Məhkəmə qərarları › İş №7(3-10)-81/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-10)-81/2026

31.08.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 7(3-10)-81/2026 31.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Səmədov Xəqani Hacı oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Tahirov Zamin Cəbrayıl oğlu və X2 ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X4, Şəki penitensiar müəssisənin nümayəndəsi İsgəndərov Fuad Zəkai oğlu, məhkum Məhkum və onun müdafiəçisi X1 iştirakları ilə, Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim Azər Mövlayev) ## #### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərarı ilə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Penitensiar Müəssisəsində cəza çəkən məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından məhkum Məhkum tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Məhkum Məhkum verdiyi apellyasiya şikayətini əsaslandıraraq bildirmişdir ki, cəzasının üçdə iki hissəsini çəkdiyi üçün qalan cəzasından şərti olaraq vaxtından əvvəl azad olunması üçün Şəki Rayon Məhkəməsinə müraciət etmiş, müraciətinə ## #### 2026-cı il tarixdə baxılmış, lakin heç bir səbəb olmadan ədalətsiz olaraq ərizəsi təmin edilməmişdir. Odur ki, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından apellyasiya protesti, eləcə də verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən məhkum Məhkum bildirdi ki, o, cəza çəkdiyi müddət ərzində müəssisənin rejim qaydalarını pozmamış, müəssisə daxili qaydalara əməl etmiş, müəssisənin əməkdaşlarının tapşırıqlarını yerinə yetirmişdir. Ona təyin olunmuş cəzanın 2/3-dən çox hissəsini çəkmişdir. Övladı bu il ali məktəbə daxil olmuşdur. Artıq islah olunmuş və cəmiyyət üçün yararlı şəxsdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması barədə qərar qəbul edilməsini xahiş edir. Verilən suallara cavab olaraq bildirdi ki, cəzasının sonu ## ##### 2027-ci il tarixdə bitir. Barəsində bir dəfə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkum yoldaşları ilə mübahisə etdiyi üçün töhmət almışdır. Qadağan olunmuş yerdə siqaret çəkdiyi üçün barəsində 3 gün “cərimə otağı” tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən məhkumun müdafiəçisi X1 bildirdi ki, məhkumun apellyasiya şikayəti əsaslıdır. Cəzasının sonuna 7 ay 8 gün qalıb. Məhkum cəza çəkdiyi müddət ərzində rejim qaydalarına əməl edib. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X4 bildirdi ki, məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini, barəsində həvəsləndirmə tədbirinin tətbiq edilməməsini nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında çıxış edən X11 nümayəndəsi İsgəndərov Fuad Zəkai oğlu bildirdi ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən yaradılmış komissiya məhkum barəsində müsbət rəy vermişdir. Məhkum cəza çəkdiyi müddət ərzində barəsində həvəsləndirmə tədbiri tətbiq edilməmiş, lakin barəsində bir dəfə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkum barəsində yeni tənbeh tədbiri tətbiq edilmiş, lakin şəxsi işinə əlavə edilməmişdir. Odur ki, mülahizəni müdafiə edir. Verilən suallara cavab olaraq bildirdi ki, 2026-cı ilin iyul ayında məhkum barəsində “cərimə otağı” tənbeh tədbiri tətbiq edilmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası icraat materiallarını və məhkumun şəxsi işini araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun, onun müdafiəçisinin, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokurorunun, Penitensiar Müəssisənin nümayəndəsinin çıxışlarını dinləyərək hesab edir ki, məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Həmin Məcəllənin 513.1-ci maddəsinə əsasən, cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə məhkumun ərizəsi, habelə uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın vəsatəti əsasında cinayət qanununun müddəalarına müvafiq olaraq cinayət cəzalarını icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən tətbiq olunur. Həmin Məcəllənin 520.7-ci mаddəsinə görə, hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında çıxarılmış məhkəmə qərarından bu Məcəllədə nəzərdə tutulmuş qaydada apellyasiya və ya kassasiya şikayəti, yaxud protesti verilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə görə, məhkəmə islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Cinayət Məcəlləsinin 76.3-cü maddəsinə görə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum: 76.3.1. böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını; 76.3.1-1. ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini; 76.3.3. xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. Azərbaycan Respublikası Cəzаlаrın İcrаsı Məcəlləsinin 170.1-ci mаddəsinə görə, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, habelə cəzanın çəkilməsinin təxirə salınması tətbiq oluna bilən məhkum Azərbaycan Respublikasının Cinayət-Prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəməyə ərizə ilə müraciət edə bilər. Cəzаlаrın İcrаsı Məcəlləsinin 170.2-ci maddəsinə əsasən, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. «Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunubolunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Cəzaçəkmə müəssisəsinin mülahizəsindən görünür ki, məhkum Məhkum ##.##.1981-ci il tarixdə Ağdam rayonunun Qızıllı kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, Ağdam rayonunun Qızıllı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamışdır. Məhkum istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq əldə etdiyi 1 ədəd sellofan bükümün içərisində təmiz çəkisi 8.002 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini və 1 ədəd sellofan bükümün içərisində təmiz çəkisi 3.029 qram olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini satış məqsədi olmadan əynindəki şalvarın yan cibində saxlayaraq daşımış, # ##### 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Yeni Həyat qəsəbəsində saxlanılıb Mingəçevir şəhər polis şöbəsinə aparılaraq orada üzərində şəxsi axtarış aparılarkən həmin çəkilərdə, yəni külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamin onun əynində olan şalvarın yan cibindən aşkar edilərək götürülmüşdür. Şəki Ağır Cinayətlər Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkumun cəzasının əvvəli ##.##.2023-cü il tarixindən heasablanır və ##.##.2024-cü il tarixində başa çatır. Məhkum ##.##.2023-cü il tarixdə X11 istintaq təcridxanasına gətirilmiş, azadlıqdan məhrumetmə cəzasının qalan hissəsini çəkmək üçün ##.##.2024-cü il tarixdə X10 Ümumi rejimli korpusuna keçirilmişdir. Məhkum müəssisəyə gətirildiyi ilk gündən ona daxili intizam qaydaları izah edilmiş, hüquq və vəzifələri bildirilmişdir. Törətdiyi cinayətdə özünü təqsirli bilir. Məhkum barəsində cəza çəkdiyi müddət ərzində 1 (bir) dəfə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkum barəsində ##.##.2024-cü il tarixində “Töhmət” tənbeh tədbiri tətbiq edilmişdir. Məhkum asudə vaxtlarında televiziya verilişləri izləyir, şəxsi gigiyena qaydalarına fikir verir, yataq yerini səliqəli saxlayır. Əməyə münasibəti qənaətbəxş deyil. Mədəni-kütləvi tədbirlərdə iştirak etmir. Məhkum yoldaşları ilə münasibət saxlamağı bacarır. Ailə üzvləri və yaxınları ilə görüş və telefon qovşağı vasitəsilə ilə əlaqə saxlayır. Xasiyyətcə dəyişkən fikirli məhkumdur. Hökm üzrə barəsində təyin edilmiş 69 manat 10 qəpik ekspertiza xərci ödənilmişdir. Məhkum barəsində həvəsləndirmə tədbiri tətbiq edilməmişdir. Ədliyyə Nazirliyi Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı ilə yaradılmış “Müəyyən müddətə zadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarından şərti olaraq axtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə lüəssisəsinə keçirilməsi ilə bağlı” komissiya məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə müsbət rəy vermişdir. Məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi məqsədə müvafiq hesab edilir. Məhkəmə kollegiyası tərəfindən məhkumun şəxsi işi öyrənilərkən iş materiallarında olan ##.##.2026-cı il tarixli aktın surətindən müəyyən edilmişdir ki, məhkum Məhkum ##.##.2026-cı il tarixdə təxminən saat 11:00 radələrində saxlanıldığı korpusda əməkdaşlara qarşı qeyriqanuni tələblər irəli sürmüş, əməkdaşların qanuni iradlarına məhəl qoymayaraq səs-küy salmış və əməkdaşlara qarşı kobudluq etmişdir. Həmçinin məhkum Məhkum tərəfindən verilmiş izahatın surətindən görünür ki, məhkum Məhkum daxili rejim qaydalarını pozaraq əməkdaşlara qarşı qeyri-qanuni tələblər irəli sürməsini, tutulan iradlara məhəl qoymayaraq səs-küy saldığını və əməkdaşlara qarşı kobudluq etməsini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən X11 nümayəndəsi İsgəndərov Fuad Zəkai oğlu məhkum Məhkum barəsində 2026-cı ilin iyul ayında “cərimə otağı” tənbeh tədbiri tətbiq edildiyini lakin şəxsi işinə əlavə edilmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkum Məhkum cəza çəkdiyi müddət ərzində digər məhkumlar üçün nümunə ola biləcək davranışının nədən ibarət olmasını müəyyən etmək mümkün olmamış, məhkumun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəliliyini nəzərə alaraq cəzanın məqsədləri baxımından məhkumun islah olunduğunu və azad cəmiyyətdə yaşamağa hazır olduğunu qəbul etmək üçün hazırda kifayət qədər əsaslar yoxdur. Apellyasiya məhkəməsi iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı və qanuni hesab edir. Həmçinin müəyyən edildiyi kimi məhkum Məhkum ##.##.2026-cı il tarixdə saat 11:00 radələrində saxlanıldığı korpusda əməkdaşlara qarşı qeyri-qanuni tələblər irəli sürməsi, əməkdaşların qanuni iradlarına məhəl qoymayaraq səs-küy salmaqla əməkdaşlara qarşı kobudluq etməsi də onun hazırda islah olunmadığını bir daha təsdiq etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzаlаrın İcrаsı Məcəlləsinin 2.1-ci mаddəsinə görə, bu Məcəllənin məqsədi məhkumları islah etmək, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaqdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsini təmin etməməkdə düzgün qərara gəlmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, məhkum Məhkum tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərаrı dəyişdirilmədən saxlanılmalı, məhkum Məhkum məhkəmə baxışı zamanı göstərdiyi 5 (beş) saat hüquqi yardıma görə 55 (əlli beş) manat vəsait Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Börüsunun vəkili X1 “xxxx” ASCnin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülməlidirdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 398.1 və 398.1.1-ci mаddələrinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1, 398.1.2, 400, 407, 408 və 520-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin təmin edilməməsinə dair Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkum Məhkum məhkəmə baxışı zamanı göstərdiyi 5 (beş) saat hüquqi yardıma görə 55 (əlli beş) manat vəsait Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Börüsunun vəkili X1 “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Qərar elan olunduğu vaxtdan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar