Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-1128/2026 03.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Emin Zöhrab oğlu və Hüseynov Elməddin Mirpaşa oğlundan ibarət tərkibdə, Zeynalova Lalə Allahverdi qızının katibliyi, Prokuror – Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X1, Məhkum – Məhkum İlqar qızının, Müdafiəçi – “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi İsfəndiyar oğlunun iştirakları ilə, ## ###### 1995-ci il tarixdə Naxçıvan MR-da doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, ünvan 2 ünvanında qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum İlqar qızının cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmasına dair ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum İlqar qızı ərizə ilə məhkəməyə müraciət edərək ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (hakim Orxan Qocayev) məhkum Məhkum İlqar qızının cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilməmişdir. Həmin qərardan narazı qalan məhkum apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında məhkum Məhkum İlqar qızı və müdafiəçisi Müdafiəçi İsfəndiyar oğlu verilmiş apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə barədə ərizənin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında prokuror X1 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşin halları və hüquqi məsələlər: Məhkəmə kollegiyası, təqdim edilmiş materialı və məhkumun şəxsi işini araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2023-cü tarixli hökmündən görünür ki, Məhkum İlqar qızı CM-in 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2,66.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 il 06 ay müddətinə azadlıqdan məhrum edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin ## ### 2023-cü il tarixli, *(***)- ***/**** saylı hökmündən görünür ki, Məhkum İlqar qızına təyin edilmiş 07 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası azaldılaraq 06 il 06 aya endirilmişdir. Cəzasının əvvəli ##.##.2022-ci il tarixdən hesablanmışdır. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizədən görünür ki, Məhkum İlqar qızı 1995-cı ildə Naxçıvan MR anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, İ qrup əlil (gözdən) orta təhsilli, subay, məhkum olunmamış, ünvan 1 ünvanında yaşamış Bakı Ağır Cinayətlər məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü ilə CM-nin 32.5, 206.2, 234.4.1, 234.4.3, 240.3.2, 66.3-cü maddələri ilə 07 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər məhkəməsinin ##.##.2021cı il tarixli hökmü dəyişdirilmiş, cəza müddəti 06 il 06 aya endirilmişdir. Cəzanın əvvəli: ##.##.2022-ci il Cəzanın sonu: ##.##.2028-cı il Məhkum Məhkum İlqar qızı * saylı cəzaçəkmə müəssisəsinə ##.##.2023- cı il tarixdə daxil olmuşdur. Qəbul olunduğu gündən məhkumla fərdi tərbiyəvi söhbətlər aparılmış, hüquq və vəzifələri izah edilmiş və islah prosesi ilə bağlı zəruri tövsiyyələr verilmişdir. Məhkum xaraktercə sakit, nümunəvi, intizamlıdır. Əməyə və təhsilə münasibəti müsbətdir, lakin səhhəti ilə əlaqədar məhduddur. Asudə vaxtlarını səmərəli dəyərləndirir.Törətdiyi əməldən peşmanlığını ifadə edir. Ailə üzvləri və yaxın qohumları ilə əlaqə saxlayır. Cəza müddəti ərzində rejim qaydalarını pozmamış, nümunəvi davranışına mədənikütləvi tədbirlərində, abadlıq işlərində fəal iştirakına görə barəsində aşağıda qeyd olunan həvəsləndirmə tədbirləri tətbiq olunmuşdur: 1. Növbədənkənar Prezident seçkiləri ərəfəsində abadlıqiməclik işlərində fəal iştirakına görə müəssisə rəisinin ##.##.2024-cü il tarixli əmri ilə “Təşəkkür” elan olunmuşdur. Hökm üzrə borcu yoxdur. 2023, 2025-ci ilin illik xasiyyətnamələri üzrə müsbət xarakterizə olunub. Məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair mülahizəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı ilə təsis edilmiş “Müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı Komissiya”nın iclasında müzakirə edilmiş, ##.##.2026-ci il tarixli ** nömrəli protokolla barəsində mənfi rəy bildirilmişdir. Məhkum Məhkum İlqar qızı cəzasının qanunla müəyyən olunmuş hissəsini çəkmişdir. Ədliyyə Nazirliyinin müvafiq komissiyasının mənfi rəyinə (ictimai təhlükəlilik dərəcəsi) əsasən onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi məqsədəuyğun hesab edilmir. Məhkumun şəxsi işində olan 2025-ci il üçün illik xasiyyətnaməsindən görünür ki, məhkum Məhkum İlqar qızının əməyə münasibəti normaldır, məhkumlar arasında özünü normal aparır,tərbiyəvi tədbirlərdə iştirak edirlər, DKŞ-da iştirak etmir. Əməlindən peşmandır. Əməyə cəlb edilməyib. Birinci qrup əlildir. Məhkumun şəxsi işindən görünür ki, Məhkum İlqar qızına abadlıqiməclik işlərində fəal iştirakına görə “Təşəkkür” elan olunmuşdur. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarında qeyd edilmişdir ki, məhkumun barəsində * saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyi tarixdən həvəsləndirmə tədbirinin tətbiq edilməsi, məhkumun müsbət xarakterizə edilən məhkum kimi qiymətləndirilməsi üçün əsas hesab edilə bilməz. Məhkumun şəxsi işində davranışını, islah olunmasını təsdiq edən sənədlər aşkar edilməmişdir. Mülahizə şəxsi iş materialları ilə uyğunlaşmaqla, hazırkı vaxta məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması məqsədəmüvafiq hesab edilə bilməz. Apellyasiya məhkəməsinin də kollegiyası məhkumun şəxsi işini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi məhkumun cəzasının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsini təmin etməməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən məhkəmə islah işləri, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən məhkum böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını, ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini, xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edilə bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 170.2-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. «Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarının 1-ci bəndində izah olunmuşdur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. İstənilən maddi və prosessual hüquq norması tətbiq olunarkən baxılan hər bir işin xarakteri, mahiyyəti, ictimai və fərdi maraqlara təsiri, qanuniliyi araşdırılmalıdır. Ona görə də məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunubolunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, “Qanunverici məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz olunması və cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilməsi üçün yalnız cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsini, müsbət xarakterizə edilməni, davranışı, əməyə münasibətini və cəzaçəkmə müəssisəsinin mülahizəsini əsas amil kimi irəli sürür”. Göründüyü kimi, məhkəmə məhkumu cəzadan şərti olaraq vaxtından əvvəl azad edərkən onun müsbət xarakterizə olunmasını, davranışını, əməyə münasibətini, islah olunmasını nəzərə almalıdır. İlk növbədə qeyd olunmalıdır ki, məhkumun yalnız ona təyin edilən cəzanın qanunla müəyyən edilən hissəsini çəkməsi ona cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmənin tətbiq edilməsi üçün əsas ola bilməz. Əks təqdirdə bu şərt ödənildiyi halda, şəxsin cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi qanunverici tərəfindən bir qayda olaraq məhkəmələrin üzərinə vəzifə kimi qoyulardı. Qanunvericiliyin tələblərinə əsasən məhkumun şərti olaraq cəzadan vaxtından əvvəl azad edilməsi onun islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı halda mümkündür ki, hazırkı halda məhkumun şəxsi iş materiallarından, həmçinin iş üzrə digər sənədlərdən onun islah olunması və cəzanı çəkməsinə lüzum olmaması qənaətinə gəlmək mümkün deyil. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq hesab edir ki, ümumilikdə cəza çəkdiyi dövrdə məhkum Məhkum İlqar qızında qanuna itaət, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qaydalarına hörmət və ehtiram hissi tam şəkildə formalaşmamışdır və belə olan halda cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, ona cəmiyyətlə, müxtəlif insanlarla daha sıx və sərbəst təmasda olması üçün şərait yaradılması mümkünsüzdür. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Odur ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin məhkum Məhkum İlqar qızının cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ##.##.2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum Məhkum İlqar qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi İsfəndiyar oğlu tərəfindən məhkum Məhkum İlqar qızının hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesablanmaqla, 8 (səkkiz) saat üçün cəmi 88 (səksən səkkiz) manat dövlət büdcəsindən tutularaq “De Fendo” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-6)-1128/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-1128/2026
03.09.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver