Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-1054/2026 07.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Məmmədov Əli Irfan oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Əliyev Emin Zöhrab oğlundan ibarət tərkibdə, Sadıqova Ləman Şahmar qızının katibliyi, Prokuror - Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X3, Müdafiəçi – “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi, Məhkum Məhkum iştirakları ilə, Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsinin təmin olunmamasına dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından məhkum Məhkum müdafiəçisi X1 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum ərizə ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək ona təyin edilmiş cəzanın çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmasına dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan məhkum Məhkum müdafiəçisi X1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və məhkum Məhkum cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmasına dair ərizəsinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə ilkin məhkəmə baxışı zamanı məhkum Məhkum ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, apellyasiya şikayətindən imtina etdiyini bildirib müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Müdafiəçi məhkumun ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən prokuror X3 məhkum Məhkum tərəfindən verilmiş ərizə üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cəzaçəkmə müəssisəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasının cəzaçəkmə müəssisəsinin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası məhkum Məhkum ərizəsini müzakirə edib hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından məhkum Məhkum müdafiəçisi X1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına məhkumun apellyasiya şikayətindən imtina etməsi əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 91.5.33-cü maddəsinə əsasən təqsirləndirilən şəxs özünün və ya müdafiəçisinin verdiyi hər bir şikayətdən imtina etmək hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 391.11-ci maddəsinə əsasən apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxs öz apellyasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığı halda, məhkəmə apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verildiyi andan birinci instansiya məhkəməsinin hökm və ya digər yekun qərarı qanuni qüvvəyə minir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum Məhkum Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətindən imtina etdiyindən, eləcə də həmin qərardan apellyasiya protesti verilmədiyindən, cinayət-prosessual qanunvericiliyinin yuxarıda qeyd olunan tələblərinə əsasən, verilmiş apellyasiya şikayətinin baxılmasına xitam verilməlidir. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddəsinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 396 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsinin təmin olunmamasına dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından məhkum Məhkum müdafiəçisi X1 tərəfindən verilmiş apelyasiya şikayətindən məhkumun imtinasına dair ərizəsi təmin edilsin və həmin apellyasiya şikayətinin baxılmasına xitam verilsin. “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 5 (beş) saat üçün cəmi 55 (əlli beş) manat dövlət büdcəsindən tutularaq, “Universal” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-6)-1054/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-1054/2026
07.08.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver