Məhkəmə qərarları › İş №7(3-6)-1207/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-1207/2026

26.08.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-1207/2026 26.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyeva Aytən Heydər qızının sədrliyi və məruzəsilə, X2 və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi – Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru – X1, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Alibi” vəkil bürosunun vəkili Müdafiəçi, məhkum – Məhkum iştirakları ilə Məhkum Məhkum təcridxananın qeydiyyat jurnalının araşdırılması ilə bağlı ərizəsinin geri qaytarılması haqqında Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Daxil olmuş iş materialından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Umbakı Penitensiar Müəssisəsində (Kompleksi) cəza çəkən məhkum Məhkum ərizə ilə məhkəməyə müraciət edərək Umbakı Penitensiar Müəssisəsinin ərizə, şikayət və təkliflərin qeydiyyatının aparıldığı xüsusi jurnalın məhkəməyə gətirilib araşdırılmasını, göndərilən ərizələri vaxtında cavablandırılmayan orqanların və şəxslərin qanunvericiliyə uyğun barələrində tədbir görülməsi barədə qərar qəbul edilməsini və məhkəmə iclaslarında iştirakının təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim R.K.Mürsəlov) ## #### 2026-cı il tarixli qərarı ilə məhkum Məhkum ərizəsi geri qaytarılmışdır. Qərardan məhkum Məhkum apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qanunvericilikdə bu xarakterli ərizələrin hökmün və ya digər qərarın icrası qaydasında baxılmasının nəzərdə tutulmadığını qeyd etsə də, CPM-nin 509-cu maddəsinə belə bir qadağa nəzərdə tutulmamışdır. Əksinə həmin müddəa məhkuma əlavə hüquqlar verir. Məhkəmə iclasında məhkum Məhkum apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi hüquqlarını müdafiə etdiyi məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclaslında prokuror apellyasiya şikayətinin əsassız olduğunu və məhkumun müraciətinin hökmün icrası qaydasında baxılan işlərin predmetinə aid olmadığını qeyd edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşin halları və hüquqi məsələlər: Məhkəmə kollegiyası təqdim olunmuş iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edib və proses iştirakçılarının çıxışlarını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, müraciətdən görünür ki, məhkum Məhkum Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək şikayət və təkliflərin qeydiyyatının aparıldığı xüsusi jurnalın məhkəməyə gətirilib araşdırılmasını xahiş etmişdir. Cinayət-Prosessual Məcəllənin 509.1-ci maddəsinə əsasən həmin Məcəllənin 509.1.1- 509.1.9-cu maddələrində məhkəmənin hökmü çıxarıldıqdan sonra onun icrası qurtaranadək məhkum edilmiş şəxsin ərizə ilə məhkəməyə müraciət etmək hüququ olan məsələlərin dairəsi qeyd edilmişdir. Göründüyü kimi qanunvericilik həmin məsələlərin konkret dairəsini müəyyən etmişdir ki, hazırda mübahisələndirilən hal həmin məsələlərə daxil deyildir. Belə olan halda məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı əsaslıdır. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinin tələbinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı və məhkum Məhkum müraciəti, hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında məsələlərə dair müraciətlər üzrə baxılan işlərin predmetinə aid olmadığına görə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ##.##.2025-ci il *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2 və 520-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA A L D İ: Apellyasiya şikayəti təmin edilməsin. Məhkum Məhkum təcridxananın qeydiyyat jurnalının araşdırılması ilə bağlı ərizəsinin geri qaytarılması haqqında Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Alibi” vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 05 (beş) saat üçün cəmi 55 (əlli beş) manat dövlət büdcəsindən tutularaq “Alibi” vəkil bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar