Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-1041/2026 11.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri: X1 (sədrlik edən və məruzəçi hakim), X2 və Əliyev Emin Zöhrab oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Prokuror - Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X6, Müdafiəçi – Universal Vəkil Bürosunun vəkili X3, Məhkum Məhkum iştirakları ilə, Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsinin təmin olunmamasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə Məhkum cəzasının çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan məhkum Məhkum apellyasiya şikayəti verərək ərizəsinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində məhkumun cəzasının ¾ hissəsindən çoxunu çəkməsi, cəza çəkdiyi müddətdə rəhbərlik tərəfindən barəsində heç bir tənbeh tədbirinin tətbiq edilməməsi göstərilmişdir. Məhkəmə iclasında iştirak edən məhkum Məhkum apellyasiya şikayətimi müdafiə edərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsi və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının dəyişdirilərək cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməyi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi X3 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, birinci instansiya məhkəməsinin qərarını qanunsuz və ədalətsiz hesab edi. Məhkum barəsində verilmiş rəy müsbətdir, cəza çəkdiyi müddət ərzində barəsində həvəsləndirmə tədbiri tətbiq edilmiş, “Təşəkkür” elan olmuşdur. Məhkəmədən apellyasiya şikayətinin təmin edilməsi və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilərək məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən prokuror X6 bildirdi ki, birinci instansiya məhkəməsinin qərarını qanuni və əsaslı hesab edir. Apellyasiya şikayəti əsassızdır. Belə ki, məhkum barəsində müsbət rəy verilməsinə baxmayaraq, iş materiallarına nəzər saldıqda onun islah olunmaması görünür. Barəsində 4 (dörd) dəfə tənbeh tədbiri tətbiq edilmişdir. Buna görə də, məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı cəzaçəkmə müəssisəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı cəzaçəkmə müəssisəsinin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası təqdim edilmiş materialları araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək və tərəfləri dinləyərək hesab edir ki, məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan məhkumun cəza çəkdiyi ** saylı cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli mülahizədən görünür ki, o, * saylı cəzaçəkmə müəssisəsinə ##.##.2019-cu il tarixində istintaq təcridxanasından daxil olmuşdur. Yataq yeri və ən zəruri ləvazimatlarla təmin edilmişdir. Məhkuma hüquq və vəzifələri, daxili intizam qaydaları, cəzanın çəkilməsi şərtləri izah olunmuşdur. Cəza çəkdiyi müddət ərzində onunla aparılan fərdi-tərbiyəvi söhbətlərdən, profilaktik tədbirlərdən özü üçün müsbət nəticə çıxartmağa çalışır. Islah prosesinə cəlb olunması üçün müəssisədə aparılan abadlıq işlərinə cəlb olunmuşdur. Cəza çəkdiyi müddətdə əməyə və təhsilə münasibəti qənaətbəxş olmuşdur. Əməkdaşlarla və məhkumlarla münasibətdə etik davranış qaydalarına riayət etməyə çalışır. Şəxsi gigiyenasını qoruyur. Məhkum Məhkum əməyə və təhsilə olan münasibəti qənaətbəxşdir. Ona verilən tapşırıqları vaxtında və düzgün yerinə yetirməyə çalışır. Məhkum Məhkum cəza çəkdiyi müddət ərzində barəsində 2 (iki) dəfə həvəsləndirmə (sonuncu ##.##.2024-cü il tarixində “Təşəkkür” elan edilmişdir) və 4 (dörd) dəfə tənbeh tədbiri (sonuncu ##.##.2022-cii il tarixində -“07 gün CT” keçirilmişdir) tətbiq edilmişdir. Məhkum Məhkum xasiyyətcə sakitdir. Törətmiş olduğu cinayət əməlini etiraf edir, peşmanlıq hissi keçirdiyini bildirir. Ailə üzvləri ilə görüş və telefon vasitəsi ilə əlaqə saxlayır. Asudə vaxtlarını kitab oxumaqla və televiziya verilişlərinə baxmaqla keçirir. Nəticədə məhkum Məhkum islah olunduğunu və müvafiq komissiyadan müsbət rəy alması barədə ##.##.2026-cı il tarixli nömrəli 31 protokola əsasən onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi məqsədə müvafiq hesab edilir. Birinci instansiya məhkəməsi məhkumun ərizəsini rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, məhkum edilmiş şəxsin cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi üçün onun məhz islah olunması tələb olunur. Hansı ki, məhkum Məhkum münasibətdə belə hal müəyyən edilməmişdir. Məhkumun şəxsi işində olan məhkum barəsində 2022, 2023, 2024 və 2025-ci ilə dair illik xasiyyətnamələrdən görünür ki, məhkum islah yoluna qədəm qoymağa çalışır. Lakin məhkumun islah olunması faktı məhkuma dair şəxsi işin məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən edilməmişdir. O cümlədən cəza çəkdiyi müddət ərzində şəxsin islah olunmasını təsdiq edən hər hansısa sənəd iş materiallarında aşkar edilməmişdir. Beləliklə, bütün bunlar onun islah oluduğunu şübhə altına qoymuş olur. Qeyd olunanlara əsaslanaraq cəzaçəkmə müəssisəsi tərəfindən nəyə əsaslanaraq məhkum barəsində müsbət mülahizənin təqdim olunmasını müəyyən etmək mümkün olmamışdır. Beləliklə, məhkuma aid şəxsi işdə onun islah olunmasını təsdiq edən heç bir sübut aşkar edilməmişdir ki, bu da cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş müsbət mülahizənin yalnız formal xarakter daşıdığını, heç bir əsasının olmadığını sübut etmiş olur. Bütün bunları nəzərə alaraq, cəzaçəkmə müəssisəsi tərəfindən verilən mülahizəni məhkumun törətdiyi cinayətin xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, şəxsi işi, mülahizəsi və proses iştirakçılarının mövqeləri ilə əlaqəli araşdıraraq, məhkəmə hesab edir ki, hal-hazırda onun islah olunması üçün cəzasının qalan hissəsini tam çəkməsi məqsədəuyğundur, ona görə ərizə təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi məhkumun cəzasının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəni təmin etməməkdə haqlı olmuşdur. Belə ki, məhkumun yalnız ona təyin edilən cəzanın qanunla müəyyən edilən hissəsini çəkməsi, məhkumun islah olunması nə onun məhkəmə iclasında verdiyi izahatında, nə də ki, məhkumun şəxsi işinə əlavə olunmuş sənədlərdə öz əksini tapır. Bundan başqa, məhkuma təyin olunmuş cəzanın kifayət qədər böyük hissəsi çəkilməmiş qalmaqla, onun hökmlə təyin olunmuş cəzanı tam çəkmədən islah olunması təsdiq olunmamışdır. Həmçinin mülahizə də formal sözlərlə ifadə edilmiş, məhkumun şəxi işdən görünür ki, məhkumun müəssisədə və dəstədə keçirilən təmir-abadlıq işlərində iştirak etməsi dedikdə, bunun məhz nədə ifadə olunduğu, onun hansı abadlıq işlərində, tədbirlərdə iştirak etdiyi və bunda rolu öz əksini tapmamışdır. Ümumiyyətlə məhkuma aid şəxsi işdə onun islah olunmasını təsdiq edən heç bir sübut aşkar edilməmişdir. Belə ki, iş materialına əsasən məhkum Məhkum barəsində cəza çəkdiyi müddət ərzində 02 dəfə həvəsləndirmə (sonuncu ##.##.2024-cü il tarixində - “Təşəkkür” elan edilmiş) tədbiri, cəzanın çəkilməsi qaydalarını pozduğuna görə barəsində 04 dəfə tənbeh tədbiri (sonuncu ##.##.2022-cii il tarixində - “07 gün CT” keçirilmiş) tətbiq edilmişdir. Məhkum barəsində müsbət rəy verilsə də, mülahizə formal sözlərlə ifadə edilmiş, məhkumun şəxi işdən görünür ki, məhkumun müəssisədə və dəstədə keçirilən təmir-abadlıq işlərində iştirak etməsi dedikdə, bunun məhz nədə ifadə olunduğu, onun hansı abadlıq işlərində, tədbirlərdə iştirak etdiyi və bunda rolu öz əksini tapmamışdır. Ümumiyyətlə məhkuma aid şəxsi işdə onun islah olunmasını təsdiq edən heç bir sübut aşkar edilməmişdir Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş müsbət mülahizənin yalnız formal xarakter daşıdığı, heç bir əsasının olmadığı qənaətinə gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkumun islah prosesində hər hansı bir müsbət nəticəyə və ya irəliləyişə nail olması iş materiallarında öz əksini tapmaması ilə yanaşı, mülahizədə göstərilən hallar məhkumun islah olunmadığına dəlalət edir. Qeyd edilən hallar məhkumun islah olunduğuna, azadlığa çıxmaqla cəmiyyətdə layiqli yer tutmaq istəyinə məhkəmədə inam yaratmamış, bu isə məhkumun tam islah olunmamasını və ona tətbiq edilən cəzanın məqsədinə nail olunmamasını göstərir. Beləliklə, iş materialı ilə Məhkum qanuna itaət, insana, cəmiyyətə, birgəyaşayış qaydalarına hörmət və ehtiram hissi tam şəkildə formalaşması və belə olan halda cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, ona cəmiyyətlə, müxtəlif insanlarla daha sıx və sərbəst təmasda olması üçün şərait yaradılmasının mümkün olması müəyyən edilmir. Belə olduğu təqdirdə onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi əsaslı hesab edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizəni iş materialı ilə birlikdə əlaqəli surətdə təhlil edərək, məhkumun cəza çəkdiyi müddətdə tam islah olunmadığı qənaətinə gələrək hesab edir ki, hazırki vaxtda onun cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması məqsədəmüvafiq deyildir. «Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən izah olunmuşdur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Qərarın 2-ci bəndi ilə isə məhkəmələrə bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə olunmuşdur. Qeyd olunan Qərarının 1-ci bəndinə əsasən izah olunmuşdur ki, istənilən maddi və prosessual hüquq norması tətbiq olunarkən baxılan hər bir işin xarakteri, mahiyyəti, ictimai və fərdi maraqlara təsiri, qanuniliyi araşdırılmalıdır. Ona görə də məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunub-olunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Həmin Qərarda qeyd olunmuşdur ki, “Qanunverici məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz olunması və cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilməsi üçün yalnız cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsini, müsbət xarakterizə edilməni, davranışı, əməyə münasibətini və cəzaçəkmə müəssisənin mülahizəsini əsas amil kimi irəli sürür”. Normalardan müəyyən olunur ki, məhkəmə məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edərkən onun müsbət xarakterizə olunması, davranışı, əməyə münasibəti, islah olunması nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.3-cü maddəsinə əsasən məhkum böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını, ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini, xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edilə bilər. Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 170.2-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 513.1-ci maddəsinə əsasən cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə məhkumun ərizəsi, habelə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın vəsatəti əsasında, cinayət qanunun müddəalarına müvafiq olaraq cinayət cəzalarını icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən tətbiq olunur. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, məhkumun cəza çəkdiyi müddətdəki davranışını əks etdirən şəxsi işindən, mülahizədən onun cəzadan şərti olaraq azad edilməsi üçün həmin müddət ərzində tam islah olunması müəyyən olunmur. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası bir daha qeyd edir ki, məhkumun ona təyin edilmiş cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsi yeganə əsas kimi cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi üçün kifayət etmir. Qeyd edilməlidir ki, Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin bitməsinə kifayət qədər müddət vardır. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsinin təmin olunmamasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsinin təmin olunmamasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Universal Vəkil Bürosunun vəkili X3 tərəfindən məhkum edilmiş şəxs Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə, 10 saat üçün cəmi 110 manat dövlət büdcəsindən Universal Vəkil Bürosunun hesabına ödənilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-6)-1041/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-1041/2026
11.08.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver