Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-1138/2026 20.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Emin Zöhrab oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, Prokuror – Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X1, Məhkum – Məhkum, Müdafiəçi – “De Fendo” Vəkil Bürosunun vəkili Yahyayev Azər İsfəndiyar oğlunun iştirakları ilə, Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə ilkin baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum məhkəməyə ərizə ilə müraciət edərək cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim Emin Axundov) məhkum Məhkum ərizəsi təmin olunmamışdır. Həmin qərardan narazı qalan məhkum apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsini və apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin ilkin baxış iclasında məhkum ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarından verdiyi apellyasiya şikayətindən imtina etdiyini bildirmiş və işin apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Yahyayev Azər İsfəndiyar oğlu məhkumun apellyasiya şikayətindən imtina etmək hüququnun olduğunu, apellyasiya şikayətinə baxılmasına xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında prokuror X1 apellyasiya şikayətinə baxılmasına xitam verilməsinə etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 390.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində işə baxılmamışdan əvvəl apellyasiya şikayətini və apellyasiya protestini verən şəxs onu geri götürmək, dəyişdirmək və ya ona əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçısının apellyasiya şikayətinə, yaxud apellyasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Həmin Məcəllənin 391.11-ci maddəsinə əsasən apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxs öz apellyasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığı halda, məhkəmə apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verildiyi andan birinci instansiya məhkəməsinin hökm və ya digər yekun qərarı qanuni qüvvəyə minir. Məhkəmə kollegiyası, məhkumun apellyasiya şikayətinin geri götürülməsi haqqında müraciətini nəzərə alıb, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq, məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilməsini mümkün hesab edir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ##.##.2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 193, 390, 391.3.10, 391.11 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-****/**** nömrəli qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilsin. “De Fendo” Vəkil Bürosunun vəkili Yahyayev Azər İsfəndiyar oğlu tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesablanmaqla, 4 (dörd) saat üçün cəmi 44 (qırx dörd) manat pul dövlət büdcəsindən tutularaq “De Fendo” Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan bir ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-6)-1138/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-1138/2026
20.08.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver