Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-1181/2026 08.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Emin Zöhrab oğlu və Hüseyn Cavid Vaqif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru – X1, Məhkum – Məhkum, Müdafiəçi – “De Fendo” Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Məhkum Məhkum ümumi rejimli cəza çəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə məhkumun ərizəsinin təmin olunmamasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, m ü ə y y ə n e t d i: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından (hakim Samirə Məmmədli) görünür ki, ## ######## 1975-ci il tarixdə Ermənistan Respublikasının Sisiyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, M.F.Axundov küçəsi, ev 2-də qeydiyyatda olmaqla yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan məhkum Məhkum cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi haqqında ərizəsi təmin edilməmişdir. İşin halları: Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı İl tarixli hökmündən görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 2 il 4 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli ## ### 2025-ci il tarixindən hesablanmışdır. Məhkəmə sənədlərinə əsasən, məhkum Məhkum cəzaçəkmə müddəti ##.##.2027-ci il tarixdə başa çatır. Məhkum Məhkum ümumi rejimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət müraciət etmiş, lakin ərizə təmin edilməmişdir. Həmin qərardan məhkum Məhkum apellyasiya şikayəti verərək, müraciətinin təmin olunmasını xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Məhkum apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qərarı ədalətsizdir. Müraciətinə yenidən baxılmasını və məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə köməklik göstərilməsini xahiş edir. Məhkəmə iclasında məhkum Məhkum və müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında prokuror X1 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları və təqdim olunmuş sənədlərlə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 70.1-ci maddəsinə əsasən ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər istisna olmaqla, davranışından və əməyə münasibətindən asılı olaraq məhkumlar cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilə bilərlər. Həmin Məcəllənin 70.2.3-cü maddəsinə əsasən müsbət xarakterizə edilən ilk dəfə ağır cinayət törətmiş məhkumlar ümumi rejimli cəzaçəkmə müəssisələrindən - məntəqə tipli cəzaçəkmə müəssisələrinə - cəza müddətinin ən azı üçdə iki hissəsini çəkdikdə keçirilə bilərlər. Həmin Məcəllənin 70.2.4-cü maddəsinə görə az ağır və ya böyük ictimai təhlükə törətməyən cinayət törətmiş məhkumlar ümumi rejimli cəzaçəkmə müəssisələrindən - məntəqə tipli cəzaçəkmə müəssisələrinə - cəza müddətinin ən azı üçdə birini çəkdikdə keçirilə bilərlər. «Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli qərarının 1-ci bəndinin hüquqi tövsiyyəsinə görə, cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Qərarın 2-ci bəndində, bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə olunmuşdur. Qərarda, həmçinin məhkəmələrə tövsiyə olunmuşdur ki, məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, məhkumun əməyə və təhsilə münasibətinin müsbət olmasının konkret nədə ifadə olunması, törətdiyi cinayətə münasibətinin təzahür forması, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirilməlidirlər. Bu zaman mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin tələbinə görə mülahizə məhkumun cəza çəkdiyi bütün dövrü əks etdirməlidir. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından verilmiş mülahizədən görünür ki, məhkum Məhkum ##.##.2025-ci il tarixdə Bakı istintaq təcridxanasına qəbul edilmiş, ##.##.2026-cı il tarixdən yeməkxanada mətbəx fəhləsi təyin edilməklə təsərrüfat və məişət xidməti işi üçün saxlanılmışdır. Təcridxanaya gəldiyi gündən onunla fərdi-tərbiyəvi, psixoloji söhbətlər aparılmış, hüquq və vəzifələri izah edilmişdir. İctimai faydalı əməyə münasibəti müsbətdir.Psixoloji xarakteristikasına görə hərəkətlərində diqqətlidir, “Daxili İntizam Qaydalarına riayət edir, ətrafındakılarla normal ünsiyyət qurur. Törətdiyi cinayət əməlini etiraf edir və peşiman olduğunu bildirir. Yaxın qohumları ilə görüşür və telefon vasitesi ilə əlaqə saxlayır. Zərərçəkmişlərə dəymiş maddi ziyan ödənilməyib. Məhkum Məhkum müsbət davranışına və əməyə müsbət münasibətinə görə ##.##.2026-cı il tarixli əmrlə 26 iyun “Silahlı Qüvvələr günü” münasibəti ilə barəsində həvəsləndirmə tədbiri tətbiq edilərək “Təşəkkür" elan edilmişdir. Ədliyyə Nazirliyi Komissiyasının 17.07,2026-ci il tarixli ** saylı protokoluna əsasən məhkum Məhkum ümumi rejimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair məhkəməyə mənfi təqdimat təqdim olunmasına rəy verilmişdir. Cinayət Qanunvericiliyində (41.2-ci maddə) təsbit olunmuş anlayışa görə, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkum Məhkum cəzasının qanunla müəyyən olunmuş hissəsini çəkməsi, işin faktiki halları ilə müqayisədə, məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsini şərtləndirmir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərini, ## ####### 2010-cu il tarixli Plenum qərarının hüquqi tövsiyyəsini, iş materiallarında olan məlumatları, mülahizənin formal xarakterli olduğunu və şikayəti nəzərə alaraq hesab edir ki, məhkum Məhkum məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə əsaslar yoxdur və verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin müraciət üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsi - onlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən məhkumlara islah edilmə vasitələri cəzanın növü, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, məhkumun şəxsiyyəti və davranışı nəzərə alınmaqla tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası və məhkumun islah-edilməsi məqsədilə tətbiq edilir. Yəni, məhkumun islah edilməsini və cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloci meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin ## ######## 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cəza eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayətin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə kollegiyası qeyd olunan xüsusatları və cəzaçəkmə müəssisəsinin mülahizəsini nəzərə alaraq, məhkum Məhkum cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə əsaslar müəyyən etmir və bu xüsusda verilmiş apellyasiya şikayətini əsassız hesab edir. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinin tələbinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ##.##.2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Odur ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 398.1.1 və 520-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. “De Fendo” Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 8 (səkkiz) saat üçün cəmi 88 (səksən səkkiz) manat pul dövlət büdcəsindən tutularaq “De Fendo” Vəkil Bürosunun hesabına ödənilsin. Qərar elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardan, Azərbaycan Respublikası CPM-nin 408-412-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-6)-1181/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-1181/2026
08.09.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver