Məhkəmə qərarları › İş №7(3-10)-84/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-10)-84/2026

21.09.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 7(3-10)-84/2026 21.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Səmədov Xəqani Hacı oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Tahirov Zamin Cəbrayıl oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X6, Şəki penitensiar müəssisənin nümayəndəsi İsgəndərov Fuad Zəkai oğlu, məhkum Məhkum və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə Məhkum Məhkum cəzanın çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Şəki rayon Məhkəməsinin (hakim: Pərvanə Məmmədova) ## #### 2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərarı ilə məhkum Məhkum ona təyin edilmiş cəzanın çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından məhkum Məhkum tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Məhkum Məhkum verdiyi apellyasiya şikayətini əsaslandıraraq bildirmişdir ki, Azərbaycan Respuublikası Cinayət Məcəlləsinin 234.1-1, 178.2.1 və 178.2.2-ci maddələrinə əsasən 04 il azadlıqdan məhrum edilmiş, cəzasının üç il dörd ayını çəkmişdir. Himayəsində bir azyaşlı uşağı və yaşlı valideyni var. Odur ki, Azərbaycan Respublikasının qanunlarına əsasən vaxtından əvvəl azad edilməsi barədə ərizəsinə baxılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından apellyasiya protesti, eləcə də verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən məhkum Məhkum bildirdi ki, o, 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Hal-hazırda cəzadan azad olunmasına 06 ay müddət qalmşdır. Özü maşın alverçisi olmuş, heç vaxt narkotik vasitə istifadə etməmişdir. Himayəsində bir azyaşlı övladı və xəstə anası vardır. Verilən suallara cavab olaraq bildirdi ki, narkotiklə bağlı ittihamı qəbul etmir. O, maşın alverçisi olduğu üçün dələduzluq cinayəti ilə ittiham olunmuşdur. Əvvəlcə beh vermişlər, sonra da gedib şikayət etmişlər. Apellyasiya məhkəməsi ona təyin olunmuş cəzanı 1 il müddətinə azaltdığı üçün kassasiya şikayəti verməmişdir. Telefonla danışanda səsini yüksəltdiyi üçün 7 gün cərimə otağı tənbeh tədbiri almışdır. Barəsində həvəsləndirmə tədbiri tətbiq edilməmişdir. Apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında çıxış edən məhkumun müdafiəçisi Müdafiəçi bildirdi ki, məhkumun apellyasiya şikayəti əsaslıdır. Birinci instansiya məhkəməsi işin hallarını hərtərəfli araşdırmayıb. Məhkum cəzasının çox hissəsini çəkib. Məhkum cəza çəkdiyi müddət ərzində rejim qaydalarına əməl edib. Hüquqlarını müdafiə etdiyi şəxs komissiyanın rəyinə əsasən müsbət xarakterizə olunur. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 7(5-158)-213/2026 nömrəli qərarının ləğv edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X6 bildirdi ki, məhkumun şəxsi işində qeyd olunanlara əsasən, o bir dəfə CM-nin 178.2-ci maddəsi ilə məhkum olunsa da, zərərçəkmiş şəxslə barışdığı üçün iş üzrə icraata xitam verilmişdir. Məhkuma təyin olunmuş narkomaniyadan məcburi müalicə ləğv olunmamışdır. Məhkum barədə cəza çəkdiyi müddət ərzində bir dəfə tənbeh tədbiri tətbiq edilmiş, barəsində heç bir həvəsləndirmə tədbiri tətbiq edilməmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Şəki penitensiar müəssisəsinin nümayəndəsi İsgəndərov Fuad Zəkai oğlu bildirdi ki, məhkumun cəzasının sonuna 6 ay 25 gün qalıb. Ədliyyə Nazirliyi tərəfindən yaradılmış komissiya tərəfindən məhkum barədə müsbət rəy verilmişdir. Məhkum barədə həvəsləndirmə tədbiri tətbiq edilməmiş və məhkum hökmlə təyin edilmiş ekspertiza xərcini ödəməmişdir. Məhkum əməyə cəlb edilməmişdir. Odur ki, mülahizəni müdafiə edir. Verilən suallara cavab olaraq bildirdi ki, şəxs məhkum yoldaşı ilə mübahisə etdiyi üçün barəsində cərimə otağı tənbeh tədbiri tətbiq edilmişdir. Məhkum kütləvi tədbirlərdə iştirak etməmiş, zərərçəkmiş şəxslərlə barışmışdır. Məhkum barədə müvafiq rəyi onlar vermir, Ədliyyə Nazirliyi tərəfindən yaradılmış komissiya verir. Komissiya məhkumun zərərçəkmiş şəxslərlə barışmasını nəzərə alaraq müsbət rəy vermişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası icraat materiallarını və məhkumun şəxsi işini araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun, onun müdafiəçisinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokurorunun və Penitensiar Müəssisənin nümayəndəsinin çıxışlarını dinləyərək hesab edir ki, məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Həmin Məcəllənin 513.1-ci maddəsinə əsasən, cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə məhkumun ərizəsi əsasında cinayət qanununun müddəalarına müvafiq olaraq cinayət cəzalarını icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən tətbiq olunur. Həmin Məcəllənin 520.7-ci mаddəsinə görə, hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında çıxarılmış məhkəmə qərarından bu Məcəllədə nəzərdə tutulmuş qaydada apellyasiya və ya kassasiya şikayəti, yaxud protesti verilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə görə, məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Cinayət Məcəlləsinin 76.3-cü maddəsinə görə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum: 76.3.1. böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını; 76.3.1-1. ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini; 76.3.3. xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. Azərbaycan Respublikası Cəzаlаrın İcrаsı Məcəlləsinin 170.1-ci mаddəsinə görə, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, habelə cəzanın çəkilməsinin təxirə salınması tətbiq oluna bilən məhkum Azərbaycan Respublikasının Cinayət-Prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəməyə ərizə ilə müraciət edə bilər. Cəzаlаrın İcrаsı Məcəlləsinin 170.2-ci maddəsinə əsasən, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. «Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunubolunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Cəzaçəkmə müəssisəsinin mülahizəsindən görünür ki, məhkum Məhkum ##.##.1987-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, himayəsində 1 azyaşlı uşağı olan, Göygöl RM-nin ##.##.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cazasına məhkum edilmiş,Mingəçevir şəhəri, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. Məhkum Məhkum özgənin əmlakını ələ keçirmək məqsədilə X1 ilə əldə edəcəkləri pul vəsaitini aralarında böləcəklərinə dair razılaşıb cinayət əlaqəsinə girərək "turbo az" avtomobil alqı-satqı saytında özlərinə məxsus olmayan **-DR-*** dövlət qeydiyyat nişanlı "Mersedes" markalı avtomobili öz avtomobilləri kimi təqdim edib X2 məqsədilə, ümumilikdə 800 manat pulunu sui-istifadə etmə yolu ilə qabaqcadan əlbir olan bir qurup şəxs halında ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, X3 və X1 ilə əldə edəcəkləri pul vəsaitini aralarında böləcəkləri qərarına gələrək, "turbo az" sayıtında olan **-GT-*** dövlət qeydiyyat nişanlı özlərinə məxsus olmayan "Mersedes" markalı maşını ucuz qiymətə X4 niyyətilə, ümumilikdə 1100 manat pul vəsaitini suiistifadə etmə yolu ilə bir qurup şəxs halında ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa o, qanunsuz olaraq külli miqdarda 6,075 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamış, ünvan 1 ünvanının qarşısına daşımış, DİN-nin BMCMİ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı təmiz çəkisi 6,075 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bakı ACM-nin ##.##.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 234.1- 1, 68.1.1-1-ci maddələri ilə təqsirli bilinərək 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Göygöl RM-nin ##.## 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 1 il 5 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası 9 ay azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmuş və CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı Bakı ACMnin ##.##.2025-ci il tarixli hökmünün cəzaya aid hissəsində dəyişiklik edərək qəti olaraq məhkuma 3 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkuma narkomaniyadan məcburi müalicə təyin edilmişdir. Cəza müddətinin əvvəli: ##.##.2023-cü il tarixdən hesablanır, cəza müddətinin sonu ##.##.2027-ci il tarixdə bitir. Məhkum Məhkum ##.##.2025-ci il tarixdən Şəki penitensiar müəssisəsində cəza çəkir. Məhkum dəstəyə gəldiyi ilk gündən ona daxili intizam qaydaları izah edilmiş, hüquq və vəzifələri başa salınmış, yer və yataq ləvazimatı ilə təmin olunmuşdur. Məhkumla mütamadi olaraq tərbiyəvi, əxlaqi, maarifləndirici söhbətlər aparılmış, faydalı məsləhətlər verilmiş və ona düzgün istiqamətlər göstərilmişdir. Cəza çəkdiyi müddət ərzində məhkum barəsində 1 dəfə tənbeh tədbiri tətbiq edilib, (##.##.2026-7 gün CO) həvəsləndirmə tədbiri tətbiq edilməmişdir. Dəstədə keçirilən tərbiyəvi tədbirlərdə iştirak etməmişdir. Əməyə cəlb edilməyib. Məhkum asudə vaxtlarında televiziya verilişlərini izləyir, yataq yerini səliqəli saxlayır, şəxsi gigiyena qaydalarına fikir verir. Hal-hazırda törətdiyi cinayətdə günahını qismən etiraf edir. Hökm üzrə təyin edilmiş 92 manat ekspertiza xərci dövlət nəfinə ödənilməmişdir.Ailəsi və yaxın qohumlanı ilə telefon və görüş vasitəsi ilə əlaqə saxlayır. Xasiyyətcə ünsiyyətcil və dəyişkən fikirli məhkumdur.Hökm üzrə mülki iddia yoxdur. 2 nəfər zərərçəkmiş şəxs var və barışıq əldə olunmuşdur.Ədliyyə Nazirliyi Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı ilə yaradılmış "Müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı komissiya məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə müsbət rəy vermişdir. Məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi məqsədə müvafiq hesab edilir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkum Məhkum törətdiyi cinayətin xarakterini, ictimai təhlükəliliyini nəzərə alaraq cəzanın məqsədləri baxımından məhkumun islah olunduğunu və azad cəmiyyətdə yaşamağa hazır olduğunu qəbul etmək üçün hazırda kifayət qədər əsaslar yoxdur. Məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi üçün o, tam islah olunmalıdır. Lakin, məhkəmə iclasında verdiyi izahatı ilə məhkum əməlindən peşmançılıq çəkməsinə və islah olunduğuna məhkəmədə inam yaratmamışdır, bu isə hazırkı halda məhkumun hələ tam islah olunmamasını və ona tətbiq edilən cəzanın məqsədinə nail olunmamasını göstərir. Hazırda məhkumun islah olunmaq məqsədilə cəzasını tam çəkməsi üçün zərurət aradan qalxmamışdır. Məhkum Məhkum cəza çəkdiyi müddət ərzində öz nümunəvi davranışı ilə islah olunmasını sübuta yetirməli olduğu halda bunu etməmiş və o, hazırkı icraat üzrə məhkəmə baxışında islah olunmasına inam yaradan heç bir fikir bildirməmişdir. Apellyasiya məhkəməsi iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı və qanuni hesab edir. Belə ki, məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş iş materiallarından, həmçinin tərəflərin izahatlarından müəyyən edilmişdir ki, cəza çəkdiyi müddət ərzində məhkum barəsində 1 dəfə tənbeh tədbiri tətbiq edilmiş, həvəsləndirmə tədbiri tətbiq edilməmiş, dəstədə keçirilən tərbiyəvi tədbirlərdə iştirak etməmiş, əməyə cəlb edilməmiş, hökm üzrə təyin edilmiş 92 manat ekspertiza xərci dövlət nəfinə ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzаlаrın İcrаsı Məcəlləsinin 2.1-ci mаddəsinə görə, bu Məcəllənin məqsədi məhkumları islah etmək, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaqdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsini təmin etməməkdə düzgün qərara gəlmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərаrı dəyişdirilmədən saxlanılmalı, məhkum Məhkum məhkəmə baxışı zamanı göstərdiyi 4 (dörd) saat hüquqi yardıma görə 44 (qırx dörd) manat vəsait Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Börüsunun vəkili Müdafiəçi “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülməlidirdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 398.1 və 398.1.1-ci mаddələrinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1, 398.1.2, 400, 407, 408 və 520-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Məhkum Məhkum cəzanın çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkum Məhkum məhkəmə baxışı zamanı göstərdiyi 4 (dörd) saat hüquqi yardıma görə 44 (qırx dörd) manat vəsait Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Börüsunun vəkili Müdafiəçi “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Qərar elan olunduğu vaxtdan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar