Məhkəmə qərarları › İş №7(3-6)-1072/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-1072/2026

26.08.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-1072/2026 26.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İbrahimli İbrahim Adil oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Habil Çingiz oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimova İlahə Arif qızının, Prokuror Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X4, Müdafiəçi Hacıyeva İradə Ələskər qızının, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı cəzaçəkmə müəssisəsinin etibarnamə üzrə nümayəndəsi X3, Məhkum Məhkum iştirakları ilə, ## ###### 1980-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli ali təhsilli, fərdi əməklə məşğul olan, Bak ışəhəri Nizami Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)- ***/**** saylı hökmü ilə Azərbaycan Cinayət Məcəlləsinın 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli ## ### 2025ci il tarixdən hesablanmış, “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli qərarı barəsində tətbiq edilməklə cəzası 6 ay azaldılmış, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq massivi, döngə 10,ev 182 qeydiyyatda olmaqla, Bakı şəhəri,Xəzər rayonu, Binə qəsəbəsi, ”Atçılıq” yaşayış massivi fərdi yaşayış evində yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən, Məhkum cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək təyin edilmiş cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl azad edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim N.Rzayeva) ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilməmişdir. Həmin qərardan narazı qalan məhkum Məhkum apellyasiya şikayəti vermiş və apellyasiya şikayətinin dəlillərini onunla əsalndırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarına əsasən onun cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilməmişdir. Məhkəmənin həmin qərarı qanunsuz sayır, ədalətsiz və qərəzli hesab edir. Məhkəmə bir çox qanun pozuntularına yol vermişdir. Ailəlidir, himayəsində on az yaşlı uşağı, həddi buluğu çatmamış uşaqları var. Ailənin tək maddi və mənəvi qaynağı, hal-hazırda ailəsi çox çətin vəziyyətdə yaşayırlar və özü 3-cü dərəcəli əlilliyi var. Məhkəmə kollegiyasının iclasında məhkum Məhkum və onun müdafiəçisi Hacıyeva İradə Ələskər qızı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, ona təyin edilmiş cəzasının 1/2 hissəsindən çoxunun çəkdiyini, islah oldunduğunu nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarını ləğv edərək ona təyin edilmiş cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin təmin edilməsini xahiş etmişlər. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsinin etibarnamə üzrə nümayəndəsi X3 apellyasiya baxışı zamanı cəzaçəkmə müəssisəsi tərəfindən təqdim edilmiş mülahizəni müdafiə edərək məhkum Məhkum islah yoluna qədəm qoymadığını və onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini məqsədə uyğun olmadığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında prokuror X4 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası təqdim edilmiş materialları və məhkumun şəxsi işini araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bak ışəhəri Nizami Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-***/**** saylı hökmündən görünür ki, Məhkum Azərbaycan Cinayət Məcəlləsinın 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli ## ### 2025-ci il tarixdən hesablanmış, İş materiallarından müəyyən olunr ki, Məhkum barəsində “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli qərarının 3.1-ci bəndi tətbiq edilərək, onun cəzası 6 (altı) ay azaldılmışdır. Məhkum cəza çəkmə müddəti sonu ## ###### 2026-ci il tarixdə başa çatır. İş materiallarında olna illik xasiyyatnamədən (2025-ci il) görünür ki, Məhkum ## ###### 2015-ci il tarixdən cəza çəkir, onun əməyə münasibəti qeyri qənaətbəxşdir, məhkumlar arasında özünü qeyri səmimi aparır, dəstədə keçirilən tərbiyyəvi tədbirlərdə passiv iştirak edir, DKŞ-nın üzvi deyil, törətdiyi cinayəti qismən etiraf edir, xasiyyətcə qapalıdır, ailə üzvləri ilə telefon və görüş vasitəsi ilə əlaqə saxlayır, islam yoluna qədəm qoymağa hələlik müşahidə olunmur. Həmçinin cəzaçəkmə müəssisəsi tərəfindən məhkum barəsində verilmiş mülahizədən görünür ki, məhkum Məhkum ** saylı cəzaçəkmə müəssisəsinə Umbakı Penitensiar Müəssisəsindən ##.##.2025-ci il tarixdə qəbul olunmuşdur. O, müəssisəyə qəbul olunduğu gündən ona hüquq və vəzifələri, müəssisənin daxili intizam qaydaları izah edilmiş, törətdiyi cinayət əməlinə münasibəti öyrənilmiş, dəstədə yataq yeri ilə təmin olunmuşdur. Onunla mütəmadi olaraq profilaktik və tərbiyəvi söhbətlər aparılmış, aparılan söhbətlərdən özü üçün müsbət nəticələr çıxarmadığı müşahidə olunur. Məhkumlar arasında özünü qeyrisəmimi aparır. Əməyə münasibəti qeyri-qənaətbəxşdir. Keçirilən tədbirlərdə və təşkil olunan ictimai işlərdə passiv iştirak edir. Xasiyyətcə qapalı təbiətlidir. Barəsində cəza çəkdiyi müddətdə töhmət və həvəsləndirmə tədbiri tətbiq olunmamışdır. Ailə üzvləri və yaxınları ilə telefon və görüş vasitəsi ilə mütəmadi olaraq əlaqə saxlayır. Məhkum ilə aparılan profilaktik tərbiyəvi söhbət zamanı, o, himayəsində 10 azyaşlı uşağının olmasını və 3-cü qrup əlil olduğunu nəzərə alınmasını xahiş edir. Lakin o, törətdiyi cinayət əməlini etiraf etmir, gələcəyə müsbət planları olmadığından və şəxsi işindən göründüyü kimi “Radikal-dini” ideyaları təbliğ edən şəxs kimi barəsində istiqamətləndirmə tərtib olunmuşdur. Qeyd olunanları nəzərə alaraq islah tədbirləri davam etdirilməlidir. Məhkumun şəxsi işi – ##.##.2026-cı il tarixdə 29 N-li iclas protokoluna əsasən protokollaşdırılmışdır. (Protokol şəxsi işə əlavə olunmuşdur). Onun mənfi xarakterizə olunması və s. halları nəzərə alaraq məhkəməyə təqdim olunması üçün mənfi rəy verilmişdir. Məhkəmənin qərarından görünür ki, birinci instansiya məhkəməsi məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinə baxarkən, öz qərarında cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizəni məhkumun şəxsi işi ilə birgə araşdırmış və göstərilən halları nəzərə alaraq onun ərizəsinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası bir daha məhkumunun şəxsi işini araşdıraraq məhkum barəsində verilmiş mənfi xarakterli mülahizənin əsaslı olması qənaətinə gələrək hesab edir ki, birinci instansiya məhkəməsi məhkumun cəzasının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə məhkum Məhkum ərizəsini təmin etməməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən məhkəmə islah işləri, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza cəkən şəxsin islah olunmaq üçün cəzanı tam cəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Həmin Məcəllənin 76.3-cü maddəsinin tələbinə görə məhkum böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını, ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini, xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edilə bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 170.2-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. «Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanin çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanıçəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən izah olunmuşdur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Qərarın 2-ci bəndi ilə isə məhkəmələrə bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə olunmuşdur. Qərarda göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, bu sahədə olan qanun normalarının mənasına görə məhkumun cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunması və cəzaçəkmə müəssisəsinin novünün dəyişdirilməsi imperativ norma deyildir. Qanunverici həmin normaların tətbiq olunmasını məhkəmənin cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlməsi, habelə azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxsin cəzaçəkmə müddətində davranışı, əməyə münasibəti, bir sözlə cəza çəkdiyi müddətdə şəxsiyyətini səciyyələndirən hallarla şərtləndirmişdir. Qeyd olunan Qərarının 1-ci bəndinə əsasən izah olunmuşdur ki, istənilən maddi və prosessual hüquq norması tətbiq olunarkən baxılan hər bir işin xarakteri, mahiyyəti, ictimai və fərdi maraqlara təsiri, qanuniliyi araşdırılmalıdır. Ona görə də məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunub-olunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə götərilmişdir ki, məhkəmələr bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşmalıdırlar. Bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, cinayət və cinayət prosessual qanunvericiliyində törədilmiş cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət nəticəsində vurulmuş ziyanın ödənilməməsi, əvvəllər məhkum olunması, təqsirini etiraf etməməsi və sair bu kimi hallar Məhkum Məhkum şəxsi işindən və iş materiallarından görünür ki, Məhkum cəza çəkdiyi dövrdə, onunla mütəmadi olaraq profilaktik və tərbiyəvi söhbətlər aparılmış, aparılan söhbətlərdən özü üçün müsbət nəticələr çıxarmadığı müşahidə olunur, məhkumlar arasında özünü qeyri-səmimi aparır, əməyə münasibəti qeyri-qənaətbəxşdir, keçirilən tədbirlərdə və təşkil olunan ictimai işlərdə passiv iştirak edir, xasiyyətcə qapalı təbiətlidir, barəsində cəza çəkdiyi müddətdə töhmət və həvəsləndirmə tədbiri tətbiq olunmamışdır, ailə üzvləri və yaxınları ilə telefon və görüş vasitəsi ilə mütəmadi olaraq əlaqə saxlayır, törətdiyi cinayət əməlini etiraf etmir, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xüsusi Komissiyası tərəfindən mənfi rəy verilmişdir. Cəzaçəkmə müəssisəsinin müdriyyəti Ədliyyə Nazirliyinin Xüsusi Komissiya tərəfindən mənfi rəy verildiyini nəzərə alıb, onun şərti olaraq vaxtından əvvəl azad olunmasını məqsədə uyğun hesab etməmişdir. Belə ki, məhkum Məhkum barəsində verilmiş mülahizənin əsaslılığı və məhkumun islah olunub-olunmaması məsələsi araşdırılarkən, onun bütün cəza çəkdiyi müddəti əhatə edən davranışları nəzərə alınmalıdır. Göründüyü kimi məhkum Məhkum ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının yarısından çoxunu çəkməsinə baxmayaraq, məhkumun islah prosesində hər hansı bir müsbət nəticəyə və ya irəliləyişə nail olmamışdır ki, bu isə öz növbəsində onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilməsini istisna edir. Məhkum və onun müdafiəçisi apellyasiya baxışı zamanı məhkum Məhkum cəzasının 1/2 hissəsindən çoxunun çəkdiyini, özünün tam islah olunmuş kimi hiss etdiyini qeyd edib barəsində cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin tətbiq edilməsini xahiş etsə də, məhkəmə qeyd edir ki, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edilərkən məhkumun davranışı, şəxsiyyəti, daxili rejim qaydalarına əməl etməsi və bu kimi digər hallar birlikdə araşdırılır. Əks halda cəzanın 1/2 hissəsinin çəkdikdən sonra cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin tətbiq edilməsi qanunverici tərəfindən bir qayda olaraq məhkəmələrin üzərinə vəzifə kimi qoyulardı. Bundan başqa verilmiş apellyasiya şikayətində məhkum Məhkum ailəli olmasına, himayəsində on az yaşlı övladının olmasına, III qrup əlil olmasına istinad edilsə də, məhkəmə kollegiyası qeyd edir ki, göstərilən hallar ona cəza təyini zamanı nəzərə alınan hallardır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin Məhkum cəzasının çəkilməsindən vaxtından əvvəl şərti olaraq azad edilməsi barədə vermiş olduğu ərizənin təmin edilməməsinə dair ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin Məhkum cəzasının çəkilməsindən vaxtından əvvəl şərti olaraq azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “Arbitrium” Vəkil Bürosunun vəkili Hacıyeva İradə Ələskər qızı tərəfindən məhkum Məhkum məhkəmədə hüquqlarının müdafiəsi üçün sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 165 (yüz altmış beş) manat dövlət büdcəsindən “Arbitrium” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən İbrahim İbrahimli Hakimlər: Habil Məmmədov Aqil Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar