfindən baxılır. Iş materiallarında olan Gəncə Hərbi Məhkəməsinin ## ### 2026-cı il tarixli **(*-**)-**/**** saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinərək 1800 manat cərimə cəzasına məhkum edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Məhkum cərimə cəzasına məhkum edilməsinə dair Gəncə Hərbi Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-**/**** saylı hökmü artıq 01 aydan artıq müddətdir ki, Şəki rayonu üzrə Icra və Probasiya Şöbəsinin icraatındadır. Bu müddət ərzində cərimə cəzası hökm məhkum tərəfindən tam icra edilməmişdir. Eyni zamanda Məhkum cərimə cəzasını hazırda icra edə bilməməsinə əsas ola biləcək hər hansı üzrlü səbəb müəyyən edilməmişdir (xəstəliyi, əlilliyi və ya digər üzrlü səbəblər). Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və qeyd edir ki, məhkəmə kollegiyası iclası zamanı həm məhkum, həm də icra məmurunun izahatı ilə məhkumun rəsmi iş yerinin olmaması, maddi vəziyyətinin pis olması və qeyd olunan səbəblərdən də cərimə cəzasını müyyən olunmuş müddətdə ödəməməsi öz təsdiqini tapdı. Qeyd olunanlardan əlavə məhkəmə kollegiyasının iclasında icra məmuru tərəfindən verilmiş izahatdan aydın oldu ki, məhkum iyul və avqust ayları üzrə ümumilikdə 400 manat ödəniş etmişdir. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin normanın məqsədlərindən biri-islah yoluna qədəm qoymuş şəxsləri mükafatlandırmaqdır. Mükafatlandırıcı normaların cinayət qanununa daxil edilməsi, cinayət törətmiş və islah yoluna qədəm qoymuş şəxsləri mükafatlandırmaqla islah olunmağın doğru yol olduğunu başqa məhkumlara nümayiş etdirmək məqsədi daşıyır. Qeyd olunаnlаrа əsаsən və eyni zamanda icra məmurunun və prokurorun fikirlərini də nəzərə alan məhkəmə kollegiyаsı belə nəticəyə gəlir ki, məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərar ləğv edilərək ərizə qismən təmin edilməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Məhkum məhkəmə iclasında hüquqlarının müdafiəsi Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tapşırılmışdır. Müdafiəçi Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatdan görünür ki, hazırki işin baxılması ilə bağlı müdafiəçi cəmi 5 saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # ###### tarixli ** nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2025-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67- 1.2-ci maddələrində” sözləri əlavə edilsin və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilsin. Odur ki, Məhkum göstərilən hüquqi yardıma görə müdafiəçi Müdafiəçi 55 manat haqq hesablanıb “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1, 398.1.2, 400, 407, 408 və 520-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. Məhkum cərimə cəzasının hissə-hissə ödənilməsi barədə ərizəsi qismən təmin edilsin. Məhkum Gəncə Hərbi Məhkəməsinin ## ### 2026-cı il tarixli *-*(*-**)-**/**** saylı hökmü ilə təyin edilmiş 1800 manat cərimə cəzasının ödənilməmiş 1400 manatı 06 ay müddətinə hissəhissə ödənilsin. Müdafiəçi Müdafiəçi əmək haqqı ödənilməsi üçün dövlət hesabına 55 manat vəsait Müdafiəçi “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Müştərinin hesab N-si: AZ81UBAZ19313531140090AZN001 “xxxx”xxxx“xxxx” ASC-nin Şəki rayon filialı; VÖEN: **********; KOD: 502531; SWIFT: UBAZAZ22 Müxbir hesabı: AZ46NABZ01350100000000015944. Qərar elan olunduğu vaxtdan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar