Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-1021/2026 11.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri: X1 (sədrlik edən və məruzəçi hakim), X2 və Əliyev Emin Zöhrab oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Prokuror - Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X5, Müdafiəçi – Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Məhkum ərizə ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmasına dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan məhkum Məhkum apellyasiya şikayəti verərək, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində birinci instansiya məhkəməsinin qərarının qanunsuz və ədalətsiz olması, məhkumun cəzasının ¾ hissəsindən çoxunu çəkməsi göstərilmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Müdafiəçi apellyasiya şikayətini müdafiə edərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən prokuror X5 bildirdi ki, apellyasiya şikayətini əsassız hesab edir, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)- ***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı cəzaçəkmə müəssisəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkum apellyasiya şikayətində məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı cəzaçəkmə müəssisəsinin nümayəndəsi və məhkumun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası təqdim edilmiş materialları araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, müdafiəçini və prokuroru dinləyərək hesab edir ki, məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: Gəncə Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2013-cü il tarixli hökmündən görünür ki, Məhkum Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona 13 (on üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin ##.##.2012-ci il tarixdən hesablanması hökm edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2013-cü il tarixli qərarından görünür ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2013-cü il tarixli hökmü dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 14 il müəyyən edilmiş, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının ilk 01 il 06 ayını həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Məhkumun **** saylı şəxsi işindən görünür ki: - Məhkum ##.##.2014-cü il tarixindən * saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkir, cəzasının əvvəli ##.##.2012-ci il tarixdən başlayır, ##.##.2026-cı il tarixdə isə cəzası sona çatır, - Məhkum barəsində cəza çəkdiyi müddət ərzində daxili rejim qaydalarının tələblərini pozduğuna görə ##.##.2014-cü il tarixdə 15 (on beş) gün müddətə “Cərimə otağı”, ##.##.2014-cü il tarixdə “Töhmət”, ##.##.2017-ci il tarixdə 3 (üç) gün müddətə “Cərimə otağı”, ##.##.2017-ci il tarixdə 5 (beş) gün müddətə “Cərimə otağı”, ##.##.2017-ci il tarixdə “Töhmət”, ##.##.2017-ci il tarixdə “Töhmət”, ##.##.2018-ci il tarixdə “Töhmət”, ##.##.2018-ci il tarixdə 15 (on beş) gün müddətə “Cərimə otağı”, ##.##.2022-ci il tarixdə 15 (on beş) gün müddətə “Cərimə otağı” və ##.##.2023-cü il tarixdə isə “Töhmət” tənbeh tədbirləri tətbiq olunmuşdur. - 2013, 2014, 2017, 2019, 2020, 2021, 2022 və 2024-cü ilin illik xasiyyətnamələrinə əsasən Məhkum islah yoluna qədəm qoymamışdır. ##.##.2026-cı il tarixli mülahizədən görünür ki, məhkum * saylı cəzaçəkmə müəssisəsinə ##.##.2014-cü il tarixdə Həbsxanadan daxil olmuşdur. Məhkum karantin müddətini başa vuraraq * saylı dəstədə qeydiyyata alınmış, yataq yeri və ən zəruri ləvazimatlarla təmin edilmiş, hüquq və vəzifələri, cəzanın çəkilməsi şərtləri və daxili intizam qaydaları izah olunmuşdur. Məhkumun cəza çəkdiyi ilk günlərdə müəssisənin daxili rejim qaydalarının pozuntusuna yol verdiyi üçün barəsində ##.##.2014-cü il tarixdə 15 (on beş) gün müddətə “Cərimə otağı”, ##.##.2014 cü il tarixdə “Töhmət”, ##.##.2017-ci il tarixdə 03 (üç) gün müddətə “Cərimə otağı”, ##.##.2017-ci il tarixdə 5 (beş) gün müddətə “Cərimə otağı”, ##.##.2017-ci il tarixdə “Töhmət”, ##.##.2017-ci il tarixdə “Töhmət”, ##.##.2018-ci il tarixdə “Töhmət”, ##.##.2018-ci il tarixdə 15 (on beş) gün müddətə “Cərimə otağı”, ##.##.2022-ci il tarixdə 15 (on beş) gün müddətə “Cərimə otağı” və ##.##.2023-cü il tarixdə isə “Töhmət” tənbeh tədbirləri tətbiq edilmişdir. Islah prosesinə cəlb olunması məqsədi ilə müəssisədə keçirilən mədəni-kütləvi tədbirlərə cəlb olunmuş və barəsində ##.##.2020-ci, ##.##.2020-ci, ##.##.2021-ci, ##.##.2021-ci, ##.##.2025-ci və ##.##.2026-cı il tarixlərdə “xxxx” elan edilməklə həvəsləndirilmiş, lakin müəssisədə aparılan təmir-abadlıq işlərinə cəlb edilsə də, iştirakı qeyri-qənaətbəxş olmuşdur. Onunla aparılan fərdi-tərbiyəvi söhbətlərdən və profilaktiki tədbirlərdən özü üçün müsbət nəticə çıxarmamışdır. Məhkum törətmiş olduğu cinayət əməlini qismən etiraf edir. Ailə üzvləri ilə görüş və telefon vasitəsilə əlaqə saxlayır. Hökm üzrə 140 (bir yüz qırx) manat ekspertiza borcu dövlət nəfinə ödənilmişdir. Məhkum Məhkum cəza müddətinin 3/4 hissəsini çəkmiş, lakin bu müddət ərzində islah olunmadığını və Ədliyyə Nazirinin ##.##.2025-ci il tarixli **-T nömrəli əmri ilə təsdiq edilmiş komissiya tərəfindən mənfi rəy verildiyini nəzərə alıb onun şərti olaraq vaxtından əvvəl azad olunmasını məqsədəuyğun hesab edilməmişdir. Birinci instansiya məhkəməsi məhkum Məhkum şəxsi işini araşdırıb, cəzaçəkmə müddətindəki davranışını və törətdiyi cinayətlərə münasibətini, barəsində verilmiş mülahizədə mənfi xarakterizə olunmasını aydınlaşdıraraq hesab etmişdir ki, məhkumun cəza müddətinin qanunla tələb olunan hissəsini çəkməsi onun şərti olaraq vaxtından əvvəl azad edilməsi üçün yalnız formal ilkin şərtdir. Bu hal təkbaşına məhkumun islah olunması barədə qənaətə gəlməyə kifayət etmir. Azərbaycan Respublikası CM-nin 76.1-ci maddəsinin məzmununa görə əsas qiymətləndirilməli məsələ məhkumun cəzanı tam çəkməsinə artıq lüzum qalıb qalmamasıdır. Hazırkı işdə isə məhkumun davranışı, əməyə və tərbiyəvi tədbirlərə münasibəti, daxili rejim qaydalarına riayət etməsi və cəzaçəkmə müəssisəsinin mənfi mülahizəsi birlikdə qiymətləndirildikdə onun islah prosesinin sabit, ardıcıl və müsbət nəticə verdiyi müəyyən olunmur. Məhkumun şəxsi iş materiallarından görünür ki, onun barəsində cəza çəkdiyi müddətdə bir neçə dəfə tənbeh tədbirləri tətbiq olunmuş, o, dəfələrlə cərimə otağına keçirilmiş və barəsində töhmət elan olunmuşdur. Bu hallar təsadüfi və ya əhəmiyyətsiz pozuntu kimi deyil, məhkumun cəzaçəkmə rejiminin tələblərinə münasibətini xarakterizə edən mühüm göstərici kimi qiymətləndirilməlidir. Xüsusilə cəzanın sonrakı mərhələsində baş vermiş intizam pozuntuları məhkumun azadlığa buraxılacağı təqdirdə qanuna itaətli davranacağı barədə məhkəmədə yetərli inam formalaşdırmır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, bir daha məhkumunun şəxsi işini araşdıraraq belə qənaətə gələrək hesab edir ki, birinci instansiya məhkəməsi məhkumun cəzasının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsini təmin etməməkdə haqlı olmuşdur. Belə ki, məhkum Məhkum cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkməsinə baxmayaraq, onun ərizəsinin təmin edilməsi üçün əsas yoxdur. Məhkumun yalnız ona təyin edilən cəzanın qanunla müəyyən edilən hissəsini çəkməsi ona cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmənin tətbiq edilməsi üçün əsas ola bilməz. Qanunvericiliyin tələblərinə əsasən məhkumun şərti olaraq cəzadan vaxtından əvvəl azad edilməsi onun islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı halda mümkündür. Məhkum müəssisə rəhbərliyi tərəfindən mənfi xarakterizə olunur. Qeyd olunan səbəblərdən onun islah olunması və cəzanı çəkməsinə lüzum olmaması qənaətinə gəlmək mümkün deyildir. Qeyd edilməlidir ki, iş materiallarına əsasən məhkum Məhkum barəsində cəza çəkdiyi müddət ərzində ##.##.2020-ci, ##.##.2020-ci, ##.##.2021-ci, ##.##.2021-ci, ##.##.2025-ci və ##.##.2026-cı il tarixlərdə “xxxx” elan edilməklə həvəsləndirilmiş, cəzanın çəkilməsi qaydalarını pozduğuna görə isə barəsində ##.##.2014-cü il tarixdə 15 (on beş) gün müddətinə “Cərimə otağı”, ##.##.2014 cü il tarixdə “Töhmət”, ##.##.2017-ci il tarixdə 3 (üç) gün müddətə “Cərimə otağı”, ##.##.2017-ci il tarixdə 5 (beş) gün müddətə “Cərimə otağı”, ##.##.2017-ci il tarixdə “Töhmət”, ##.##.2017-ci il tarixdə “Töhmət”, ##.##.2018-ci il tarixdə “Töhmət”, ##.##.2018 ci il tarixdə 15 (on beş) gün müddətə “Cərimə otağı”, ##.##.2022-ci il tarixdə 15 (on beş) gün müddətə “Cərimə otağı” və ##.##.2023-cü il tarixdə isə “Töhmət” tənbeh tədbirləri tətbiq edilmişdir. Şəxsi işdən görünür ki, məhkum barəsində həvəsləndirmə tədbirləri tətbiq edilsə və müəssisədə aparılan təmir-abadlıq işlərinə cəlb edilsə də, iştirakı qeyri-qənaətbəxş olmuşdur. Onunla aparılan fərdi-tərbiyəvi söhbətlərdən və profilaktiki tədbirlərdən özü üçün müsbət nəticə çıxarmamışdır. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ilə bağlı müraciət etmiş məhkum Məhkum barəsində cəzanı icra edən müəssisə rəhbərliyi tərəfindən mənfi xarakterizə olunan məhkum kimi mənfi mülahizə verilmişdir, onun törətdiyi əməli qismən etiraf etməsi, tərbiyəvi söhbətlərdən düzgün nəticə çıxarmadığı göstərilmişdir ki, bu hallar da məhkumun islah olunmadığına dəlalət edir. Bu səbəbdən hal-hazırda onun islah olunması üçün cəzasının qalan hissəsini tam çəkməsi məqsədəuyğundur, ona görə də onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilməməlidir. Beləliklə, iş materialları ilə Məhkum qanuna itaət, insana, cəmiyyətə, birgəyaşayış qaydalarına hörmət və ehtiram hissi tam şəkildə formalaşması və belə olan halda cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, ona cəmiyyətlə, müxtəlif insanlarla daha sıx və sərbəst təmasda olması üçün şərait yaradılmasının mümkün olması müəyyən edilmir. Belə olduğu təqdirdə onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi əsaslı hesab edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası * saylı cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizəni iş materialı ilə birlikdə əlaqəli surətdə təhlil edərək, məhkumun cəza çəkdiyi müddətdə tam islah olunmadığı qənaətinə gələrək hesab edir ki, hazırki vaxtda onun cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması məqsədəmüvafiq deyildir. «Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən izah olunmuşdur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Qərarın 2-ci bəndi ilə isə məhkəmələrə bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə olunmuşdur. Qeyd olunan Qərarının 1-ci bəndinə əsasən izah olunmuşdur ki, istənilən maddi və prosessual hüquq norması tətbiq olunarkən baxılan hər bir işin xarakteri, mahiyyəti, ictimai və fərdi maraqlara təsiri, qanuniliyi araşdırılmalıdır. Ona görə də məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunub-olunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Həmin Qərarda qeyd olunmuşdur ki, “Qanunverici məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz olunması və cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilməsi üçün yalnız cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsini, müsbət xarakterizə edilməni, davranışı, əməyə münasibətini və cəzaçəkmə müəssisənin mülahizəsini əsas amil kimi irəli sürür”. Normalardan müəyyən olunur ki, məhkəmə məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edərkən onun müsbət xarakterizə olunması, davranışı, əməyə münasibəti, islah olunması nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.3-cü maddəsinə əsasən məhkum böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını, ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini, xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edilə bilər. Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 170.2-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 513.1-ci maddəsinə əsasən cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə məhkumun ərizəsi, habelə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın vəsatəti əsasında, cinayət qanunun müddəalarına müvafiq olaraq cinayət cəzalarını icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən tətbiq olunur. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, məhkumun cəza çəkdiyi müddətdəki davranışını əks etdirən şəxsi işindən, mülahizədən onun cəzadan şərti olaraq azad edilməsi üçün həmin müddət ərzində tam islah olunması müəyyən olunmur. Apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası bir daha qeyd edir ki, məhkumun ona təyin edilmiş cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsi yeganə əsas kimi cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi üçün kifayət etmir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, məhkum Məhkum oğlunun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv və ya dəyişdirilməsi üçün əsaslar olmadığından həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkum edilmiş şəxs Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə, 10 saat üçün cəmi 110 manat dövlət büdcəsindən Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına ödənilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-6)-1021/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-1021/2026
11.08.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver