Məhkəmə qərarları › İş №7(3-6)-1261/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-1261/2026

21.09.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-1261/2026 21.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi və məruzəsi ilə, Hakimlər Mehdiyev Emin Əlixan oğlu və Hüseynov Elməddin Mirpaşa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Zeynalov Samir Elxan oğlunun katibliyi, Prokuror Azərbaycan Respublikası Baş Prokurorluğunun cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru prokuror2, Məhkum Məhkum və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, Məhkum Məhkum cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi barədə təqdimatın qismən təmin edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Təqdimat verən orqan rəisi Emin Cəfərov məhkum Məhkum ümumi rejimli cəzaçəkmə müəssisəsindən 3 il müddətinə həbsxana rejiminə keçirilməsinə dair təqdimatla məhkəməyə müraciət etmişdir. Cəzaçəkmə müəssisəsi tərəfindən təqdimat onunla əsaslandırılmışdır ki, məhkum Məhkum şəxsi işindən görünür ki, ##.##.2025-ci il tarixdə Umbakı penitensiar müəssisəsindən Təqdimat verən orqan daxil olmuşdur. Müəssisəyə qəbul olduğu gündən onada digər məhkumlar kimi qanunvericilikdə nəzərdə tutulmuş qaydada bütün kommunal məişət şəraiti yaradılmış, hüquq və vəzifələri izah olunmuşdur. Müəssisədə cəza çəkdiyi müddət ərzində özünü mənfi cəhətdən göstərmiş, mənfi xarakterizə olunan məhkumlarla yoldaşlıq etmiş, müəssisənin ictimai həyatında iştirak etməkdən boyun qaçırmış, verilən tapşırıqları yerinə yetirməmiş və mütəmadi olaraq müəssisənin daxili rejim qaydalarını pozduğuna görə ona müəssisə rəhbərliyi tərəfindən aşağıdakı tənbeh tədbirləri tətbiq edilmişdir. ##.##.2026-ci il tarixdə saat 18:15 radələrində müəssisənin yaşayış sahəsində məhkum X2 ilə məişət zəmnində mübahisə etmiş, bununla bağlı ona irad bildirildikdə iradlara məhəl qoymayaraq əməkdaşlara qarşı kobudluq etdiyinə görə barəsində “xxxx” elan edilmişdir. ##.##.2026-cı il tarixdə saat 16:05 radələrində müəssisənin yaşayış sahəsində məhkum X4 ilə məişət zəmnində mübahisə etmiş və bir-birinin ünvanına nəlayiq ifadələr işlətdiklərinə görə 07 (yeddi) gün müddətinə cərimə otağına keçirilmişdir. ##.##.2026-cı il tarixdə müəssisənin yaşayış sahəsində təkrarən məhkum X4 ilə məişət zəmnində mübahisə etdiyinə görə 10 (on) gün müddətinə cərimə otağına keçirilmişdir. ##.##.2026-cı il tarixdə saat 18:00 radələrində müəssisənin yaşayış sahəsində yerləşən telefon məntəqəsinə növbədən kənar girərək telefon əlaqəsi yaratmağa cəhd etmiş, ona bu barədə irad bildirildikdə əməkdaşlara qarşı kobudluq etdiyinə görə 05 (beş) gün müddətinə cərimə otağına keçirilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq belə qənaətə gəlmək olar ki, məhkum Məhkum barəsində tətbiq edilmiş tənbeh tədbirlərindən, onunla aparılan proflaktiki, tərbiyəvi söhbətlərdən özü üçün düzgün nəticə çıxarmamış və daxili intizam qaydalarını kobud şəkildə pozmaqda davam edir. Müəssisədə cəza çəkdiyi müddət ərzində özünün qeyri-qanuni hərəkətləri ilə ümumi məhkum kütləsinin islah olunmasına mənfi təsir göstərir. Məhkum Məhkum ümumi rejimli cəzaçəkmə müəssisəsindən 03 il müddətinə həbsxana rejiminə keçirilməsi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi qarşısında vəsatət qaldırılması məqsədəuyğun hesab olunur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə təqdimatın qismən təmin edilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinə əsasən 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hazırda Təqdimat verən orqan cəza çəkən məhkum Məhkum cəzasının 06 ayını çəkmək üçün həbsxanaya keçirilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin qərarından narazı qalan məhkum Məhkum müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, Məhkum Təqdimat verən orqan saxlanılır. Orada dəfələrlə təhqirlərlə və şiddətlə üzləşib. Bu həm dustaqlar tərəfindən, həm də nəzarətçilər tərəfindən baş verib. Məhkum bildirir ki, həqiqətən də ##.##.2026-ci il tarixdə məhkum X2 ilə məişət zəmnində mübahisə edib. Lakin mübahisəni Aqil Hümmətov başlayıb və sonra da ondan üzr istəyib. Lakin buna baxmayaraq nədənsə, onu cəzalandırıblar. Məhkum bildirir ki, ##.##.2026-cı il tarixdə məhkum X4 ilə məişət zəmnində mübahisə edib. Səbəb A.Dadaşzadə olub. Mübahisəni A.Dadaşzadə başladıb. X5 cəzalandırılmayıb. Əksinə Ərizəçiyə qarşı qərəzli mövqe olaraq cərimə otağına salınıb. Məhkum bildirir ki, həqiqətən də ##.##.2026-cı il tarixdə təkrarən məhkum X4 ilə məişət zəmnində mübahisə edib və yenə də cərimə otağına salınıb. Belə ki, Aydın gecə yatanda ona hücum edib və döyüb. Nicad da özünü müdafiə edib. Aydın cəzalandırılmayıb. Lakin Nicad bu günə kimi cərimə otağındadır və ailəsi ilə telefonla danışmağa da imkan verilməyib. Məhkum bildirir ki, ona qarşı qərəzli mövqe davam edib. CÇM onu qəsdən həmin müəssisədən çıxartmaq istəyir. Sonuncu akt yersiz hazırlanıb. Belə hadisə ümumiyyətlə olmayıb. Ona cərimə otağında olduğu müddətdə ailəsi ilə danışmağa imkan verilməyib. Məhkum bildirir ki, o, mədəni insandır və söyüş söyən deyil. Əksinə CÇM-də onu söyüblər və təhqir ediblər. Lakin buna görə heç kim cəzalandırılmayıb. Apellyasiya baxışı zamanı məhkum Məhkum və müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini müdafiə edərək məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru prokuror2 apellyasiya şikayətini əsassız hesab etdiyini, məhkumun qeyd etdiyi halların birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən nəzərə alındığını bildirdi və ona görə də məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Təqdimat verən orqan nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat bildirməmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının fikirlərini dinləyib hesab etdi ki, məhkəmə baxış iclasının cəzaçəkmə müəssisəsinin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilsin. Məhkəmə kollegiyası təqdim edilmiş materialları araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisinin, həmçinin apellyasiya şikayətinin təmin edilməməsi barədə prokurorun çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli hökmündən görünür ki, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 06 il 06 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Cəzaçəkmə müddətinin əvvəli ##.##.2024-cü il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarına əsasən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş (videokonfrans vasitəsilə) X3 çıxış edərək bildirmişdir ki, məhkumlar arasında baş vermiş hadisəni görməmiş, yalnız hadisədən sonra gələrək ## #### 2026-cı il və ## #### 2026-cı il tarixli aktların tərtibatında iştirak etmiş, həmin tarixli hadisələrin birbaşa şahidi olmamışdır. Hadisə olduqdan sonra ona bu faktla bağlı məruzə olunmuşdur. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş(videokonfrans vasitəsilə) X1 çıxış edərək bildirmişdir ki, ## #### 2026-cı il tarixli aktın tərtibatında iştirak etmişdir. məhkum Məhkum ##.##.2026-cı il tarixdə saat 18:00 radələrində müəssisənin yaşayış sahəsində yerləşən telefon məntəqəsinə növbədən kənar girərək telefon əlaqəsi yaratmağa cəhd etmiş, səs-küy yaranmış və bu səbəbdən hadisə aktlaşdırılmışdır. Məhkumun şəxsi işindən göründüyü kimi məhkum Məhkum ##.##.2025-ci il tarixdə Umbakı penitensiar müəssisəsindən Təqdimat verən orqan daxil olmuşdur. Müəssisəyə qəbul olunarkən ona hüquq və vəzifələri, məhkumun davranış qaydaları izah edilmiş, yataq yeri ilə təmin olunmuşdur. Məhkum müəssisəyə daxil olduğu gündən özünü mənfi xarakterizə olunan məhkum kimi göstərmiş, mütəmadi olaraq cəzanın icrası qaydalarını qərəzli pozmuş, bu səbəbdən də müxtəlif vaxtlarda intizam məsuliyyətinə cəlb edilmişdir. Belə ki, 1.##.##.2026-ci il tarixdə saat 18:15 radələrində müəssisənin yaşayış sahəsində məhkum X2 ilə məişət zəmnində mübahisə etmiş, bununla bağlı ona irad bildirildikdə iradlara məhəl qoymayaraq əməkdaşlara qarşı kobudluq etdiyinə görə barəsində “xxxx” elan edilmişdir. 2.##.##.2026-cı il tarixdə saat 16:05 radələrində müəssisənin yaşayış sahəsində məhkum X4 ilə məişət zəmnində mübahisə etmiş və bir-birinin ünvanına nəlayiq ifadələr işlətdiklərinə görə 07 (yeddi) gün müddətinə cərimə otağına keçirilmişdir. 3.##.##.2026-cı il tarixdə müəssisənin yaşayış sahəsində təkrarən məhkum X4 ilə məişət zəmnində mübahisə etdiyinə görə 10 (on) gün müddətinə cərimə otağına keçirilmişdir. 4.##.##.2026-cı il tarixdə saat 18:00 radələrində müəssisənin yaşayış sahəsində yerləşən telefon məntəqəsinə növbədən kənar girərək telefon əlaqəsi yaratmağa cəhd etmiş, ona bu barədə irad bildirildikdə əməkdaşlara qarşı kobudluq etdiyinə görə 05 (beş) gün müddətinə cərimə otağına keçirilmişdir. Bu səbəbdən də birinci instansiya məhkəməsi haqlı olaraq bu qənaətə gəlmişdir ki, məhkum Məhkum müəssisədə cəza çəkdiyi müddət ərzində özünün qeyri-qanuni hərəkətləri ilə ümumi məhkum kütləsinin islah olunmasına mənfi təsir göstərir və onun belə qeyri-qanuni hərəkətləri gələcəkdə müəssisədə ağır hadisələrin törədilməsinə səbəb ola bilər. Birinci instansiya məhkəməsində məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müəssisədə cəza çəkdiyi müddət ərzində özünü mənfi cəhətdən göstərmiş, mənfi xarakterizə olunan məhkumlarla yoldaşlıq etmiş, müəssisənin ictimai həyatında iştirak etməkdən boyun qaçırmış, verilən tapşırıqları yerinə yetirməmiş və mütəmadi olaraq müəssisənin daxili rejim qaydalarını pozmuş və müəssisə rəhbərliyi tərəfindən dəfələrlə tənbeh edilmişdir. Məhkumun bu islaholunmaz hərəkətləri ətrafında Təqdimat verən orqan rəhbərliyi tərəfindən aparılmış bir sıra profilaktik tədbirlər, müxtəlif fərdi yanaşmalar heç bir müsbət nəticə verməmiş, məhkum Məhkum cəza çəkdiyi müddət ərzində cəzanın çəkilməsi üçün müəyyən olunmuş rejimin tələblərini, cəzanın icrası qaydalarını qərəzli şəkildə və mütəmadi olaraq pozmaqda davam etmişdir. Azərbaycan Respublikası CPM-nin 514.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrinin növünün dəyişdirilməklə məhkumun bir növ cəzaçəkmə müəssisəsindən başqa növ cəzaçəkmə müəssəsinə keçirilməsi cinayət qanununun müddəalarına müvafiq olaraq məhkumun ərizəsi və ya cəzaçəkmə müəssisəsinin təqdimatı əsasında cəzaçəkmə müəssisəsinin mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.4-cü maddəsinə əsasən cəzaçəkmə müəssisəsinin növü yalnız cinayətə görə təyin edilmiş cəza daha yüngül və ya daha ağır cəza ilə əvəz edildikdə, qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə hökmünün icrası zamanı dəyişdirilə bilər. Azərbaycan Respublikasının Cəzaların Icrası Məcəlləsinin 70.4.3-cü maddəsinə əsasən cəzanın icrası qaydalarını qərəzli pozan məhkumlar ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisələrindən üç ildən çox olmayan müddətə həbsxanaya keçirilə bilərlər. Azərbaycan Respublikasının Cəzaların Icrası Məcəlləsinin 107.5-ci maddəsinə əsasən cəzanın icrası qaydalarını qərəzli pozan məhkumlara bu Məcəllənin 70-ci maddəsində nəzərdə tutulmuş qaydada digər tənbeh tədbirləri tətbiq edilə bilər. Azərbaycan Respublikasının Cəzaların Icrası Məcəlləsinin 108.1.7-ci maddəsinə əsasən il ərzində üç dəfədən çox tənbeh edilmək cəzanın icrası qaydalarının qərəzli pozulması hesab olunur. Azərbaycan Respublikasının Cəzaların Icrası Məcəlləsinin 109.5-ci maddəsinə əsasən tənbeh tədbiri verildiyi gündən bir il ərzində məhkuma yeni tənbeh tədbiri tətbiq edilməzsə o, tənbehi olmayan sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” ## ####### 2010-cu il tarixli, * saylı Qərarının 12ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, rejim qaydalarını pozma özlüyündə qərəzli pozmanı ehtiva etmir. Yalnız CIM-in 108-ci maddəsində nəzərdə tutulmuş pozuntular cəzanın icrası qaydalarının qərəzli pozulması hesab olunur. Belə ki, həmin maddəyə əsasən alkoqol və ya digər güclü təsir göstərən maddələri qəbul etmək; narkotik vasitələri və ya psixotrop maddələri qəbul etmək; xırda xuliqanlıq; cəzaçəkmə müəssisəsinin işçi heyətini hədələmək; təhqir etmək və ya onların qanuni tələblərinə tabe olmamaq; xidməti borclarını yerinə yetirən digər dövlət nümayəndələrini hədələmək və ya təhqir etmək; qrup halında tabe olmamaq və ya belə qruplarda fəal iştirak etmək; il ərzində üç dəfədən çox tənbeh edilmək ayrıayrılıqda cəzanın icrası qaydalarının qərəzli pozulmasıdır. Məhkəmələrə izah olunsun ki, yalnız həmin maddədə nəzərdə tutulan rejim qaydasının pozuntusu da özlüyündə qərəzli pozmanı yaratmır. Rejimin qərəzli pozulması məhkuma tənbeh tədbirlərinin tətbiq edilməsi ilə eyni vaxtda cəzaçəkmə müəssisəsinin müdiriyyətinin əsaslandırılmış qərarı ilə müəyyən edilir. Yəni məhkum tərəfindən rejimin qərəzli pozulmasını təsdiq edən qanunda nəzərdə tutulmuş müddət daxilində qəbul edilmiş cəzaçəkmə müəssisəsinin müdiriyyətinin qərarı olmalı və həmin qərar barədə məhkum məlumatlandırılmalıdır. Birinci instansiya məhkəməsi məhkumun şəxsi işinin materiallarını tədqiq edərək mövqeyini onunla əsaslandırmışdır ki, Məhkum barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə onun islah olunması ilə nəticələnəcəyinə dair əsaslı şübhələr olduğundan cəzanın məqsədlərinə nail olunması üçün təqdimat qismən təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, məhkəmə məhkumun həbsxanaya keçirilməsi barədə qanuni və əsaslı qərar qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki məhkum Məhkum cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi barədə təqdimatın qismən təmin edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv və ya dəyişdirilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Məhkum Məhkum cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi barədə təqdimatın qismən təmin edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə müvafiq qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar