Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-1162/2026 10.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Nuriyev Elnur Aləm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, prokuror Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X2, məhkum Məhkum, müdafiəçi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1, Ədliyyə Nazirliyinin ** saylı Cəzaçəkmə Müəssisəsinin nümayəndəsi X4 iştirakları ilə, ## ###### 2001-ci ildə Rusiya Federasiyasının Nijniy Novqorod şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 3 ünvanda qeydiyyatda olan məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin təmin edilməsi barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarından birinci instansiya məhkəməsində icraatda iştirak etmiş prokuror Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru R Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan məhkum Məhkum ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi ilə) *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə ərizənin təmin olunması, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2025-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilən 03 (üç) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 11 (on bir) ay 13 (on üç) günü hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi, Məhkum üzərində nəzarət onun yaşayış yeri üzrə Probasiya Idarəsinə tapşırılması, sınaq müddəti ərzində Məhkum üzərinə onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması, qərarın dərhal icra olunması və Məhkum məhkəmə iclas zalından azad edilməsi qərara alınmışdır. Həmin qərardan birinci instansiya məhkəməsində icraatda iştirak etmiş prokuror Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru R Dövlət ittihamçısı apellyasiya protesti verərək, məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və ərizənin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya protestinin dəlilləri qismində göstərilmişdir ki, məhkəmə Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında ərizəyə baxarkən məhkumun törətdiyi əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, məhkumun əməyə və təhsilə münasibətini, məhkumun törətdiyi əmələ münasibətini, o cümlədən azadlığa çıxdıqdan sonra yaşayış şəraitini, azadlığa buraxılmanın nəticələri ilə bağlı potensial risklər və onların azaldılması ilə bağlı məqamları, məhkumun davranışını xarakterizə edən digər məlumatları araşdırmamış, nəticədə qanunsuz və ədalətsiz qərar qəbul etmişdir. X12 rejim qaydalarına riayət və əməl etməsi, özünü nümunəvi aparması qanunvericiliklə onun hüququ kimi deyil, vəzifəsi kimi təsbit edilmişdir. Həmçinin, müəssisələrin normal fəaliyyətinin təmin olunması üçün hər bir məhkum cəzaçəkmə müəssisəsinin müdriyyəti tərəfindən müəyyən edilmiş yerdə və işlərdə əmək fəaliyyəti ilə məşğul olmalı, faydalı əməyə cəlb edilməlidir. Belə olan halda, məhkumun öz vəzifələrini yerinə yetirərək rejim qaydalarına riayət etməsi, özünü nümunəvi aparması, əməklə məşğul olması onun müsbət xarakterizə olunması üçün yetərli və əsas ola bilməz. Belə olan halda, məhkum Məhkum cəzaçəkmə müddətində davranışının ümumilikdə müsbət qiymətləndirilməsi və bu səbəbdən onun cəzasını tam çəkməsinə lüzum olmadığından məhkumun ərizəsinin təmin edilməsinin məqsədəmüvafiq hesab edilməsi barədə məhkəmənin gəldiyi nəticəsini əsassız hesab edir. Ona görə də, məhkəmələr qeyd edilən normaları tətbiq edərkən qanunun göstərilən tələbləri baxımından gəldiyi nəticəni əsaslandırmalı, məhkumun cəzasının qalan hissəsini çəkməsinə zərurət olub-olmamasını araşdırmalıdır. Bundan başqa, müəyyən edilmişdir ki, məhkəmə tərəfindən Avropa Şurasının Nazirlər Komitəsinin cəzaların icrası zamanı məhbusların cəmiyyətə qayıdışa hazırlıq məqsədilə penitensiar siyasətin həyata keçirilməsində ümumi prinsiplərə riayət etməyin və onların təkmilləşdirilməsinin vacibliyinə dair X7 və vaxtından əvvəl azad etmə barədə R (2003) ** saylı tövsiyələrində qeyd olunan ədalətli araşdırmaya dair prinsipi nəzərə almamışdır. Bu tövsiyələrin nəzərə alınmaması öz növbəsində Azərbaycan Respublikasının Cəzaların Icrası Məcəlləsində nəzərdə tutulmuş məhkumların qanun qarşısında bərabərliyi və hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında müraciətlərə ədalətli və obyektiv baxılması, cəzanın islahedici təsirinin gücləndirilməsi, islah edilmə vasitələrinin tətbiqinin qanuniliyinin və digər prinsiplərin pozulmasına səbəb olmuşdur. Bütün bunlar isə cəzaçəkmə müəssisəsinin Məhkum barəsindəki mülahizəsinin obyektiv həqiqəti əks etdirmədiyinə, faktlara əsaslanmadığına və ümumi ifadələrdən ibarət olduğuna və onun hazırda islah olunmadığına dəlalət edir. Göründüyü kimi, məhkəmə cəzaçəkmə müəssisəsinin formal xarakter daşıyan həmin müsbət mülahizəsinə istinad etməklə, məhkum Məhkum cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair əsassız və qanunsuz qərar qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X2 apellyasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış etmiş, məhkəmə kollegiyasından protestin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən məhkum Məhkum və müdafiəçi müdafiəçi1 prokuror tərəfindən verilmiş apellyasiya protestinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından protestin təmin edilməməsini, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ədliyyə Nazirliyinin ** saylı Cəzaçəkmə Müəssisəsinin nümayəndəsi X4 təmsil etdiyi müəssisənin verdiyi mülahizəni müdafiə etdiyini bildirmişdir. Məhkəmə kollegiyası təqdim edilmiş materialları və məhkumun şəxsi işini qarşılıqlı şəkildə araşdırıb, apellyasiya protestinin dəlillərini müzakirə edərək, prokurorun həmin protestin təmin edilməsi barədə, müdafiə tərəfinin isə protestin təmin edilməməsi barədə çıxışlarını, dinləyərək hesab edir ki, apellyasiya protesti təmin edilməməli, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2025-ci il tarixli hökmündən görünür ki, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5 ci maddəsinə əsasən Məhkum hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası, Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2024-cü il tarixli hökmü ilə ona təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilmiş, ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum bu cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2024-cü il tarixli hökmü ilə nəzərə alınan tutulduğu 02 (iki) gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmış, üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkum cəza çəkməsinin əvvəlinin ## #### 2024-cü il tarixdən hesablanması, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Məhkum Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2024-cü il tarixli hökmü ilə hazırda azadlıqdan məhrum etmə cəzasını çəkməsinin nəzərə alınması, onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməsi hökm edilmişdir. Məhkumun şəxsi işindən görünür ki, Məhkum ##.##.2024-cü il tarixdən ** saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkir, cəzasının əvvəli ## #### 2024 cü il, ## #### 2027-cı il tarixdə isə cəzası sona çatır. Məhkum cəza çəkdiyi müddət ərzində rejim qaydalarını pozmamışdır. Məhkum nümunəvi davranışına və “31 dekabr Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı” münasibətilə müəssisənin mədəni-kütləvi tədbirlərində, abadlıq-iməclik işlərində fəal iştirakına görə müəssisə rəisinin ## ###### 2026-cı il tarixli əmri ilə “Təşəkkür” elan olunmuşdur. Məhkumun şəxsi işində olan illik xasiyyətnamədən görünür ki, Məhkum 2025-ci illərin illik xasiyyətnamələri üzrə müsbət xarakterizə olunmuşdur. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin *(*-***)-***/**** saylı ## ###### 2026-cı il tarixli qərarından görünür ki, məhkum Məhkum barəsində təyin edilmiş məcburi müalicə ləğv edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı X10 Işləri üzrə rəis müavini, R X3 mülahizədə göstərilən hallara uyğun şəkildə çıxış edərək bildirmişdir ki, məhkum Məhkum 2001-ci ildə RF-də anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkum olunmamış, Ağdaş şəhəri, Üçqovaq küçəsi-1/21 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamışdır. ünvan 1əcəlləsinin 234.2, 93.1.2, 69.3-cü maddəsi ilə 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Abşeron rayon məhkəməsinin ## ##### 2025-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 03 (üç) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məcliyi in ## ###### 2025-ci il tarixli Qərarının 1 -ci hissəsinin 3.1-bəndinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı ilə cəza müddəti 06 (altı) ay azaldılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli qərarı ilə narkomaniyadan məcburi müalicəsi ləğv edilmişdir. Cəzanın əvvəli: ## #### 2024-cü il. Cəzanın sonu: ## #### 2027-cı il. Məhkum Məhkum * saylı Cəzaçəkmə Müəssisəsinə ## #### 2024-cü il tarixdə daxil olmuşdur. Qəbul olunduğu gündən məhkumla fərdi tərbiyəvi söhbətlər aparılmış, hüquq və vəzifələri izah edilmiş və islah prosesi ilə bağlı zəruri tövsiyyələr verilmişdir. Məhkum xaraktercə sadə, səmimi, məhkum yoldaşları ilə intizamlıdır, kütləyə müsbət örnək təşkil edir. Tələb olunan qaydalara riayət edir, tərbiyəvi, mədəni-kütləvi tədbirlərdə iştirak etmişdir. Asudə vaxtlarını səmərəli dəyərləndirir. Ailə üzvləri və yaxın qohumları ilə əlaqə saxlayır. Törətdiyi əməldən peşmanlığını ifadə edir. Hökm üzrə borcu yoxdur. 2025-ci ilin illik xasiyyətnaməsi üzrə müsbət xarakterizə olunur. Cəza müddəti ərzində rejim qaydalarını pozmamışdır, nümunəvi davranışına mədəni kütləvi tədbirlərində, abadlıq işlərində fəal iştirakına görə barəsində aşağıda qeyd olunan həvəsləndirmə tədbirləri tətbiq olunmuşdur: Nümunəvi davranışına və “31 dekabr Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı” münasibətilə müəssisənin mədəni kütləvi tədbirlərində, abadlıq-iməclik işlərində fəal iştirakına görə müəssisə rəisinin ## ###### 2026-cı il tarixli əmri ilə “Təşəkkür” elan olunmuşdur. Məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair mülahizəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının ## ###### 2025-ci il tarixli qərarı ilə təsis edilmiş “Müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı Komissiya”nın iclasında müzakirə edilmiş, ## #### 2026-cı il tarixli ** nömrəli protokolla barəsində müsbət rəy bildirilmişdir. Məhkum Məhkum cəzasının qanunla müəyyən olunmuş hissəsini çəkmişdir. Ədliyyə Nazirliyinin müvafiq Komissiyasının müsbət rəyini (müsbət xarakterizə olunması, səmimi peşmançılıq və s.) nəzərə alaraq onun cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması məqsədəuyğun hesab edilir. Göründüyü kimi, qanunvericinin məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl edilməsi üçün müəyyən etdiyi bütün tələblər məhkum Məhkum münasibətdə ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən, məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər; 76.3-cü maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum: 76.3.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını; 76.3.1-1-ci maddəsinə əsasən ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini; 76.3.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. 76.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının məhkum tərəfindən həqiqətən çəkilmiş müddəti altı aydan az ola bilməz; Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 170.2-ci maddəsinə əsasən, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 513.1-ci maddəsinə əsasən, cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə məhkumun ərizəsi, habelə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın vəsatəti əsasında cinayət qanunun müddəalarına müvafiq olaraq cinayət cəzalarını icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən tətbiq olunur. “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən izah olunmuşdur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Qərarın 2-ci bəndi ilə isə məhkəmələrə bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə olunmuşdur. Adıçəkilən qərarda, həmçinin qeyd olunmuşdur ki, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə məhkumun islah olunma prosesinin surətləndirilməsinə, onun normal sosial faydalı həyata qaytarılmasına yardım edən institutdur. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə müəyyən edilmişdir ki, Məhkum ona təyin cəzasının üçdə ikisindən çox hissəsini həqiqətən çəkmiş, cəza çəkdiyi müddət ərzində hər hansı bir rejim qaydalarının pozulmasına yol verməməsi, əksinə barəsində həvəsləndirmə tədbirinin tətbiq edilməsi, xüsusən islah yoluna qədəm qoymağa çalışan məhkum kimi xarakterizə olunması onun cəza çəkdiyi illər üzrə ümumilikdə islah yoluna qədəm qoymuş məhkum kimi qiymətləndirilməsinə imkan verir. Birinci instansiya məhkəməsi daxil olmuş ərizəni, ** saylı cəzaçəkmə müəssisəsinin müsbət mülahizəsini, Ədliyyə Nazirliyinin müvafiq komissiyası tərəfindən verilmiş müsbət rəyi, tərəflərin çıxışlarını, məhkumun cəza çəkdiyi müddət ərzində hər hansı bir rejim qaydalarının pozulmasına yol verməməsini, əksinə barəsində həvəsləndirmə tədbirinin tətbiq edilməsini, xüsusən islah yoluna qədəm qoymağa çalışan məhkum kimi xarakterizə olunmasını, məhkumun şəxsi işini və digər sənədləri nəzərdən keçirərək hesab etmişdir ki, məhkum Məhkum cəzaçəkmə müddətində davranışı ümumilikdə müsbət qiymətləndirilməli və bu səbəbdən onun cəzasını tam çəkməsinə lüzum olmadığından məhkumun ərizəsi təmin edilməlidir. Birinci instansiya məhkəməsi məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinə baxarkən, cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş müsbət mülahizəni qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkumun şəxsi işi ilə qarşılıqlı şəkildə araşdırmış və məhkumun cəza çəkdiyi müddət ərzində islah olunduğu qənaətinə gələrək, sonuncun ərizəsini təmin etməklə cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunması barədə qanuni və əsaslı qərar qəbul etmişdir. Belə ki, apellyasiya protestinin dəllilərinə münasibətdə qeyd olunmalıdır ki, məhkumun barəsində ** saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi tərəfindən verilmiş mülahizə onun şəxsi iş materialları ilə uyğunluq təşkil edir. Belə ki, məhkumun şəxsi işindən göründüyü kimi, Məhkum ona təyin edilmiş cəza müddətinin üçdə iki hissəsindən çoxunu həqiqətən çəkmiş, cəza çəkdiyi dövrdə barəsində tənbeh tədbiri tətbiq olunmamış, barəsində həvəsləndirmə tədbiri tətbiq edilmiş (cəza çəkdiyi dövr ərzində barəsində təşəkkür elan edilmiş), illik müsbət xasiyyətnamələr verilmiş və şərti olaraq vaxtından əvvəl azadlığa buraxılması məqəsədəmüvafiq hesab edilmişdir. Apellyasiya protestinin dəlillərindən biri kimi Məhkum barəsində verilmiş müsbət mülahizənin formal xarakterli olmasının şübhə doğurması göstərilsə də, məhkəmə kollegiyası, bununla bağlı vurğulayır ki, Məhkum barəsində təyin edilmiş cəza müddətinin üçdə iki hissəsindən çoxunu həqiqətən çəkməsi, həvəsləndirmə tədbirinin tətbiq olunması, müsbət xarakterizə olunması, mədəni-kütləvi tədbirlərdə iştirakı, əməyə olan müsbət münasibəti, üzərində ödənilməmiş tənbeh tədbirinin olmaması islah yoluna qədəm qoymuş məhkum kimi xarakterizə olunmasına əsas verir. Bu isə, öz növbəsində sonuncunun ətrafındakılara və özünə müsbət münasibətinə dəlalət edir. Protestdə, həmçinin, məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə qərar qəbul edilərkən məhkəmə tərəfindən məhkumun törətdiyi cinayətin onun şəxsiyyətini xarakterizə edən hal kimi cəmiyyət üçün təhlükəli olmasının nəzərə alınmadığı göstərilmişdir ki, məhkəmə kollegiyası həmin dəlili də əsassız hesab etməklə qeyd edir ki, sadalanan həmin hallar məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi zamanı deyil, məhkəmə hökmü ilə təqsirləndirilən şəxsə cəza təyin edilən zaman nəzərə alınan hallardır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya protesti əsassız olduğundan təmin olunmamalı və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Apellyasiya protesti təmin olunmasın. Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin təmin edilməsi barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) saat üçün cəmi 110 (yüz on) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Elnur Nuriyev Cavid Hüseyn
Məhkəmə qərarları › İş №7(3-6)-1162/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-1162/2026
10.09.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver