Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-1091/2026 13.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar Icraatlar Idarəsinin prokuroru X2, məhkum Məhkum, müdafiəçisi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, ## ###### 1993-cü il tarixdə Ismayıllı rayonu, Kürdmaşı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, Ismayıllı rayonu Kürdmaşı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində nömrəsiz evdə kirayədə yaşamış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə “Konstitusiya və Suverənlik Ili münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin ##.##.2025-ci il tarixli qərarının 3.1-ci bəndi tətbiq edilməklə cəzasının ##.##.2025-ci il tarixdə çəkilməmiş hissəsi 6 ay azaldılmış, cəzasının əvvəli: ##.##.2024-cü il, cəzasının sonu: ##.##.2026-cı ilədək olan, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDI: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum məhkəməyə ərizə ilə müraciət edərək, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında ərizəsinin təmin edilməməsi, məhkum Məhkum, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmə barədə ərizə ilə hazırkı məhkəmə qərarının çıxarıldığı gündən azı 6 ay keçdikdən sonra yenidən məhkəməyə müraciət edə bilməsi izah edilməsi qərara alınmışdır. Məhkum Məhkum həmin qərardan apellyasiya şikayəti verərək, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Verilmiş apellyasiya şikayəti üzrə ilkin apellyasiya baxışı zamanı iştirak edən məhkum məhkəmə kollegiyasına ərizə təqdim edərək, mübahisələndirilən qərardan vermiş olduğu apellyasiya şikayətindən imtina etdiyini göstərərək, verdiyi apellyasiya şikayətinə baxılmasına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən məhkumun müdafiəçisi apellyasiya şikayətindən imtina etməsi səbəbindən şikayətə baxılmasına xitam verilməsinə dair məhkumun ərizəsinə etirazının olmadığını bildirdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar Icraatlar Idarəsinin prokuroru X2 şikayətə baxılmasına xitam verilməsinə dair məhkumun ərizəsinə etirazının olmadığını bildirdi. Məhkəmə kollegiyası, məhkumun mübahisələndirilən qərardan vermiş olduğu apellyasiya şikayətindən imtina etməsi və apellyasiya şikayətinə xitam verilməsi barədə ərizəsinin təmin edilməsinə dair proses iştirakçılarının fikirlərini dinləyib hesab edir ki, məhkumun verdiyi apellyasiya şikayətindən imtina etməsinə dair ərizəsi təmin edilərək, onun apellyasiya şikayətinə baxılmasına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 390.4-cü maddəsinə əsasən, bu Məcəllənin 390.5 və 390.6-cı maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, apellyasiya şikayəti və ya apellyasiya protesti vermiş şəxs apellyasiya instansiyası məhkəməsində məhkəmənin yekun qərarı çıxarılanadək öz şikayətini və ya protestini geri götürmək hüququna malikdir. Həmin Məcəllənin 391.11-ci maddəsinə əsasən apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxs öz apellyasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığı halda, məhkəmə apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verildiyi andan birinci instansiya məhkəməsinin hökm və ya digər yekun qərarı qanuni qüvvəyə minir. Həmin Məcəllənin 391.3.10-cu maddəsinə əsasən, apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Məhkəmə kollegiyası, göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 390.4 və 396-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətindən imtinaya dair məhkum Məhkum ərizəsi təmin edilsin və apellyasiya şikayətinin baxılmasına xitam verilsin. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili X3 məhkum Məhkum göstərdiyi hüquqi yardımla bağlı 11 (on bir) manat hesab edilməklə, 10 (on) saat üçün cəmi 110 (yüz on) manat dövlət büdcəsi hesabına Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına ödənilsin. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Cavid Hüseyn Namiq Cəfərov
Məhkəmə qərarları › İş №7(3-6)-1091/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-1091/2026
13.08.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver