Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-1171/2026 10.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Nuriyev Elnur Aləm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar Icraatlar Idarəsinin prokuroru X2, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Təqdimat verən orqan nümayəndəsi X3, müdafiəçi Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 və məhkum Məhkum iştirakları ilə, ## #### 1966-cı il tarixdə Bərdə rayonu, Dəymədağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, taksi fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmuş, Ağdam rayonu, Əhmədağalı kəndində qeydiyyatda olmaqla yaşamış, Sabunçu Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli hökmü ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən 2 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, amnistiya qərarı ilə cəzası 6 ay azaldılmış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Təqdimat verən orqan cəza çəkən məhkum Məhkum həbsxana rejiminə keçirilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Təqdimat verən orqan təqdimatının təmin edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarından məhkum Məhkum müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Məhkum Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı ilə cəzası 6 (altı) ay azaldılmışdır. Məhkum azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli Cəzaçəkmə Müəssisəsində – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Təqdimat verən orqan çəkir. Azadlıqdan məhrum etmə cəzasının əvvəli ## ##### 2025-ci ildən hesablanmaqla, ## ##### 2027-ci ildə bitəcək. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Təqdimat verən orqan təqdimatla məhkəməyə müraciət edərək Məhkum həbsxanaya keçirilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə (sədrlik edən hakim Nərminə Rzayeva) təqdimatın təmin olunması, məhkum Məhkum azadlıqdan məhrum etmə növündə cəzasının çəkilməmiş qalan 08 (səkkiz) ay 11 (on bir) gün hissəsini çəkmək üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Təqdimat verən orqan həbsxanaya keçirilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan məhkum Məhkum müdafiəçisi müdafiəçi1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarının qanunsuz və əsassız olduğundan ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, hesab edir ki, qərar mövcud qanunvericiliyin tələblərinə və işin faktiki hallarına uyğun olmadığından ləğv edilməli və təqdimat təmin edilməməlidir. Qərarda təqdimata istinadən göstərilir ki, Məhkum ## #### 2026-cı il tarixində Təqdimat verən orqan qəbul edilmişdir. 22 iyun (yəni 2 gündən sonra) 2026-cı ildə intizam qaydalarını qərəzli pozduğuna görə ona "Xəbərdarlıq", ##.##.2026-cı ildə "06 gün cərimə təcridxanası", ## #### 2026-ci il tarixdə "Töhmət", ## #### 2026-cı il tarixdə "05 gün cərimə təcridxanası" və ## #### 2026-cı il tarixdə "01 ay müddətinə kamera tipli otağa keçirilmə " tənbeh tədbirləri tətbiq edilmişdir. Cəza tədbirinin tətbiq edilmə səbəbləri ümumi sözlərlə ifadə olunmuş, intizam qaydalarının pozuntusu nədən ibarət olmuşdur, bu barədə bir kəlmə də qeyd olunmur. Bununla belə, məhkəmədə ifadə verən Məhkum həmin pozuntuları etmədiyini bildirmişdir. Məhkəmə pozuntulara dair sənədləri və araşdırma materiallarını tələb edib, öyrənmək əvəzinə bunu etməmiş və müəssisə rəhbərliyinin gətirdiyi dəlilləri əsaslı hesab etmiş, Məhkum dəlillərinə isə toxunmadan tərəflərin qanun və məhkəmə qarşısında bərabərliyini pozmaqla ədalət mühakiməsinin maraqlarına xələl gətirmişdir. Məhkəmə Məhkum tətbiq edilmiş cəza tədbirlərindən şikayət verilib- verilmədiyinə də aydınlıq gətirməmişdir. Məhkum bildirir ki, onun 60 yaşı vardır. O, ** saylı Cəzçəkmə Müəssisəsinə gəldikdən cəmi iki gün sonra, heç bir pozuntuya yol verməsə də cərimə təcridxanasına salınmış və fasiləsiz olaraq, orada saxlanılır. Cərimə təcridxanasından çıxmamış, müəssisə rəhbərliyi onun cərimə təcridxanasında saxlanılmasına dair yeni qərar qəbul edir. Yaxınları ilə telefon əlaqəsi saxlamağa və görüşlərinə icazə verilmir. Onun məhkum edilməsi və cəzalandırılması "Azad söz" internet kanalının təsisçisi, qardaşı oğlu Tural Sadıqlının fəaliyyəti ilə bağlıdır. Məhkəmə isə heç bir araşdırma aparmadan təqdimatın ruhuna və cəzaçəkmə müəssisəsinin istəyinə uyğun qərar qəbul etmişdir. Apellyasiya baxışı zamanı məhkum Məhkum və müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və təqdimatın təmin edilməməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Təqdimat verən orqan nümayəndəsi X3 təqdimatı müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X2 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası təqdim edilmiş materialları araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək, belə hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, təqdim edilmiş materialdan görünür ki, məhkum Məhkum Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ####### 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı ilə məhkum Məhkum “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 3.1-ci bəndi tətbiq edilməklə cəzasının ## ###### 2025-ci il tarixə çəkilməmiş 01 (bir) il 9 (doqquz) ay 12 (on iki) gün hissəsi 06 ay azaldılmışdır. Cəzasının əvvəli ## ##### 2025-ci il olmaqla cəza ## ##### 2027-ci ildə başa çatır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Təqdimat verən orqan tərəfindən məhkum Məhkum barəsində verilmiş ## #### 2026-cı il tarixli təqdimatdan görünür ki, məhkum Məhkum ## #### 2026-cı il tarixdə Umbakı penitensiar müəssisəsindən Təqdimat verən orqan qəbul edilmişdir. Müəssisəyə gəlidiyi ilk gündən onunla müəssisə rəhbərliyi və əməkdaşlar tərəfindən profilaktik söhbətlər aparılmış, ona hüquq və vəzifələri, o cümlədən müəssisədə cəzanın icrası qaydaları və çəkilməsi şərtləri izah edilmişdir. Məhkum Məhkum müəssisə rəhbərliyi tərəfindən digər məhkumlar kimi qanunvericilikdə nəzərdə tutulmuş qaydada bütün kommunal və məişət şəraiti yaradılmışdır. Bütün bunlara baxmayaraq məhkum Məhkum “X4”nın tələblərinə heç-bir əsaslı səbəb olmadan əməl etməmiş və rejim qaydalarını sistematik pozmaqda davam etmişdir. Məhkum Məhkum “X4”nın qərəzli və ardıcıl pozduğuna görə barəsində aşağıdakı qaydada tənbeh tədbirləri görülmüşdür: 1.
2. ## #### 2026-cı il tarixdə saat 09:30 radələrində cərimə təcridxanasında təhviltəslim zamanı məhkum Məhkum saxlandığı * saylı kameraya və üzərinə axtarış-baxış keçirilməsinə maneçilik törətmişdir. Bununla bağlı ona əməkdaşlar tərəfindən irad bildirildikdə tutulan iradlara məhəl qoymayaraq kobudluq etmişdir. Buna görə 06 gün müddətinə cərimə təcridxanasına keçirilmişdir.
3. ## #### 2026-cı il tarixdə saat 17:30 radələrində cərimə təcridxanasında məhkum Məhkum saxlandığı * saylı kamerada nəfəslik vasitəsi ilə digər kameralarda saxlanılan məhkumlarla qeyri qanuni danışıq əlaqəsi yaratmağa cəhd göstərmişdir. Bununla bağlı ona əməkdaşlar tərəfindən irad bildirildikdə tutulan iradlara məhəl qoymamışdır. Buna görə “Töhmət” elan edilmişdir.
4. ## #### 2026-cı il tarixdə cərimə təcridxanasında saxlandığı * saylı kamerada məhkum Məhkum nəfəsliyi möhkəm döyərək uca səslə qeyri-qanuni tələblər irəli sürmüşdür. Bununla bağlı ona əməkdaşlar tərəfindən irad bildirildikdə tutulan iradlara məhəl qoymayaraq kobudluq etmişdir. Buna görə 05 (beş) gün müddətinə cərimə təcridxanasına keçirilmişdir.
5. ## #### 2026-cı il tarixdə cərimə təcridxanasında saat 09:50 radələrində saxlanıldığı * saylı kamerada karantin otağında saxalnılan məhkumlarla qeyri qanuni danışıq əlaqəsi yaratmışdır. Bununla bağlı məhkum Məhkum əməkdaş haqlı iradlar bildirmiş o, tutulan iradlara məhəl qoymayaraq intizamsızlıq göstərərək səs-küy salmış, kobudluq və aqressivlik nümayiş etdirmiş, digər kameralarda saxlanılan məhkumların diqqətini özünə cəlb etməyə çalışmışdır. Buna görə o, 01 (bir) ay müddətinə kamera tipli otağa keçirilmişdir. Məhkum Məhkum barəsində görülmüş tənbeh tədbirlərindən və onunla aparılan profilaktiki, tərbiyəvi söhbətlərdən özü üçün düzgün nəticə çıxarmamış, X4nı qərəzli və kobud şəkildə pozmaqda davam etmişdir. Cəza çəkdiyi müddət ərzində mütamadi olaraq yol verdiyi rejim pozuntuları ilə digər məhkumların da islah olunmasına mənfi təsir göstərir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkumla aparılan fərdi-tərbiyəvi, profilaktiki və izahedici söhbətlərdən, barəsində tətbiq edilmiş tənbeh tədbirlərindən, həmçinin həbsxana rejimində olduğu müddətdən heç bir müsbət nəticə çıxarmamış, cəzanın icrası və çəkilməsi qaydalarını, müəssisənin X4nı pozmaqda davam etmişdir. Məhkumun aparılan islah kriteriyalarından düzgün nəticə çıxarması istiqamətində zəruri islah tədbirləri həbsxanada davam etdirilməlidir. Məhkəmə məhkumun törətdiyi cinayət əməlindən habelə indiyədək cəza çəkdiyi Cəzaçəkmə Müəssisələrindəki mənfi davranışlarından peşmançılıq hissi keçirməsinin müşahidə olunmadığını və digər halları nəzərə alaraq belə qənaətə gəlmişdir ki, cəzaçəkmə müəssisəsinin rəhbərliyi tərəfindən verilmiş xasiyyətnamənin obyektivliyi şübhə doğurmur. Kollegiya təqdimatın dəlillərini işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan düzgün olaraq birinci instansiya məhkəməsi tərəfindən təmin olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: - 514.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrinin növünün dəyişdirilməklə məhkumun bir növ cəzaçəkmə müəssisəsindən başqa növ cəzaçəkmə müəssəsinə keçirilməsi cinayət qanununun müddəalarına müvafiq olaraq məhkumun ərizəsi və ya cəzaçəkmə müəssisəsinin təqdimatı əsasında cəzaçəkmə müəssisəsinin mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin: - 70.1-ci maddəsinə əsasən ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər istisna olmaqla, davranışından və əməyə münasibətindən asılı olaraq məhkumlar cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilə bilərlər. - 70.4 maddəsinə əsasən cəzanın icrası qaydalarını qərəzli pozan məhkumlar: - 70.4.3. ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisələrindən üç ildən çox olmayan müddətə həbsxanaya keçirilə bilərlər. - 70.5-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrinin növünün dəyişdirilməsi məhkəmə tərəfindən həyata keçirilir. - 108.1-ci maddəsinə əsasən cəzanın icrası qaydalarının qərəzli pozulması aşağıdakı hallar hesab olunur: 108.1.1. alkoqol və ya digər güclü təsir göstərən maddələri qəbul etmək; 108.1.2. narkotik vasitələri və ya psixotrop maddələri qəbul etmək; 108.1.3. xırda xuliqanlıq; 108.1.4. cəzaçəkmə müəssisəsinin işçi heyətini hədələmək, təhqir etmək və ya onların qanuni tələblərinə tabe olmamaq; 108.1.5. xidməti borclarını yerinə yetirən digər dövlət nümayəndələrini hədələmək və ya təhqir etmək; 108.1.6. qrup halında tabe olmamaq və ya belə qruplarda fəal iştirak etmək; 108.1.7. il ərzində üç dəfədən çox tənbeh edilmək. Məhkəmə kollegiyasının iclasında məhkumun şəxsi işi və verilmiş təqdimatın araşdırılması, habelə tərəflərin izahatları ilə müəyyən edildi ki, müəssisədə cəza çəkdiyi müddət ərzində özünü mənfi cəhətdən göstərmiş, X4nı qərəzli və kobud şəkildə pozmaqda davam etmiş, cəza çəkdiyi müddət ərzində mütamadi olaraq yol verdiyi rejim pozuntuları ilə digər məhkumların da islah olunmasına mənfi təsir göstərmiş və müəssisə rəhbərliyi tərəfindən dəfələrlə tənbeh edilmişdir. Məhkumun bu islaholunmaz hərəkətləri ətrafında Təqdimat verən orqan rəhbərliyi tərəfindən aparılmış bir sıra profilaktik tədbirlər, müxtəlif fərdi yanaşmalar heç bir müsbət nəticə verməmiş, məhkum Məhkum cəza çəkdiyi müddət ərzində cəzanın çəkilməsi üçün müəyyən olunmuş rejimin tələblərini, cəzanın icrası qaydalarını qərəzli şəkildə və mütəmadi olaraq pozmaqda davam etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası məhkum barəsində verilmiş cəzasının çəkilməmiş hissəsinin həbsxanaya keçirilməsi barədə verilmiş təqdimatın və mənfi xarakterli xasiyyətnamənin əsaslı olması qənaətinə gələrək hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq məhkumun cəzasının sonunadək həbsxana rejiminə keçirilməsinə dair qərar qəbul etmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq belə hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi, eləcə də məhkum Məhkum cəzasının sonunadək həbsxana rejiminə keçirilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Təqdimat verən orqan təqdimatının təmin olunması barədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI:
Məhkum Məhkum müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Məhkum Məhkum həbsxana rejiminə keçirilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Təqdimat verən orqan təqdimatının təmin edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı məhkum Məhkum müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə müvafiq qaydada Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Sədrlik edən: Habil Məmmədov Hakimlər: Cavid Hüseyn Elnur Nuriyev