Məhkəmə qərarları › İş №7(3-6)-1001/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-1001/2026

02.09.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-1001/2026 02.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyeva Aytən Heydər qızının sədrliyi və məruzəsi ilə, Hüseynov Elməddin Mirpaşa oğlu və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi – X3, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru – X1, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Güvən” vəkil bürosunun vəkili Müdafiəçi, məhkum – Məhkum iştirakları ilə məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim Ü.H.Mirzəyeva) ## #### 2026-cı il tarixli qərarı ilə ## #### 1986-cı ildə Sabirabad rayonunun Qəfərli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Sabirabad rayonunun Qəfərli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan məhkum Məhkum, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə təyin edilmiş 01 (bir) il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 05 (beş) ay 05 (beş) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İşin halları: Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qərarından görünür ki, Məhkum barəsində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## #### 2024-cü il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə Azərbaycan Respublikası 46.2-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay müddətinə kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsi fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhruni etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsi fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzaları təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən, təyin edilmiş əsas cəzaları qismən toplamaq, əlavə cəzaları isə qismən birləşdirmək yolu ilə Məhkum 02 il müddətinə kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsi fəaliyyəti ilə məşğul olmaq- hüququndan məhrum edilməklə 02 (iki) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4 və 66.5-ci maddələrinə əsasən, hazırda təyin olunan 02 (iki) il 01 (bir) ay azadlıqdan məhrum etmə cəzası Biləsuvar Rayon Məhkəməsinin ## ####### 2021-ci il tarixli hökmü ilə Məhkum təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla, əlavə cəza isə tam birləşdirilməklə, ona cinayətlərin məcmusu üzrə qəti olaraq 02 (iki) il müddətinə kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsi fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddələrinə əsasən, Məhkum tərəfindən Biləsuvar Rayon Məhkəməsinin ## ####### 2021-ci il tarixli hökmü ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının amnistiya aktının tətbiqinə qədər çəkilmiş 02 (iki) ay 03 (üç) gün hissəsi, həmçinin hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu 1 gün, cəmi 02 (iki) ay 04 (dörd) gün müddət ona qəti əsas cəza olaraq təyin edilmiş 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, Məhkum üzərində 02 (iki) il müddətinə kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsi fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkum təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 09 (doqquz) ay 21 (iyirmi bir) gün müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1 və 69.3-cü maddələrinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə hesabı ilə hesablanmaqla, 04 (dörd) ay 26 (iyirmi altı) gün müddət təyin olunan azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, Məhkum üzərində qəti olaraq 02 (iki) il müddətinə kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsi fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzaçəkmə müddətinin əvvəli ## ####### 2025-ci ildən hesablanmışdır. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Məhkum barəsində “Konstitusiya və Suverenlik İli münasibəti ilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli qərarı tətbiq edilsin və ona Bakı Apellyasiya Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** saylı qərarı ilə qəti olaraq təyin edilmiş 01 il 07 ay müddətə azadlıqdan məhrum etmə cəzasınfn çəkilməmiş hissəsi 06 ay azaldılmışdır. Məhkəmə sənədlərindən görünür ki, məhkum Məhkum cəzaçəkmə müddəti ## ###### 2026-cı il tarixdə başa çatır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından görünür ki, müraciət təmin edilmişdir. Qərardan prokuror Prokuror apellyasiya protesti verərək, Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv olunmasını və ərizənin təmin olunmamasını xahiş etmişdir. Protestin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Protest əsaslandırılarkən qeyd olunmuşdur ki, məhkəmə, qərar qəbul edərkən Məhkum ümumilikdə 2 dəfə məhkum olunmasını, heç bir həvəsləndirilmə tədbirinin olmamasını, əməyə və təhsilə heç bir müsbət münasibətinin olmamasını, həmçinin ona təyin edilmiş 01 il 07 ay azadlıqdan məhrumetmə cəzasının cəmi faktiki 7 aydan çox hissəsini çəkməsini nəzərə almamışdır. Məhkəmə qərar qəbul edərkən Məhkum barəsində tərtib olunan müsbət mülahizənin olduğu kimi qərarına köçürülməklə kifayətlənmişdir. Məhkəmə məhkum Məhkum konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasını, törətdiyi cinayətə münasibətinin təzahür formasını, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsini araşdırmamış, islah olunmasının nədə təzahür etməsi, hansı nailiyyətlərinə əsasən digər məhkumlardan fərqlənməsi qeyd edilməmiş, yalnız formal xarakter daşıyan mülahizəyə və ümumi əsasları müəyyən edən qanun normasına istinad etməklə kifayətlənmişdir. Odur ki, məhkəmənin Məhkum barəsində çıxardığı ## #### 2026-cı il tarixli qərarı əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında prokuror X1 verilmiş apellyasiya protestinin məzmununa uyğun çıxış edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında məhkum Məhkum və müdafiəçisi Müdafiəçi ayrı-ayrılqda verilmiş apellyasiya protestinin təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası təqdim edilmiş iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, apellyasiya protestinin dəlilləri ilə əlaqəli şəkildə müzakirə edib, proses iştirakçılarının çıxışlarını nəzərə alaraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə apellyasiya protesti təmin edilməməli və iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Həmin Məcəllənin 76.3.1-ci maddəsinə əsasən, məhkum böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını çəkdikdən sonra cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edilə bilər. Azərbaycan Respublikası CİM-nin 170.2-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Qeyd olunan maddələrin mənasına görə məhkəmə tərəfındən müraciətlərə baxılarkən, məhkumların bütün cəza çəkmə dövründəki davranışları hərtərəfli təhlil edilməli, məhkumun əməyə münasibəti, tərbiyəedici tədbirlərdə, özfəaliyyət təşkilatlarının işində iştirakı, həqiqətən islah yoluna qədəm qoyması və cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi araşdırılmalıdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsindən verilmiş mülahizədən görünür ki, Məhkum müsbət məhkum kimi xarakterizə olunur – müəssisəyə qəbul olunduğu gündən ona hüquq və vəzifələri, müəssisənin daxili intizam qaydaları izah edilmiş, törətdiyi cinayət əməlinə münasibəti öyrənilmiş, dəstədə yataq yeri ilə təmin olunmuşdur. Onunla aparılan tərbiyəvi söhbətlərdən özü üçün müsbət nəticələr çıxarmış, müəssisədə və dəstədə keçirilən abadlıq işlərində könülü olaraq yaxından iştirak etmişdir. Məhkum kollektivi arasında hərəkət və davranışı ilə nümunə olmuşdur. Əməyə və təhsilə münasibəti müsbətdir. Asudə vaxtlarını səmərəli keçirir. Xasiyyətcə sakit təbiətlidir. Barəsində tənbeh tədbirləri tətbiq edilməmişdir. ##.##.2026-cı il tarixdə barəsində “Əlavə telefon danışığına” icazə verilməsi barədə həvəsləndirmə tədbiri tətbiq edilmişdir. Ailə üzvləri və yaxınları ilə telefon və görüş vasitəsi ilə mütəmadi olaraq əlaqə saxlayır. Məhkum ilə aparılan profilaktik tərbiyəvi söhbət zamanı o, törətdiyi cinayət əməlini etiraf edərək, səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslərin şikayət və tələbinin olmamasını bildirərək nəzərə alınmasını xahiş edir. Məhkumun şəxsi işi – ##.##.2026-cı il tarixdə 29 N-li iclas protokoluna əsasən protokollaşdırılmışdır. (Protokol şəxsi işə əlavə olunmuşdur). Onun islah yoluna qədəm qoymasını, müsbət xarakterizə olunmasını və s. halları nəzərə alaraq məhkəməyə təqdim olunması üçün müsbət rəy verilmişdir. Məhkum Məhkum islah yoluna qədəm qoymuşdur. Onun cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması məqsədəuyğundur. Birinci instansiya məhkəməsi məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə müraciətə baxarkən, cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizəni məhkumun şəxsi işi, proses iştirakçılarının təklifləri və təqdim olunmuş digər sənədlərlə əlaqəli şəkildə araşdırmış, şəxsiyyəti nəzərə alınmaqla məhkuma fərdi yanaşılmış, cəza çəkdiyi müddətdə şəxsiyyətini səciyyələndirən müsbət hallar nəzərə alınaraq, müraciətinin təmin edilməsi haqqında əsaslı və ədalətli qərar qəbul etmişdir. Məhkəmə kollegiyası bir daha iş materiallarını araşdıraraq, məhkumun barəsində müsbət xarakterli mülahizə verilməsini, mülahizədə göstərilən məlumatların işdə olan sənədlərlə təsdiq edildiyini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsini təmin etməkdə haqlı olmuşdur. Belə ki, “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarının 1ci bəndinin hüquqi tövsiyyəsinə görə, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. İstənilən maddi və prosessual hüquq norması tətbiq olunarkən baxılan hər bir işin xarakteri, mahiyyəti, ictimai və fərdi maraqlara təsiri, qanuniliyi araşdırılmalıdır. Ona görə də məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunub-olunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Həmin qərarın 2-ci bəndinə əsasən məhkəmələr bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşmalıdırlar. Məhkəmə kollegiyası Plenum qərarında vurğulanan hüquqi tövsiyyələrlə bağlı qeyd edir ki, məhkum Məhkum barəsində verilmiş mülahizənin əsaslılığı və onun islah olunub-olunmaması məsələsi araşdırılarkən, cəza çəkdiyi müddətdə nümayiş etdirdiyi davranışı və digər hallar bir-biri ilə əlaqəli şəkildə nəzərə alınmışdır. Məhkumun şəxsi iş materiallarına və cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizəyə əsasən, cəza çəkdiyi dövrə nəzər saldıqda görünür ki, Məhkum ona təyin edilmiş cəzanın yarısından çox hissəsini çəkmişdir. Məhkumu islah etmək, onda qanuna itaəti həvəsləndirmək məqsədi ilə barəsində həvəsləndirmə tədbiri tətbiq edilmiş, daxili rejim qaydalarına əməl etmişdir. Bütün sadalanan hallar, məhkumun islah olunduğunun, cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinin mümkünlüyünün göstəricisidir. Digər tərəfdən, qanunun tələbinə görə məhkum edilmiş şəxsi cəzadan şərti olaraq vaxtından əvvəl azad etmək üçün iki əsas tələb olunur: müəyyən edilmiş cəza müddətinin bir hissəsinin çəkilməsi və məhkum edilmiş şəxsin islah olunması. Hazırki iş üzrə təqdim edilmiş mülahizədən və məhkumun şəxsi iş materiallarından hər iki əsasın mövcud olduğu məlum olur. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərinə münasibətdə qeyd edir ki, məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli **/**** №-li qərarının hüquqi tövsiyyələri və Avropa Şurasının Nazirlər Komitəsinin cəzaların icrası zamanı məhbusların cəmiyyətə qayıdışa hazırlıq məqsədilə penitensiar siyasətin həyata keçirilməsində ümumi prinsiplərə riayət etməyin və onların təkmilləşdirilməsinin vacibliyinə dair X5 və vaxtından əvvəl azad etmə barədə R (2003) ** saylı tövsiyələri ilə ziddiyyət təşkil etmir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunduğu müddət ərzində, davranışı üzərində nəzarəti həyata keçirən yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsindən qanun pozuntusuna yol verməsi haqqında hər hansı məlumatın daxil olmaması onun islah yolunda müsbət davranışının mühüm göstəricisidir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayıb, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Məhkum qanuna itaət, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qaydalarına hörmət və ehtiram hissi formalaşdığından, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Göstərilənlərə əsasən, apellyasiya protestinin təmin edilməsi və Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya protesti təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinin tələbinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ##.##.2025-ci il *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA ALDİ: Apellyasiya protesti təmin edilməsin. Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. “Güvən” vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 165 (yüz altmış beş) manat dövlət büdcəsindən tutularaq “Güvən” vəkil bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar