Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-1265/2026 14.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi və məruzəsi ilə, Hakimlər Mehdiyev Emin Əlixan oğlu və Hüseynov Elməddin Mirpaşa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Mirzəyev Ziya Əziz oğlunun katibliyi, Prokuror Azərbaycan Respublikası Baş Prokurorluğunun cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru prokuror1, Müdafiəçi Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Məhkum Məhkum cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Təqdimat verən orqan cəza çəkən məhkum Məhkum ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ***/**** nömrəli qərarı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin qərarından narazı qalan məhkum Məhkum apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv edilməsini və onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, o, 2023-cü ilin dekabrından 2025ci ilə qədər müəssisədə tabelçi kimi çalışmışdır. Lakin məhkəmə 2023 və 2025-ci illərin illik xasiyyətnamələrinin nəyə görə mənfi olmasını araşdırmamışdır. Apellyasiya baxışı zamanı məhkum Məhkum müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin edilməsini və məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı prokuror prokuror1 apellyasiya şikayətini əsassız hesab etdiyini bildirdi və ona görə də məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkum apellyasiya məhkəməsinə ərizə ilə müraciət edərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Təqdimat verən orqan nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat bildirməmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının fikirlərini dinləyib hesab etdi ki, məhkəmə baxış iclasının məhkum və cəzaçəkmə müəssisəsinin nümayəndəsinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilsin. Məhkəmə kollegiyası təqdim edilmiş materialları araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisinin, həmçinin apellyasiya şikayətinin təmin edilməməsi barədə prokurorun çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Cəzasının əvvəli ##.##.2021-ci il tarixdən hesablanmışdır. Gəncə Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli qərarından görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri ilə məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkumun ***** nömrəli şəxsi işindən və təqdim edilmiş təqdimatdan görünür ki, məhkum Bakı, 3 və * saylı Istintaq təcridxanalarında saxlanılmış, ##.##.2023-cü il tarixdə Bakı Istintaq təcridxanasından Təqdimat verən orqan qəbul olunmuşdur. Qəbul olunduğu gündən məhkumla fərdi tərbiyəvi söhbətlər aparılmış, hüquq və vəzifələri izah edilmiş, islah prosesi ilə bağlı zəruri tövsiyyələr verilmişdir. Şəxsi işinin materiallarından göründüyü kimi, müəssisədə cəza çəkdiyi az müddətdə rejim pozuntusuna yol vermiş, müvafiq olaraq barəsində ##.##.2023-cü il tarixli qərarla “Töhmət" və ##.##.2026-cı il tarixdə 10 gün “Cərimə otağı’’ növündə tənbeh tədbirləri tətbiq olunmuşdur ki, son cəzası hal-hazırda qüvvədədir. Özünə imtiyazlı şərait yaratmaq, həmçinin müəssisə əməkdaşlarını qanuni mövqelərindən çəkindirmək məqsədi ilə onlar barəsində şər və böhtan xarakterli söhbətlər yaymağa, yuxarı instansiyalar adından şantaj etməyə meyilli məhkum kimi barəsində bir neçə istiqamətləndirmə əlavə olunub. Onunla aparılan fərdi söhbətlərdən bu qənaətə gəlmək olar ki, məhkum törətdiyi cinayəti qismən etiraf etsə də əməlindən peşmançılıq hissi keçirməsində səmimi deyil. Kollektivçilik ənənələrinə və birgəyaşayış qaydalarına yanaşma tərzi qeyri-qənaətbəxşdir. Mədəni-kütləvi və tərbiyəvi tədbirlərdə iştirakdan yayınır. Barəsindəki 2023, 2024 və 2025-ci illər üzrə tərtib olunmuş illik xasiyyətnamələrin nəticələrinə görə mənfi xarakterizə olunur. Hökmlə təyin olunmuş 31 manat ekspertiza borcu dövlət nəfinə ödənilib. Yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlmək olar ki, məhkum onunla aparılan profilaktiki, tərbiyəvi söhbətlərdən özü üçün düzgün nəticə çıxarmamış, daxili intizam qaydalarına riayət etməmişdir. Məhkumun cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair mülahizəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının təsis etdiyi komissiya tərəfindən müzakirə Məhkum Məhkum ümumi rejimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi qarşısında vəsatət qaldırılması məqsədəuyğun hesab edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 514.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrinin növünün dəyişdirilməklə məhkumun bir növ cəzaçəkmə müəssisəsindən başqa növ cəzaçəkmə müəssəsinə keçirilməsi cinayət qanununun müddəalarına müvafiq olaraq məhkumun ərizəsi və ya cəzaçəkmə müəssisəsinin təqdimatı əsasında cəzaçəkmə müəssisəsinin mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 70.1-ci maddəsinə əsasən ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər istisna olmaqla, davranışından və əməyə münasibətindən asılı olaraq məhkumlar cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilə bilərlər. Həmin Məcəllənin 70.2.3-cü maddəsinə əsasən müsbət xarakterizə edilən ilk dəfə ağır cinayət törətmiş məhkumlar ümumi rejimli cəzaçəkmə müəssisələrindən - məntəqə tipli cəzaçəkmə müəssisələrinə - cəza müddətinin ən azı üçdə iki hissəsini çəkdikdə keçirilə bilərlər. Həmin Məcəllənin 70.2.4-cü maddəsinə əsasən az ağır və ya böyük ictimai təhlükə törətməyən cinayət törətmiş məhkumlar ümumi rejimli cəzaçəkmə müəssisələrindən - məntəqə tipli cəzaçəkmə müəssisələrinə - cəza müddətinin ən azı üçdə birini çəkdikdə keçirilə bilərlər. Cəzaçəkmə mərhələsində yaranan məsələlərin həllinə dair vahid məhkəmə təcrübəsinin formalaşması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarında qeyd edilir ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Ona görə də, məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun törətdiyi cinayətə münasibətinin təzahür formasına xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. .... Bununla yanaşı məhkəmələr nəzərə almalıdırlar ki, bu sahədə olan qanun normalarının mənasına görə məhkumun cəza çəkməkdən şərti olaraq vaxtından əvvə azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunması və cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi imperativ norma deyildir. Qanunverici həmin normaların tətbiq olunmasını məhkəmənin cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlməsi, habelə azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxsin cəzaçəkmə müddətində davranışı, əməyə münasibəti, bir sözlə cəza çəkdiyi müddətdə şəxsiyyətini səciyyələndirən hallarla şərtləndirmişdir. Ona görə də məhkəmələr qeyd edilən normaları tətbiq edərkən qanunun göstərilən tələbləri baxımından gəldiyi nəticəni əsaslandırmalı, məhkumun müraciətdən asılı olaraq cəzasının qalan hissəsini çəkməsinə, yaxud azadlıqdan məhrumetmə növündə cəza çəkməsinə, yaxud da faktiki olaraq cəza çəkdiyi cəzaçəkmə müəssisəsində cəza çəkməsinə zərurət olub-olmamasını araşdırmalıdır (“Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı, №**/****, § 1 və 2, ## ####### 2010-cu il). Istinad edilən məsələləri tənzimləyən maddi və prosessual cinayət hüququ normalarının məzmunundan, eləcə də məhkəmə təcrübəsini formalaşdıran Azərbaycan Respublikası Ali Məhkəməsinin tövsiyəsindən görünür ki, həmin normalar bu institutun tətbiqinə yol verən formal əsaslar mövcud olduqda (qanunda nəzərdə tutulmuş cəzanın müddəti real olaraq çəkildikdə), onların məhkum edilmiş şəxs barəsində tətbiq olunmasını həmin şəxsin cəzanın icrası dövründə nümayiş etdirdiyi davranışı və əməyə münasibəti, cəzanın çəkilməsinin gedişini və nəticələrini əks etdirən bu və digər parametrlər üzrə onun müsbət xarakterizə olunması ilə əlaqələndirilir. Qeyd edilənlərlə yanaşı o da nəzərdən qaçırılmamalıdır ki, cinayət-icra hüququnda və beynəlxalq penitensiar standartlarda cəzanın məqsədi yalnız məhkum edilmiş şəxsin cəzalandırılması ilə məhdudlaşmır, eyni zamanda onun islah olunmasını, hüquqa hörmət edən davranış modelinin formalaşdırılmasını və cəmiyyətə reinteqrasiyasını nəzərdə tutur. Bu yanaşma insan hüquqlarının qorunması və cəzanın humanist icrası prinsiplərinin tərkib hissəsi kimi qəbul edilir və beynəlxalq normativ sənədlərdə açıq şəkildə ifadə olunmuşdur. Belə ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul edilmiş “Birləşmiş Millətlər Təşkilatının Məhkumlarla Rəftar üzrə X7 (X5)” sənədinin 4-cü Qaydasına əsasən, azadlıqdan məhrum etmənin əsas məqsədləri cəmiyyəti cinayətlərdən qorumaq və təkrar cinayət törədilməsinin qarşısını almaqdan ibarətdir və bu məqsədlərə yalnız məhkumların azadlığa buraxıldıqdan sonra hüquqa itaət edən və öz həyatını müstəqil şəkildə qura bilən şəxs kimi cəmiyyətə reinteqrasiya olunmalarının təmin edilməsi yolu ilə nail olmaq mümkündür (X3 Minimum Rules for the Treatment of Prisoners (the X1), BMT Baş Assambleyasının Qətnaməsi 70/175, Qayda 4, https://digitallibrary.un.org/record/802086/files/E_RES_2015_20-EN.pdf ). Eyni yanaşma Avropa Şurasının penitensiar hüquqa dair əsas normativ sənədlərindən biri olan “Nazirlər Komitəsinin Üzv X6(2006)2rev: X8 haqqında” sənədində də təsbit edilmişdir. Sənədin 6cı Qaydasında göstərilir ki, azadlıqdan məhrumetmə rejimi məhkumların azad cəmiyyətə reinteqrasiyasını asanlaşdıracaq şəkildə təşkil edilməlidir (Recommendation Rec(2006)2- rev of the Committee of Ministers on the X2, Rule 6, https://rm.coe.int/09000016809ee581 ). Beynəlxalq penitensiar hüquq doktrinasından irəli gələn bu yanaşmaya görə, məhkumun islah olunması formal və mexaniki meyarlarla deyil, onun davranışının və sosial uyğunlaşma potensialının məzmunlu qiymətləndirilməsi əsasında müəyyən edilməlidir. Ilk növbədə, məhkumun törətdiyi cinayət əməlinin hüquqi və sosial nəticələrini dərk etməsi, öz davranışına tənqidi yanaşması və gələcəkdə oxşar hüquqazidd əməllərdən çəkinmək niyyətinin formalaşması əsas göstəricilərdən biri hesab olunur. X5 məhz bu məqsədlə cəzanın tərbiyəvi və korrektiv funksiyasını ön plana çəkir (X3 Minimum Rules for the Treatment of Prisoners, Qayda 4). Bundan əlavə, məhkumun hüquqa hörmət edən sosial davranış modellərini mənimsəməsi, yəni cəmiyyətin norma və qaydalarına uyğun davranış bacarıqlarının formalaşdırılması zəruri şərt kimi qiymətləndirilir. Bu baxımdan, təhsil, əmək fəaliyyəti, peşə hazırlığı və psixoloji dəstək tədbirləri islah prosesinin mühüm elementləri hesab olunur. X4 Penitensiar Qaydalarında da qeyd olunur ki, penitensiar müəssisələrdə tətbiq edilən rejim və tədbirlər məhkumun şəxsiyyətinin müsbət istiqamətdə dəyişdirilməsinə yönəlməlidir (Recommendation Rec(2006)2rev). Digər mühüm meyar məhkumun gələcəkdə təkrar cinayət törətmə ehtimalının azalması və qanunazidd davranışlardan çəkinməyə yönəlmiş sabit davranış modelinin formalaşmasıdır. Islah olunma anlayışı yalnız mövcud rejim qaydalarına formal riayət olunması ilə məhdudlaşmır, eyni zamanda məhkumun psixoloji və sosial baxımdan ictimai təhlükəlilik dərəcəsinin azalmasını, onun gələcək davranışının cəmiyyət üçün real risk yaratmamasını da əhatə edir. Bu yanaşma Birləşmiş Millətlər Təşkilatının X9 Standart Qaydalarında (X5) birbaşa cəzanın icrasının əsas məqsədlərindən biri kimi “təkrar cinayət törədilməsinin qarşısının alınması” ilə əlaqələndirilmişdir (X3 Minimum Rules for the Treatment of Prisoners, Qayda 4). Nəhayət, islah prosesinin son mərhələsi məhkumun sosial uyğunlaşması və reinteqrasiyasıdır. Bu mərhələdə məqsəd məhkumun azadlığa buraxıldıqdan sonra ailə, əmək və ictimai mühitə uyğunlaşmasını təmin etmək, onun hüquqa hörmət edən həyat tərzini davam etdirməsinə şərait yaratmaqdan ibarətdir. X8 bu mərhələdə dövlət orqanlarının və müvafiq institutların dəstək mexanizmlərinin tətbiqini zəruri hesab edir ((Recommendation Rec(2006)2rev), Rule 6). Məhkəmə kollegiyası Insan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) Vinter və Başqaları Birləşmiş Krallığa qarşı iş üzrə formalaşdırdığı hüquqi mövqenin də qeyd edilməsini diqqətəlayiq hesab edir. Həmin qərarda Avropa Məhkəməsi vurğulamışdır ki, azadlıqdan məhrumetmə cəzasının icrası zamanı məhkumun islah olunması və azadlığa çıxma perspektivinin mövcudluğu prinsipial əhəmiyyət daşısa da, bu perspektiv yalnız formal və ya abstrakt xarakter daşımamalı, məhkumun davranışında baş verən real, sabit və davamlı dəyişikliklərlə təsdiqlənməlidir. Avropa Məhkəməsinin mövqeyinə görə, əgər məhkumun davranışı onun hələ də emosional-psixoloji qeyri-sabitliyini, özünə və başqalarına qarşı təhlükəli davranış riskini, habelə sosial uyğunlaşma bacarıqlarının yetərli formalaşmadığını göstərirsə, bu halda onun islah olunmuş hesab edilməsi və azadlığa buraxılması Konvensiyanın tələblərindən irəli gəlmir. Belə hallarda cəzanın icrasının davam etdirilməsi cəmiyyətin təhlükəsizliyinin və ictimai maraqların qorunması baxımından əsaslandırılmış hesab olunur (Vinter və Başqaları Birləşmiş Krallığa qarşı [BP], № *****/**, §§ 119–121, # #### 2013-cü il). Beləliklə, milli qanunvericiliyin və Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı məhkəmə təcrübəsinin, habelə beynəlxalq normativ sənədlərdən və presedent hüquqdan irəli gələn yanaşmaların məcmusu onu təsdiq edir ki, məhkumun islah olunması cəzanın əsas məqsədlərindən biri olmaqla, kompleks və çoxaspektli qiymətləndirmə tələb edir və yalnız formal müsbət göstəricilərlə əsaslandırıla bilməz. Hazırki iş materiallarında olan məhkumun cəzanın icrası dövründə nümayiş etdirdiyi davranışı və əməyə münasibəti, cəzanın çəkilməsinin gedişini və nəticələrini əks etdirən, şəxsiyyətini xarakterizə edən sübutlar əsasında onun faktiki olaraq cəza çəkdiyi cəzaçəkmə müəssisəsində cəza çəkməsinə zərurətin aradan qalxdığı müəyyən olunmur. Birinci instansiya məhkəməsi məhkumun şəxsi işinin materiallarını tədqiq edərək mövqeyini onunla əsaslandırmışdır ki, məhkum Məhkum tam islah olunmamışdır və onun islah olunması işin faktiki halları ilə müəyyən edilmir. Belə ki, məhkəməyə məhkumun şəxsiyyətinin cəmiyyət üçün təhlükəli olmaması və onun islah yoluna yönəlməyə çalışması barədə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum barəsində verilmiş mülahizənin əsaslılığı və məhkumun islah olunub-olunmaması məsələsi araşdırılarkən, onun bütün cəza çəkdiyi müddəti əhatə edən davranışları nəzərə alınmalıdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, məhkumun cəza çəkdiyi müddətdəki davranışlarını əks etdirən şəxsi işindən, mülahizədən onun cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi üçün həmin müddət ərzində islah olunması müəyyən olunmur. Apellyasiya şikayətində məhkumun qeyd etdiyi dəlillər şəxsin cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi üçün əsas deyildir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin məhkum Məhkum tam islah olunmaması və onun islah olunmasının işin faktiki halları ilə müəyyən edilməməsi qənaəti ilə razılaşır. Belə ki, hazırki iş üzrə cəzaçəkmə müəssisəsi tərəfindən mənfi mülahizə verilməsi və məhkumun cəza çəkdiyi dövrdə davranışı nəzərə alınaraq məhkum Məhkum islah olunmamış, buna görə də onun hazırda cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi məqsədəmüvafiq deyil. Məhkəmə kollegiyası hesab edir ki məhkum Məhkum cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ***/**** nömrəli qərarının ləğv və ya dəyişdirilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Məhkum Məhkum cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 8 (səkkiz) saat üçün cəmi 88 (səksən səkkiz) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri * saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə müvafiq qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-6)-1265/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-1265/2026
14.09.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver