Məhkəmə qərarları › İş №7(3-6)-1073/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-1073/2026

26.08.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-1073/2026 26.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İbrahimli İbrahim Adil oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Habil Çingiz oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimova İlahə Arif qızının, Prokuror Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X5, Müdafiəçi Hacıyeva İradə Ələskər qızının, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı cəzaçəkmə müəssisəsinin etibarnamə üzrə nümayəndəsi X2, Məhkum Məhkum İlqəm oğlunun iştirakları ilə, ## ###### 1992-ci ildə Goranboy rayonunun, Dəliməmmədli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Goranboy rayonu, Dəliməmmədli şəhəri, Nizami küçəsi, ev 13-də yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən, Məhkum İlqəm oğlunun cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından məhkum Məhkum İlqəm oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum İlqəm oğlu ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək təyin edilmiş cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl azad edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim R.Mürsəlov) ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum İlqəm oğlunun cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilməmişdir. Həmin qərardan narazı qalan məhkum Məhkum İlqəm oğlu apellyasiya şikayəti vermiş və apellyasiya şikayətinin dəlillərini onunla əsalndırmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarına əsasən onun cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilməmişdir. Məhkəmə onun ümumi cəzasının 7 ildən 7 ay qaldığını, müəssisənin tərifnamələrini, talasemiya xəstəsi olduğunu, II qrup əlil olduğunu, övladının qan xərçəngi olmasını nəzərə almamışdır. Odur ki, qeyd etdiklərini, səmimi peşmançılıq çəkdiyini, ilk məhkumluğunu nəzərə alaraq cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum Məhkum İlqəm oğlu və onun müdafiəçisi Hacıyeva İradə Ələskər qızı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, ona təyin edilmiş cəzasının 2/3 hissəsindən çoxunun çəkdiyini, islah oldunduğunu, əməlindən peşiman olduğunu, ailəli olduğunu, II qrup əlil olduğunu, uşağının qan xərçəngi olduğunu nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarını ləğv edərək ona təyin edilmiş cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin təmin edilməsini xahiş etmişlər. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsinin etibarnamə üzrə nümayəndəsi X2 apellyasiya baxışı zamanı cəzaçəkmə müəssisəsi tərəfindən təqdim edilmiş mülahizəni müdafiə edərək məhkum Məhkum İlqəm oğlunun islah yoluna qədəm qoymadığını və onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini məqsədə uyğun olmadığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında prokuror X5 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası təqdim edilmiş materialları və məhkumun şəxsi işini araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2020-ci il tarixli, *(***)-***/**** saylı hökmünün surətindən görünür ki, Məhkum İlqəm oğlu Azərbaycan Cinayət Məcəlləsinın 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Cinayət Məcəlləsinın 310-cu maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Cinayət Məcəlləsinın 32.4,312.2-ci maddəsi ilə təqsirli bilinərək, 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Azərbaycan Cinayət Məcəlləsinın 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum İlqəm oğluna qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli ## ###### 2020-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin ## #### 2021-ci il tarixli, *(***)-***/**** saylı qərarına əsasən, Məhkum İlqəm oğlunun apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2020-ci il tarixli, *(***)-***/**** saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin ## ####### 2020-ci il tarixli, *(***)-***/**** saylı hökmünün surətindən görünür ki, Məhkum İlqəm oğlu Azərbaycan Cinayət Məcəlləsinın 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Cinayət Məcəlləsinın 66.5-ci maddəsinə əsasən Məhkum İlqəm oğluna Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2020-ci il tarixli, *(***)-***/**** saylı hökmü ilə təyin edilmiş 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla Məhkum İlqəm oğluna qəti olaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli ## ###### 2020-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin ## ##### 2021-ci il tarixli, *(***)-***/**** saylı qərarına əsasən, Məhkum İlqəm oğlunun apellyasiya şikayəti təmin edilməmiş, Şəmkir Rayon Məhkəməsinin ## ####### 2020-ci il tarixli, *(***)-***/**** saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkum İlqəm oğlunun cəza çəkmə müddəti sonu ## ###### 2027-ci il tarixdə başa çatır. İş materiallarında olna illik xasiyyatnamədən (2025-ci il) görünür ki, Məhkum İlqəm oğlunun əməyə münasibəti müsbətdir, məhkumlar arasında özünü normal aparır, dəstədə keçirilən tərbiyyəvi tədbirlərdə iştirak edir, DKŞ-nın üzvi deyil, törətdiyi cinayəti etiraf edir, xasiyyətcə sakitdir, ailə üzvləri ilə telefon və görüş vasitəsi ilə əlaqə saxlayır, il ərzində iki dəfə həvəsləndirmə tətbiq edilmişdir, islam yoluna qədəm qoymağa cəhd edir. Həmçinin cəzaçəkmə müəssisəsi tərəfindən məhkum barəsində verilmiş mülahizədən görünür ki, məhkum Məhkum İlqəm oğlu ##.##.2021-ci il tarixdən cəza müddətinin qalan hissəsini çəkmək üçün ** saylı CM-nə gətirilmiş və * saylı dəstəyə təyin edilmişdir. Müəssisəyə qəbul olunduğu ilk gündən ona karantin bölməsində Daxili İntizam Qaydaları, hüquq və vəzifələri izah olunmuş, məhkumların mədəni-məişət şəraitinin yaxşılaşdırılması üçün köməkçi işlərə cəlb olunmuşdur, əməyə münasibəti qənaətbəxşdir. Onunla aparılan tərbiyəvi söhbətlərdən və həvəsləndirmə tədbirlərindən (yeddi dəfə həvəsləndirilib, sonuncu ##.##.2026-cı il tarixdə “əlavə telefon danışığına” icazə verilsin) özü üçün düzgün nəticə çıxarmağa çalışır. Dəstə daxili mədəni-kütləvi tədbirlərdə iştirak edir. Xarici görkəminə və yataq yerinin təmizliyinə fikir verir, şəxsi gigiyena qaydalarına riayət edir və ərzaq məhsullarını xüsusi ayrılmış yerdə saxlayır. Yaxınları ilə ünsiyyət saxlayır. Cinayət işi üzrə 300 manat borcu ödənilmişdir. Mülki borc 10625 manat ödənilməyib. Məhkum Məhkum İlqəm oğlu cəza çəkdiyi müddətdə barəsində tənbeh tədbiri tətbiq edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının çəkliməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı tənzimləmədə səmərəliliyin artırılması, prosedurların optimallaşdırılması və nəzarət mexanizmlərinin gücləndirilməsini təmin etmək məqsədilə yaradılmış Komissiya” tərəfindən ##.##.2026-cı il tarixdə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması məsələsinə baxılmış, mənfi rəy verilmişdir. Nəticədə məhkum Məhkum İlqəm oğlunun Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən yaradılmış komissiyada mənfi rəy verilməsini və tam islah olunmamasını nəzərə alaraq onun cəzadan vaxtından əvvəl şərti olaraq azad olunmasını məqsədə uyğun hesab edilməmişdir. Məhkəmənin qərarından görünür ki, birinci instansiya məhkəməsi məhkum Məhkum İlqəm oğlunun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinə baxarkən, öz qərarında cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizəni məhkumun şəxsi işi ilə birgə araşdırmış və göstərilən halları nəzərə alaraq onun ərizəsinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası bir daha məhkumunun şəxsi işini araşdıraraq məhkum barəsində verilmiş mənfi xarakterli mülahizənin əsaslı olması qənaətinə gələrək hesab edir ki, birinci instansiya məhkəməsi məhkumun cəzasının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə məhkum Məhkum İlqəm oğlunun ərizəsini təmin etməməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən məhkəmə islah işləri, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza cəkən şəxsin islah olunmaq üçün cəzanı tam cəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Həmin Məcəllənin 76.3-cü maddəsinin tələbinə görə məhkum böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını, ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini, xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edilə bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 170.2-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. «Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanin çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanıçəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən izah olunmuşdur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Qərarın 2-ci bəndi ilə isə məhkəmələrə bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə olunmuşdur. Qərarda göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, bu sahədə olan qanun normalarının mənasına görə məhkumun cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunması və cəzaçəkmə müəssisəsinin novünün dəyişdirilməsi imperativ norma deyildir. Qanunverici həmin normaların tətbiq olunmasını məhkəmənin cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlməsi, habelə azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxsin cəzaçəkmə müddətində davranışı, əməyə münasibəti, bir sözlə cəza çəkdiyi müddətdə şəxsiyyətini səciyyələndirən hallarla şərtləndirmişdir. Qeyd olunan Qərarının 1-ci bəndinə əsasən izah olunmuşdur ki, istənilən maddi və prosessual hüquq norması tətbiq olunarkən baxılan hər bir işin xarakteri, mahiyyəti, ictimai və fərdi maraqlara təsiri, qanuniliyi araşdırılmalıdır. Ona görə də məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunub-olunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə götərilmişdir ki, məhkəmələr bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşmalıdırlar. Bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, cinayət və cinayət prosessual qanunvericiliyində törədilmiş cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət nəticəsində vurulmuş ziyanın ödənilməməsi, əvvəllər məhkum olunması, təqsirini etiraf etməməsi və sair bu kimi hallar nəzərə alınmalıdır. Məhkum Məhkum İlqəm oğlunun şəxsi işindən və iş materiallarından görünür ki, Məhkum İlqəm oğlunun əməyə münasibəti qənaətbəxşdir. Onunla aparılan tərbiyəvi söhbətlərdən və həvəsləndirmə tədbirlərindən (yeddi dəfə həvəsləndirilib, sonuncu ##.##.2026-cı il tarixdə “əlavə telefon danışığına” icazə verilsin) özü üçün düzgün nəticə çıxarmağa çalışır. Dəstə daxili mədəni-kütləvi tədbirlərdə iştirak edir. Xarici görkəminə və yataq yerinin təmizliyinə fikir verir, şəxsi gigiyena qaydalarına riayət edir və ərzaq məhsullarını xüsusi ayrılmış yerdə saxlayır. Yaxınları ilə ünsiyyət saxlayır. Cinayət işi üzrə 300 manat borcu ödənilmişdir. Mülki borc 10625 manat ödənilməyib. Məhkum Məhkum İlqəm oğlu cəza çəkdiyi müddətdə barəsində tənbeh tədbiri tətbiq edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xüsusi Komissiyası tərəfindən mənfi rəy verilmişdir. Cəzaçəkmə müəssisəsinin müdriyyəti Ədliyyə Nazirliyinin Xüsusi Komissiya tərəfindən mənfi rəy verildiyini nəzərə alıb, onun şərti olaraq vaxtından əvvəl azad olunmasını məqsədə uyğun hesab etməmişdir. Belə ki, məhkum Məhkum İlqəm oğlunun barəsində verilmiş mülahizənin əsaslılığı və məhkumun islah olunub-olunmaması məsələsi araşdırılarkən, onun bütün cəza çəkdiyi müddəti əhatə edən davranışları nəzərə alınmalıdır. Göründüyü kimi məhkum Məhkum İlqəm oğlunun ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının yarısından çoxunu çəkməsinə baxmayaraq, məhkumun islah prosesində hər hansı bir müsbət nəticəyə və ya irəliləyişə nail olmamışdır ki, bu isə öz növbəsində onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilməsini istisna edir. Məhkum və onun müdafiəçisi apellyasiya baxışı zamanı məhkum Məhkum İlqəm oğlunun cəzasının 2/3 hissəsindən çoxunun çəkdiyini, özünün tam islah olunmuş kimi hiss etdiyini qeyd edib barəsində cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin tətbiq edilməsini xahiş etsə də, məhkəmə qeyd edir ki, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edilərkən məhkumun davranışı, şəxsiyyəti, daxili rejim qaydalarına əməl etməsi və bu kimi digər hallar birlikdə araşdırılır. Əks halda cəzanın 2/3 hissəsinin çəkdikdən sonra cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin tətbiq edilməsi qanunverici tərəfindən bir qayda olaraq məhkəmələrin üzərinə vəzifə kimi qoyulardı. Bundan başqa verilmiş apellyasiya şikayətində məhkum Məhkum İlqəm oğlu ailəli olduğuna, II qrup əlil olduğuna, uşağının qan xərçəngi olduğuna istinad edilsə də, məhkəmə kollegiyası qeyd edir ki, göstərilən hallar ona cəza təyini zamanı nəzərə alınan hallardır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin Məhkum İlqəm oğlunun cəzasının çəkilməsindən vaxtından əvvəl şərti olaraq azad edilməsi barədə vermiş olduğu ərizənin təmin edilməməsinə dair ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarının ləğv və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkum Məhkum İlqəm oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin Məhkum İlqəm oğlunun cəzasının çəkilməsindən vaxtından əvvəl şərti olaraq azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “Arbitrium” Vəkil Bürosunun vəkili Hacıyeva İradə Ələskər qızı tərəfindən məhkum Məhkum İlqəm oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15(on beş) saat üçün cəmi 165(yüz altmış beş manat) dövlət büdcəsindən “Arbitrium” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən İbrahim İbrahimli Hakimlər: Habil Məmmədov Aqil Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar