Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-1027/2026 13.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Osmanov Vahab Bəhram oğlunun, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Rüstəmli Hüseyn Həsən oğlunun, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsinin tərbiyə işinin təşkili şöbəsinin böyük inspektoru Məmmədzadə Sevda Nəbi qızının, müdafiəçi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 və məhkum Məhkum qızının iştirakları ilə, ## ######## 1984-cü il ildə Bakı şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olan, hal-hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum qızının ümumi rejimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair ərizəsinin təmin edilməməsi barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarından məhkum Məhkum qızı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə baxış iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum qızı ümumi rejimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə (sdərlik edəb hakim Günel Məmmədova) Məhkum qızının ümumi rejimli cəza çəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsi təmin edilməmişdir. Həmin qərardan narazı qalan məhkum Məhkum qızı apellyasiya şikayəti verərək, şikayətində cəzaçəkmə müəssisəsində cəzasının qanunla müəyyən olunmuş hissəsini çəkdiyi üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə ərizə ilə müraciət etdiyini, lakin məhkəmənin ödənişləri nəzərə almadan ərizəsini təmin etməiyini göstərmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən məhkum Məhkum qızı və müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini və məhkum Məhkum qızının cəzasının çəkilməmiş hissəsinin məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsinin nümayəndəsi Məmmədzadə Sevda Nəbi qızı Cəzaçəkmə Müəssisəsi tərəfindən verilmiş mülahizəni müdafiə etdiyini bildirdi. Məhkəmə iclasında iştirak edən prokuror Rüstəmli Hüseyn Həsən oğlu apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının əsaslı və qanuni olduğunu bildirib, apellyasiya şikayətinin təmin edilməməsini və qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası təqdim edilmiş materialları araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək, belə hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, təqdim edilmiş materialdan görünür ki: - Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ## ######## 2021-ci il tarixli hökmündən görünür ki, Məhkum qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4 və 178.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 02 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4-cü maddələri ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş esas və əlavə cəzaları qismən toplamaqla Məhkum qızına qəti olaraq 03 (üç) i müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkumun şəxsi işindən görünür ki, Məhkum qızı ## ###### 2022-ci il tarixdə * saylı cəzaçəkmə müəssisəsinə gətirilmiş, ## ###### 2029-cu il tarixdə cəzası sona çatır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı Cəzaçəkmə Müəssisəsinin məhkum Məhkum qızının barəsində məhkəməyə təqdim etdiyi ## #### 2026-cı il tarixli mülahizədən görünür ki, məhkum Məhkum qızı * saylı cəzaçəkmə müəssisəsinə ## ###### 2022- ci il tarixdə müəssisəyə daxil olmuşdur. Müəssisəyə ilk qəbul edilən gündən məhkumun xarakterik xüsusiyyətləri və şəxsi işi öyrənilmişdir. Ona Daxili intizam qaydaları izah edilmiş, hüquq və vəzifələri barədə ətraflı məlumat verilərək, maddiməişət təminatı ödənilmişdir. Məhkum xaraktercə sakit, məhkum yoldaşlar ilə münasibətdə səmimi biridir. Əmək və təhsilə münasibəti müsbətdir. ** saylı peşə məktəbində aşbaz ixtisası üzrə təhsil alır. Təsərrüfat briqadasında fəhlə kimi işləyir. Dəstədə keçirilən tərbiyəvi tədbirlərdə iştirak etməkdən yayınmır. Törətdiyi cinayət əməlinə münasibətdə səmimi peşmançılığı ifadə edilir. Ailə üzvləri ilə telefon və görüş vasitəsi ilə əlaqə saxlayır. Hökm üzrə 1524900,54 manat zərərdə, 377795 məhkəmə istintaqı müddətində ödəniş edilmiş, 3 epizod üzrə barışıq verilmişdir. 9066,29 manat isə təsərrüfat xidmətində çalışaraq ödəmişdir. Cəza cəkdiyi müddət ərzində barəsində tənbeh tədbiri tətbiq edilməmişdir. Nümunəvi davranışlarına görə aşağıdakı həvəsləndirmə tədbirləri tətbiq olunmuşdur: 1. ## #### 2020-ci il tvrixdə Təşəkkür, 2. ## ### 2022-ci il tarixdə Təşəkkür,
3. ## ###### 2022-ci il tarixdə Təşəkkür, 4. ## ##### 2023-cü il tarixdə Əlavə uzunmüddətli görüş, 5. ## #### 2023-cü il tarixdə Yaxşılaşdırılmış şəraitə keçmə, 6. ## ###### 2023-cü iltarixdəTəşəkkür, 7. ## ###### 2024-cü il tarixdə Təşəkkür, 8. ## ### 2024-cü il tarixdə Əlavə uzunmüddətli görüş, 9. ## ###### 2024-cü il tarixdə Əlavə uzunmüddətli görüş, 10. ## ######## 2024-cü il tarixdə Təşəkkür, 11. ## ###### 2024-cü il tarixdə Təşəkkür, 12. ## ###### 2024-cü il tarixdə Əlavə uzunmüddətli görüş, 13. ## ###### 2025-ci il tarixdə Təşəkkür,
14. ## ###### 2026-cı il tarixdə Əlavə uzunmüddətli görüş. Məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair mülahizəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının ## ###### 2025-ci il tarixli qərarı ilə təsis edilmiş "Müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı Komissiya"nın iclasında müzakirə edilmiş, ## #### 2026-ci il tarixli ** nömrəli protokolla barəsində mənfi rəy bildirilmişdir. Məhkum Məhkum qızı cəzasının qanunla müəyyən olunmuş hissəsini çəkmişdir. Ədliyyə Nazirliyinin müvafiq komissiyasının mənfi rəyinə (maddi zərərin tam ödənilməməsi və ya barışığın olmaması) əsasən onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi məqsədəuyğun hesab edilməmişdmir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkumun cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunması və cəzaçəkmə müəssisəsinin novünün dəyişdirilməsi imperativ norma deyildir. Qanunverici həmin normaların tətbiq olunmasını məhkəmənin cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlməsi, habelə azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxsin cəzaçəkmə müddətində davranışı, əməyə münasibəti, bir sözlə cəza çəkdiyi müddətdə şəxsiyyətini səciyyələndirən hallarla şərtləndirmişdir. Məhkəmə məhkumun şəxsi işi, onun barəsində müəssisə tərəfindən verilmiş mənfi mülahizə və Ədliyyə Nazirliyinin müvafiq komissiyasının mənfi rəyi nəzərə alınmaqla hesab etmişdir ki, Məhkum qızının ümumi rejimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair ərizəsi təmin edilməməlidir. Məhkəmə kollegiyası, aşağıdakılara əsasən, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, məhkəmə kollegiyası, araşdırmanın nəticələrinə əsaslanaraq hesab edir ki, məhkum Məhkum qızı tam islah olunmamışdır və onun islah olunması işin faktiki halları ilə müəyyən edilmir. Belə ki, məhkəməyə məhkumun şəxsiyyətinin cəmiyyət üçün təhlükəli olmaması və onun islah yoluna yönəlməyə çalışması barədə hər hansı sübut təqdim edilməmişdir. Kollegiya məhkum Məhkum qızının məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsinə baxarkən, məhkumun törətdiyi cinayətin xarekterini və ictimai təhlükəlilik dərəcəsinə nisbətdə onun törətdiyi əməldən səmimi peşiman olmasını, islah olmağa çalışmasını inandırıcı hesab etmir və məhkum Məhkum qızının məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsinin təmin edilməsinin məqsədə müvafiq olmadığı qənaətinə gəlir. Müəyyən edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.1 və 15.3-cü maddələrinə əsasən məhkum tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4-cü maddələri ilə törədilmiş cinayət az ağır, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə törədilmiş cinayət ağır cinayət hesab olunur. Məhkum Məhkum qızı məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi üçün cəzanın qanunla müəyyən olunan hissəsini çəkmiş olsa da, bu onun islah olunması və məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsinin mütləq təmin edilməsi nəticəsinə gəlməyə əsas vermir. Kollegiya qeyd edir ki, müsbət xarakterizə olunmaq anlayışı daha geniş məna kəsb etdiyindən və Cəzaların Icrası Məcəlləsi məhkumdan cəzanın çəkildiyi dövrdə başqa məsələlər üzrə də müsbət nəticələrə çatmağı tələb etdiyindən, məhkumun müsbət xarakterizə olunması barədə tələbi yalnız davranış ilə məhdudlaşdırmaq olmaz. Kollegiya belə hesab edir ki, məhkumun islah prosesində tam islah olunması, cəmiyyətə və birgəyaşayış qaydalarına hazır olduğu nə məhkəmə iclasında verdiyi izahatında, nə də ki, şəxsi iş materiallarına əlavə edilmiş sənədlərdə öz əksini tapmadığı halda, mülahizədə məhkumun törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini dərk edib törətdiyi cinayəti etiraf edib əməlindən peşmançılıq hissi keçirdiyi, tərbiyəvi, o cümlədən mədəni-kütləvi tədbirlərdə iştirak etməkdən yayınmadığı, cəza müddəti ərzində rejim qaydalarını pozmaması, nümunəvi davranışına görə həvəsləndirmə tədbirləri tətbiq olunması göstərilmiş, lakin nəticə olaraq onun Ədliyyə Nazirliyinin müvafiq Komissiyasının mənfi rəyi nəzərə alınaraq onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi məqsədəuyğun hesab edilməmişdir ki, təqdim edilmiş mülahizənin özünün ziddiyyətli olması onun əsaslılığını şübhə altına alır. Bundan başqa, cəzaçəkmə müəssisəsi tərəfindən təqdim olunmuş mülahizədə Məhkum qızının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkdiyi müddət ərzində mədəni-kütləvi tədbirlərdə fəal iştirakına görə barəsində dəfələrlə həvəsləndirmə tədbiri tətbiq olunduğu qeyd edilsə də, məhkumun müsbət xarakterizə edilməsinin, mədəni-kütləvi tədbirlərdə iştirakı, fəaliyyətinin məhz nədən ibarət olması konkret göstərilməmiş, yalnız peşə məktəbində aşbaz ixtisası üzrə təhsil aldığı qeyd edilməklə kifayətlənmiş, ümumi ifadələrə əsaslanılmışdır ki, bu halda onun müsbət xarakterizə olunması inandırıcı hesab edilmir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizədə sadalanan halların məhz nədə ifadə olunması mülahizədə öz əksini tapmamış və bu halları təsdiq edən sübutlar göstərilməmişdir. Bununla bağlı hər hansı sübut məhkəmə baxışı zamanı da təqdim olunmamışdır. Məhkum Məhkum qızı cəzasının 2/3 hissəsindən çoxunu çəksə də, cəza çəkdiyi müddətdə tam islah olunmamışdır. Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 70.1-ci maddəsinə əsasən ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər istisna olmaqla, davranışından və əməyə münasibətindən asılı olaraq məhkumlar cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilə bilərlər. Cəzaların Icrası Məcəlləsinin 70.2-ci maddəsinə əsasən müsbət xarakterizə edilən məhkumlar cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə aşağıdakı hallarda keçirilə bilərlər: - həbsxanadan cəzaçəkmə müəssisələrinə-məhkəmənin hökmü ilə müəyyən olunmuş həbs cəzasının ən azı yarısını çəkdikdə; - ciddi rejimli cəzaçəkmə müəssisələrindən - ümumi rejimli cəzaçəkmə müəssisələrinə cəza müddətinin ən azı üçdə iki hissəsini çəkdikdə; - ilk dəfə ağır cinayət törətmiş məhkumlar ümumi rejimli cəzaçəkmə müəssisələrindən - Məntəqə Tipli Cəzaçəkmə Müəssisələrinə - cəza müddətinin ən azı üçdə iki hissəsini çəkdikdə; - az ağır və ya böyük ictimai təhlükə törətməyən cinayət törətmiş məhkumlar ümumi rejimli cəzaçəkmə müəssisələrindən - Məntəqə Tipli Cəzaçəkmə Müəssisələrinə - cəza müddətinin ən azı üçdə birini çəkdikdə. «Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarının 1-ci bəndində izah olunmuşdur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin təqdimatsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq təqdimatın əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Qərarın 2-ci bəndi ilə isə məhkəmələrə bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum Məhkum qızının barəsində verilmiş mülahizənin əsaslılığı və məhkumun islah olunub-olunmaması məsələsi araşdırılarkən, onun bütün cəza çəkdiyi müddəti əhatə edən davranışları nəzərə alınmalıdır. Qanunun mənasına görə, azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin cəzalarının qalan müddətini çəkmək üçün Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinə keçirilməsi üçün iki əsas tələb olunur: müəyyən edilmiş cəzaçəkmə müddətinin bir hissəsinin çəkilməsi və məhkum edilmiş şəxsin islah olunması. Hazırki iş üzrə isə yalnız bir əsas mövcuddur, yəni məhkum Məhkum qızı müəyyən edilmiş cəzaçəkmə müddətini üçdə iki hissədə çəkmişdir, digər əsas isə mövcud deyil. Belə ki, məhkum Məhkum qızının barəsində cəza çəkdiyi müəssisə tərəfindən mənfi mülahizə verilmiş, məhkumun şəxsi iş materiallarını onun barəsində verilmiş mülahizə ilə əlaqəli şəkildə tədqiq edərək, məhkumun çəkdiyi cəza müddəti ilə cəzanın məqsədinə nail olunmaması qənaətinə gəlir. Məhkəmə belə bir nəticəyə gələrkən onun törətdiyi cinayətin ictimaitəhlükəliliyini və xarakterini əsas tutur. Eyni zamanda kollegiya qeyd edir ki, iş materiallarından göründüyü kimi, Məhkum təqsirli bilindiyi epizodlar həddindən artıq olmuşdur ki, bu hal məhkumun şəxsiyyətinin xarakteri baxımından və onun cinayətə meyilli olması baxımından nəzərə alınmalıdır. Kollegiya mülahizədə qeyd edilənləri məhkumun cəzaçəkmə müəssisəsində olduğu bütöv müddətdə göstərdiyi davranışının əhəmiyyətli olması baxımından ümumilikdə qiymətləndirərək hesab edir ki, məhkumun ictimaiyyət arasında müsbət istiqamətə dəyişmək arzusunda olması, törətdiyi əməldən həqiqətən peşiman olması, bu peşimançılığının, əməyə müsbət münasibətinin, ictimaiyyət arasında yaşamağa, ümumbirgə yaşayış qaydalarına hazır olmasının özünü nədə ifadə etdiyinə dair hər hansı əsaslandırma ümumiyyətlə aparılmamışdır ki, onun hazırki zamanda Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinə keçirilməsi məqsədə müvafiq deyildir. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum qızının cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizəni iş materialları ilə birlikdə əlaqəli surətdə təhlil edərək, məhkumun islah prosesi ilə bağlı verilən zəruri tövsiyələrdən düzgün nəticə çıxarmadığını, cəzaçəkmə müəssisəsinin məhkum barədə mənfi mülahizəsini nəzərə alaraq və cəza çəkdiyi müddətdə islah olunmadığı qənaətinə gələrək hesab edir ki, Məhkum qızının ərizəsinin təmin edilməməsi barədə birinci instaniya məhkəməsinin mövqeyi əsaslı hesab edilir. Məhkəmə kollegiyası bir daha məhkumunun şəxsi işini araşdıraraq, məhkum barəsində verilmiş mülahizəni, məhkumun şəxsi işində olan sənədləri cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizə ilə qarşılıqlı şəkildə müzakirə edərək, apellyasiya şikayətinin əsassızlığını qeyd edərək, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq belə hesab edir ki, Məhkum qızının məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair ərizəsinin təmin edilməməsi barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Məhkum Məhkum qızının apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin Məhkum qızının məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair ərizəsinin təmin edilməməsi barədə *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı məhkum Məhkum qızı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Məhkum qızının hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 20 (iyirmi) saat üçün cəmi 220 (iki yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Sədrlik edən: Habil Məmmədov Hakimlər: Cavid Hüseyn Namiq Cəfərov