Məhkəmə qərarları › İş №7(3-6)-1124/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-1124/2026

03.09.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-1124/2026 03.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Nuriyev Elnur Aləm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar Icraatlar Idarəsinin prokuroru X2, məhkum Məhkum, müdafiəçi “Universal” Vəkil Bürosunun vəkili müdafiəçi1 Fikrət oğlunun iştirakları ilə, məhkum Məhkum ağır xəstəliyə görə cəzasının qalan hissəsini çəkməkdən azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)- ****/**** saylı, ## #### 2026-cı il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum cəzasının çəkilməmiş qalan hissəsindən xəstəliyə görə azad edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə (sədrlik edən hakim Toğrul Məmmədov) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum ağır xəstəliyə görə cəzasının qalan hissəsini çəkməkdən azad edilməsi barədə ərizəsi təmin edilməmişdir. Həmin qərardan məhkum Məhkum apellyasiya şikayəti verərək ədalətli qərar qəbul edilməsini, onun azadlığa buraxılmasına dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Verilmiş apellyasiya şikayəti üzrə məhkəmə iclası zamanı məhkum Məhkum məhkəməyə ərizə təqdim edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarından verilmiş apellyasiya şikayətindən imtina etdiyini göstərmiş və baxılmasına xitam verilməsi xahiş etmişdir. Məhkəmə kollegiyası, məhkum Məhkum mübahisələndirilən qərardan vermiş olduğu apellyasiya şikayətindən imtina etməsi və apellyasiya şikayətinə xitam verilməsi barədə ərizəsinin təmin edilməsinə dair proses iştirakçılarının fikirlərini dinləyib, belə hesab edir ki, məhkum Məhkum apellyasiya şikayətindən imtina edilməsinə dair ərizəsi təmin edilərək, apellyasiya şikayətinə baxılmasına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 390.4-cü maddəsinə əsasən, bu Məcəllənin 390.5 və 390.6-cı maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, apellyasiya şikayəti və ya apellyasiya protesti vermiş şəxs apellyasiya instansiyası məhkəməsində məhkəmənin yekun qərarı çıxarılanadək öz şikayətini və ya protestini geri götürmək hüququna malikdir. Həmin Məcəllənin 391.11-ci maddəsinə əsasən apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxs öz apellyasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığı halda, məhkəmə apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verildiyi andan birinci instansiya məhkəməsinin hökm və ya digər yekun qərarı qanuni qüvvəyə minir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Məhkəmə kollegiyası, göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 390.4 və 396-ci maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Məhkum Məhkum ağır xəstəliyə görə cəzasının qalan hissəsini çəkməkdən azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)- ****/**** saylı, ## #### 2026-cı il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətindən imtinaya dair məhkum Məhkum ərizəsi təmin edilsin, apellyasiya şikayətinin baxılmasına xitam verilsin. “Universal” Vəkil Bürosunun vəkili müdafiəçi1 Fikrət oğlu tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 10 (on) saat üçün cəmi 110 (yüz on) manat dövlət büdcəsindən tutularaq “Universal” Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Cavid Hüseyn Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar