Məhkəmə qərarları › İş №7(3-6)-1113/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-1113/2026

27.08.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-1113/2026 27.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə Hüseyn Cavid Vaqif oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X2, məhkum Məhkum və müdafiəçisi “Universal” Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, məhkum Məhkum Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli hökm üzrə ona təyin edilmiş cəzanın çəkilməmiş hissəsinin (05 (beş) ay 05 (beş) gün) qanunsuz hesab edilməsi barədə ərizəsinin baxılmadan geri qaytarılmasına dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDI: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)- ***/**** saylı, ## ###### 2026-cı il tarixli hökm üzrə ona təyin edilmiş cəzanın çəkilməmiş hissəsinin (05 (beş) ay 05 (beş) gün) qanunsuz hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə (sədrlik edən hakim Ramilə Xəzri) məhkum Məhkum Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli hökm üzrə ona təyin edilmiş cəzanın çəkilməmiş hissəsinin (05 (beş) ay 05 (beş) gün) qanunsuz hesab edilməsinə dair ərizəsi baxılmadan geri qaytarılmışdır. Həmin qərardan narazı qalan məhkum Məhkum apellyasiya şikayəti verərək, şikayətində barəsində hökmlə 2 (iki) il 5 (beş) ay 28 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini, cəzasının çəkilməmiş 4 (dörd) ay 20 (iyirmi) günü qaldığını, məhkəmənin əsassız olaraq məhkəmə nəzarəti qaydasında verdiyi ərizəsinə baxmadan geri qaytardığını, məhkəmənin qənaətinin haqlı olmadığını göstərmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilərək şikayətin yenidən baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən məhkum Məhkum və müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. X3 apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının əsaslı və qanuni olduğunu bildirib, apellyasiya şikayətinin təmin edilməməsini və qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası təqdim edilmiş materialları araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək, belə hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum ibtidai istintaq zamanı ## ### 2024-cü il tarixdən ## ### 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin *(*-*)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli hökmü təqsirləndirilən şəxsin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi məhkumun ərizəsinin mahiyyəti hökmlə təyin edilmiş cəzanın çəkilməmiş hissəsinin (05 (beş) ay 05 (beş) gün) qanunsuz hesab edilməsidir. Birinci instansiya məhkəməsi ərizəni nəzərdən keçirərək, belə hesab etmişdir ki, məhkum Məhkum Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökm üzrə ona təyin edilmiş cəzanın çəkilməmiş hissəsinin (05 (beş) ay 05 (beş) gün) “qanunsuz hesab edilməsinə” dair ərizəsinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxıla bilməz. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli hökm üzrə ona təyin edilmiş cəzanın çəkilməmiş hissəsinin birinci instansiya tərəfindən qanunsuz hesab edilməsi məsələsi hökmlərin icrası qaydasında məhkəmə tərəfindən baxılan işlərin siyahısına aid deyil. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hökmündən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli hökmü qüvvəyə minmiş və icraya yönəldilmişdir. Birinci instansiya məhkməsi belə qənaətə gəlmişdir ki, Hökm üzrə cəzanın çəkilməmiş hissəsinin qanunsuz hesab edilməsi hökmlərin icrası qaydasında məhkəmə tərəfindən baxılan işlərin siyahısına aid olmadığından ərizə baxılmadan geri qaytarılmalıdır. Məhkəmə kollegiyası belə hesab edir ki, məhkəmə məhkum Məhkum şikayətdə göstərdiyi halları nəzərə almış və ərizəni geri qaytarmaqda qanuni və əsaslı nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 509.1, 509.1.9-cu maddələrinə əsasən məhkəmənin hökmü çıxarıldıqdan sonra onun icrası qurtaranadək məhkum edilmiş şəxs bu Məcəllədə nəzərdə tutulmuş digər məsələlər haqqında ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 509.2-ci maddəsinə əsasən məhkumun bu Məcəllənin 509.1-ci maddəsində göstərilən ərizələrə bu Məcəllənin 510-520-ci maddələrinə uyğun olaraq məhkəmə tərəfindən baxılır. Kollegiya bildirir ki, Məhkum hökmlə təyin edilmiş cəzanın çəkilməmiş hissəsinin (05 ay 05 gün) qanunsuz hesab edilməsinə dair ərizəsində göstərdiyi hal hökmün və ya məhkəmənin digər yekun qərarının icrası ilə əlaqədar olan məsələlərin tənzimlənmə predmetinə aid deyildir. Məhkəmə kollegiyası belə hesab edir ki, hökmün və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında baxılmalı olan məsələlər konkret olaraq göstərildiyindən məhkumun hökmlə təyin edilmiş cəzanın çəkilməmiş hissəsinin (05 ay 05 gün) qanunsuz hesab edilməsi məsələsinə hökmün icrası qaydasında baxılması cinayət-prosessual qanunvericilik baxımından yolverilməzdir. Məhkuma izah edilməlidir ki, onun hökmdən apellyasiya şikayəti vermək, əgər apellyasiya şikayətinin təmin edilməməsi barədə apellyasiya instansiyasının qərarı olubsa, həmin qərardan kassasiya şikayəti vermək, kassasiya şikayətinə baxıldığı təqdirdə əlavə kassasiya qaydasında müraciət etmək hüququ var. Yəni hökmlərin icrası qaydasında icraat çərçivəsində hazırki ərizəyə baxıla bilməz. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq belə hesab edir ki, Məhkum hökmlə təyin edilmiş cəzanın çəkilməmiş hissəsinin (05 ay 05 gün) qanunsuz hesab edilməsinə dair ərizəsinin geri qaytarılmasına dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkum Məhkum apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin məhkum Məhkum hökmlə təyin edilmiş cəzanın çəkilməmiş hissəsinin (05 (beş) ay 05 (beş) gün) qanunsuz hesab edilməsinə dair ərizəsinin baxılmadan geri qaytarılmasına dair *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “Universal” Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 10 (on) saat üçün cəmi 110 (yüz on) manat dövlət büdcəsindən tutularaq “Universal” Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Cavid Hüseyn Namiq Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar