Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-1083/2026 10.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Nuriyev Elnur Aləm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, prokuror Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X2, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsinin tərbiyə işinin təşkili şöbəsinin Rı X3, məhkum Məhkum və müdafiəçi “Universal” Vəkil Bürosunun vəkili müdafiəçi1 Fikrət oğlunun iştirakları ilə, ## ###### 2001-ci il tarixdə Əli Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şirvan şəhəri, F.İsmayılov küçəsi, ev 1 qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarından Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə (sədrlik edən hakim Samirə Məmmədli) məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilməmişdir. Həmin qərardan narazı qalan məhkum Məhkum apellyasiya şikayəti verərək, şikayətində cəzasının müəyyən hissəsini çəkdiyi üçün Sabunçu Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmasını xahiş etdiyini, lakin məhkəmənin onun islah olunmadığı qənaətinə gələrək ərizəsini təmin etmədiyini göstərmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən məhkum Məhkum və müdafiəçisi müdafiəçi1 Fikrət oğlu apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış etmiş, məhkəmə kollegiyasından şikayətin təmin olunmasını, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*- ***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilərək, məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsinin nümayəndəsi X3 mülahizəsini müdafiə etdiyini bildirdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X2 verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini, iş üzrə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası təqdim edilmiş materialları, məhkumun şəxsi işini araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək, belə hesab edir ki, məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ləğv olunmalı, məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin olunmalıdır. Təqdim edilmiş materialdan görünür ki, Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının ## ######## 2022-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Məhkum Məhkum ## ##### 2023-cü il tarixdən ** saylı Cəzaçəkmə Müəssisəsində cəzasını çəkir, cəzanın əvvəli ## ######## 2022-ci il, cəzanın sonu isə ## #### 2028-ci ildir. Məhkumun şəxsi işindən məlum olmuşdur ki, cəzasının əvvəli ## ######## 2022-ci il olmaqla, ## #### 2028-ci il tarixdə cəzası sona çatır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən məhkum Məhkum barəsində verilmiş ## #### 2026-cı il tarixli mülahizədən görünür ki, məhkum Məhkum 2001-ci ildə Əli Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta^əhsilli, subay, məhkum olunmamış Şirvan şəhəri, F.İsmayılov küçəsi, ev 1 qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, Lənkəran Ağır Cinayətlər məhkəməsinin ## ##### 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri ilə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarla narkomaniyadan məcburi müalicəsi ləğv edilmişdir. Cəzanın əvvəli ## ######## 2022-ci il, cəzanın sonu isə ## #### 2028-ci ildir. Məhkum Məhkum * saylı cəzaçəkmə müəssisəsinə ## ##### 2023- cü il tarixdə daxil olmuşdur. Qəbul olunduğu gündən məhkumla fərdi tərbiyəvi söhbətlər aparılmış, hüquq və vəzifələri izah edilmiş və islah prosesi ilə bağlı zəruri tövsiyyələr verilmişdir. Məhkum xaraktercə sakit, səmimi, mehribandır. Tələb olunan qaydalara riayət edir. Xalça sexində çalışır (əmək müqaviləsi şəxsi işə əlavə edilir), əməyə münasibəti vicdanlıdır.Kollektivlə ünsiyyət bacarığı, birgəyaşayış qaydalarına riayət və s. müsbət xüsusatlarıdır. Mədəni-kütləvi və tərbiyəvi tədbirlərdə iştirak edir. Asudə vaxtlarını səmərəli dəyərləndirir, ailə üzvləri və yaxın qohumları ilə əlaqə saxlayır.Törətdiyi əməldən peşmanlığını ifadə edir. 31,95 manat ekspertiza xərcini ödənilib. Cəza müddəti ərzində rejim qaydalarını ## ###### 2024-cü il tarixdə pozmuş, xəbərdarlıq edilmişdir. Nümunəvi davranışına mədəni-kütləvi tədbirlərində, abadlıq işlərində fəal iştirakına həvəsləndirmə tədbirləri tətbiq edilmişdir. Məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair mülahizəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının ## ###### 2025-ci il tarixli qərarı ilə təsis edilmiş “Müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı Komissiya”mn iclasında müzakirə edilmiş, ## #### 2026-cı il tarixli ** nömrəli protokolla barəsində müsbət rəy bildirilmişdir. Ədliyyə Nazirliyinin müvafiq komissiyasının müsbət rəyinə əsasən onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi məqsədəuyğun hesab edilir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, müəssisəsinin təqdim etdiyi mülahizənin məzmununda məhkumun mədəni-kütləvi tədbirlərdə, abadlıq işlərində iştirak etməsi, müsbət xarakterizə olunan məhkum olması qeyd olunsa da, onun digər məhkumlardan hansı cəhətinə görə nümunəvi məhkum kimi fərqləndirilməsi göstərilməmişdir. Həmçinin mülahizədə törətdiyi əməldən peşman olmasının onun hansı hərəkətlərində ifadə olunması əsaslandırılmamış, məhkumu onunla birgə cəzaçəkən məhkumlardan nə kimi özəlliyinin ayırmasını, onun başqalarına örnək ola biləcək nümunəvi davranışının məhz nələrdən ibarət olmasını, üzərinə qoyulmuş öhdəliklərin hansı dərəcədə yerinə yetirilməsini və.s bu kimi məhkuma xas zəruri məlumatları göstərməmişdir. Məhkəmə cəzaçəkmə müəssisəsinin müsbət mülahizəsi ilə bağlı qeyd etmişdir ki, cəzaçəkmə müəssisəsinin mülahizəsi məhkəmə üçün məcburi xarakter daşımır. Mülahizədə məhkumun 2024-cü il üzrə müsbət xarakterizə olunması qeyd olunsa da, məhkumun şəxsi işi öyrənilən zaman onun 2024-cü ildə məhkum yoldaşları ilə şəxsi münasibətləri zəmnində mübahisə edərək müəssisədə səs-küy yaratdığından barəsində xəbərdarlıq tənbehi tətbiq edildiyi müəyyən olunmuşdur. Həmçinin məhkumun şəxsi işində olan 2024-cü il üzrə xasiyyətnamədə məhkumun xasiyyətcə dedi-qodu yayan, yalançı olduğu, islah yoluna qədəm qoymağa çalışdığı göstərilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, məhkum barəsində verilən müsbət mülahizə və müvafiq komissiya tərəfindən verilmiş müsbət rəy məhkumun şəxsi işi ilə uzlaşmayaraq formal xarakter daşıdığından şəxsin cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə qənaətə gəlmək üçün etibarlı əsas kimi qəbul edilə bilməz. Məhkəmə hesab edir ki, məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi məqsədə müvafiq deyildir. Məhkəmə hesab etmişdir ki, müsbət xarakterizə olunmaq anlayışı daha geniş məna kəsb etdiyindən və Cəzaların İcrası Məcəlləsi məhkumdan cəzanın çəkildiyi dövrdə başqa məsələlər üzrə də müsbət nəticələrə çatmağı tələb etdiyindən, məhkumun müsbət xarakterizə olunması barədə tələbi yalnız davranış ilə məhdudlaşdırmaq olmaz. Məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin məhkum Məhkum cəza çəkdiyi müddətdə tam islah olunmaması barədə qənaəti, onun islah olunması üçün cəzanın tam çəkilməsinə zərurət olması işin faktiki halları ilə müəyyən edilmir. Məhkəmə kollegiyası, aşağıdakılara əsasən, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən, məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər; 76.3-cü maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum: 76.3.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını; 76.3.1-1-ci maddəsinə əsasən ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini; 76.3.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. 76.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının məhkum tərəfindən həqiqətən çəkilmiş müddəti altı aydan az ola bilməz; Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 170.2-ci maddəsinə əsasən, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 513.1-ci maddəsinə əsasən, cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə məhkumun ərizəsi, habelə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın vəsatəti əsasında cinayət qanunun müddəalarına müvafiq olaraq cinayət cəzalarını icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən tətbiq olunur. “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən izah olunmuşdur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Qərarın 2-ci bəndi ilə isə məhkəmələrə bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə olunmuşdur. Adıçəkilən qərarda, həmçinin qeyd olunmuşdur ki, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə məhkumun islah olunma prosesinin surətləndirilməsinə, onun normal sosial faydalı həyata qaytarılmasına yardım edən institutdur. İş materialları ilə müəyyən edilir ki, məhkum Məhkum hökmlə təyin edilmiş cəzanın əvvəli ## ######## 2022-ci il, cəzasının sonu isə ## #### 2028-ci il tarix hesablanmaqla hazırda onun 1 (bir) il 5 (beş) ay 23 (iyirmi üç) gün çəkilməmiş cəzası qalmışdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 170.2-ci maddəsinə əsasən, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Məhkəmə kollegiyası məhkumun şəxsi işini araşdıraraq belə hesab edir ki, məhkum Məhkum hökm ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 2/3 hissəsindən çox hissəsini həqiqətən çəkmiş, cəzasının çəkilməmiş qalan hissəsinin təyin olunmuş cəzaya nisbətdə az müddət təşkil etməsi, cəza çəkdiyi müddətdə 1 dəfə rejim qaydaları pozuntusuna yol versə də, 4 dəfə həvəsləndirmə tədbirləri tətbiq olunmuş və Cəzaçəkmə Müəssisəsi tərəfindən onun barəsində verilmiş mülahizəyə əsasən onun cəza çəkdiyi illər ərzində islah vasitələrinin tələblərinə tabe olması islah olunmuş məhkum kimi qiymətləndirilməsinə imkan verir. Kollegiya bildirir ki, Azərbaycan Respublikası Cinayət Məcəllsinan 76.1-ci maddəsinə görə məhkəmənin bu normada göstərilən, o cümlədən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmaması barədə qənaətə gəlməsi sonuncunun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini mümkün edən əsas kimi çıxış etməlidir. Qeyd edilir ki, məhkum barəsində verilmiş mülahizəyə əsasən onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi məqsədə müvafiq hesab edildiyi halda, birinci instansiya məhkəməsi mülahizədə məhkumun islah olunduğunun konkret göstərilmədiyinə əsaslanaraq onun cəzadan vaxtından əvvəl şərti azad olunması barədə müəssisə rəhbərliyinin mülahizəsində göstərilənlərin əsaslı olmaması nəticəsinə gəlmişdir. Mülahizədən də göründüyü kimi məhkum cəza çəkdiyi müddətdə daxili rejim qaydalarına riayət etmiş, əməyə, təhsilə münasibəti müsbət olmaqla, xalça sexində işlədiyi müəyyən edilmiş, məhkəmənin qeyd etdiyinin əksinə olaraq məhkumun törətdiyi cinayət əməlinin ağırlığını dərk edərək səmimi peşimançılıq hissi keçirdiyi qeyd edilmiş və nəticədə müəssisə rəhbərliyi onun cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmasını məqsədə müvafiq hesab etmişdir. Məhkəmə kollegiyasına təqdim edilən sənədlərdən göründüyü kimi, məhkəmənin gəldiyi nəticənin əksinə məhkum Məhkum müəssisədə cəza çəkdiyi müddət ərzində daxili rejim qaydalarına riayət etmiş, cəza çəkdiyi 4 il ərzində barəsində 1 dəfə tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd edilir ki, daxili rejim qaydalarına əməl etmə məhkumun bilavasitə vəzifəsi olaraq müəyyən edilsə də, lakin onun rejim qaydalarına əməl etməsi, rejim qaydaları pozuntusuna yol verməməsi onun artıq qoyulmuş tələblərə tabeçilik göstərməsi, cinayətə meyilli insan olmaması kimi qiymətləndirilir. Kollegiya bildirir ki, məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması barədə müraciətinə baxarkən onun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi işin digər sənədləri ilə birgə tədqiq edilməlidir və məhkəmə tərəfindən məhkum olunmuş şəxslərin davranışını əks etdirən müəssisəsinin mülahizəsinin yetərsiz və formal sayılması əsaslandırılmalıdır. Halbuki, bütün bu hallara əsaslanan * saylı Cəzaçəkmə Müəssisəsi rəhbərliyi məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini məqsədə müfaviq hesab etdiyi halda, birinci instansiya məhkəməsi göstərilənin əksini iddia edən, Məhkum islah olunması üçün cəzasını tam çəkməsini gərəkdirən hər hansı mötəbər dəlil önə sürməmişdir. Kollegiya hesab edir ki, məhkəmənin mülahizənin əsaslılığını şübhə altına alması barədə qənaəti heç bir istinadı olmayan, ümumi ifadələrə əsaslanmışdır. Kollegiya belə nəticəyə gəlir ki, məhkum tərəfindən cəza çəkərkən artıq qanun pozuntusuna yol verməməsi, tərbiyəvi söhbətlərdən özü üçün nəticə çıxartması, müəssisədə işləyərək əməyə müsbət münasibətini nümayiş etdirməsi, onun şəxsiyyətinin ictimai təhlükəli xarakter daşımaması və cəmiyyətdə birgəyaşayış qaydalarına hazır olmasının faktının təsdiqi kimi qiymətləndirilir. Kollegiya belə hesab edir ki, məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması ilə bağlı mülahizə yalnız sözdən ibarət olmamaqla məhkum tərəfindən islah olunmaq istiqamətində real addımlar atılmaqla təsdiqini tapdığından verilmiş mülahizə əsaslı hesab edilir. Məhkəmə kollegiyası, iş materiallarını və Cəzaçəkmə Müəssisəsinin müsbət mülahizəsini nəzərdən keçirərək, belə hesab edir ki, məhkum Məhkum cəzaçəkmə müddətində davranışı, törətdiyi cinayət əməlinin ağırlığını dərk etməsi, əməyə münasibəti müsbət qiymətləndirilməli və bu səbəbdən onun cəzasını tam çəkməsinə lüzum olmadığından və sadalananlar məhkumun islah olunması qənaətinə gəlməyə əsas verdiyindən məhkumun ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsinin tələbinə görə, məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uygun olmaması apellyasiya şikayəti və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası belə hesab edir ki, yuxarıda sadalananlara əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmir və ədalətli, qanuni və əsaslı hesab edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanları və məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsinə səbəb ola biləcək halların işdə mövcud olmamasını nəzərə alaraq, məhkəmə kollegiyası belə hesab edir ki, məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla, məhkum Məhkum ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməlidir. Məhkəmə kollegiyası, həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.2 və 70.5-ci maddələrini rəhbər tutaraq, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilərkən Məhkum davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını vacib hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, 141. saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.2, 399.1.2, 514 və 520-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə ləğv edilsin. Məhkum Məhkum ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum ona Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 1 (bir) il 5 (beş) ay 23 (iyirmi üç) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Qərarın icrası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Cəzanın çəkilməmiş hissəsi ərzində Məhkum üzərinə onun davranışına nəzarəti həyata keçirən icra məmuruna məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Qərarın bu hissədə icrasına nəzarət Məhkum yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. “Universal” Vəkil Bürosunun vəkili müdafiəçi1 Fikrət oğlu tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 20 saat üçün cəmi 220 (iki yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq “Universal” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsinə müvafiq qaydada Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Cavid Hüseyn Elnur Nuriyev
Məhkəmə qərarları › İş №7(3-6)-1083/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-1083/2026
10.09.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver