Məhkəmə qərarları › İş №7(3-6)-1247/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-1247/2026

03.09.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-1247/2026 03.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Aqil Əlisa oğlunun sədrliyi və məruzəsi ilə, İbrahimli İbrahim Adil oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, məhkum Məhkum və onun müdafiəçisi - “Yusifbəyli və partnyorları” Vəkil Bürosunun vəkili Hacıyeva-X2 (bundan sonra – müdafiəçi) iştirakları ilə, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından məhkum Məhkum verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə və ilkin baxış iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Umbakı Penitensiar müəssisəsində cəza çəkən məhkum Məhkum (bundan sonra – məhkum) həmin müəssisə vasitəsilə göndərdiyi ərizəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı cəzaçəkmə müəssisəsinin oradan * saylı cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ## ###### 2025-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim X3) məhkumun verdiyi həmin ərizənin geri qaytarılması qərara alınmışdır. Məhkum həmin məhkəmə qərarından apellyasiya şikayəti verib, onun ləğv edilməsi, ərizəsinin icraata qəbul edilib, mahiyyəti üzrə baxılmaqla təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları: Məhkum apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə şikayət verdiyi ** saylı cəzaçəkmə müəssisəsinin ## ###### 2025-ci il tarixli qərarı Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 65 və 73-cü maddələrinin tələblərinə zidddir. Ona görə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş halların mövcud olmamasına baxmayaraq, o, yaşayış yerindən uzaqda yerləşən cəzaçəkmə müəssisəsinə köçürülmüşdür. Apellyasiya məhkəməsi iclasında məhkum və müdafiəçisi apellyasiya şikayətinin məhkumun verdiyi ilkin müraciətə uyğun təmin edilməsini, prokuror isə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişlər. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM-in): - 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. - 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin məhkumun ərizəsinə mahiyyəti üzrə baxmadığını nəzərə alaraq, məhkumun həmin qərardan verdiyi apellyasiya şikayəti ilə bağlı qərarını ilkin baxış iclasının nəticəsi üzrə qəbul etməyi mümkün hesab edir və apellyasiya şikayətinə düzgün hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası CPM-in 509.1-ci maddəsinə əsasən məhkəmənin hökmü çıxarıldıqdan sonra onun icrası qurtaranadək məhkum edilmiş şəxs aşağıdakı məsələlərə dair ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir: 509.1.1. cəzanın çəkilməsinin təxirə salınması haqqında; 509.1.2. xəstəliyə və ya ittiham hökmünün icrası müddətinin başa çatmasına görə cəza çəkməkdən azad edilməsi haqqında; 509.1.3. cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında; 509.1.4. cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəz edilməsi haqqında; 509.1.5. cəzaçəkmə və ya tərbiyə müəssisələrinin növünün dəyişdirilməsi haqqında; 509.1.6. amnistiyanın tətbiq edilməməsi və ya düzgün tətbiq edilməməsi haqqında; 509.1.7. müalicə müəssisəsində saxlanılma vaxtının cəzaçəkmə müddətinə daxil edilməsi haqqında; 509.1.8. məhkumluğun vaxtından əvvəl götürülməsi haqqında; 509.1.9. bu Məcəllədə nəzərdə tutulmuş digər məsələlər haqqında. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası CPM-in 509.1-ci maddəsinə əsasən məhkumun hazırki müraciətində xahiş etdiyi, əvvəllər cəza çəkdiyi ** saylı cəzaçəkmə müəssisəsinin oradan * saylı cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ## ###### 2025-ci il tarixli qərarının ləğv edilməsi ilə bağlı hal hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında həll edilən məsələlərə aid olmadığına, buna görə də həmin müraciətə baxılması hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında icraatın deyil, inzibati məhkəmə icraatının predmetini təşkil etdiyinə görə birinci instansiya məhkəməsi iş üzrə müvafiq nəticəyə gələrkən və bununla bağlı oxşar əsaslandırma apararkən haqlı olmuşdur. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, məhkumun verdiyi apellyasiya şikayəti əsassızdır. Həmin apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in: - 92.9.24-cü maddəsinə əsasən müdafiəçi cinayət prosesinin gedişində şübhəli və ya təqsirləndirilən şəxsə hüquqi yardım göstərdikdə müdafiə etdiyi şəxsin hesabına, hüquqi yardım pulsuz göstərdikdə isə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına haqq almaq hüququna malikdir. - 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** nömrəli Qərarının 1-ci bəndinə əsasən (həmin Qərara ## ##### 2025-ci il tarixli, *** nömrəli dəyişikliklər nəzərə alınmaqla) Azərbaycan Respublikası CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası işin müvafiq hallarına əsaslanaraq hesab edir ki, müdafiəçiyə məhkuma hüquqi yardım göstərməsinə sərf etdiyi cəmi 5 saat vaxta görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına 55 manat məbləğində pul ödənilməlidir. Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası CPM-in 91.5.33, 193.5, 398.1.1, 391.12, 407-410-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Məhkum Məhkum verdiyi apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “Yusifbəyli və partnyorları” Vəkil Bürosunun vəkili Hacıyeva-X2 göstərdiyi hüquqi yardıma görə 55 (əlli beş) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət vəsaiti hesabına ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 408-412-ci maddələrində nəzərdə tutulmuş qaydada və müddətlərdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar