Məhkəmə qərarları › İş №7(3-6)-1004/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-1004/2026

12.08.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-1004/2026 12.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri: X1 (sədrlik edən və məruzəçi hakim), X2 və Əliyev Emin Zöhrab oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Prokuror - Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X5, Müdafiəçi – Yasa Vəkil Bürosunun vəkili Müdafiəçi, Məhkum Məhkum iştirakları ilə, Məhkum Məhkum ümumi rejimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsinin təmin olunmasına dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Prokuror tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Təqdimat verən orqan cəza çəkən məhkum Məhkum ümumi rejimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə ərizənin təmin edilməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Təqdimat verən orqan cəza çəkən Məhkum Goranboy Rayon Məhkəməsinin *(***)- **/**** nömrəli, ##.##.2026-cı il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsini çəkmək üçün məntəqə tipli cəza çəkmə müəssisəsinə keçirilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin qərarından narazı qalan Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Prokuror apellyasiya protesti verərək, Məhkum cəzasının çəkilməmiş 01 il 02 ay 05 gün hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsinə dair ərizəsinin təmin edilməsi haqqında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilərək ərizəsinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya protestinin dəlilləri qismində göstərilmişdir ki, məhkəmə mübahisələndirilən qərarı qəbul edərkən məhkumun əvəllər eyni xarakterli cinayət əməlini törətməsini araşdırmadan yalnız Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Təqdimat verən orqan rəisinin mülahizəsini olduğu kimi qərarına köçürməklə kifayətlənmişdir. Məhkəmə nəzərə almamışdır ki, məhkum cəza çəkdiyi dövrdə heç bir həvəsləndirilmə tədbirinə layiq görülməmiş, həmçinin cəza çəkdiyi dövrdə heç bir əmək fəaliyyətinin həyata keçirilməsi üçün təşəbbüs göstərilməmişdir. Belə ki, məhkəmə düşünür ki, məhkum cəza çəkdiyi dövrdə barəsində tənbeh tədbiri tətbiq edilməmişdirsə deməli islah olunmuşdur. Əgər bu məntiqlə yanaşılsa hazırda cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumların əksəriyyəti islah olunmuş hesab olunmalıdır. Məhkəmə unudur ki, hazırda məntəqə tipli cəzaçəkmə müəssisələri cəza çəkən məhkumların əksəriyyəti demək olar ki, qanunla icazə verilən məhkumlar üçün əmək fəaliyyəti ilə məşğul olmaları üçün şərait vardır. Belə olan halda Məhkum hazırda heç bir əmək fəaliyyəti ilə məşğul olmadığı təqdirdə məntəqə tipli cəzaçəkmə müəssisəsində hansı əmək fəaliyyəti ilə məşğul olacaqdır. Bütün bunlar isə məntəqə tipli cəzaçəkmə müəssisəsinin Məhkum barəsindəki müsbət mülahizəsinin obyektiv həqiqəti əks etdirmədiyinə, faktlara əsaslanmadığına və ümumi ifadələrdən ibarət olduğuna və onun hazırda islah olunmadığına dəlalət edir. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X5 apellyasiya protestini müdafiə edərək və protestin dəlillərinə uyğun çıxış edərək, məhkəmədən apellyasiya protestinin təmin edilməsini, Məhkum cəzasının çəkilməmiş 01 il 02 ay 05 gün hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsinə dair ərizəsinin təmin edilməsi haqqında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 7(5-103)- ***/**** nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı müdafiəçi Müdafiəçi apellyasiya protestinin dəlillərinə etiraz edərək bildirmişdir ki, birinci instansiya məhkəməsinin qərarını qanuni və əsaslı hesab edir. Məhkəmə Məhkum cəzasının çəkilməmiş 01 il 02 ay0 5 gün hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsinə dair ərizəsinin təmin edilməsi haqqında qərar qəbul edərkən yalnız Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Təqdimat verən orqan müsbət rəyini deyil, həmçinin Məhkum cəzasının çəkdiyi müddət ərzindəki davranışını, xüsusən cəza çəkdiyi dövr üzrə islah yoluna qədəm qoymuş məhkum kimi xarakterizə olunmasını, əməyə müsbət münasibət göstərməsini, tərəflərin çıxışlarını, məhkumun şəxsi işini və digər sənədləri də nəzərə almışdır. Buna görə də, məhkəmədən apellyasiya protestinin təmin edilməməsini və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkum Məhkum müdafiəçinin dedikləri ilə razılaşaraq, məhkəmədən apellyasiya protestinin təmin edilməməsini və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Təqdimat verən orqan nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasının cəzaçəkmə müəssisəsinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası təqdim edilmiş materialları araşdırıb, apellyasiya protestinin dəlillərini müzakirə edərək, apellyasiya protestinin təmin edilməsi barədə prokurorun, həmçinin apellyasiya protestinin təmin edilməməsi barədə məhkumun və onun müdafiəçisinin çıxışını dinləyərək hesab edir ki, apellyasiya protesti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, müəyyən edilir ki, Goranboy Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinmiş və ona 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəza təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin əvvəlinin ## ######## 2025-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkum barəsində olan mülahizədən görünür ki, Məhkum ##.##.1984-cü ildə Xankəndi şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunub, Xocalı şəhərində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamışdır. Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnın 177.2.2, 177.2.3, və 177.2.3-1 maddələri ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Cəzasının əvvəli ##.##.2025-ci il tarixdir, cəzasının sonu isə ##.##.2027-ci il tarixdir. Məhkumun şəxsi işindən göründüyü kimi, o, Təqdimat verən orqan Umbakı Penitensiar Müəsissəsindən ##.##.2026-cı il tarixdə qəbul olunmuşdur. O, müəssisəyə qəbul olunduğu gündən ona hüquq və vəzifələri, müəssisənin daxili intizam qaydaları izah edilmiş, törətdiyi cinayət əməlinə münasibəti öyrənilmiş, dəstədə yataq yeri ilə təmin olunmuşdur. Məhkum cəza çəkdiyi müddət ərzində onunla kompleks profilaktik tərbiyə işi aparılmış, müxtəlif islah tədbirlərinə cəlb olunmuşdur. Onunla aparılan tərbiyəvi söhbətlərdən özü üçün müsbət nəticələr çıxarmış, müəssisədə və dəstədə keçirilən abadlıq işlərində könüllü olaraq yaxından iştirak etmişdir. Məhkum kollektivi arasında hərəkət və davranışı ilə nümunə olmuşdur. Əməyə və təhsilə münasibəti müsbətdir. Asudə vaxtlarını səmərəli keçirir. Xasiyyətcə sakit təbiətlidir. Barəsində cəza çəkdiyi müddətdə həvəsləndirmə və tənbeh tədbiri tətbiq olunmamışdır. Ailə üzvləri və yaxınları ilə telefon və görüş vasitəsi ilə mütəmadi olaraq əlaqə saxlayır. Məhkum ilə aparılan profilaktik tərbiyəvi söhbət zamanı o, törətdiyi cinayət əməlini etiraf edərək, səmimi peşmançılıq hissi keçirməsini və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbi yoxdur. Məhkumun şəxsi işi - ##.##.2026-cı il tarixdə ** nömrəli iclas protokoluna əsasən protokollaşdırılmışdır (Protokol şəxsi işə əlavə olunmuşdur). Onun islah yoluna qədəm qoymasını, müsbət xarakterizə olunmasını və s. halları nəzərə alaraq məhkəməyə təqdim olunması üçün müsbət rəy verilmişdir. Məhkum Məhkum islah yoluna qədəm qoyub. Ona görə də onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi məqsədə uyğundur. Azərbaycan Respublikası CPM-nin 514.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrinin növünün dəyişdirilməklə məhkumun bir növ cəzaçəkmə müəssisəsindən başqa növ cəzaçəkmə müəssəsinə keçirilməsi cinayət qanununun müddəalarına müvafiq olaraq məhkumun ərizəsi və ya cəzaçəkmə müəssisəsinin təqdimatı əsasında cəzaçəkmə müəssisəsinin mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 70.1-ci maddəsinə əsasən, ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər istisna olmaqla, davranışından və əməyə münasibətindən asılı olaraq məhkumlar cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilə bilərlər. Həmin Məcəllənin 70.2.3-cü maddəsinə əsasən, müsbət xarakterizə edilən ilk dəfə ağır cinayət törətmiş məhkumlar ümumi rejimli cəzaçəkmə müəssisələrindən - məntəqə tipli cəzaçəkmə müəssisələrinə - cəza müddətinin ən azı üçdə iki hissəsini çəkdikdə keçirilə bilərlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» # ####### 2010-cu il tarixli qərarında qeyd edildiyi kimi, «məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər». Qərarın 2-ci bəndi ilə isə məhkəmələrə bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə olunmuşdur. Qeyd olunan Qərarının 1-ci bəndinə əsasən izah olunmuşdur ki, istənilən maddi və prosessual hüquq norması tətbiq olunarkən baxılan hər bir işin xarakteri, mahiyyəti, ictimai və fərdi maraqlara təsiri, qanuniliyi araşdırılmalıdır. Ona görə də məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunubolunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Həmin qərarda qeyd olunmuşdur ki, “Qanunverici məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz olunması və cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilməsi üçün yalnız cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsini, müsbət xarakterizə edilməni, davranışı, əməyə münasibətini və cəzaçəkmə müəssisənin mülahizəsini əsas amil kimi irəli sürür”. Normalardan müəyyən olunur ki, məhkəmə məhkumun cəzasının çəkilməmiş hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirərkən onun müsbət xarakterizə olunması, davranışı, əməyə münasibəti, islah olunması nəzərə almalıdır. Plenumun qərarının və qeyd olunan maddələrin mənasına görə saxlama şəraitinin yaxşı tərəfə dəyişdirilməsi özünü müsbət cəhətdən xarakterizə edən məhkumlar üçün nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən müraciətlərə baxılarkən qeyd olunan kateqoriyaya aid olubolmamalarını müəyyən etmək üçün məhkumların bütün cəza çəkmə dövründəkı davranışları hərtərəfli təhlil edilməli, məhkumun əməyə münasibəti, tərbiyəedici tədbirlərdə, özfəalliyyət təşkilatlarının işində iştirakı, həqiqətən də islah yoluna qədəm qoyması araşdırılmalıdır. Birinci instansiya məhkəməsi daxil olmuş ərizəni, Təqdimat verən orqan nümayəndəsinin müsbət mülahizəsini, tərəflərin çıxışlarını, məhkumun şəxsi işini və digər sənədləri nəzərə alıb belə qənaətə gəlmişdir ki, məhkum Məhkum cəzasının çəkdiyi müddət ərzindəki davranışı, xüsusən cəza çəkdiyi dövr üzrə islah yoluna qədəm qoymuş məhkum kimi xarakterizə olunması, əməyə müsbət münasibət göstərməsi, Ədliyyə Nazirliyinin müvafiq komissiyası tərəfindən müsbət rəy verilməsi onun ümumən müsbət xarakterizə edilən məhkum kimi qiymətləndirilməsinə və sonuncunun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində tam çəkməsinin lüzumsuz olmasına əsas verir. Bu səbəbdən məhkum Məhkum azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsinə dair məhkumun ərizəsi təmin edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edildiyi kimi, məhkum Məhkum ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkmişdir. Belə ki, o, ona təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasından (barəsində birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilən günədək) 9 (doqquz) ay 25 (iyirmi beş gününü çəkmiş və 01 il 02 ay 05 gün qalmışdır. Iş materialları və məhkumun şəxsi işindən belə qənaətə gəlmək olar ki, məhkum onunla aparıla profilaktiki, tərbiyəvi söhbətlərdən özü üçün düzgün nəticə çıxarmış, daxili intizam qaydalarına riayət etmişdir. Məhkumun şəxsi iş materialları ilə mülahizədə göstərilən xüsusatlar uzlaşmaqla məhkumun davranışının müsbət və nümunəvi olması, cəza çəkdiyi müddət ərzində barəsində həvəsləndirmə tədbirinin tətbiq edilməsi öz təsdiqini tapmışdır. Göründüyü kimi, məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi üçün qanunvericiliyin müəyyən etdiyi bütün tələblər məhkum Məhkum münasibətdə ödənilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır, onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkum barəsində verilmiş mülahizə ilə təsdiq olunur ki, cəzaçəkmə müəssisəsi tərəfindən aparılan tərbiyəvi söhbətlərdən özü üçün müsbət nəticələr çıxarmış, müəssisədə və dəstədə keçirilən abadlıq işlərində könüllü olaraq yaxından iştirak etmişdir. Məhkum kollektivi arasında hərəkət və davranışı ilə nümunə olmuşdur. Əməyə və təhsilə münasibəti müsbətdir. Asudə vaxtlarını səmərəli keçirir. Xasiyyətcə sakit təbiətlidir. Barəsində cəza çəkdiyi müddətdə həvəsləndirmə və tənbeh tədbiri tətbiq olunmamışdır. Ailə üzvləri və yaxınları ilə telefon və görüş vasitəsi ilə mütəmadi olaraq əlaqə saxlayır. Məhkum ilə aparılan profilaktik tərbiyəvi söhbət zamanı o, törətdiyi cinayət əməlini etiraf edərək, səmimi peşmançılıq hissi keçirməsini və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə kollegiyası yuxarıda göstərilən halları, habelə məhkumun cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair mülahizənin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının təsis etdiyi komissiya tərəfindən müzakirə olunmasını və komissiyanın iclasının ##.##.2026-cı il tarixli ** saylı protokolu ilə barəsində bu barədə müsbət rəy verilməsini məcmu halda nəzərə alaraq belə hesab edir ki, məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi üçün qanunvericiliyin müəyyən etdiyi bütün tələblər məhkum Məhkum münasibətdə ödənilmişdir. Məhkəmə kollegiyası eyni zamanda apellyasiya protestinin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsindən də göründüyü kimi, davranışından və əməyə münasibətindən asılı olaraq məhkumlar cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilə bilərlər. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» # ####### 2010-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunub-olunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Görünüyü kimi, cəzaçəkmə müəssissinin növü dəyişdirilərkən məhz məhkumun şəxsi keyfiyyətləri, onun islah yoluna qədəm qoyub-qoymaması aydınlaşdırılmalıdır. Iş materiallarından görünür ki birinci instansiya məhkəmə qeyd olunan halları nəzərə alaraq məhkumun cəza çəkmə müəssisəsinin növünü dəyişdirmişdir. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, tərəflərin çıxışlarını dinləyərək və apellyasiya protestinin dəlillərini ətraflı şəkildə yoxlayaraq hesab edir ki, apellyasiya protesti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Prokuror tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Məhkum Məhkum ümumi rejimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsinin təmin olunmasına dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Yasa Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) saat üçün cəmi 110 (yüz on) manat dövlət büdcəsindən tutularaq, “Yasa” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 408-412-ci maddələrinə müvafiq qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar