Məhkəmə qərarları › İş №7(3-6)-1139/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-1139/2026

03.09.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-1139/2026 03.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Nuriyev Elnur Aləm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, prokuror Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X3, məhkum Məhkum, müdafiəçisi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsinin nümayəndəsi X1 iştirakları ilə, ## ###### 1995-ci il tarixdə Lənkəran şəhərində anadan оlmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, Lənkəran şəhəri, Fizuli küçəsi, ev 50-də yaşamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2021 ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən 07 il (yeddi) 06 (altı) ay müddətinə azadlıqdan məhrum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının ## ##### 2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ləğv edilərək cəzası 7 (yeddi) ilə endirilmiş, cəzaçəkməsinin əvvəli ## #### 2020ci il tarixdən hesablanmış, cəzasının sonu ## #### 2027-ci ilədək olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin təmin olunmaması barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDI: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilməmişdir. Həmin qərardan narazı qalan məhkum Məhkum apellyasiya şikayəti verərək, cəzasının dörddə üç hissəsini çəkməsini və cəza müddətində barəsində tənbeh tədbirinin tətbiq edilməməsini nəzərə alaraq cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair qərarın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən məhkum Məhkum və müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini və məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. X4 isə, apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının əsaslı və qanuni olduğunu bildirib, apellyasiya şikayətinin təmin edilməməsini və qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsinin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası təqdim edilmiş materialları və məhkumun şəxsi işini araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin olunması barədə məhkumun və müdafiəçisinin, müəssisənin nümayəndəsinin, şikayətin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə prokurorun çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkumun cəza çəkdiyi ** saylı Cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş ## ###### 2026-cı il tarixli mülahizədən görünür ki, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsinə ## #### 2021-ci il tarixində Bakı Istintaq Təcridxanasından daxil olmuşdur. Məhkum Məhkum yataq yeri və ən zəruri ləvazimatlarla təmin edilmişdir. Məhkuma hüquq və vəzifələri, daxili intizam qaydaları, cəzanın çəkilməsi şərtləri izah olunmuşdur. Məhkum müəssisəyə gəldiyi ilk günlərdən özünü müsbət xarakterizə olunan məhkum kimi tanıtmışdır. Məhkumla aparılan tərbiyəvi söhbətlərdən bu qənaətə gəlmək olar ki, məhkum etdiyi cinayəti qismən etiraf edir, törətdiyi əməldən peşmançılıq hissi keçirtmir. Tərbiyəvi söhbətlərdən düzgün nəticə çıxarır. Verilən tapşırıqları yerinə yetirməkdə təşəbbüs göstərir, dəstədə keçirilən mədəni-kütləvi tədbirlərdən və ictimai işlərdə iştirakdan yayınmır. Məhkum Məhkum barəsində cəza çəkdiyi müddət ərzində barəsində tənbeh və həvəsləndirmə tədbiri tətbiq edilməmişdir. Törətmiş olduğu cinayət əməlindən peşmançılıq hissi keçirir. Ailə üzvləri ilə görüş, və telefon vasitəsilə əlaqə saxlayır. Nəticədə məhkum Məhkum islah olunduğunu və müvafiq komissiyadan müsbət rəy alması barədə ## #### 2026 cı il tarixli, № ** protokola əsasən onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi məqsədə müvafiq hesab edilmişdir. Məhkəmə qeyd etmişdir ki, şəxsi işdən və mülahizədən görünür ki, məhkum Məhkum cəzasının qanunla müəyyən edilmiş hissəsini artıq çəkmişdir. Lakin mülahizə və şəxsi işindəki qeydlərdən məlum olur ki, məhkum tam islah olunmamışdır. Nəzərə alınmalıdır ki, məhkum edilmiş şəxsin cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi üçün onun məhz islah olunması tələb olunur. Hansı ki, məhkum Məhkum münasibətdə belə hal müəyyən edilməmişdir. Məhkumun şəxsi işində olan məhkum barəsində 2023-cü ilə dair illik xasiyyətnamədən görünür ki, məhkum islah yoluna qədəm qoymamışdır. 2024 və 2025-ci ilə dair illik xasiyyətnamələrdən görünür ki, məhkum islah yoluna qədəm qoymağa çalışır. Lakin məhkumun islah olunması faktı məhkuma dair şəxsi işin məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən edilməmişdir. O cümlədən cəza çəkdiyi müddət ərzində şəxsin islah olunmasını təsdiq edən hər hansısa sənəd iş materiallarında aşkar edilməmiş, barəsində həvəsləndirmə tədbiri tətbiq edilməmişdir. Beləliklə, bütün bunlar onun islah oluduğunu şübhə altına qoymuş olur. Qeyd olunanlara əsaslanaraq, cəzaçəkmə müəssisəsi tərəfindən nəyə əsaslanaraq məhkum barəsində müsbət mülahizənin təqdim olunmasını müəyyən etmək mümkün olmamışdır. Beləliklə, məhkuma aid şəxsi işdə onun islah olunmasını təsdiq edən heç bir sübut aşkar edilməmişdir ki, bu da cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş müsbət mülahizənin yalnız formal xarakter daşıdığını, heç bir əsasının olmadığını sübut etmiş olur. Bütün bunları nəzərə alaraq, cəzaçəkmə müəssisəsi tərəfindən verilən mülahizəni məhkumun törətdiyi cinayətin xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, şəxsi işi, mülahizəsi və proses iştirakçılarının mövqeləri ilə əlaqəli araşdıraraq, məhkəmə hesab edir ki, hal-hazırda onun islah olunması üçün cəzasının qalan hissəsini tam çəkməsi məqsədəuyğundur, ona görə ərizə təmin edilməməlidir. Məhkəmənin qərarından görünür ki, birinci instansiya məhkəməsi məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinə baxarkən, öz qərarında cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizəni məhkumun şəxsi işi ilə birgə araşdırmış və göstərilən halları nəzərə alaraq, onun ərizəsinin təmin edilməsindən əsaslı olaraq imtina etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər; 76.3-cü maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum: 76.3.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını; 76.3.1-1-ci maddəsinə əsasən ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini; 76.3.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. 76.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının məhkum tərəfindən həqiqətən çəkilmiş müddəti altı aydan az ola bilməz; Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 170.2-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəza çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli **/**** saylı Qərarında qeyd olunur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul edilməlidir. Eyni zamanda həmin Qərarın 2-ci bəndində qeyd olunmuşdur ki, məhkumun cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunması və cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi imperativ norma deyildir. Qanunverici həmin normaların tətbiq olunmasını məhkəmənin cəzaçəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlməsi, habelə azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxsin cəzaçəkmə müddətində davranışı, əməyə münasibəti, bir sözlə cəza çəkdiyi müddətdə şəxsiyyətini səciyyələndirən hallarla şərtləndirilmişdir. Qanunun mənasına görə, məhkum edilmiş şəxsi cəzadan şərti olaraq vaxtından əvvəl azad etmək üçün iki əsas tələb olunur: müəyyən edilmiş cəzaçəkmə müddətinin bir hissəsinin çəkilməsi və məhkum edilmiş şəxsin islah olunması. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum Məhkum barəsində verilmiş mülahizənin əsaslılığı və məhkumun islah olunub-olunmaması məsələsi araşdırılarkən, onun bütün cəza çəkdiyi müddəti əhatə edən davranışları nəzərə alınmalıdır. Məhkəmə cəzaçəkmə müəssisəsi tərəfindən verilən mülahizəni məhkumun şəxsi işi və proses iştirakçılarının izahatları ilə əlaqəli araşdıraraq, hesab etmişdir ki, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ilə bağlı müraciət etmiş məhkum Məhkum cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti dəyişməmiş, barəsində həvəsləndirmə tədbiri tətbiq edilməmiş, cəzanı icra edən müəssisə rəhbərliyi müsbət xarakterizə olunan məhkum kimi onun barəsində formal müsbət mülahizə vermişdir, ona görə məhkumun islah olunması üçün cəzasını tam çəkməsi məqsədəuyğun olduğundan ərizə təmin edilməməlidir. Beləliklə, bütün bunlar onun islah oluduğunu şübhə altına qoymuş olur. Bütün bunları nəzərə alaraq, cəzaçəkmə müəssisəsi tərəfindən verilən mülahizəni, məhkumun törətdiyi cinayətin xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, şəxsi işi, mülahizəni və proses iştirakçılarının mövqeləri ilə əlaqəli araşdıraraq, məhkəmə hesab etmişdir ki, hal-hazırda onun islah olunması üçün cəzasının qalan hissəsini tam çəkməsi məqsədəuyğundur, ona görə ərizə təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkumun cəza çəkdiyi müddətdəki davranışlarını əks etdirən şəxsi işindən, mülahizədən onun cəzadan şərti olaraq azad edilməsi üçün həmin müddət ərzində islah olunması müəyyən olunmur. Məhkəmə kollegiyası bir daha məhkumunun şəxsi işini araşdıraraq, məhkum barəsində verilmiş mülahizəni, məhkumun şəxsi işində olan sənədləri cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizə ilə qarşılıqlı şəkildə müzakirə edərək, apellyasiya şikayətinin əsassızlığını qeyd edərək, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, Məhkum vaxtından əvvəl şərti olaraq cəzadan azad edilməsinə dair ərizəsinin təmin edilməməsi barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin Məhkum vaxtından əvvəl şərti olaraq azad edilməsinə dair ərizəsinin təmin edilməməsi barədə *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 saat üçün cəmi 110 (yüz on) manat dövlət büdcəsindən tutularaq, Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Elnur Nuriyev Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar