Məhkəmə qərarları › İş №7(3-6)-1231/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-1231/2026

17.09.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-1231/2026 17.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Nuriyev Elnur Aləm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar Icraatlar Idarəsinin prokuroru X2, məhkum Məhkum müdafiəçisi “Femida” Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, ## ####### 1981-ci il tarixdə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDI: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 2/3 hissəsindən çoxunu çəkdiyini bildirməklə qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı ilə (sədrlik edən hakim Tural Musayev) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsi təmin edilməmişdir. Həmin qərardan narazı qalan məhkum Məhkum apellyasiya şikayəti verərək, şikayətində təyin olunmuş cəza müddətinin 2/3 hissəsini çəkdiyinə görə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə ilə müraciət etdiyini, lakin məhkəmənin heç bir səbəb olmadan ərizəni təmin etmədiyini, müəssisə tərəfindən müsbət xarakterli məhkum kimi xarakterizə olunduğunu, cəza çəkdiyi 6 (altı) il 6 (altı) ay müddətində qanunlara riayət etdiyini, rəislərin tapşırıqlarına əməl etdiyini, cəza çəkdiyi müəssisədə mədəni və kütləvi tədbirlərdə yaxından iştirak etdiyini göstərmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarının ləğv edilməsi və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən məhkum Məhkum müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini və məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X2 apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının əsaslı və qanuni olduğunu bildirib, apellyasiya şikayətinin təmin edilməməsini və qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Məhkum Məhkum məhkəmə kollegiyasına ərizə ünvanlayaraq, apellyasiya şikayəti üzrə məhkəmə icraatında səhhəti ilə bağlı iştirak etməkdən imtina etdiyini bildirib apellyasiya şikayətinin ilkin və yekun məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. X4 Sənan Ağa Əli oğlunun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası təqdim edilmiş materialları və məhkumun şəxsi işini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək, belə hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** saylı, ## #### 2022-ci il tarixli, hökmündən görünür ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsiin 234.4.1, 234.4.2, 234.4.3 və 240.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib həmin Məcəllənin 66.3-cü məddəsinə əsasən 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, narkomaniyadan məcburi müalicə təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəlinin ## ###### 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-**/**** saylı, ## ##### 2023-cü il tarixli, qərarından görünür ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 234.4.3 və 240.2.1-ci maddələri ilə məhkum edilməsinə, onun ittihamından Cinayət Məcəlləsinin 206.4, 240.3.1 və 240.3.2-ci maddələrinin xaric edilməsinə dair hissədə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-**/**** saylı, ## ##### 2024-cü il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-**/**** saylı, ## ##### 2023-cü il tarixli, qərarı verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2024-cü il tarixli qərarından görünür ki, Məhkum Məhkum barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2022-ci il tarixli hökmü ilə təyin olunmuş narkomaniyadan məcburi müalicə ləğv edilmişdir. Məhkumun ***** saylı şəxsi işindən görünür ki, Məhkum Bakı Istintaq Təcridxanasında saxlanılmış, ## ##### 2023-cü il tarixdə ** saylı Cəzaçəkmə Müəssisəsinə qəbul olunmuş, ## ###### 2028-ci il tarixdə isə cəzası sona çatır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən məhkum Məhkum barəsində verilmiş ## #### 2026-cı il tarixli mülahizədən görünür ki, məhkum Bakı Istintaq təcridxanasında saxlanılmış, ## ##### 2023-cü il tarixdə ** saylı Cəzaçəkmə Müəssisəsinə qəbul olunmuşdur. Qəbul olunduğu gündən məhkumla fərdi tərbiyəvi söhbətlər aparılmış, hüquq və vəzifələri izah edilmiş, islah prosesi ilə bağlı zəruri tövsiyyələr verilmişdir. Şəxsi işinin materiallarından göründüyü kimi, müəsissədə cəza çəkdiyi müddətdə bir dəfə rejim pozuntusuna görə barəsində tənbeh tədbiri tətbiq olunmuş, onunla aparılan fərdi tərbiyəvi söhbətlərin, islah prossesi ilə bağlı verilən tövsiyyələrin müsbət təsiri altında, ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkdiyi müddətdə cəzanın çəkilməsi üçün müəyyən olunmuş rejimin tələblərinə əməl edən məhkum kimi tanınmış və nümunəvi davranışı ilə fərqlənmişdir. Onunla aparılan fərdi söhbətlərdən bu qənaətə gəlmək olar ki, məhkum törətdiyi cinayəti etiraf edir və əməlindən peşmançılıq hissi keçirdiyini bildirir. Fərdi söhbətlər zamanı törətdiyi cinayətlə ailəsini üzləşdirdiyi çətinliklərə görə mənəvi əzab çəkdiyini qeyd edir. Azadlığa çıxmaq, cəmiyyətdə layiqli yer tutmaq, halal zəhməti ilə ailəsinə maddi və mənəvi dəstək vermək, ictimaiyyət arasında haqqında formalaşmış xoşagəlməz fikirləri halal zəhməti ilə müsbət istiqamətə dəyişmək arzusunda olduğunu bildirir. Ailəsi və yaxınları ilə mütəmadi əlaqə saxlayır. Kollektivçilik ənənələrinə və birgəyaşayış qaydalarına hörmətlə yanaşır. Asudə vaxtını səmərəli təşkil etməklə ictimai işlə məşğul olur və kütləvi-informasiya vasitələrini izləyir. Mədəni-kütləvi və tərbiyəvi tədbirlərdə fəal iştirak edir. Məhkum yoldaşları ilə mehriban və səmimi münasibət qurub, ünsiyyətliliyi, sadəliyi ilə əməkdaşların hörmətini qazanıb. Barəsində 2025-ci il üzrə tərtib edilmiş illik xasiyyətnamənin nəticəsinə görə mənfi, 2023 və 2024cü illər üzrə tərtib edilmiş illik xasiyyətnamələrin nəticələrinə görə müsbət xarakterizə olunmuş və islah yoluna qədəm qoymağa çalışdığı qeyd edilmişdir. Nəticə olaraq Məhkum müsbət xarakterizə olunduğu nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76-cı maddəsinə əsasən cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi məqsədə uyğun hesab edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ərizəni, məhkumun şəxsi işini, izahatını, cəzaçəkmə müəssisəsinin mülahizəsini və digər sənədləri nəzərdən keçirərək hesab edir ki, məhkum Məhkum ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilməməlidir. Belə ki, məhkumun yalnız ona təyin edilən cəzanın qanunla müəyyən edilən hissəsini çəkməsi ona cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmənin tətbiq edilməsi üçün əsas ola bilməz. Əks təqdirdə bu şərt ödənildiyi halda, yəni ağır cinayət törətmiş şəxslərə münasibətdə cəzanın 2/3 hissəsindən çoxunun çəkilməsi cəzadan vaxtından əvvəl azad olunması üçün yetərli hesab olunmaqla, qanunverici tərəfindən bir qayda olaraq məhkəmələrin üzərinə vəzifə kimi qoyulardı Məhkum Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi tərəfindən mülahizədə müsbət xarakterizə olunaraq məhkumun cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunması məqsədəuyğun hesab edilmişdir. Qeyd edilmişdir ki, mülahizədə məhkumun islah olunduğu göstərilsə də, həmin mülahizəni məhkumun şəxsi iş materialları ilə yoxladıqda əsaslı olmadığı görünür. Belə ki, məhkumun şəxsi işində olan barəsində tərtib olunmuş illik xasiyyətnamədə məhkumun islah olunduğu deyil, islah yoluna qədəm qoyması, 2025-ci il üzrə xasiyyətnaməyə əsasən isə mənfi xarakterizə edilmişdir. Həmçinin mülahizədə məhkumu onunla birgə cəza çəkən məhkumlardan nə kim özəlliyinin ayırması, onun başqalarına örnək ola biləcək nümunəvi davranışının məhz nələrdən ibarət olması, əməyə münasibətinin müsbət olmasının bildirilməsinə rəğmən nə kimi əmək fəaliyyətinə cəlb edilməsi, üzərinə qoyulmuş öhdəliklərin hansı dərəcədə yerinə yetirilməsi və s. bu kimi məhkuma xas zəruri məlumatlar göstərilməmişdir. Iş materiallarından görünür ki, məhkum barəsində bir dəfə həvəsləndirmə tətbiq edilmiş, sonuncu illik xasiyyətnamənin nəticəsi mənfi olmuş, bir dəfə isə barəsində intizam tənbehi tətbiq edilmişdir. Məhkəmə hesab edir ki, göstərilən hallar məhkumun cəzaçəkmə müəssisəsində daxili intizam qaydalarına əməl etmədiyini və müəssisədaxili davranışının qənaətbəxş olmadığını təsdiq edir. Bu hallar onun cinayətkar meyllərdən tam uzaqlaşmasını, hüquq normalarına sabit hörmət hissinin formalaşmasını və cəmiyyətə təhlükəsiz reinteqrasiyaya hazır olmamasını birmənalı şəkildə güman etməyə əsas verir Göstərilən xüsusatlar, həm də mülahizədə qeyd olunan məlumatların natamam olması, məhkum Məhkum cəza çəkdiyi müddətdə nümayiş etdirdiyi davranış kodekslərinin ətraflı işıqlandırılmaması onun formal xarakter daşıması barədə nəticəyə gəlməyə ciddi əsas verir və məhkumun islah olunmasına dair nəticəyə gəlinməsinin mümkünlüyünü aradan qaldırır. Məhkəmə qanunvericiliyin tələblərini, # ####### 2010-cu il tarixli Plenum qərarının tövsiyyəsini, iş materiallarında olan məlumatları, narkomaniyadan məcburi müalicəsinin davam etməsini, mülahizənin təsviri hissəsinin formal xarakterli olduğunu nəzərə alaraq və məhkumu dinləyərək, öz daxili inamını rəhbər tutub belə hesab etmişdir ki, Məhkum qanuna itaət, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qaydalarına hörmət və ehtiram hissi tam şəkildə formalaşmamış və belə olan halda cəzanın çəkilməmiş 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gündən ibarət uzun müddətindən şərti olaraq vaxtından əvvəl azad edilməsi, ona cəmiyyətə insanlarla daha sıx və sərbəst ünsiyyət və təmasda olması üçün şərait yaradılması məqsədə müvafiq deyildir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsi təmin edilməməlidir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Kollegiya qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən məhkumun şərti olaraq cəzadan vaxtından əvvəl azad edilməsi onun islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı halda mümkündür. Hazırki halda məhkum Məhkum həqiqətən islah olunması və cəzanı çəkməsinə lüzum olmaması halını məhkəmə iclasında müəyyən etmək mümkün olmamışdır. Müəssisənin məhkumun bu müddət ərzində islah olunduğu üçün cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmasına uyğun görülməsinin səbəbləri təqdim olunmuş mülahizədə əsaslandırılmadığına görə kollegiya belə qənaətə gəlir ki, mülahizə formal əsaslarla tərtib olunaraq məhkəməyə təqdim olunmuşdur. Həmçinin, cəzaçəkmə müəssisəsi tərəfindən məhkum Məhkum barəsində müsbət xarakterli mülahizə verilməsinə baxmayaraq onun müsbət xarakterizə olunması təsdiqini tapmamışdır. Hesab edilir ki, məhkumun islah prosesində hər hansı bir müsbət nəticəyə və ya irəliləyişə nail olması nə məhkəmə iclasında verdiyi izahatında, nə də ki, şəxsi iş materiallarına əlavə edilmiş sənədlərdə öz əksini tapmadığı halda, təqdim edilmiş mülahizədə ümumi və şablon ifadələrə əsaslanmaqla, Məhkum ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi məqsədəuyğun sayılmışdır. Digər tərəfdən mülahizədə qeyd edilmiş: “məhkumun verilən tapşırıqları vaxtında və layiqincə yerinə yetirməsi, müəssisə ərazsinin abadlaşdırılması və məhkumların mədəni-məişət şəraitinin yaxşılaşdırılması üçün işlərə cəlb edilməsi, əməyə münasibətinin müsbət olması, məhkum yoldaşları ilə mehriban, səmimi ünsiyyət qurması” kimi ifadələr məhkumun bir növ vəzifələri olmaqla onun vaxtından əvvəl azad edilməsi üçün mütləq əsas hesab edilmir. Bundan başqa cəzaçəkmə müəssisəsi tərəfindən təqdim olunmuş mülahizəsində və məhkumun şəxsi iş materiallarında məhkumun müsbət xarakterizə edilməsinin, davranışının, əməyə münasibətinin nədən ibarət olması konkret göstərilməmişdir. Eləcə də məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, məhkum cəza çəkdiyi müddətdə barəsində cəmi 1 (bir) dəfə həvəsləndirilmə tədbiri tədbiq edilmiş, bununla yanaşı 1 (bir) dəfə də tənbeh tədbiri tətbiq edilmişdir. Göründüyü kimi, cəzaçəkmə müəssisəsinin mülahizəsində məhkumun müsbət xarakterizə edən əlamətlər kimi göstərilmiş davranışı, törətdiyi cinayətə münasibəti şablon sözlər kimi yazılmışdır. Davranışında onu digər məhkumlardan fərqləndirən hər hansı əlamətlər olması göstərilməmiş, əməyə, təhsilə münasibətinin müsbət olması əsaslandırılmamış, onun törətdiyi cinayətə münasibətinin məhkumun islah edilib-edilməməsində necə təzahür etməsini müəyyən etmək olmamışdır. Məhkəmə bu araşdırmanın nəticələrinə əsaslanaraq, belə qənaətə gəlir ki, məhkum Məhkum cəza çəkdiyi müddətdə islah olunmamışdır, onun islah olunması üçün cəzanın tam çəkilməsinə lüzum olmaması işin faktiki halları ilə müəyyən edilmir. Şəxsi iş materialında isə Məhkum digər məhkumlardan fərqləndirən özəlliyi, əməyə və təhsilə müsbət münasibəti, təhsil sahəsində hər hansı fəaliyyətini əks etdirən sübutlar müəyyən edilməmişdir. Məhkum törətdiyi cinayətin xarakteri də nəzərə alınaraq onda qanuna itaət, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qaydalarına hörmət və ehtiram hissi formalaşması məhkəmədə daxili inam yaratmamışdır. Kollegiya bildirir ki, məhkum Məhkum cəzasının qanunla müəyyən edilmiş hissəsini çəksə də, lakin ərizə vermiş məhkumu xarakterizə edən müəssisə rəhbərliyinin mülahizəsində qeyd edilənlər onun cəzaçəkmə müəssisəsində olduğu bütöv müddətdə göstərdiyi davranışının əhəmiyyətli olması baxımından ümumilikdə qiymətləndirilərək müəyyən edilmişdir ki, məhkum cəzaçəkmə müəssisəsi tərəfindən tətbiq edilən həvəsləndirmə tədbiri onun islah olunması barədə bir qənaətə gəlinməsi yetərli deyildir. Bundan başqa məhkəmə kollegiyası belə hesab edir ki, məhkumun sırf cəzasının 2/3 hissəsindən çoxunu çəkməsi onun şərti olaraq vaxtından əvvəl azad edilməsi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası belə hesab edir ki, məhkumun islah prosesində hər hansı bir müsbət nəticəyə və ya irəliləyişə nail olması şəxsi iş materiallarına əlavə edilmiş sənədlərdə öz əksini tapmadığı halda, təqdim edilmiş mülahizədə ümumi və şablon ifadələrə əsaslanmaqla, Məhkum ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi məqsədəuyğun sayılmışdır. Bu halda qeyd edilən mülahizənin əsaslılığı, təqdim edilmiş sənədlərlə yanaşı, məhkəmənin daxili inamına əsasən şübhə yaratmışdır. Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 170.2-ci maddəsinə əsasən, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər; 76.3-cü maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum: 76.3.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını; 76.3.1-1-ci maddəsinə əsasən ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini; 76.3.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. 76.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının məhkum tərəfindən həqiqətən çəkilmiş müddəti altı aydan az ola bilməz; “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəza çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli **/**** saylı Qərarında qeyd olunur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul edilməlidir. Qərarın 2-ci bəndi ilə isə məhkəmələrə bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə olunmuşdur. Qeyd olunan Qərarının 1-ci bəndinə əsasən izah olunmuşdur ki, istənilən maddi və prosessual hüquq norması tətbiq olunarkən baxılan hər bir işin xarakteri, mahiyyəti, ictimai və fərdi maraqlara təsiri, qanuniliyi araşdırılmalıdır. Ona görə də məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunub-olunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Həmin Qərarda qeyd olunmuşdur ki, “Qanunverici məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz olunmasını və cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilməsi üçün yalnız cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsini, müsbət xarakterizə edilməni, davranışı, əməyə münasibətini və cəzaçəkmə müəssisənin mülahizəsini əsas amil kimi irəli sürür”. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum Məhkum barəsində verilmiş mülahizənin əsaslılığı və məhkumun islah olunub-olunmaması məsələsi araşdırılarkən, onun bütün cəza çəkdiyi müddəti əhatə edən davranışları nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, məhkumun cəza çəkdiyi müddətdəki davranışlarını əks etdirən şəxsi işindən, mülahizədən onun cəzadan şərti olaraq azad edilməsi üçün həmin müddət ərzində islah olunması müəyyən olunmur. Məhkəmə kollegiyası bir daha məhkumun şəxsi işini araşdıraraq, məhkum barəsində verilmiş mülahizəni, iş sənədlərini cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizə ilə qarşılıqlı şəkildə müzakirə edərək, apellyasiya şikayətinin əsassızlığını qeyd edərək, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, Məhkum cəzadan vaxtından əvvəl şərti olaraq azad edilməsinə dair ərizəsinin təmin edilməməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarının ləğv və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin Məhkum cəzasından vaxtından əvvəl şərti olaraq azad edilməsinə dair ərizəsinin təmin edilməməsi barədə *(*-**)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “Femida” Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 15 (on beş) saat üçün cəmi 165 (yüz altmış beş) manat dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Cavid Hüseyn Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar