Məhkəmə qərarları › İş №7(3-6)-1008/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-1008/2026

10.08.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Bakı şәhәri İş № 7(3-6)-1008/2026 10.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Mәhkәmәsinin cinayәt kollegiyasının hakimlәri - İbrahimov Zamin Vәliyәddin oğlunun sәdrliyi vә mәruzәsi ilә, Babayev Qәdim Xalid oğlu vә Mәmmәdov Murad Akif oğlundan ibarәt tәrkibdә, mәhkәmә iclasının katibi Cәfәrova Lәman Faiq qızının katibliyi, prokuror - Azәrbaycan Respublikası Baş Prokurorluğunun Cinayәt tәqibindәn kәnar icraatlar idarәsinin prokuroru X3, müdafiәçi - Bakı şәhәri ** saylı Vәkil Bürosunun vәkili X2 vә mәhkum Mәhkum iştirakları ilә, ##.##.1971-ci il tarixdә Ağcabәdi rayonu Salmanbәyli kәndindә anadan olmuş, evli, Azәrbaycan Respublikasının vәtәndaşı, Ağcabәdi rayonu, Aran kәndindә qeydiyyatda olmaqla hәmin ünvanda yaşamış, hazırda Azәrbaycan Respublikası Ədliyyә Nazirliyi Penitensiar Xidmәtinin ** saylı ciddi rejimli cәzaçәkmә müәssisәsindә cәza çәkәn Mәhkum 06 ay müddәtinә hәbsxanaya keçirilmәsinә dair Bakı şәhәri Qaradağ Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrәli qәrarından mәhkum Mәhkum tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Bakı Apellyasiya Mәhkәmәsinin inzibati binasında açıq mәhkәmә iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azәrbaycan Respublikası Ədliyyә Nazirliyi Penitensiar Xidmәtin ** saylı ciddi rejimli cәzaçәkmә müәssisәsinin rәis müavini, R Cavid Sәfәrov tәqdimatla mәhkәmәyә müraciәt edәrәk ** saylı ciddi rejimli cәzaçәkmә müәssisәsindә cәza çәkәn mәhkum Mәhkum cәzasının qalan hissәsini çәkmәk üçün hәbsxanaya keçirilmәsi barәdә tәqdimatla mәhkәmәyә müraciәt etmişdir. Tәqdimat onunla әsaslandırılmışdır ki, Mәhkum ##.##.1971-ci il tarixdә Ağcabәdi rayonunda anadan olmuş, evli, әvvәllәr mәhkum olunmamış, Ağcabәdi rayonu, Aran kәndindә qeydiyyatda olan, Lәnkәran Ağır Cinayәtlәr Mәhkәmәsinin ##.##.2016-cı il tarixli hökmünә әsasәn Azәrbaycan Respublikası CM-nin 120.2.2, 120.2.4 vә 185.1-ci (66.3) maddәlәri ilә tәqsirli bilinәrәk 16 il müddәtinә azadlıqdan mәhrum edilmişdir Cәzasının әvvәli ##.##.2015-ci il il tarixdәn hesablanmış, cәzasının sonu ##.##.2031-ci il tarixdә bitir. Mәhkum Mәhkum ##.##.2026-cı il tarixdә Umbakı Penitensiar Müәssisәsindәn ** saylı CMnә qәbul olunmuşdur. Mәhkum Mәhkum şәxsi işindәn dә göründüyü kimi o, әvvәllәrdә digәr cәzaçәkmә müәssisәsindә cәza çәkdiyi müddәtdә hәmçinin bu müәssisәdә daxili intizam qaydalarını qәrәzli vә kobud qaydada pozmuş, barәsindә tenbeh tәdbiri tәtbiq olunmuş vә cәza çәkdiyi müddәt әrzindә o, gözlәnilmәz hәrәkәtlәr etmәyә, çılğınlıq göstәrәrәk özünә vә әtrafdakılara xәsarәt yetirmәyә, intihar etmәyә, müәssisәnin normal iş fәaliyyәtinin pozulmasına yönәlәn hәrәkәtlәr etmәyә, mәhkumlar arasında qızışdırıcı mövqe tutaraq çaşqınlıq yaratmağa, onunla aparılan fәrditәrbiyyәvi, profilaktiki, izahedici söhbәtlәrdәn, barәsindә tәdbiq edilmiş tәnbeh tәdbirlәrindәn heç bir müsbәt nәticә çıxarmamışdır. Bununla bağlı mәhkum Mәhkum barәsindә ##.##.2017-ci il tarixli vә ##.##.2022-ci il tarixli istiqamәtlәndirmә tәrtib olunub profilaktiki qeydiyyata götürülәrәk müvafiq xidmәt sahәlәri tәlimatlandırılmışdır. Müәssisәdә cәza çәkdiyi müddәt әrzindә bütün bu qeyri-qanuni hәrәkәtlәrinә görә mәhkum Mәhkum barәsindә müәssisә rәhbәrliyi tәrәfindәn ##.##.2016cı il tarixdә 05 (beş) gün CO, ##.##.2016-cı il tarixdә 07 (yeddi) gün CO, ##.##.2017-ci il tarixdә 05 (beş) gün CO, ##.##.2017-ci il tarixdә 05 (beş) gün CO, ##.##.2017-ci il tarixdә 05 (beş) gün CO, ##.##.2019-cu il tarixdә "Töhmәt", ##.##.2019-cü il tarixdә 15 (on beş) gün CO, ##.##.2020-ci il tarixdә 05 (beş) gün CO, ##.##.2021-ci il tarixdә 15 (on beş) gün CO, ##.##.2021-ci il tarixdә "Töhmәt", 11.##.##.2021-ci il tarixdә 05 (beş) gün CO, ##.##.2021-ci il tarixdә "Xәbәrdarlıq", ##.##.2022-ci il tarixdә 05 (beş) gün CO, ##.##.2022ci il tarixdә 10 (on) gün CO, 15.##.##.2024-cü il tarixdә 05 (beş) gün CO, ##.##.2024-cü il tarixdә 14 (on dörd) gün CT, ##.##.2024-cü il tarixdә "Xәbәrdarlıq"; ##.##.2024-cü il tarixdә "Töhmәt", ##.##.2025-ci il tarixdә 10 (on) gün CT, 20.##.##.2025- ci il tarixdә 05 (beş) gün CT, ##.##.2025-ci il tarixdә 05 (beş) gün CT, ##.##.2025-ci il tarixdә 07 (yeddi) gün CT, ##.##.2025-ci il tarixdә "Töhmәt", ##.##.2026-cı il tarixdә 05 (beş) gün CT, ##.##.2026-cı il tarixdә "Töhmәt", ##.##.2026-cı il tarixdә "Töhmәt", ##.##.2026-cı il tarixdә 05 (beş) gün CT, ##.##.2026-cı il tarixdә 07 (yeddi) gün CT, ##.##.2026-cı il tarixdә 01 (bir) ay KTO tәnbeh tәdbirlәri tәtbiq edilmiş barәsindә ümumilikdә 29 dәfә tәnbeh tәdbiri tәtbiq edilmişdir. Odur ki, göstәrilәnlәri nәzәrә alaraq, 03 il müddәtinә hәbsxanaya keçirilmәsi mәqsәdәmüvafiq hesab edilmişdir. Bakı şәhәri Qaradağ Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, 7(5-96)-2096/2026 nörmәliqәrarı ilә tәqdimat qismәn tәmin edilmiş vә mәhkum Mәhkum 06 (altı) ay müddәtinә ciddi rejimli cәzaçәkmә müәssisәsindәn hәbsxanaya keçirilmәsi qәrara alınmışdır. Mәhkәmәnin qәrarından narazı qalan mәhkum Mәhkum apellyasiya şikayәti verәrәk hәbsxana keçirilmәsi ilә razı olmamış vә Bakı şәhәri Qaradağ Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, 7(5-96)-2096/2026 nörmәli qәrarının lәğv edilmәsini vә әdalәtli qәrar qәbul edilmәsini xahiş etmişdir. Mәhkәmә iclasında mәhkum Mәhkum vә müdafiәçisi apellyasiya şikayәtini müdafiә edәrәk, tәmin edilmәsini, birinci instansya mәhkәmәsinin qәrarının lәğv edilmәsini xahiş etdilәr. Mәhkәmә iclasında prokuror X3 mәhkum Mәhkum apellyasiya şikayәtinin әsassız olduğunu, Bakı şәhәri Qaradağ Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qәrarının dәyişdirilmәdәn qüvvәdә saxlanılması vә apellyasiya şikayәtinin tәmin edilmәmәsini xahiş etdi. Mәhkәmә iclasının vaxtı vә yeri barәdә xәbәrdar olunmuş Azәrbaycan Respublikası Ədliyyә Nazirliyinin Penitensiar Xidmәtinin Tәqdimat verәn orqan sәlahiyyәtli nümayәndәsinin iştirakını tәmin etmәmiş vә mәhkәmә hәmin şәxsin iştirakı olmadan mәsәlәyә baxılmasını mümkün hesab etmişdir. Bakı Apellyasiya Mәhkәmәsinin cinayәt kollegiyası hazırki işin materiallarını vә mәhkum Mәhkum şәxsi işini verilmiş apellyasiya şikayәtinin dәlillәri ilә birlikdә әlaqәli şәkildә araşdıraraq, tәrәflәrin fikirlәrini dinlәmәklә hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli vә Bakı şәhәri Qaradağ Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, birinci instansiya mәhkәmәsindә mәhkәmә iclasında iştirak edәn Penitensiar Xidmәtinin ** saylı ciddi rejimli cәzaçәkmә müәssisәsinin nümayәndәsi X1 tәqdimatı müdafiә edәrәk bildirmişdir ki, mәhkum Mәhkum cәzaçәkmә müәssisәsinә gәldiyi ilk gündәn bu günә qәdәr islah yoluna qәdәm qoymamış vә barәsindә yüngüllәşdirici hallar mövcud olmamışdır. Mәhkum müәssisә daxilindә dәfәlәrlә qәrәzli şәkildә nizam-intizamı pozmuşdur. Hәmçinin Mәhkum müәssisәdә olduğu müddәt әrzindә 29 dәfә tәnbeh tәdbiri tәtbiq edilmişdir. Mәhkum әvvәllәr dә hәbsxanaya keçirilmişdir. Odur ki, mәhkum Mәhkum 03 il müddәtinә hәbsxanaya keçirilmәsinә dair Azәrbaycan Respublikası Ədliyyә Nazirliyi Penitensiar Xidmәtinin ** saylı ciddi rejimli cәzaçәkmә müәssisәsinin rәisi, R Cavid Sәfәrov tәrәfindәn verilmiş tәqdimatın tәmin edilmәsini mәhkәmәdәn xahiş etmişdir. İş materiallarına әlavә edilmiş Lәnkәran Ağır Cinayәtlәr Mәhkәmәsinin ##.##.2016cı il tarixli *(***)-**/**** nömrәli hökmündә göstәrilmişdir ki, Mәhkum әmәllәri Azәrbaycan Respyublikası CM-nin 120.2.2, 120.2.4 vә 185.1-ci maddәlәrindәn Azәrbaycan Respublikasının CM-nin 120.1 vә 185.1-ci maddәlәrinә tövsif edilmiş, Mәhkum Azәrbaycan Respublikasının Cinayәt Mәcәllәsinin 120.1 vә 185.1-ci maddәlәri ilә tәqsirli bilinib, CM-nin 120.1-ci maddәsi ilә 12 (on iki) il 6 (altı) ay müddәtә, CM-nin 185.1-ci maddәsi ilә 1 (bir) il müddәtә azadlıqdan mәhrum etmә cәzalarına mәhkum edilmiş, CMnin 66.3-cü maddәsinә әsasәn tәyin edilmiş cәzaları qismәn toplamaqla ona, qәti olaraq cәzasını ciddi rejimli cәzaçәkmә müәssisәsindә çәkmәklә 13 (on üç) il müddәtә azadlıqdan mәhrum etmә cәzası tәyin edilmiş, cәzasının әvvәli ## #### 2015-ci il tarixdәn hesablanmışdır. Şirvan Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının ##.##.2017-ci il tarixli *(***)-***/**** nömrәli hökmündәn görünür ki, Mәhkum Azәrbaycan Respyublikası CM-nin 120.1-ci vә 185.1-ci maddәlәri ilә mәhkum edilmәsinә dair Lәnkәran Ağır Cinayәtlәr Mәhkәmәsinin ##.##.2016-cı il tarixli *(***)-**/**** nömrәli hökmü lәğv edilmiş, Mәhkum Azәrbaycan Respublikasının CM-nin 120.2.2, 120.2.4 vә 185.1-ci maddәlәri tәqsirli bilinmiş, Əliyevv Musa Əli oğlu Azәrbaycan Respublikasının CMnin 120.2.2 vә 120.2.4-cü maddәlәri ilә 16 (on altı) il müddәtә azadlıqdan mәhrum etmә cәzasına, Azәrbaycan Respublikası CMnin 185.1-ci maddәsi ilә 01 (bir) müddәtә azadlıqdan mәhrum etmә cәzasına mәhkum edilәrәk hәmin cәzalar Azәrbaycan Respublikasının CM-nin 66.3-cü maddәsinә әsasәn qismәn toplanılmaqla üzәrindә qәti olaraq 16 (on alltı) il 06 (altı) ay müddәtinә azadlıqdan mәhrum etmә cәzası saxlanılmış, cәzasının әvvәli ## #### 2015-ci il tarixdәn hesablanmışdır. Bakı şәhәri Binәqәdi Rayon Mәhkәmәsinin ##.##.2020-ci il tarixli *(***)-***/**** nömrәli qәrarından görünür ki, Şirvan Apellyasiya Mәhkәmәsinin ##.##.2017-ci il tarixli *(***)-***/**** nömrәli hökmü qanunvericiliyә uyğunlaşdırılmış, Azәrbaycan Respublikasının CM-nin 73-1.1-ci maddәsinә әsasәn Mәhkum Azәrbaycan Respublikasının CM-nin 185.1ci maddәsi ilә verilmiş ittiham hökmdәn xaric edilmiş, Mәhkum üzәrindә Şirvan Apellyasiya Mәhkәmәsinin ##.##.2017-ci il tarixli 1(106)- ***/**** nömrәli hökmü ilә Azәrbaycan Respublikasının CM-nin 120.2.2 vә 120.2.4-cü maddәlәri ilә tәyin olunmuş 16 (on altı) il müddәtә azadlıqdan mәhrum etmә cәzası saxlanılmış, hәmin hökmün qalan hissәlәri qanunvericiliyә uyğun hesab edilmişdir. Bakı şәhәri Nizami Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrәli qәrarından görünür ki, Mәhkum hәbsxanaya keçirilmәsinә dair Azәrbaycan Respublikası Ədliyyә Nazirliyi Penitensiar Xidmәtinin ** saylı cәzaçәkmә müәssisәsinin rәisinin tәqdimatı qismәn tәmin edilmiş, Mәhkum cәzasının çәkilmәmiş hissәsinin 01 (bir) 06 (altı) ay müddәtini çәkmәk üçün hәbsxanaya keçirilmişdir. Bakı Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının ##.##.2025-ci il tarixli 7(103)- ****/**** nömrәli qәrarından görünür ki, mәhkum Mәhkum apellyasiya şikayәti qismәn tәmin edilmiş, Bakı şәhәri Nizami Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrәli qәrarı dәyişdirilәrәk Mәhkum cәzasının çәkilmәmiş hissәsinin 06 (altı) ay müddәtini çәkmәk üçün hәbsxayana keçirilmişdir. Mәhkum cәzasının әvvәli ##.##.2015-ci il il tarixdәn hesablanmış, cәzasının sonu ##.##.2031-ci il tarixdә bitir. Mәhkum Mәhkum ##.##.2026-cı il tarixdә Umbakı Penitensiar Müәssisәsindәn ** saylı CM-nә qәbul olunmuşdur. İş materiallarından müәyyәn olunur ki, mәhkum Mәhkum uzun müddәt azadlıqdan mәhrumetmә cәzası çәkdiyi dövrdә, o cümlәdәn müxtәlif cәzaçәkmә müәssisәlәrindә saxlanıldığı müddәtdә cәzaçәkmә müәssisәlәrinin daxili intizam qaydalarını sistemli vә qәrәzli şәkildә pozmuş, müәssisә rәhbәrliyinin qanuni tәlәblәrinә tabe olmamış, onun davranışının islah olunmasına yönәlmiş fәrdi-tәrbiyәvi, profilaktiki vә izahedici tәdbirlәrdәn nәticә çıxarmamışdır. Şәxsi iş materiallarından görünür ki, mәhkumun davranış xüsusiyyәtlәri nәzәrә alınaraq o, ##.##.2017-ci il vә ##.##.2022-ci il tarixlәrindә iki dәfә xüsusi istiqamәtlәndirmә ilә profilaktik qeydiyyata götürülmüş, bu barәdә müvafiq xidmәt sahәlәri mәlumatlandırılmışdır. Hәmin istiqamәtlәndirmәlәr mәhkumun davranışında tәsadüfi vә epizodik deyil, davamlı xarakter daşıyan problemlәrin mövcud olduğunu, onun müәssisәdә saxlanılması zamanı xüsusi nәzarәtә ehtiyac yarandığını tәsdiq edir. Bundan әlavә şәxsi iş materiallarından görünür ki, mәhkum barәsindә cәza çәkdiyi müddәtdә müxtәlif xarakterli intizam pozuntularına görә ümumilikdә 29 dәfә intizam tәnbehi tәtbiq edilmiş, hәmin tәnbeh tәdbirlәri xәbәrdarlıq, töhmәt, cәrimә otağına vә cәrimә tipli tәcridxanaya yerlәşdirmә, habelә kamera tipli otaqda saxlama kimi daha ciddi tәdbirlәri әhatә etmişdir. Mәhkum cәza çәkdiyi müddәtdә ümumiyyәtlә hәvәslәndirilmәmişdir. Mәhkum islah yoluna qәdәm qoymamışdır. Tәtbiq olunmuş intizam tәnbehlәrinin sayının çoxluğu, onların uzun zaman intervalında tәkrar olunması vә getdikcә daha sәrt intizam tәdbirlәrinin tәtbiq edilmәsinә baxmayaraq mәhkumun davranışında müsbәt dәyişiklik baş vermәmәsi onun cәzanın çәkilmәsi rejiminin tәlәblәrinә uyğunlaşmadığını vә islah olunmaq istiqamәtindә irәlilәyiş nümayiş etdirmәdiyini göstәrir. Mәhkәmә kollegiyası, hәmçinin nәzәrә alır ki, tәqdimatda mәhkumun müәssisәnin normal fәaliyyәtini pozmağa yönәlmiş hәrәkәtlәr etdiyi, mәhkumlar arasında gәrginlik yaratdığı, gözlәnilmәz davranışlar nümayiş etdirdiyi, özünә vә әtrafdakılara xәsarәt yetirmә vә intihara cәhd xarakterli davranışlara meyillilik göstәrdiyi qeyd edilmişdir. Bu hallar mәhkumun penitensiar müәssisәdә saxlanılması zamanı tәhlükәsizlik vә sabitliyin tәmin olunması baxımından әlavә risklәr yaratdığını göstәrir. Mәhkәmә tәrәfindәn müәyyәn edilmişdir ki, mәhkum Mәhkum cәza çәkdiyi müәssisә rәhbәrliyi tәrәfindәn mәnfi xarakterizә olunur, müәssisәdә daxili rejim qaydalarına riayәt etmir, cәza çәkdiyi müәssisә rәhbәrliyi tәrәfindәn dәfәlәrlә tәnbeh edilmişdir. Mәhkumun bu islaholunmaz hәrәkәtlәri әtrafında cәzaçәkmә müәssisәsinin rәhbәrliyi tәrәfindәn aparılmış bir sıra profilaktik tәdbirlәr, müxtәlif fәrdi yanaşmalar heç bir müsbәt nәticә vermәmiş, mәhkum Mәhkum cәza çәkdiyi müddәt әrzindә cәzanın çәkilmәsi üçün müәyyәn olunmuş rejimin tәlәblәrini, cәzanın icrası qaydalarını qәrәzli şәkildә vә mütәmadi olaraq pozmaqda davam etmişdir. Mәhkәmә kollegiyası qeyd edir ki, birinci instansiya mәhkәmәsi düzgün mövqedәn çıxış edәrәk mәhkum Mәhkum müәssisәnin daxili rejim qaydalarını bilәrәkdәn kobud şәkildә pozduğunu vә islah yoluna qәdәm qoymadığını nәzәrә alaraq hәbsxanaya keçirilmәsini mәqsәdә uyğun hesab etmişdir. Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllsinin 514.1-ci maddәsinә әsasәn cәzaçәkmә müәssisәlәrinin növünün dәyişdirilmәklә mәhkumun bir növ cәzaçәkmә müәssisәsindәn başqa növ cәzaçәkmә müәssәsinә keçirilmәsi cinayәt qanununun müddәalarına müvafiq olaraq mәhkumun әrizәsi vә ya cәzaçәkmә müәssisәsinin tәqdimatı әsasında cәzaçәkmә müәssisәsinin mülahizәsi nәzәrә alınmaqla cәzanın çәkildiyi yer üzrә birinci instansiya mәhkәmәsi tәrәfindәn hәyata keçirilir. Azәrbaycan Respublikası Cәzaların İcrası Mәcәllәsinin 70.4.3-cü maddәsinә әsasәn, cәzanın icrası qaydalarını qәrәzli pozan mәhkumlar ümumi, ciddi vә xüsusi rejimli cәzaçәkmә müәssisәlәrindәn üç ildәn çox olmayan müddәtә hәbsxanaya keçirilә bilәrlәr. Hәmin Mәcәәlәnin 70.5-ci maddәsinә әsasәn, cәzaçәkmә müәssisәlәrinin növünün dәyişdirilmәsi mәhkәmә tәrәfindәn hәyata keçirilir. 108.1.4-cü maddәsinә әsasәn, cәzaçәkmә müәssisәsinin işçi heyәtini hәdәlәmәk, tәhqir etmәk vә ya onların qanuni tәlәblәrinә tabe olmamaq, cәzanın icrası qaydalarının qәrәzli pozulması halları hesab olunur. Mәhkәmә kollegiyasının araşdırması zamanı müәyyәn olmuşdur ki, mәhkum Mәhkum cәza çәkdiyi müddәtdә mütәmadi olaraq, dәfәlәrlә daxili rejim qaydalarını pozmuş vә bu sәbәbdәn o, müәssisә rәhbәrliyi tәrәfindәn dәfәlәrlә cәzalandırılmışdır. Mәhkum barәsindә görülәn profilaktik tәdbirlәr müsbәt nәticә vermәmişdir. Hazırki işdәn müәyyәn olunur ki, mәhkum Mәhkum cәza çәkdiyi Azәrbaycan Respublikası Ədliyyә Nazirliyinin Penitensiar Xidmәtinin Tәqdimat verәn orqan rәhbәrliyi tәrәfindәn müsbәt xarakterizә olunmamışdır. Birinci instansiya mәhkәmәsi cәzaçәkmә müәssisәsi tәrәfindәn verilәn mülahizәni mәhkumun şәxsi işi vә proses iştirakçılarının izahatları ilә әlaqәli araşdıraraq hesab etmişdir ki, mәhkum Mәhkum ciddi rejimli cәzaçәkmә müәssisәsindәn hәbsxanaya keçirilmәsi mәqsәdәmüvafiq hesab olunmalıdır. Mәhkәmә kollegiyası mәhkumun şәxsi işini araşdıraraq hesab edir ki, birinci instansiya mәhkәmәsi mәhkum barәsindә verilmiş tәqdimatı qismәn tәmin etmәklә düzgün nәticәyә gәlmişdir vә verilmiş apellyasiya şikayәti hәmin qәrarın lәğvi üçün әsas ola bilmәz. Mәhkәmә kollegiyası bir daha iş materiallarını araşdıraraq, mәhkum barәsindә verilmiş cәzasının çәkilmәmiş hisәssinin hәbsxanaya keçirilmәsi barәdә verilmiş tәqdimatın vә mәnfi xarakterli xasiyyәtnamәnin әsaslı olması qәnaәtinә gәlәrәk hesab edir ki, birinci instansiya mәhkәmәsi haqlı olaraq mәhkumun cәzasının 06 (altı) ay müddәtindә hәbsxanada çәkmәsinә dair qәrar qәbul etmışdır. Göstәrilәnlәri nәzәrә alaraq mәhkәmә kollegiyası belә nәticәyә gәlir ki, apellyasiya şikayәtinin tәmin edilmәsi vә Bakı şәhәri Qaradağ Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrәli qәrarının lәğv vә ya dәyişdirilmәsi üçün әsaslar yoxdur. Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 398.1.1-ci maddәsinә әsasәn, apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin baxışı nәticәsindә apellyasiya instansiya mәhkәmәsi birinci instansiya mәhkәmәsinin hökm vә ya qәrarını dәyişdirmәdәn, apellyasiya şikayәtini vә ya apellyasiya protestini isә tәmin etmәdәn saxlanılması haqqında qәrar qәbul etmәk sәlahiyyәtinә malikdir. Odur ki, verilmiş apellyasiya şikayәti әsassız olduğundan tәmin edilmәmәli, Bakı şәhәri Qaradağ Rayon Mәhkәmәsinin mәhkum Mәhkum ciddi rejimli cәzaçәkmә müәssisәsindәn 06 ay müddәtinә hәbsxanaya keçirilmәsi barәdә ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Mәhkәmә kollegiyası, hәmçinin hesab edir ki, mәhkumun hüquqlarının mәhkәmә iclaslarında müdafiә xәrclәri Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 193.2 vә 193.3-cü maddәlәrinә, habelә Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qәrarına әsasәn (hәmin qәrara ## ##### 2025-ci il tarixli, *** saylı dәyişikliklәr nәzәrә alınmaqla) dövlәt büdcәsindәn ödәnilmәlidir. Bakı Apellyasiya Mәhkәmәsinin cinayәt kollegiyası şәrh olunanları vә Azәrbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1, 514 vә 520-ci maddәlәrini rәhbәr tutaraq, QƏRARA ALDI: Mәhkum Mәhkum apellyasiya şikayәti tәmin olunmasın. Bakı şәhәri Qaradağ Rayon Mәhkәmәsinin mәhkum Mәhkum ciddi rejimli cәzaçәkmә müәssisәsindәn 06 ay müddәtinә hәbsxanaya keçirilmәsi barәdә ##.##.2026-cı il tarixli, *(*- **)-****/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Qәrar elan olunduğu andan qanuni qüvvәyә minir. Bakı şәhәri ** saylı Vәkil Bürosunun vәkili X2 tәrәfindәn mәhkum Mәhkum hüquqlarının mәhkәmәdә müdafiә edilmәsinә görә sәrf etdiyi hәr iş saatına görә 11 (on bir) manat hesab edilmәklә, 12 (on iki) saat üçün, cәmi 132 (yüz otuz iki) manat dövlәt büdcәsindәn tutularaq Bakı şәhәri ** saylı Vәkil Bürosunun hesabına köçürülsün. Qәrardan Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 408-412-ci maddәlәrinә uyğun olaraq Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin cinayәt kollegiyasına kassasiya şikayәti vә kassasiya protesti verilә bilәr.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar