Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-1076/2026 13.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X2, məhkum Məhkum, müdafiəçi “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, məhkum Məhkum tənbeh tədbirinin ləğv edilməsinə dair ərizəsinin geri qaytarılması barədə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Penitensiar Xidmətin Umbakı Penitensiar müəssisəsində cəza çəkən məhkum Məhkum ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı Cəzaçəkmə Müəssisəsinin rəisi, R Vüsal Aslanov tərəfindən ## ###### 2025-ci il tarixdə *** nömrəli qərara əsasən ona “Töhmət” tənbeh tədbiri tətbiq edilmişdir. Qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. O, həmin tarixdə ** saylı cəzaçəkmə müəssisəsindən * saylı cəzaçəkmə müəssisəsinə etap olunmuşdur. Etap olunan zaman üzərinə axtarış-baxış tədbirləri keçirilmiş, lakin üzərindən heç nə aşkarlanmamışdır. Bundan başqa orada olarkən heç bir rejim pozuntusuna yol verməmişdir. Həmçinin tənbeh tədbirinin ona tətbiq edilməsinə dair heç bir xəbərdarlıq və elan olunmamışdır. Eyni zamanda onun tənbeh olunmasına dair qərarın sürəti ona verilməmişdir. Bu səbəbdən ərizəsinə həmin qərarın sürətini əlavə edə bilməmişdir. Odur ki, barəsində tətbiq olunmuş tənbeh tədbirinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası Penitensiar Xidmətin Umbakı Penitensiar Müəssisəsində (Kompleksində) cəza çəkən məhkum Məhkum ərizəsinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardan narazı qalan məhkum Məhkum apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarını ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən məhkum Məhkum və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər. Prokuror X2 isə, apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının əsaslı və qanuni olduğunu bildirib, apellyasiya şikayətinin təmin edilməməsini və qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası təqdim edilmiş materialları və məhkumun şəxsi işini araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin olunması barədə məhkumun və müdafiəçisinin, şikayətin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə isə prokurorun çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi ərizəni nəzərdən keçirərək hesab etmişdir ki, ərizəsində göstərdiyi hal hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında tənzimlənən məsələyə aid deyildir. Ona görə baxıla bilməz və bu səbəbdən ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 10.2.12-ci maddəsinə əsasən, cəzaların icrası və çəkilməsi zamanı məhkumların cəzanın çəkilməsinin təxirə salınması və ya onun ləğv edilməsi, xəstəliyə görə cəzanı çəkməkdən azad edilməsi, ittiham hökmünün icrası müddəti ilə əlaqədar cəza çəkməkdən azad edilməsi, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi, amnistiyanın tətbiq edilməsi, müalicə müəssisəsində saxlanma vaxtının cəzaçəkmə müddətinə daxil edilməsi, məhkumluğun vaxtından əvvəl götürülməsi üçün ərizə ilə məhkəməyə, əfv edilmək üçün isə Azərbaycan Respublikasının Prezidentinə bilavasitə və ya qanuni nümayəndələrinin vasitəsilə, habelə yetkinlik yaşına çatmayan və ya fiziki pozuntulardan, yaxud psixi xəstəlikdən əzab çəkən məhkumlar barəsində isə onların müdafiəçilərinin və qanuni nümayəndələrinin vasitəsilə müraciət etmək hüquqları vardır. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, tənbeh tədbirləri yazılı şəkildə cəzaçəkmə müəssisəsinin müdiriyyətinin əsaslandırılmış qərarı ilə verilir. Məhkumun bu Məcəllənin 107.1- 107.3, 107.5 və 125-ci maddələrində nəzərdə tutulmuş tənbeh tədbirlərinin tətbiqindən müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə) və ya məhkəməyə şikayət vermək hüququ vardır. Əsas olduqda tənbeh tədbiri ləğv edilə bilər. Bu Məcəllənin 109.2- 1-ci maddəsinə əsasən tənbeh tədbirinin icrasının dayandırılması barədə qərar qəbul edildiyi hallar istisna olmaqla, şikayətin verilməsi tənbeh tədbirinin icrasını dayandırmır. Həmin Məcəllənin 109.2-1-ci maddəsinə əsasən, şikayət verildiyi hallarda, barəsində şikayət olunan tənbeh tədbirinin icrasının dayandırılması ilə bağlı məsələyə, maraqlı şəxsin ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə şikayət instansiyasının öz təşəbbüsü ilə, şikayət instansiyası tərəfindən dərhal baxılır və bu barədə müvafiq qərar qəbul edilir. Həmin Məcəllənin 509.2-ci maddəsinə əsasən məhkumun bu Məcəllənin 509.1-ci maddəsində göstərilən ərizələrə bu Məcəllənin 510-520-ci maddələrinə uyğun olaraq məhkəmə tərəfindən baxılır. Həmin Məcəllənin 509.1-ci maddəsinə əsasən, məhkəmənin hökmü çıxarıldıqdan sonra onun icrası qurtaranadək məhkum edilmiş şəxs aşağıdakı məsələlərə dair ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir: 509.1.1. cəzanın çəkilməsinin təxirə salınması haqqında; 509.1.2. xəstəliyə və ya ittiham hökmünün icrası müddətinin başa çatmasına görə cəza çəkməkdən azad edilməsi haqqında; 509.1.3. cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında; 509.1.4. cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəz edilməsi haqqında; 509.1.5. cəzaçəkmə və ya tərbiyə müəssisələrinin növünün dəyişdirilməsi haqqında; 509.1.6. amnistiyanın tətbiq edilməməsi və ya düzgün tətbiq edilməməsi haqqında; 509.1.7. müalicə müəssisəsində saxlanılma vaxtının cəzaçəkmə müddətinə daxil edilməsi haqqında; 509.1.8. məhkumluğun vaxtından əvvəl götürülməsi haqqında; 509.1.9. bu Məcəllədə nəzərdə tutulmuş digər məsələlər haqqında. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), eləcə də, həmin məcəllənin 2.2.4-cü maddəsinə əsasən, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi cəzaçəkmə müəssisəsinin hərəkətlərindən və ya hərəkətsizliyindən şikayətə hökmün icrası qaydasında baxılması nəzərdə tutulmamışdır. Bu cür şikayətlərə isə inzibati-prosessual qanunvericiliyin tələblərinə əsasən inzibati məhkəmələrdə baxılmalıdır. Belə ki, məhkumun inzibati orqanın qərarlarından, hərəkət və ya hərəkətsizliyindən yuxarı inzibati orqana və ya inzibati məhkəməyə şikayət etmək hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, məhkum Məhkum ərizəsindən və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, qeyd olunan müraciət Umbakı Penitensiar Müəssisəsinin (Kompleksinin) rəisi tərəfindən qəbul edilmiş qərar yalnız həmin penitensiar müəssisədə cəza çəkən məhkum Məhkum intizam qaydasında cəzalandırılması barədə olan, inzibati orqanın müəssisədaxili qaydada qəbul etdiyi qərardır. Məhkum tərəfindən verilmiş ərizəyə baxılması ümumi məhkəmə olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin deyil, ixtisaslaşmış məhkəmə olan inzibati məhkəməsinin səlahiyyətinə aiddir. Məhkum barəsində tətbiq edilmiş tənbeh tədbirləri barədə şikayət instansiyası olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və ya müvafiq yurisdiksiya qaydasında inzibati məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmə məhkumun şikayətdə göstərdiyi halları nəzərə almış və ərizəni geri qaytarmaqda qanuni və əsaslı nəticəyə gəlmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, Məhkum tənbeh tədbirinin ləğv edilməsinə dair ərizəsinin geri qaytarılması barədə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkum edilmiş şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkum Məhkum apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin Məhkum tənbeh tədbirinin ləğv edilməsinə dair ərizəsinin geri qaytarılması barədə *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Müdafiəçi “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 10 (on) saat üçün cəmi 110 (yüz on) manat dövlət büdcəsindən tutularaq “De Fendo” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Namiq Cəfərov Cavid Hüseyn
Məhkəmə qərarları › İş №7(3-6)-1076/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-1076/2026
13.08.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver