Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-1183/2026 25.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseyn Cavid Vaqif oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Habil Çingiz oğlu və Əliyev Emin Zöhrab oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X2, məhkum Məhkum və müdafiəçisi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili İsrafilov Fuad Həsənağa oğlunun iştirakları ilə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il il tarixli, *(*-***)-***/**** saylı qərarından məhkum Məhkum tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim X3) ##.##.2026-cı il il tarixli, *(*-***)- ***/**** saylı qərarı ilə, ##.##.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azerbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, ünvan 2 ünvanında qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan məhkum Məhkum cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair ərizəsi təmin edilməmişdir. Həmin qərardan narazı qalan məhkum apellyasiya şikayəti vermişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı ədalətsizdir, işinə yenidən baxılmasını məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsinin təmin edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkum Məhkum və onun müdafiəçisi İsrafilov Fuad Həsənağa oğlu apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizənin təmin edilməsini xahiş etdilər. Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X2 şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cəzaçəkmə müəssisəsinə məlumat verilməsinə baxmayaraq cəzaçəkmə müəssisəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, CPM-nin 520.5-ci maddəsinə əsasən şikayətə məhkumun və cəzaçəkmə müəssisəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Məhkəmə kollegiyası təqdim edilmiş materialları və məhkumun şəxsi işini araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin olunması barədə məhkumun, müdafiəçinin, şikayətin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə isə prokurorun çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci İl tarixli hökmündən görünür ki, Məhkum Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli ## ###### 2024-cü il tarixindən hesablanmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 7(5-101)- **/**** saylı qərarından görünür ki, Məhkum barəsində “Konistitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 3.1-ci bəndi tətbiq edilmiş və onun cəzası 6 ay azaldılmişdır. Məhkumun şəxsi işindən görünür ki, o, Bakı İstintaq Təcridxanasına ## ###### 2024-cü il tarixdə qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin Bakı İstintaq Təcridxanasının ## #### 2026-cı il tarixli mülahizəsindən görünür ki, məhkum Məhkum ##.##.2024-cü il tarixdə Bakı istintaq təcridxanasına qəbul edilmiş, ##.##.2025-ci il tarixdən yeməkxanada mətbəx fəhləsi təyin edilməklə təsərrüfat və məişət xidməti işi üçün saxlanılmışdır. Təcridxanaya gəldiyi gündən onunla fərdi-tərbiyəvi, psixoloji söhbətlər aparılmış, hüquq və vəzifələri izah edilmişdir. İctimai faydalı əməye münasibəti müsbətdir. Psixoloji xarakteristikasına görə hərəkətlərində diqqətlidir, "Daxili İntizam Qaydalarına riayət edir, ətrafındakılarla normal ünsiyyət qurur. Törətdiyi cinayət əməlini etiraf edir və peşman olduğunu bildirir. Yaxın qohumları ilə görüşür və telefon vasitəsi ilə əlaqə saxlayır. Zərərçəkmişlərlə barışıq olunmayıb. Məhkum Məhkum müsbət davranışına ve əməyə müsbət münasibətinə görə ##.##.2025- ci İl tarixli əmrlə 26 iyun“ Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il” münasibətiylə barəsində həvəsləndirmə tədbiri tətbiq edilərək “Təşəkkür” elan edilmişdir. Ədliyyə Nazirliyinin Komissiyasının ##.##.2026-ci il tarixli ** saylı protokoluna əsasən məhkum Məhkum ümumi rejimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair məhkəməyə mənfi təqdimat təqdim olunmasına rəy verilmişdir. Məhkəmənin qərarından görünür ki, birinci instansiya məhkəməsi məhkum Məhkum cəzaçəkmə müəssisəsi növünün dəyişdirilməsi barədə ərizəyə baxarkən cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizəni məhkumun şəxsi işi ilə birgə araşdırmış, məhkumun islah prosesində hər hansı bir müsbət nəticəyə və ya irəliləyişə nail olmasının nə məhkəmə iclasında verdiyi izahatında, nə də ki, şəxsi iş materiallarına əlavə edilmiş sənədlərdə öz əksini tapmadığına əsaslanmaqla, təqdim edilmiş mülahizədə yazılanları nəzərə almaqla ərizənin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası bir daha məhkumun şəxsi iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi məhkumun cəzaçəkmə müəssisəsi növünün dəyişdirilməsi barədə ərizəsini təmin etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası CİM-nin 70.1-ci maddəsinə əsasən ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər istisna olmaqla, davranışından və əməyə münasibətindən asılı olaraq məhkumlar cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilə bilərlər; Həmin məcəllənin 70.2.4-cü maddəsinə əsasən az ağır və ya böyük ictimai təhlükə törətməyən cinayət törətmiş məhkumlar ümumi rejimli cəzaçəkmə müəssisələrindən - məntəqə tipli cəzaçəkmə müəssisələrinə - cəza müddətinin ən azı üçdəbirini çəkdikdə keçirilə bilərlər. «Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən izah olunmuşdur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. İstənilən maddi və prosessual hüquq norması tətbiq olunarkən baxılan hər bir işin xarakteri, mahiyyəti, ictimai və fərdi maraqlara təsiri, qanuniliyi araşdırılmalıdır. Ona görə də məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunub-olunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Həmin qərarın 2-ci bəndinə əsasən məhkəmələr bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşmalıdırlar. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum Məhkum barəsində verilmiş mülahizənin əsaslılığı və məhkumun islah olunub-olunmaması məsələsi araşdırılarkən, onun cəza çəkdiyi müddəti əhatə edən davranışları nəzərə alınmalıdır. Məhkumun cəza müddətinin üçdə birini çəkməsinə münasibətdə qeyd edilir ki, cəzanın qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmə tətbiq edilərkən məhkumun davranışı, şəxsiyyəti, daxili rejim qaydalarına əməl etməsi və bu kimi digər hallar birlikdə araşdırılır. Əks təqdirdə bu şərt ödənildiyi halda, yəni ilk dəfə az ağır cinayət törətmiş şəxslərə münasibətdə cəzanın üçdə birini çəkilməsi cəzanın qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmənin tətbiq edilməsi üçün yetərli hesab olunmaqla, qanunverici tərəfindən bir qayda olaraq məhkəmələrin üzərinə vəzifə kimi qoyulardı. Məhkum barəsində həvəsləndirmə tədbiri tətbiq edilsə də, cəzaçəkmə müəssisəsi müvafiq əmrində məhkumu onunla birgə cəza çəkən məhkumlardan nə kim özəlliyinin ayırmasını, onun başqalarına örnək ola biləcək nümunəvi davranışının məhz nələrdən ibarət olmasını, əməyə münasibətinin müsbət olmasını bildirməsinə rəğmən nə kimi əmək fəaliyyətinə cəlb edilməsini, üzərinə qoyulmuş öhdəliklərin hansı dərəcədə yerinə yetirilməsini və s. bu kimi halları göstərməmiş, formal xarakterli həvələndirmə tədbirinin tətbiqi barədə müvafiq əmr tərtib etməklə kifayətlənmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, cəzaçəkmə müəssisəsinin özü belə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsini məqsədəmüvafiq hesab etməmişdir. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edib və məhkumu dinləyərək, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Məhkum qanuna itaət, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qaydalarına hörmət və ehtiram hissi tam formalaşmamış və belə olan halda cəzaçəkmə müəssisəsinin dəyişdirilməsi və məhkumun məntəqə rejimli cəzaçəkmə müəssisəsinə keçirilməsi məqsədəmüvafiq deyil. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin edilməsi və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il il tarixli qərarının ləğv və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Odur ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin məhkum Məhkum cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsinin təmin edilməməsinə dair ##.##.2026-cı il il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l ı r : Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin məhkum Məhkum cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsinin təmin edilməməsinə dair *(*-***)-***/**** saylı, ##.##.2026-cı il il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili İsrafilov Fuad Həsənağa oğlu tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 165 (bir yüz altımış beş) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-6)-1183/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-1183/2026
25.08.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver