Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-1209/2026 02.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İbrahimli İbrahim Adil oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Rəşid Əfraim oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimova İlahə Arif qızının, Prokuror Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X6, Müdafiəçi Müdafiəçi, Məhkum Məhkum iştirakları ilə, ## ###### 1970-ci il tarixdə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, hazırda heç yerdə işləməyən, subay, ünvan 1 ünvanında qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Umbakı Penitensiar müəssisəsində cəza çəkən Məhkum Məhkum Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı cəzaçəkmə müəssisəsinin rəisinin ## ###### 2025-ci il tarixli *** nömrəli qərarının ləğv edilməsini, işə aid bütün sənədlərin ** saylı cəzaçəkmə müəssisəsindən məhkəməyə təqdim edilməsinin tələb edilməsini, həmin sənədlərdə imzası olan ** saylı cəzaçəkmə müəssisəsinin bütün əməkdaşlarının məhkəmə iclasında dəvət edirlərək dindirilməsini və bütün məhkəmə iclaslarında iştirakının təmin edilməsi barədə ərizəsini məhkəmənin icraata qəbul edilmədən geri qaytarımasına dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında ilkin baxış iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Umbakı Penitensiar müəssisəsində cəza çəkən məhkum Məhkum ərizə ilə Bakı şəhəri Qaradağ rayon məhkəməsinə müraciət edərək Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı cəzaçəkmə müəssisəsinin rəsinin ## ###### 2025-ci il tarixi *** nömrəli qərarının ləğv edilməsini, işə aid bütün sənədlərin ** saylı cəzaçəkmə müəssisəsindən məhkəməyə təqdim edilməsinin tələb edilməsini, həmin sənədlərdən imzası olan ** saylı cəzaçəkmə müəssisəsinin bütün əməkdaşlarının məhkəmə iclasında dəvət edirlərək dindirilməsini və bütün məhkəmə iclaslarında iştirakının təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim R.Mürsəlov) ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Umbakı Penitensiar müəssisəsində cəza çəkən məhkum Məhkum ərizəsi məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmış və məhkum Məhkum Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq ərizədə qeyd edilən xüsusatlarla bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından məhkum Məhkum apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarının ləğv edilməsini və onun ərizəsinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı əsassız hesab edir. Belə ki, məhkəmə qərarda müraciətin inzibati məhkəməyə aid olduğunu göstərmiş və həmin məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. O, isə ərizəsində ona qanunsuz tənbeh tədbiri qərarı tətbiq edilməsi ilə barəsində qərarın ona elan olunmadığı və surətinin vermədiyi üçün yuxarı instansiyaya və məhkəməyə vermək hüququnun əlindən alındığını, bunla da qanunun müddəalarının kobud şəkildə pozulması ilə əlaqədar tədbirlər görülməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında məhkum Məhkum və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X6 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə şikayətə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayəti ilə əlaqədar materialları tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, məhkum Məhkum ərizəsinin məhkəmənin icraatına qəbuldan imtina olunaraq geri qaytarılmasına dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı qanuni və əsaslı olduğundan apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 10.2.12-ci maddəsinə əsasən cəzaların icrası və çəkilməsi zamanı məhkumların cəzanın çəkilməsinin təxirə salınması və ya onun ləğv edilməsi, xəstəliyə görə cəzanın çəkməkdən azad edilməsi, ittiham hökmünün icrası müddəti ilə əlaqədar cəza çəkməkdən azad edilməsi, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi, amnistiyanın tətbiq edilməsi, müalicə Müəssisəsində saxlanma vaxtının cəzaçəkmə müddətinə daxil edilməsi, məhkumluğun vaxtından əvvəl götürülməsi üçün ərizə ilə məhkəməyə, əfv edilmək üçün isə Azərbaycan Respublikasının Prezidentinə bilavasitə və ya qanuni nümayəndələrinin vasitəsilə, habelə yetkinlik yaşına çatmayan və ya fiziki qüsurlardan, yaxud psixi xəstəlikdən əzab çəkən məhkumlar barəsində isə onların müdafiəçilərinin və qanuni nümayəndələrinin vasitəsilə müraciət etmək hüququ vardır. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, birinci instasiya məhkəməsi məhkum Məhkum ərizəsi məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmış və məhkum Məhkum Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq ərizədə qeyd edilən xüsusatlarla bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkum məhkum Məhkum ərizəsinin geri qaytarılması barədə düzgün nəticəyə gəlinmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin edilməsi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin mübahisələndirilən qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 391, 397.1, 397.2 və 398.1.1-ci maddələrini rəhbər tutaraq qərara alır: Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Məhkum Məhkum Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı cəzaçəkmə müəssisəsinin rəisinin ## ###### 2025-ci il tarixli *** nömrəli qərarının ləğv edilməsini, işə aid bütün sənədlərin ** saylı cəzaçəkmə müəssisəsindən məhkəməyə təqdim edilməsinin tələb edilməsini, həmin sənədlərdə imzası olan ** saylı cəzaçəkmə müəssisəsinin bütün əməkdaşlarının məhkəmə iclasında dəvət edirlərək dindirilməsini və bütün məhkəmə iclaslarında iştirakının təmin edilməsi barədə ərizəsini məhkəmənin icraata qəbul edilmədən geri qaytarımasına dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkum Məhkum iş materialları ilə tanış olması və məhkəmədə hüquqlarının müdafiəsi üçün sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 6 (altı) saat üçün cəmi 66 (altmış altı) manat dövlət büdcəsindən “Arbitrium” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən İbrahim İbrahimli Hakimlər: Rəşid Səmədov Aqil Musayev
Məhkəmə qərarları › İş №7(3-6)-1209/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-1209/2026
02.09.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver