Məhkəmə qərarları › İş №7(3-6)-1053/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-1053/2026

06.08.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-1053/2026 06.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyev Elnur Aləm oğlu və Hüseyn Cavid Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar Icraatlar Idarəsinin prokuroru X3, məhkum Məhkum, müdafiəçisi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, ## ### 1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin təmin olunmaması barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarından məhkum Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDI: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum cəzanın çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizə ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilməmişdir. Məhkum Məhkum müdafiəçisi Müdafiəçi həmin qərardan apellyasiya şikayəti verərək, məhkum Məhkum şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Verilmiş apellyasiya şikayəti üzrə apellyasiya baxışı zamanı iştirak edən məhkum Məhkum məhkəmə kollegiyasına ərizə təqdim edərək, mübahisələndirilən qərardan müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətindən imtina etdiyini göstərərək, apellyasiya şikayətinə baxılmasına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi X2 məhkum Məhkum apellyasiya şikayətindən imtina etməsi səbəbindən, şikayətə baxılmasına xitam verilməsinə dair məhkum Məhkum ərizəsinə etirazının olmadığını bildirdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar Icraatlar Idarəsinin prokuroru X3 şikayətə baxılmasına xitam verilməsinə dair məhkum məhkum Məhkum ərizəsinə etirazının olmadığını bildirdi. Məhkəmə kollegiyası, məhkumun mübahisələndirilən qərardan müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətindən imtina etməsi və apellyasiya şikayətinə xitam verilməsi barədə ərizəsinin təmin edilməsinə dair proses iştirakçılarının fikirlərini dinləyib, belə hesab edir ki, məhkumun verdiyi apellyasiya şikayətindən imtina etməsinə dair ərizəsi təmin edilərək, apellyasiya şikayətinə baxılmasına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 390.4-cü maddəsinə əsasən, bu Məcəllənin 390.5 və 390.6-cı maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, apellyasiya şikayəti və ya apellyasiya protesti vermiş şəxs apellyasiya instansiyası məhkəməsində məhkəmənin yekun qərarı çıxarılanadək öz şikayətini və ya protestini geri götürmək hüququna malikdir. Həmin Məcəllənin 391.11-ci maddəsinə əsasən apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxs öz apellyasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığı halda, məhkəmə apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verildiyi andan birinci instansiya məhkəməsinin hökm və ya digər yekun qərarı qanuni qüvvəyə minir. Həmin Məcəllənin 391.3.10-cu maddəsinə əsasən, apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Məhkəmə kollegiyası, göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 390.4 və 396-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarından məhkum Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətindən imtinaya dair məhkum Məhkum ərizəsi təmin edilsin və apellyasiya şikayətinin baxılmasına xitam verilsin. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili X2 məhkum Məhkum göstərdiyi hüquqi yardımla bağlı 11 (on bir) manat hesab edilməklə, 5 (beş) saat üçün cəmi 65 (altmış beş) manat dövlət büdcəsi hesabına Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına ödənilsin. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Elnur Nuriyev Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar