Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-1024/2026 11.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri: X1 (sədrlik edən və məruzəçi hakim), X2 və Əliyev Emin Zöhrab oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Prokuror - Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X5, Müdafiəçi – Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1, Məhkum Məhkum iştirakları ilə, Məhkum Məhkum 9 (doqquz) ay müddətə həbsxanaya keçirilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Təqdimat verən orqan tərəfindən məhkəməyə təqdimat verilərək, məhkum Məhkum ciddi rejimli cəzaçəkmə müəssisəsindən 02 il müddətə həbsxanaya keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə təqdimatın qismən təmin edilməsi və Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli hökmü ilə məhkum edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Təqdimat verən orqan cəza çəkən məhkum Məhkum 9 (doqquz) ay müddətə həbsxanaya keçirilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan məhkum Məhkum apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarın dəyişdirilməsini və daha qısa müddətə həbsxanaya keçirilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkum Məhkum apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o, hazırda müxtəlik xəstəliklərdən əziyyət çəkir və müalicə alır. Gündəlik dərmanlar qəbul edir. Həbsxana rejimində saxlanılması onun səhhətinə mənfi təsir edəcək. Buna görə də, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının dəyişdirilərək, həbsxanaya keçirilmə müddətinin azaldılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı müdafiəçi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarını qanunsuz və ədalətsiz hesab etdiyini bildirmiş və məhkəmədən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının dəyişdirilərək, məhkum Məhkum həbsxanaya keçirilmə müddətinin azaldılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X5 bildirdi ki, apellyasiya şikayətini əsassız hesab edir, birinci instansiya məhkəməsinin qərarını qanuni və əsaslı hesab edir. Bütün hallar nəzərə alınaraq təqdimat qismən təmin edilmişdir. Buna görə də, məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Təqdimat verən orqan nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasının cəzaçəkmə müəssisəsinin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası təqdim edilmiş materialları araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsi barədə məhkumun və müdafiəçisinin, həmçinin apellyasiya şikayətinin təmin edilməməsi barədə prokurorun çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli hökmündən görünür ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən qəti olaraq 7 (yeddi) il 2 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli ##.##.2023-cü il tarixdən hesablanmışdır. ##.##.2026-cı il tarixli xasiyyətnamədən və məhkum Məhkum şəxsi işindən görünür ki, məhkum Məhkum Təqdimat verən orqan ##.##.2026-cı il tarixdə * saylı cəzaçəkmə müəssisəsindən qəbul edilmişdir. Müəssisəyə daxil olduğu gündən ona daxili intizam qaydaları ilə yanaşı, məhkumun hüquq və vəzifələri izah olunmuş, fərdi tərbiyəvi söhbətlər aparılmış, yataq yeri ilə təmin edilmişdir. Məhkumun şəxsi işində olan istiqamətləndirməyə əsasən məhkum müəssisənin normal iş fəaliyyətini pozmağa yönələn hərəkətlər etməyə, özünü kobud apararaq müəssisə əməkdaşlarının qanuni tələblərini yerinə yetirməkdən imtina etməyə, özünə qanunvericiliklə nəzərdə tutulmayan imtiyazlı şərait yaratmaq üçün müəssisə əməkdaşlarını şantaj etməyə, müəssisənin normal iş fəaliyyətini pozmağa, qeyri-adi hərəkətlər edərək məhkumların diqqətini özünə cəlb edərək özünə qəsd etməyə, intihar etməyə, heç bir əsaslı səbəb olmadan aclıq etməyə, özünə və ətrafdakılara xəsarət yetirməyə meyilli məhkumdur. Məhkumun şəxsi işindən göründüyü kimi o, cəza çəkdiyi müddətdə daxili rejim qaydalarını pozduğuna görə barəsində ##.##.2026-cı il tarixdə “10 gün Cərimə təcridxanasına keçirilmə”, ##.##.2026-cı il tarixdə “05 gün Cərimə təcridxanasına keçirilmə”, ##.##.2026-cı il tarixdə “Töhmət”, ##.##.2026-cı il tarixdə “Töhmət” və ##.##.2026-cı il tarixdə “01 ay Kamera tipli otağa keçirilmə” növündə intizam tənbeh tədbirləri tətbiq olunmuşdur. Məhkum Məhkum ilə aparılan fərdi-tərbiyəvi söhbətlər zamanı buraxdığı səhvləri dərk etmir, profilaktiki söhbətlərdən özünə müsbət nəticə çıxarmaq istəmir. Törətdiyi cinayət əməlinin ağırlığını dərk etmir və peşmançılıq hissi keçirmir. Xasiyyətcə qapalı və dəyişkəndir. Ailə üzvləri ilə görüş və məhkumlar üçün nəzərdə tutulmuş telefon vasitəsi ilə əlaqə saxlayır. Odur ki, məhkum Məhkum islah yoluna qədəm qoymamışdır. Birinci instansiya məhkəməsi cəzaçəkmə müəssisəsinin müdiriyyətinin təqdimatını, tərəflərin çıxışlarını, məhkumun şəxsi işini və digər sənədləri nəzərdən keçirərək qeyd etmişdir ki, təqdimat verilənədək olan dövr ərzində məhkum Məhkum cəzanın icrasından qərəzli boyun qaçırma hallarına dəfələrlə yol vermiş və barəsində tətbiq edilən tənbeh tədbirlərindən heç bir nəticə çıxarmayaraq hərəkətlərini davam etdirmiş, davranışında müsbətə doğru hər hansı dönüş etməmişdir. Həmçinin qeyd edilməlidir ki, məhkumun il ərzində üç dəfədən çox tənbeh edilməsi onun cəzanın icrası qaydalarının qərəzli pozulması hesab olunsa da, təqdimat vermiş şəxs tərəfindən məhkumun cəzasının sonunadək həbsxanaya keçirilməsi xahiş edilmişdir. Iş materialları nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, Məhkum cəzasının sonu ##.##.2030-cu il olaraq müəyyən edilmişdir. Qanunvericiliyin tələblərinə görə cəzanın icrası qaydalarını qərəzli pozan məhkumlar ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisələrindən üç ildən çox olmayan müddətə həbsxanaya keçirilə bilərlər. Məhkəmə bu zaman qanunvericiliyin tələbləri ilə yanaşı, məhkumun şəxsiyyətini, eləcə də təqdimatda göstərilən məhkumun həbsxanaya keçirilməsi müddətinin çox olmasını nəzərə almaqla verilmiş təqdimatın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası CPM-nin 514.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrinin növünün dəyişdirilməklə məhkumun bir növ cəzaçəkmə müəssisəsindən başqa növ cəzaçəkmə müəssəsinə keçirilməsi cinayət qanununun müddəalarına müvafiq olaraq məhkumun ərizəsi və ya cəzaçəkmə müəssisəsinin təqdimatı əsasında cəzaçəkmə müəssisəsinin mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 70.4.3-cü maddəsinə əsasən, cəzanın icrası qaydalarını qərəzli pozan məhkumlar ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisələrindən üç ildən çox olmayan müddətə həbsxanaya keçirilə bilərlər. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi məhkəmə tərəfindən həll edilir. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən, cəzanın icrası qaydalarının qərəzli pozulması aşağıdakı hallar hesab olunur: alkoqol və ya digər güclü təsir göstərən maddələri qəbul etmək; narkotik vasitələri və ya psixotrop maddələri qəbul etmək; xırda xuliqanlıq; cəzaçəkmə müəssisəsinin işçi heyətini hədələmək, təhqir etmək və ya onların qanuni tələblərinə tabe olmamaq; xidməti borclarını yerinə yetirən digər dövlət nümayəndələrini hədələmək və ya təhqir etmək; qrup halında tabe olmamaq və ya belə qruplarda fəal iştirak etmək; il ərzində üç dəfədən çox tənbeh edilmək. Məhkəmə kollegiyası bir daha iş materiallarını araşdırıb, məhkum barəsində 9 (doqquz) ay müddətinə həbsxanaya keçirilməsi barədə birinci instansiya məhkəməsinin qərarını qanuni və əsaslı hesab edir. Belə ki, məhkum Məhkum cəzanın icrasından qərəzli boyun qaçırma hallarına dəfələrlə yol vermiş və barəsində tətbiq edilən tənbeh tədbirlərindən heç bir müsbət nəticə çıxarmayaraq qanunazidd hərəkətlərini davam etdirmiş, davranışında müsbətə doğru hər hansı dönüş etməmişdir. Məhkum cəzanın icrası qaydalarını qərəzli pozan məhkumdur, ##.##.2026-cı il tarixdən Təqdimat verən orqan * saylı cəzaçəkmə müəssisəsinə daxil olmuş, həmin vaxtdan müəssisə tərəfindən müəyyən edilmiş qaydaları pozduğuna görə barəsində dəfələrlə müxtəlif tənbeh tədbirləri tətbiq edilmişdir. Belə ki, ##.##.2026-cı il tarixdə “10 gün Cərimə təcridxanasına keçirilmə”, ##.##.2026-cı il tarixdə “05 gün Cərimə təcridxanasına keçirilmə”, ##.##.2026-cı il tarixdə “Töhmət”, ##.##.2026-cı il tarixdə “Töhmət” və ##.##.2026-cı il tarixdə “01 ay Kamera tipli otağa keçirilmə” növündə intizam tənbeh tədbirləri tətbiq olunmuşdur. Məhkum ilə aparılan fərdi-tərbiyəvi söhbətlər zamanı buraxdığı səhvləri dərk etmir, profilaktiki söhbətlərdən özünə müsbət nəticə çıxarmaq istəmir. Törətdiyi cinayət əməlinin ağırlığını dərk etmir və peşmançılıq hissi keçirmir. Xasiyyətcə qapalı və dəyişkəndir. Ailə üzvləri ilə görüş və məhkumlar üçün nəzərdə tutulmuş telefon vasitəsi ilə əlaqə saxlayır. Odur ki, məhkum Məhkum islah yoluna qədəm qoymamışdır. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, məhkum Məhkum 9 (doqquz) ay müddətə həbsxanaya keçirilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, qərara adı: Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) saat üçün cəmi 110 (yüz on) manat dövlət büdcəsindən tutularaq, Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 408-412-ci maddələrinə müvafiq qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-6)-1024/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-1024/2026
11.08.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver