Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-1251/2026 17.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Nuriyev Elnur Aləm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar Icraatlar Idarəsinin prokuroru X3, məhkum Məhkum, müdafiəçi “Femida” Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, ## #### 1957-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FIN: *******), orta təhsilli, evli, Bakı şəhəri, H.Sultanov küçəsi, ** saylı evdə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Umbakı Penitensiar müəssisəsində cəza çəkən məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə baxış iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Umbakı Penitensiar müəssisəsində cəza çəkən məhkum Məhkum ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı ilə (sədrlik edən hakim Şəfa Dadaşova) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Umbakı Penitensiar müəssisəsində cəza çəkən Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilməmişdir. Həmin qərardan narazı qalan məhkum Məhkum apellyasiya şikayəti verərək, şikayətində cəzasının 25 ilini çəkdiyi üçün cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etdiyini, lakin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarına əsasən ərizəsinin təmin edilmədiyini göstərmiş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən məhkum Məhkum və müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini və məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X3 apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının əsaslı və qanuni olduğunu bildirib, apellyasiya şikayətinin təmin edilməməsini və qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası təqdim edilmiş materialları araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək, belə hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, təqdim edilmiş materialdan görünür ki: - Bakı Ağır Cinayətlərə X1 Azərbaycan Respublikası Məhkəməsinin ## ###### 2001-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4, 29,120.2.7, 29, 120.2.10, 29, 120.2.11, 120.2.4, 120.2.11, 181.2.5, 263.1, 264, 143, 228.1 maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını həbsxanada çəkməklə, ## #### 2002-ci il tarixdə * saylı Istintaq Təcridxanasından Umbakı Penitensiar müəssisəsinə keçirilmişdir. - Məhkumun şəxsi iş materiallarından məlum olmuşdur ki, Məhkum cəza müddətiinn əvvəli ## #### 2001-ci il tarixdən hesablanır. Azərbaycan Respublikası Umbakı X7 məhkum Məhkum barəsində məhkəməyə təqdim etdiyi ## #### 2026-cı il tarixli mülahizədən görünür ki, o, məhkum Məhkum ## #### 2002-ci il tarixdə * saylı Istintaq Təcridxanasından Umbakı Penitensiar müəssisəsinə keçirilmişdir. Gətirildiyi ilk gündən məhkuma hüquq və vəzifələri, müəssisənin daxili intizam qaydaları izah olunmuşdur. Lakin o, onunla aparılan fərdi tərbiyəvi söhbətlərdən özü üçün düzgün nəticə çıxarmağa çalışmır. Dəyişkən xarakterə malikdir, çılğın və qapalıdır. Məhkum Məhkum barəsində ##.##.2001-ci il tarixdə tərtib olunmuş istiqamətləndirmədən görünür ki, "qaçmağa, özünə qəsd etməyə və hər hansı bir gözlənilməz hərəkət etməyə meyillidir". Məhkum Məhkum cəza çəkdiyi müddət ərzində aşağıda qeyd olunan həvəsləndirmə tədbirləri tətbiq edilmişdir.
15. Iyun 007-ci il, ## ### 2011-ci il, ## #### 2011-ci il, ## ###### 2012-ci il tarixlərdə "Təşəkkür" elan edilmişdir. Cəza çəkdiyi müddət ərzində daxili-rejim qaydalarını pozduğuna görə ona aşağıdakı tənbeh tədbirləri tətbiq edilmişdir: ## ##### 2003-cü il və ## #### 2004-cü il tarixlərdə "Töhmət" elan edilmişdir. ## ######## 2004-cü il tarixdə 11 (on bir) gün müddətinə cərimə təcridxanasına keçirilmişdir. ## ##### 2010-cu il, ## #### 2017-ci il, ## ###### 2024-cü il tarixlərdə "Töhmət" elan edilmişdir. Yaxın qohumları ilə görüş və telefon danışığı vasitəsi ilə əlaqə saxlayır. Ekspertiza xərci 600.000 manat (2001-ci il məzənnəsinə uyğun) ödənilməmişdir. Məhkum Məhkum 10 iyul .2026-cı il tarixə, məhkəmənin hökmü ilə təyin olunmuş ömürlük azadlıqdan məhrumetmə cəzasının 25 (iyirm beş) il, 22 (iyirmi iki) gününü çəkmişdir. Ədliyyə Nazirliyi Kollegiyasının ##.##.2025-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi məsələləri ilə bağlı yaradılmış Komissiyanın ** nömrəli, ## #### 2026-cı il tarixli protokoluna əsasən məhkum Məhkum barəsində mənfi rəy bildirilmişdir. Məhkumun şəxsi iş materiallarından aydın olur ki, ekspertiza xərci 600.000 manat (2001ci il məzənnəsinə uyğun) məhkum tərəfindən ödənilməmişdir. Həmçinin, onunla aparılan fərdi tərbiyəvi söhbətlərdən özü üçün düzgün nəticə çıxarmağa çalışmayan məhkum kimi qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, normalardan müəyyən olunur ki, məhkəmə məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edərkən onun müsbət xarakterizə olunması, davranışı, əməyə münasibəti, islah olunması nəzərə almalıdır. Ilk növbədə qeyd olunmalıdır ki, məhkumun yalnız ona təyin edilən cəzanın qanunla müəyyən edilən hissəsini çəkməsi ona cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmənin tətbiq edilməsi üçün əsas ola bilməz. Məhkəmə məhkumun şəxsi işini tədqiq edərək qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən məhkumun şərti olaraq cəzadan vaxtından əvvəl azad edilməsi onun islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı halda mümkündür. Hazırki halda məhkum tərəfindən cəza çəkdiyi müddət ərzində cəzanın icrası qaydaları pozulmuş, bu səbəbdən barəsində müxtəlif vaxtlarda altı tənbeh tədbiri tətbiq edilmişdir. Məhz bunun məntiqi nəticəsidir ki, məhkum Məhkum "qaçmağa, özünə qəsd etməyə və hər hansı bir gözlənilməz hərəkət etməyə meyilli” məhkum kimi qiymətləndirilmişdir. Bu hal isə məhkumun islah olunmuş kimi tanınmamasına əsas verir. Eyni zamanda, məhkumun şəxsi iş materiallarından aydın olur ki, ekspertiza xərci 600.000 manat (2001-ci il məzənnəsinə uyğun) məhkum tərəfindən ödənilməmişdir. Bununla yanaşı, məhkəmə iclasında məhkum Məhkum törətmiş olduğu cinayət əməlinə görə özünü təqsirli bilmədiyini qeyd etmişdir. Məhkəmə hesab edir ki, məhkumun törətdiyi cinayət əməlinə görə özünü təqsirli hesab etməməsi onun törətdiyi əməlin mahiyyətini və nəticələrini dərk etmədiyini göstərməklə, islah yoluna qədəm qoymamış məhkum kimi qiymətləndirilməsini təsdiq edir. Eləcə də, onunla aparılan fərdi tərbiyəvi söhbətlərdən özü üçün düzgün nəticə çıxarmağa çalışmayan məhkum kimi qiymətləndirilmişdir. Bütün qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab etmişdir ki, məhkum Məhkum cəza çəkdiyi müddət ərzində birgəyaşayış qaydalarına uyğunlaşa bilmədiyi üçün onun hazırkı vaxtda cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması məqsədə müvafiq deyildir. Məhkəmə həmçinin bildirmişdir ki, məhkum Məhkum barəsində ## #### 2001-ci il tarixdə tərtib edilmiş istiqamətləndirmənin üzərindən 25 ildən artıq müddət keçməsinə baxmayaraq, həmin sənəddə məhkumun şəxsiyyəti və davranışı ilə bağlı öz əksini tapmış mülahizələr onun barəsində Komissiyanın ** nömrəli, ## #### 2026-cı il tarixli protokolunda qeyd edilmiş xüsusatlarla uyğunluq təşkil edir. Bu isə məhkumun uzun müddət ərzində davranışında və islah olunmasında hər hansı müsbət dəyişikliyin mövcud olmadığına dəlalət edir. Beləliklə, birinci instansiya məhkəməsi Məhkum şəxsi işindəki materiallarını, cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizəni iş materialları ilə birlikdə əlaqəli surətdə təhlil edərək, məhkumun törətdiyi cinayət əməlinə görə yuxarıda sadalanan halları nəzərə alaraq, hesab etmişdir ki, onun cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsi təmin olunmamalıdır. Məhkəmənin qərarından görünür ki, birinci instansiya məhkəməsi məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi məqsədəmüvafiq hesab etməmişdir. Məhkum Məhkum ona təyin olunmuş cəzanın vaxtından əvvəl şərti olaraq azad olunması üçün azadlıqdan məhrum etmənin ən azı iyirmi beş ilini həqiqətən çəkmiş olsa da, məhkəmə onun onun islah yolunda olmamasını nəzərə alıb ərizəsiin təmin olunmaması barədə qərar qəbul etmişdir. Belə ki, məhkum Məhkum barəsində cəza çəkdiyi müəssisə tərəfindən mənfi mülahizə verilmiş, məhkumun şəxsi iş materiallarını onun barəsində verilmiş mülahizə ilə əlaqəli şəkildə tədqiq edərək, məhkumun çəkdiyi cəza müddəti ilə cəzanın məqsədinə nail olunmaması qənaətinə gəlir. Kollegiya qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən məhkumun şərti olaraq cəzadan vaxtından əvvəl azad edilməsi onun islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı halda mümkündür. Məhkum müəssisə rəhbərliyi tərəfindən mənfi xarakterizə olunur, barəsində tətbiq edilən tənbeh tədbiri qüvvədədir. Qeyd olunan səbəblərdən onun islah olunması və cəzanı çəkməsinə lüzum olmaması qənaətinə gəlmək mümkün deyildir. Məhkəmə kollegiyası Məhkum cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizəni iş materialları ilə birlikdə əlaqəli surətdə təhlil edərək, məhkumun islah prosesi ilə bağlı verilən zəruri tövsiyələrdən düzgün nəticə çıxarmadığını, cəzanın icrası və çəkilməsinin qayda və şərtlərinə mütəmadi olaraq riayət etmədiyini, cəzaçəkmə müəssisəsinin məhkum barədə mənfi mülahizəsini, həmçinin cəza çəkdiyi 2001-2026-cı illər ərzində barəsində tənbeh tədbiri tətbiq olunduğunu, islah olunmağa çalışmadığını, əksinə olaraq “qaçmağa, özünə qəsd etməyə və hər hansı bir gözlənilməz hərəkət etməyə meyilli” məhkum kimi qiymətlənirildiyini nəzərə alaraq hesab edir ki, Məhkum hazırkı vaxtda cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması məqsədə müvafiq deyildir. Kollegiya bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinə baxarkən, öz qərarında cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizəni məhkumun şəxsi işi ilə birgə araşdırmış və göstərilən halları nəzərə alaraq, onun ərizəsinin təmin edilməsindən əsaslı olaraq imtina etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 57.3-cü maddəsinə əsasən məhkəmə, ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun azadlıqdan məhrum etmənin ən azı iyirmi beş ilini həqiqətən çəkdiyini, həmçinin onun bu cəzanı çəkdiyi müddətdə qəsdən cinayət törətmədiyini nəzərə alaraq və məhkumun həmin cəzanı çəkməsinə daha lüzum olmadığı qənaətinə gələrsə, ömürlük azadlıqdan məhrum etmə cəza növünü müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əvəz edə və ya onu bu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. 76.1-ci maddəsinə əsasən, məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər; 76.3-cü maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum: 76.3.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını; 76.3.1-1-ci maddəsinə əsasən ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini; 76.3.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. 76.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının məhkum tərəfindən həqiqətən çəkilmiş müddəti altı aydan az ola bilməz; 76.4-1-ci maddəsinə əsasən ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş qaydada cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi zamanı onun cəza çəkdiyi dövrün son beş ili ərzində cəzanın çəkilməsi qaydalarına əməl etməsi halları nəzərə alınır. Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 170.2.-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəza çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli **/**** saylı Qərarında qeyd olunur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul edilməlidir. Qərarın 2-ci bəndi ilə isə məhkəmələrə bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə olunmuşdur. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, məhkum Məhkum barəsində verilmiş mülahizənin əsaslılığı və məhkumun islah olunub-olunmaması məsələsi araşdırılarkən, onun bütün cəza çəkdiyi müddəti əhatə edən davranışları nəzərə alınmalıdır. Məhkumun şəxsi işi araşdırılarkən onun islah olunmağa cəhd belə göstərmədiyi qənaətinə gəlinir. Həmçinin, mülahizəyə əsasən Məhkum onunla aparılan fərdi tərbiyəvi söhbətlərdən özü üçün düzgün nəticə çıxarmağa çalışmamış, çılğın və qapalı şəxs kimi xarakterizə edilmiş, tətbiq edilən tənbeh tədbirlərindən özü üçün nəticə çıxartmamışdır. Eyni zamanda, göründüyü kimi məhkum barəsində Ədliyyə Nazirliyinin müvafiq komissiyasının rəyi də mənfi olmuşdur. Qeyd edilən səbəblərdən müəssisə rəhbərliyi məhkum Məhkum barəsində Komissiyanın mənfi rəyini də nəzərə alıb cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmasını məqsədəuyğun hesab etməmişdir. Məhkəmə kollegiyası “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarının 1-ci və 2-ci bəndlərinin hüquqi mövqeyinə əsasən, qeyd edir ki, qanunla müəyyən edilmiş müddətin çəkilməsi avtomatik və şərtsiz olaraq cəzanın yüngülləşdirilməsinə səbəb olmur. Məhkəmə hər bir işə fərdi yanaşmalı, məhkumun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəliliyini, cəzanın məqsədlərinə nail olunub-olunmadığını hərtərəfli qiymətləndirməlidir. Məhkəmənin bu sahədəki səlahiyyəti imperativ deyil, diskresion xarakter daşıyır və qərar qəbul edərkən bütün halların məcmusunu vicdanlı şəkildə qiymətləndirməlidir (ex aequo et bono). Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, məhkum Məhkum cəza çəkdiyi müddətdəki davranışlarını əks etdirən şəxsi işindən, mənfi mülahizədən onun cəzadan şərti olaraq azad edilməsi üçün həmin müddət ərzində islah olunmaması müəyyən olunur. Məhkumun şikayətdə göstərdiyi dəlillərlə bağlı qeyd olunur ki, təkcə cəzasının qanunla nəzərdə tutulan hissəsini çəkməsi özlüyündə cəzadan şərti azad olunması barədə ərizəsinin təmin olunması üçün yetərli deyildir. Məhkəmə kollegiyası bir daha məhkumunun şəxsi işini araşdıraraq, məhkum barəsində verilmiş mülahizəni, məhkumun şəxsi işində olan sənədləri cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizə ilə qarşılıqlı şəkildə müzakirə edərək, apellyasiya şikayətinin əsassızlığını qeyd edərək, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq belə hesab edir ki, Məhkum vaxtından əvvəl şərti olaraq azad edilməsinə dair ərizəsinin təmin edilməməsi barədə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarının ləğv və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ:
Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin Məhkum cəzasından vaxtından əvvəl şərti olaraq azad edilməsinə dair ərizəsinin təmin edilməməsi barədə *(*-**)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “Femida” Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 15 (on beş) saat üçün cəmi 165 (yüz altmış beş) manat dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Sədrlik edən: Habil Məmmədov Hakimlər: Cavid Hüseyn Elnur Nuriyev