Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-1043/2026 17.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimləri - İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, prokuror - Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X1 və məhkum Məhkum müdafiəçisi - Bakı şəhəri “Alyans” Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakı ilə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin * saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Məhkum Azərbaycan Respublikası CMnin 80-1-ci maddəsi tətbiq edilməklə cəza çəkməkdən azad edilməsinə dair ərizəsinin baxılmadan geri qaytarılmasına dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə və ilkin baxış iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin * saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum ərizə ilə məhkəməyə müraciət edərək zərər çəkmiş şəxslərlə barışdığını, onlara dəymiş zərəri tam ödədiyini və dəymiş zərərin müvafiq faizini dövlət büdcəsinə ödəməyə hazır olduğunu bildirərək, CM-nin 178.3.2ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından azad edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin * saylı cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum ərizəsi baxılmadan geri qaytarılmışdır. Qərardan məhkum Məhkum apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkum Məhkum məhkəməyə ərizə göndərərək apellyasiya şikayətinin müdafiə etdiyini, işə onun iştirakı olmadan baxılaraq qərarın ləğv edilməsini və ərizəsinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum Məhkum müdafiəçisi Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X1 apellyasiya şikayətinin təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun müdafiəçinin fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı hökmünə əsasən Məhkum CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib ona azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ##.##.2026-cı il tarixli qərarı ilə qeyd edilən hökm yalnız təyin edilmiş cəza hissəsində dəyişdirilməklə ona 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət qanunvericiliyin tələbinə görə CM-nin 178.3, 178.4, 179.3 və 179.4-cü maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərər çəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilə bilər (CMnin 73-1.3-cü maddəsi). Məhkum edilmiş şəxs cəza çəkdiyi dövrdə cinayət məsuliyyətdən azad etmə ilə bağlı CM-nin 73.2, 73-1.1, 73-1.2 və 73-2-ci maddələrində, habelə 72, 263 və 306-cı maddələrinin “Qeyd” hissələrində nəzərdə tutulmuş şərtləri yerinə yetirdikdə cəza çəkməkdən azad edilir (CM-nin 80-1-ci maddəsi). Cinayət prosessual qanunvericiliyin tələbinə görə məhkumun CM-nin 80-1-ci maddəsinə müvafiq olaraq zərər çəkmiş şəxslə barışmaqla, cinayət nəticəsində vurulmuş ziyanı və ya əldə edilmiş gəliri tamamilə ödəməklə bağlı cəza çəkməkdən azad edilməsi haqqında məsələyə məhkumun, onun müdafiəçisinin və ya qanuni nümayəndəsinin ərizəsi, yaxud cəzanı icra edən müəssisə və ya orqanın təqdimatı əsasında cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən baxılır (Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (CPM) 511-1.1-ci maddəsi). Bu Məcəllənin 511-1.1-ci maddəsində göstərilən qaydada cəza çəkməkdən azad etmə zərər çəkmiş şəxsin və mülki iddiaçının notariat qaydasında təsdiq edilmiş ərizəsi və CM-nin 73-1.2 və 73-2.2-ci maddələri ilə müəyyən edilmiş məbləğin dövlət büdcəsinə ödənilməsini təsdiq edən müvafiq sənəd nəzərə alınmaqla tətbiq edilir. Zərər çəkmiş şəxs və mülki iddiaçının notariat qaydasında təsdiq edilmiş ərizəsi olmadığı hallarda həmin şəxslərin və ya onların qanuni nümayəndələrinin məhkəmə iclasında iştirakı məcburidir (CPM-nin 511-1.2-ci maddəsi). Məhkəmə kollegiyası mübahisələndirilən qərarla razılaşaraq qeyd edir ki, Məhkum təqsirli bilindiyi CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli nəticəsində zərər çəkmiş şəxslə barışmaqla, cinayət nəticəsində vurulmuş ziyanı və ya əldə edilmiş gəliri tamamilə ödəməklə bağlı hökmün icrası qaydasında cəza çəkməkdən azad etmə qanunvericiliklə (CM-nin 80-1-ci maddəsində) nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin * saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Məhkum ərizəsinin hazırki halda icraata qəbul edilməsi mümkünsüzdür. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 381-390, 394-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Məhkum Məhkum apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin məhkum ərizəsinin baxılmadan geri qaytarılması barədə *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri “Alyans” Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) saat üçün, cəmi 110 (yüz on) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri “Alyans” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə müvafiq qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-6)-1043/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-1043/2026
17.08.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver