Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-1217/2026 08.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Emin Zöhrab oğlu və Hüseyn Cavid Vaqif oğlundan ibarət tərkibdə, Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, Prokuror – Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X1, Məhkum – Məhkum, Müdafiəçi – “De Fendo” Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, ## #### 2004-cü ildə Sabirabad rayonunun Əsgərbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, həbs olunanadək Sabirabad rayonun Əsgərbəyli kəndində yaşamış, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2023cü il tarixli, *(***)-**/**** saylı hökmü ilə CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmasına dair ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il arixli *(*-**)-***/**** nömrəli qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ** saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Məhkum ərizə ilə məhkəməyə müraciət edərək ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının üçdə iki hissəsindən çoxunu çəkdiyini qeyd edərək cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il arixli *(*-**)-***/**** nömrəli qərarı ilə (hakim Günay Göyüşova) məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilməmişdir. Həmin qərardan narazı qalan məhkum apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında məhkum Məhkum və müdafiəçisi müdafiəçi1 verilmiş apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə barədə ərizənin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X1 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşin halları və hüquqi məsələlər: Məhkəmə kollegiyası, təqdim edilmiş materialı və məhkumun şəxsi işini araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-**/**** saylı hökmü ilə Məhkum CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin ## ###### 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2023-cü il tarixli, *(***)-***/**** saylı qərarından görünür ki, məhkum edilmiş şəxs Məhkum müdafiəçisi X2 tərəfindən apellyasiya şikayəti verilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-**/**** saylı hökmü dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının qərarına əsasən, məhkum Məhkum müdafiəçisi X2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarından görünür ki, məhkum şəxs Məhkum Lənkəran Ağır Cinayətlər məhkəməsinin ##.##.2023-ci il tarixli hökmü ilə təyin olunmuş narkomaniyadan məcburi müalicə ləğv edilmişdir. İş materiallarında olan məhkumun ***** saylı şəxsi işindən görünür ki, Məhkum cəzaçəkmə müddətinin əvvəli ## ###### 2023-cü il tarixdən hesablanmaqla ## ###### 2028-ci il tarixdə cəzası sona çatır. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizədən görünür ki, məhkum Bakı İstintaq təcridxanasında saxlanılmış, ##.##.2023-cü il tarixdə ** saylı cəzaçəkmə müəssisəsinə qəbul olunmuşdur. Qəbul olunduğu gündən məhkumla fərdi tərbiyəvi söhbətlər aparılmış, hüquq və vəzifələri izah edilmiş, islah prosesi ilə bağlı zəruri tövsiyyələr verilmişdir. Onunla aparılan fərdi tərbiyəvi söhbətlər, islah prossesi ilə bağlı verilən tövsiyyələr müsbət nəticə verməmiş rejim pozuntusuna görə ##.##.2025-ci il tarixdə “Xəbərdarlıq” və ##.##.2026-cı il tarixdə 10 gün “Cərimə otağı” olmaqla iki tənbeh tədbiri tətbiq olunmuşdur ki, hal-hazırda hər iki cəzası qüvvədədir. Onunla aparılan fərdi tərbiyəvi söhbətlər, islah prossesi ilə bağlı verilən tövsiyyələr müsbət nəticə verməmiş, cəza çəkdiyi müddətdə cəzanın çəkilməsi üçün müəyyən olunmuş rejimin tələblərinə əməl etməyən məhkum kimi tanınmışdır. Müşahidələr və fərdi söhbətlərdən bu qənaətə gəlmək olar ki, məhkum törətdiyi cinayəti qismən etiraf edir, əməlindən peşmançılıq hissi keçirməsində səmimi deyil. Kollektivçilik ənənələrinə və birgəyaşayış qaydalarına yanaşma tərzi qənaətbəxş deyil. Asudə vaxtını səmərəsiz keçirtməklə hər hansı ictimai işlə məşğul olmur, mədəni-kütləvi və tərbiyəvi tədbirlərdə iştirak etmir. Mənfi xarakterizə olunan məhkumlarla ünsiyyətə üstünlük verir, əməkdaşların qanuni tələblərinə və verdikləri tapşırıqlara etinasız yanaşır. Əməyə münasibəti mənfidir. Barəsində 2025-ci il üzrə tərtib edilmiş illik xasiyyətnamənin nəticəsinə görə mənfi, 2023, 2024-cü illər üzrə tərtib edilmiş illik xasiyyətnamələrin nəticələrinə görə müsbət xarakterizə olunub. Hökmlə təyin olunmuş 49,74 manat ekspertiza borcundan ödəniş olunmayıb. Yuxarıda göstərilənləri nəzərə alaraq belə qənaətə gəlmək olar ki, məhkum onunla aparılan profilaktiki, tərbiyəvi söhbətlərdən özü üçün düzgün nəticə çıxarmamış, daxili intizam qaydalarına riayət etməmişdir. Məhkumun cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmasına dair mülahizəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının təsis etdiyi komissiya tərəfindən müzakirə olunmuş, komissiyanın iclasının ##.##.2026-cı il tarixli ** saylı protokolu ilə barəsində mənfi rəy bildirilmişdir. Nəticədə qeyd edilmişdir ki, müvafiq rəyin nəzərə alınaraq, şərti olaraq vaxtından əvvəl cəzadan azad olunması məqsədəuyğun hesab edilməmişdir. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarında qeyd edilmişdir ki, Məhkum qanuna itaət, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qaydalarına hörmət və ehtiram hissi tam şəkildə formalaşmamış və belə olan halda onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, ona cəmiyyətlə, müxtəlif insanlarla daha sıx və sərbəst təmasda olması üçün şərait yaradılması mümkünsüzdür. Məhkum Məhkum ** saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyi 03 ildən çox müddət ərzində tərtib edilmiş 2024-2025-ci illəri əhatə edən illik xasiyyətnamələrin məzmunlarının təhlili sonuncunun nəinki islah yoluna qədəm qoymasını deməyə əsas vermir, əksinə şəxsin ümumiyyətlə cəzaçəkmə müəssisəsi daxilində əməyə, qaydalara və birgəyaşayış normalarına riayət etməsi ruhunda belə formalaşmadığı təsəvvürü formalaşdırır. Beləliklə də göründüyü kimi, məhkum cəza çəkdiyi müddətdə penitensiar müəssisənin daxili intizam qaydalarını dəfələrlə pozmuş, bunun nəticəsində onun barəsində ümumilikdə 2 dəfə intizam tənbehi tətbiq edilmişdir. Həmin intizam tənbehləri hazırkı vaxta qədər qanunvericiliklə müəyyən edilmiş qaydada götürülməmiş, ləğv edilməmiş və qüvvədə qalmaqdadır. Məhkəmə hesab edir ki, qüvvədə olan intizam tənbehlərinin mövcudluğu məhkumun cəzaçəkmə müəssisəsinin daxili intizam qaydalarına davamlı şəkildə riayət etmədiyini, davranışında sabit müsbət dəyişiklik baş vermədiyini və islah prosesinin müsbət nəticə vermədiyini göstərən mühüm hüquqi göstəricidir. Bu isə məhkumun cəzaçəkmə müəssisəsinin müəyyən etdiyi davranış qaydalarına davamlı şəkildə əməl etmədiyini və sabit müsbət davranış nümayiş etdirmədiyini göstərən mühüm haldır. Birinci instansiya məhkəməsi haqlı olaraq bu sənədlərin məhkumun şəxsiyyətini xarakterizə edən məlumatlar kimi hüquqi əhəmiyyət kəsb etdiyini və onun islah olunma səviyyəsinin qiymətləndirilməsi zamanı nəzərə alınmalı olduğunu hesab etmişdir. Həmçinin düzgün nəzərə almışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının təsis etdiyi komissiya tərəfindən müzakirə olunması nəticəsində, komissiyanın iclasının ##.##.2026-cı il tarixli ** saylı protokolu ilə məhkum barəsində mənfi rəy rəy verilmişdir. Həmin rəy təsadüfi xarakter daşımır, məhkumun şəxsi işi, davranışı, intizam vəziyyəti, tərbiyəvi tədbirlərə münasibəti və digər xarakterizəedici materiallar əsasında qəbul edilmişdir. Komissiyanın mənfi rəy verməsi də məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini şərtləndirən əsasların formalaşmadığını təsdiq edir. Cəzaçəkmə müəssisəsinin təqdim etdiyi mülahizədə də qeyd edilmişdir ki, məhkum onunla aparılan profilaktiki, tərbiyəvi söhbətlərdən özü üçün düzgün nəticə çıxarmamış, daxili intizam qaydalarına riayət etməmişdir. Apellyasiya məhkəməsinin də kollegiyası məhkumun şəxsi işini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi məhkumun cəzasının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsini təmin etməməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən məhkəmə islah işləri, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən məhkum böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını, ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini, xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edilə bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 170.2-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. «Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarının 1-ci bəndində izah olunmuşdur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. İstənilən maddi və prosessual hüquq norması tətbiq olunarkən baxılan hər bir işin xarakteri, mahiyyəti, ictimai və fərdi maraqlara təsiri, qanuniliyi araşdırılmalıdır. Ona görə də məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunubolunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, “Qanunverici məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz olunması və cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilməsi üçün yalnız cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsini, müsbət xarakterizə edilməni, davranışı, əməyə münasibətini və cəzaçəkmə müəssisəsinin mülahizəsini əsas amil kimi irəli sürür”. Göründüyü kimi, məhkəmə məhkumu cəzadan şərti olaraq vaxtından əvvəl azad edərkən onun müsbət xarakterizə olunmasını, davranışını, əməyə münasibətini, islah olunmasını nəzərə almalıdır. İlk növbədə qeyd olunmalıdır ki, məhkumun yalnız ona təyin edilən cəzanın qanunla müəyyən edilən hissəsini çəkməsi ona cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmənin tətbiq edilməsi üçün əsas ola bilməz. Əks təqdirdə bu şərt ödənildiyi halda, şəxsin cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi qanunverici tərəfindən bir qayda olaraq məhkəmələrin üzərinə vəzifə kimi qoyulardı. Qanunvericiliyin tələblərinə əsasən məhkumun şərti olaraq cəzadan vaxtından əvvəl azad edilməsi onun islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı halda mümkündür ki, hazırkı halda məhkumun şəxsi iş materiallarından, həmçinin iş üzrə digər sənədlərdən onun islah olunması və cəzanı çəkməsinə lüzum olmaması qənaətinə gəlmək mümkün deyil. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq hesab edir ki, ümumilikdə cəza çəkdiyi dövrdə məhkum Məhkum qanuna itaət, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qaydalarına hörmət və ehtiram hissi tam şəkildə formalaşmamışdır və belə olan halda cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, ona cəmiyyətlə, müxtəlif insanlarla daha sıx və sərbəst təmasda olması üçün şərait yaradılması mümkünsüzdür. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Odur ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ##.##.2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il arixli *(*-**)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “De Fendo” Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesablanmaqla, 8 (səkkiz) saat üçün cəmi 88 (səksən səkkiz) manat dövlət büdcəsindən tutularaq “De Fendo” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-6)-1217/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-1217/2026
08.09.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver