Məhkəmə qərarları › İş №7(3-6)-1136/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-1136/2026

03.09.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-1136/2026 03.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Emin Zöhrab oğlu və Hüseynov Elməddin Mirpaşa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – Zeynalova Lalə Allahverdi qızının katibliyi, Prokuror – Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X1, Məhkum – Məhkum, Müdafiəçi – “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi İsfəndiyar oğlunun iştirakları ilə, ## ###### 1985-ci il tarixdə Ermənistan Respublikası, Stepanavan rayonu, Puşkin kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Umbakı Penitensiar Müəssisəsində cəza çəkən məhkum Məhkum azadlıqdan məhrum etmə cəzasının çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin təmin olunmamasına dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-****/**** nömrəli qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Umbakı Penitensiar müəssisəsində cəza çəkən məhkum Məhkum ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmənin hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 2/3 hissəsini çəkmişdir. Bu səbəbdən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair verdiyi ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim Emin Fətəliyev) məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilməmişdir. Həmin qərardan narazı qalan məhkum apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında məhkum Məhkum və müdafiəçisi Müdafiəçi İsfəndiyar oğlu verilmiş apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə barədə ərizənin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X1 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşin halları və hüquqi məsələlər: Məhkəmə kollegiyası, təqdim edilmiş materialı və məhkumun şəxsi işini araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Umbakı Penitensiar Müəssisəsi tərəfindən verilmiş mülahizədən görünür ki, məhkum Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarına əsasən 06 ay müdətinə həbsxana rejiminə keçirilmişdir. Cəzasının əvvəli ##.##.2023-cü il tarixdən hesablanmış, cəzasının sonu ##.##.2026-cı il tarixdə bitir. Məhkumun şəxsi işindən göründüyü kimi məhkum Məhkum ##.##.2025-ci il tarixdə ** saylı cəzaçəkmə müəsissəsindən Umbakı Penitensiar Müəssisəsinə keçirilmişdir. Müəssisəyə qəbul olunduğu ilk gündən ona Daxili İntizam Qaydaları, hüquq və vəzifələri izah edilmişdir. Onunla mütəmadi olaraq fərdi-tərbiyəvi və profilaktik xarakterli söhbətlər aparılmış, aparılan tərbiyəvi söhbətlərdən özü üçün düzgün nəticə çıxarmağa çalışmır. Törətmiş olduğu cinayət əməlini etiraf etmir. Peşmançılıq hissi keçirməsi müşahidə olunmur. Məhkum Məhkum barəsində ##.##.2023-cü il tarixdə tərtib olunmuş istiqamətləndirmədən görünür ki, o müəssisənin normal iş fəaliyətini pozmağa yönələn hərəkətlər etməyə, əməkdaşları müxtəlif formalarda şantaj etməyə, əməkdaşların və digər şəxslərin ünvanına şərböhtan atmağa, dövlət əleyhinə müxtəlif yönlü çıxışlar etməyə, itaətsizlik göstərməyə, eləcə də çılğınlıq göstərərək özünə və digərlərinə xəsarət yetirməyə, intihar etməyə meyillidir. Yaxınları ilə ünsiyyət saxlayır. 65 manat ekspertiza xərci ödənilməmişdir. Məhkum Məhkum cəza çəkdiyi müddət ərzində daxili rejim qaydalarını pozduğuna görə ##.##.2025-ci il tarixdə 7 (yeddi) gün müddətinə cərimə təcridxanasına keçirilmiş, 27.09-2025-ci il tarixdə Töhmət elan edilmiş, ##.##.2025-ci il tarixdə 5 (beş) gün müddətinə cərimə təcridxanasına keçirilmiş, ##.##.2025-ci il tarixdə 2 (iki) gün müddətinə cərimə təcridxanasına keçirilmiş, ##.##.2025-ci il tarixdə 7 (yeddi) gün müddətinə cərimə təcridxanasına keçirilmiş və ##.##.2025-ci il tarixdə "Töhmət" elan edilmiş, ümumilikdə barəsində 6 (altı) dəfə tənbeh tədbiri tətbiq edilmişdir. Nəticədə məhkum Məhkum islah olunma yoluna qədəm qoymamışdır. Ədliyyə Nazirliyi Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi məsələləri ilə bağlı yaradılmış Komissiyanın ** №-li, ##.##.2026-cı il tarixli protokoluna əsasən məhkum Məhkum barəsində mənfi rəy bildirilmişdir. İş materialları ilə müəyyən olunur ki, Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarından görünür ki, 6 (altı) ay müdətinə həbsxana rejiminə keçirirlmişdir. Cəzasının əvvəli ##.##.2023-cü il tarixdən hesablanmış, cəzasının sonu ##.##.2026-cı il tarixdə bitir. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarında qeyd edilmişdir ki, Məhkum cəza çəkdiyi müddətdə müəssisənin daxili intizam qaydalarına riayət etməmiş, bu səbəbdən onun barəsində ümumilikdə 6 dəfə intizam tənbehi tətbiq edilmiş, o cümlədən dəfələrlə cərimə təcridxanasına keçirilmiş və ona töhmət elan olunmuşdur. Məhkəmə nəzərə alır ki, həmin intizam tənbehlərinin heç biri qanunvericiliklə müəyyən edilmiş qaydada götürülməmiş və ya ödənilməmiş, yəni həmin intizam tənbehlərinin hamısı hazırda qüvvədədir. Beləliklə də göründüyü kimi, məhkum cəza çəkdiyi müddətdə penitensiar müəssisənin daxili intizam qaydalarını dəfələrlə pozmuş, bunun nəticəsində onun barəsində ümumilikdə 6 dəfə intizam tənbehi tətbiq edilmiş, o cümlədən bir neçə dəfə cərimə təcridxanasına keçirilmiş və ona töhmət elan olunmuşdur. Həmin intizam tənbehləri hazırkı vaxta qədər qanunvericiliklə müəyyən edilmiş qaydada götürülməmiş, ləğv edilməmiş və qüvvədə qalmaqdadır. Məhkəmə hesab edir ki, qüvvədə olan intizam tənbehlərinin mövcudluğu məhkumun cəzaçəkmə müəssisəsinin daxili intizam qaydalarına davamlı şəkildə riayət etmədiyini, davranışında sabit müsbət dəyişiklik baş vermədiyini və islah prosesinin müsbət nəticə vermədiyini göstərən mühüm hüquqi göstəricidir. Bu isə məhkumun cəzaçəkmə müəssisəsinin müəyyən etdiyi davranış qaydalarına davamlı şəkildə əməl etmədiyini və sabit müsbət davranış nümayiş etdirmədiyini göstərən mühüm haldır. Bundan başqa, şəxsi iş materiallarında olan sənədlərdən görünür ki, məhkum barəsində xəbərdarlıq və nəzarətedici xarakterli iki istiqamətləndirmənin mövcud olması müəyyən edilmişdir. Həmin istiqamətləndirmələrdə məhkumun müəssisənin normal fəaliyyətini pozmağa yönələn hərəkətlər etməyə, müəssisə əməkdaşlarını müxtəlif formalarda şantaj etməyə, onların və digər şəxslərin ünvanına şər və böhtan xarakterli ifadələr işlətməyə, dövlət əleyhinə müxtəlif yönlü çıxışlar etməyə, müəssisə rəhbərliyinin qanuni tələblərinə itaətsizlik göstərməyə, habelə çılğın davranış nümayiş etdirərək özünə və digər şəxslərə xəsarət yetirməyə, intihara meyilli olması barədə məlumatlar öz əksini tapmışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq bu sənədlərin məhkumun şəxsiyyətini xarakterizə edən məlumatlar kimi hüquqi əhəmiyyət kəsb etdiyini və onun islah olunma səviyyəsinin qiymətləndirilməsi zamanı nəzərə alınmalı olduğunu hesab etmişdir. Həmçinin düzgün nəzərə almışdır ki, Ədliyyə Nazirliyi Kollegiyasının ## ###### 2025-ci il tarixli Qərarı ilə yaradılmış Komissiyanın ## #### 2026-cı il tarixli ** nömrəli protokolu ilə məhkum barəsində mənfi rəy verilmişdir. Həmin rəy təsadüfi xarakter daşımır, məhkumun şəxsi işi, davranışı, intizam vəziyyəti, tərbiyəvi tədbirlərə münasibəti və digər xarakterizəedici materiallar əsasında qəbul edilmişdir. Komissiyanın mənfi rəy verməsi də məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini şərtləndirən əsasların formalaşmadığını təsdiq edir. Cəzaçəkmə müəssisəsinin təqdim etdiyi mülahizədə də qeyd edilmişdir ki, məhkum onunla aparılan fərditərbiyəvi və profilaktik söhbətlərdən düzgün nəticə çıxarmamış, törətdiyi cinayət əməlini etiraf etməmiş, peşmançılıq hissi nümayiş etdirməmiş, islah olunma yoluna qədəm qoymamışdır. Birinci instansiya məhkəməsi doğru hesab etmişdir ki, penitensiar müəssisənin məhkumun davranışını gündəlik müşahidə edən səlahiyyətli əməkdaşları tərəfindən verilmiş həmin mülahizə və Komissiyanın mənfi rəyi iş üzrə digər sübutlarla uzlaşır və onların həqiqiliyinə şübhə yaradan hər hansı hal müəyyən edilmir. Məhkəmə həmçinin nəzərə almışdır ki, Məhkum əvvəllər Qaradağ Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarı ilə 6 ay müddətinə həbsxana rejiminə keçirilmişdir. Bu hal da onun cəzaçəkmə müəssisəsində davranışının qənaətbəxş olmadığını, rejim tələblərinin pozulmasının davamlı xarakter daşıdığını göstərən əlavə hüquqi göstəricidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış bütün sübutları qarşılıqlı əlaqədə qiymətləndirərək belə nəticəyə gəlir ki, Məhkum cəza çəkdiyi müddətdə davranışı onun islah olunduğunu təsdiq etmir. Əksinə, barəsində qüvvədə olan 6 intizam tənbehi, 2 istiqamətləndirmənin mövcudluğu, həbsxana rejiminə keçirilməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Umbakı Penitensiar Müəssisəsi tərəfindən verilmiş mənfi mülahizə və Komissiyanın mənfi rəyi məhkumun islah olunmadığını, cəzanın məqsədlərinə tam nail olunmadığını göstərir. Buna görə də birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi üçün qanunla tələb olunan maddi-hüquqi əsaslar mövcud deyildir və onun ərizəsi təmin edilməməlidir. Apellyasiya məhkəməsinin də kollegiyası məhkumun şəxsi işini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi məhkumun cəzasının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsini təmin etməməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən məhkəmə islah işləri, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən məhkum böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını, ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini, xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edilə bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 170.2-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. «Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarının 1-ci bəndində izah olunmuşdur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. İstənilən maddi və prosessual hüquq norması tətbiq olunarkən baxılan hər bir işin xarakteri, mahiyyəti, ictimai və fərdi maraqlara təsiri, qanuniliyi araşdırılmalıdır. Ona görə də məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunubolunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, “Qanunverici məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz olunması və cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilməsi üçün yalnız cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsini, müsbət xarakterizə edilməni, davranışı, əməyə münasibətini və cəzaçəkmə müəssisəsinin mülahizəsini əsas amil kimi irəli sürür”. Göründüyü kimi, məhkəmə məhkumu cəzadan şərti olaraq vaxtından əvvəl azad edərkən onun müsbət xarakterizə olunmasını, davranışını, əməyə münasibətini, islah olunmasını nəzərə almalıdır. İlk növbədə qeyd olunmalıdır ki, məhkumun yalnız ona təyin edilən cəzanın qanunla müəyyən edilən hissəsini çəkməsi ona cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmənin tətbiq edilməsi üçün əsas ola bilməz. Əks təqdirdə bu şərt ödənildiyi halda, şəxsin cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi qanunverici tərəfindən bir qayda olaraq məhkəmələrin üzərinə vəzifə kimi qoyulardı. Qanunvericiliyin tələblərinə əsasən məhkumun şərti olaraq cəzadan vaxtından əvvəl azad edilməsi onun islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı halda mümkündür ki, hazırkı halda məhkumun şəxsi iş materiallarından, həmçinin iş üzrə digər sənədlərdən onun islah olunması və cəzanı çəkməsinə lüzum olmaması qənaətinə gəlmək mümkün deyil. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq hesab edir ki, ümumilikdə cəza çəkdiyi dövrdə məhkum Məhkum qanuna itaət, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qaydalarına hörmət və ehtiram hissi tam şəkildə formalaşmamışdır və belə olan halda cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, ona cəmiyyətlə, müxtəlif insanlarla daha sıx və sərbəst təmasda olması üçün şərait yaradılması mümkünsüzdür. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Odur ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ##.##.2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi İsfəndiyar oğlu tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesablanmaqla, 8 (səkkiz) saat üçün cəmi 88 (səksən səkkiz) manat dövlət büdcəsindən tutularaq “De Fendo” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar