Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-1268/2026 14.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi və məruzəsilə, Hakimlər Mehdiyev Emin Əlixan oğlu və Hüseynov Elməddin Mirpaşa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Zeynalov Samir Elxan oğlunun katibliyi, Prokuror Azərbaycan Respublikası Baş Prokurorluğunun cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru prokuror1, Məhkum Məhkum və onun müdafiəçisi «Alfa» Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Məhkum Məhkum azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini çəkmək üçün məntəqə tipli cəza çəkmə müəssisəsinə keçirilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğunun cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru prokuror3 tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Təqdimat verən orqan cəza çəkən məhkum Məhkum ərizə ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə məhkum Məhkum ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsinə dair ərizəsinin təmin olunması qərara alınmışdır. Həmin qərardan Azərbaycan Respublikası Baş Prokurorluğunun cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru prokuror3 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Protest protestinin dəlilləri qismində göstərilmişdir: Firdovsi Ağamalıyevlə əlbir olub, pulunu sonradan ödəmək şərti ilə Cəbrayıl Xudaşovdan satış məqsədi ilə əldə etdikləri 6,38qr metamfetamin və 1,908 qr heroini daşıyarkən saxlanılmış məhkumun cəzasının çəkilməmiş qalan hissəsinin məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə qərar qəbul edilməsi əsassız olmuşdur. Belə ki, Cəlilabad Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddələsi ilə 1 il 5 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2021 -ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 il 09 ay müddətə, həmin Məcəllənin 67.1 -ci maddəsinə əsasən qəti olaraq 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Cəzasının əvvəli ##.##.2020-ci il tarixdən hesablanmışdır. Cəzasının sonu ##.##.2027-ci il tarixə düşür. Məhkəmə məhkum Məhkum cəza çəkdiyi dövr ərzində barəsində həvəsləndirmə tədbirlərinin tətbiq edilməsini, əməyə müsbət münasibət göstərməsini, xüsusən cəza çəkdiyi son illər üzrə “islah yoluna qədəm qoymuş” məhkum kimi qiymətləndirilməsini əsas götürərək onun cəzasının qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə qərar qəbul etmişdir. Məhkəmə Məhkum ərizəsinə baxarkən məhkumun törətdiyi əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, dövlətin və cəmiyyətin maraqlarını, məhkumun davranışını xarakterizə edən digər məlumatları araşdırmamış, nəticədə qanunsuz və ədalətsiz qərar qəbul etmişdir. Həmçinin, mülahizədə Məhkum müəssisədə keçirilmiş mədəni kütləvi tədbirlərdə fəallıq göstərilsə də, onun məhz hansı tədbirlərin keçirilməsində işitrak etməsi və hansı nailiyyətlərinə əsasən digər məhkumlardan fərqlənməsi qeyd edilməmişdir. Belə olan halda, məhkum Məhkum cəzaçəkmə müddətində davranışı ümumilikdə müsbət qiymətləndirilməsi və bu səbəbdən onun cəzasının çəkilməmiş hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsinin təmin edilməsinin məqsədəmüvafiq hesab edilməsi barədə məhkəmənin gəldiyi nəticəsini əsassızdır. Apellyasiya icraatında iştirak edən prokuror Azərbaycan Respublikası Baş Prokurorluğunun cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru prokuror1 apellyasiya protestinin dəlillərini müdafiə edərək, məhkəmədən apellyasiya protestinin təmin olunmasını və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən məhkum Məhkum və onun müdafiəçisi müdafiəçi1 apellyasiya protestinə etiraz edərək məhkəmədən apellyasiya protestinin təmin edilməməsini və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Təqdimat verən orqan nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat bildirməmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının fikirlərini dinləyib hesab etdi ki, məhkəmə baxış iclasının cəzaçəkmə müəssisəsinin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilsin. Apellyasiya məhkəməsi baxışında işin materiallarını araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib, məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya protesti təmin edilməlidir. Iş materiallarından müəyyən edilir ki, məhkum Məhkum Cəlilabad Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddələsi ilə 1 il 5 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 il 09 ay müddətə, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən qəti olaraq 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və cəzasının əvvəli ##.##.2020ci il tarixdən hesablanmışdır. Narkomaniyadan məcburi müalicə ləğv edilmişdir. Məhkumun ***** nömrəli şəxsi işindən görünür ki, məhkum Bakı Istintaq təcridxanasında saxlanılmış, * saylı çəzaçəkmə müəssisəsində cəza çəkmiş, həmin müddətdə barəsində bir “Təşəkkür” elan olunmuş, rejim pozuntularına görə isə ##.##.2022-ci il tarixdə 15 gün “Cərimə otağı”, ##.##.2022-ci il tarixdə 15 gün “Cərimə otağı”, ##.##.2022-ci il tarixdə “Töhmət”, ##.##.2022-ci il tarixdə 02 ay “Kamera tipli otaq”, ##.##.2023-cü il tarixdə 15 gün “Cərimə otağı”, ##.##.2023-cü il tarixdə 15 gün “Cərimə otağı”, ##.##.2024-cü il tarixdə 13 gün “Cərimə otağı” növündə tənbeh tədbirləri tətbiq olunub. ##.##.2024-cü il tarixdə Təqdimat verən orqan qəbul olunmuşdur. Qəbul olunduğu gündən məhkumla fərdi tərbiyəvi söhbətlər aparılmış, hüquq və vəzifələri izah edilmiş, islah prosesi ilə bağlı zəruri tövsiyyələr verilmişdir. Şəxsi işinin materiallarından göründüyü kimi, onunla aparılan fərdi tərbiyəvi söhbətlərin, islah prossesi ilə bağlı verilən tövsiyyələrin müsbət təsiri altında, ** saylı cəzaçəkmə müəssisədə cəza çəkdiyi müddətdə cəzanın çəkilməsi üçün müəyyən olunmuş rejimin tələblərinə əməl edən məhkum kimi tanınmış, heç bir rejim pozuntusuna yol verməmiş, nümunəvi davranışı ilə fərqlənmişdir. Onunla aparılan fərdi söhbətlərdən bu qənaətə gəlmək olar ki, məhkum törətdiyi cinayəti etiraf edir və əməlindən peşmançılıq hissi keçirdiyini bildirir. Fərdi söhbətlər zamanı törətdiyi cinayətlə ailəsini üzləşdirdiyi çətinliklərə görə mənəvi əzab çəkdiyini qeyd edir. Azadlığa çıxmaq, cəmiyyətdə layiqli yer tutmaq, halal zəhməti ilə ailəsinə maddi və mənəvi dəstək vermək, ictimaiyyət arasında haqqında formalaşmış xoşagəlməz fikirləri halal zəhməti ilə müsbət istiqamətə dəyişmək arzusunda olduğunu bildirir. Ailəsi və yaxınları ilə mütəmadi əlaqə saxlayır. Kollektivçilik ənənələrinə və birgəyaşayış qaydalarına hörmətlə yanaşır. Asudə vaxtını səmərəli təşkil etməklə ictimai işlə məşğul olur və kütləvi-informasiya vasitələrini izləyir. Mədəni-kütləvi və tərbiyəvi tədbirlərdə fəal iştirak edir. Məhkum yoldaşları ilə mehriban və səmimi münasibət qurub, ünsiyyətliliyi, sadəliyi ilə əməkdaşların hörmətini qazanıb. Barəsindəki 2021 və 2023-cü illər üzrə tərtib olunmuş illik xasiyyətnamələrin nəticələrinə görə müsbət, 2022, 2024 və 2025-ci illər üzrə tərtib edilmiş illik xasiyyətnamələrin nəticələrinə görə mənfi xarakterizə olunur. Yuxarıda göstərilənləri nəzərə alaraq belə qənaətə gəlmək olar ki, məhkum onunla aparılan profilaktiki, tərbiyəvi söhbətlərdən özü üçün düzgün nəticə çıxarmamış, daxili intizam qaydalarına riayət etməmişdir. Məhkumun cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair mülahizəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının təsis etdiyi komissiya tərəfindən müzakirə olunmuş, komissiyanın iclasının ##.##.2026-cı il tarixli ** saylı protokolu ilə barəsində müsbət rəy bildirilmişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, məhkum Məhkum cəzasının çəkdiyi müddət ərzindəki davranışı, əməyə müsbət münasibət göstərməsi, xüsusən cəza çəkdiyi son illər üzrə “islah yoluna qədəm qoymuş” məhkum kimi qiymətləndirilməsi onun cəzasının qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə əsas verir. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, məhkum Məhkum Cəlilabad Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddələsi ilə 1 il 5 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3- cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 il 09 ay müddətə, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən qəti olaraq 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur və cəzasının əvvəli ##.##.2020-ci il tarixdən hesablanmışdır. Məhkəmə mübahisələndirilən qərarı qəbul edərkən onun həqiqətən islah olunub-olunmadığını, şəxsiyyətini xarakterizə edən halları nəzərə almadan qərar qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkumun CÇM-də rejim qaydalarına riayət və əməl etməsi, özünü nümunəvi aparması qanunvericiliklə onun hüququ kimi deyil, vəzifəsi kimi təsbit edilmişdir. Həmçinin, müəssisələrin normal fəaliyyətinin təmin olunması üçün hər bir məhkum cəzaçəkmə müəssisəsinin müdriyyəti tərəfindən müəyyən edilmiş yerdə və işlərdə əmək fəaliyyəti ilə məşğul olmalı, faydalı əməyə cəlb edilməlidir. Belə olan halda, məhkumun öz vəzifələrini yerinə yetirərək rejim qaydalarına riayət etməsi, özünü nümunəvi aparması, əməklə məşğul olması onun müsbət xarakterizə olunması üçün yetərli və əsas ola bilməz. Bundan başqa, məhkumun törətdiyi cinayət əməlindən peşman olması və səmimi peşmançılıq çəkməsini bildirməsi isə, məhkumun islah olunması nəticəsinə gəlmək üçün kifayət edən arqument deyildir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının komissiyasının iclasının ##.##.2026-cı il tarixli ** saylı protokolu ilə barəsində müsbət rəy bildirilsə də, məhkumun şəxsi işində, çoxsaylı rejim pozuntularının törədilməsi müəyyən edilir. Məhkumun barəsində ##.##.2022-ci il tarixdə 15 gün “Cərimə otağı”, ##.##.2022-ci il tarixdə 15 gün “Cərimə otağı”, ##.##.2022-ci il tarixdə “Töhmət”, ##.##.2022-ci il tarixdə 02 ay “Kamera tipli otaq”, ##.##.2023-cü il tarixdə 15 gün “Cərimə otağı”, ##.##.2023-cü il tarixdə 15 gün “Cərimə otağı”, ##.##.2024-cü il tarixdə 13 gün “Cərimə otağı” növündə tənbeh tədbirləri tətbiq olunmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi cəzaçəkmə müəssisəsinin formal xarakter daşıyan adı çəkilən həmin müsbət mülahizəsinə istinad etməklə, məhkum Məhkum cəzasının çəkilməmiş hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə cavab verməyən əsassız qərar qəbul etmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyasi hesab edir ki, Məhkum cəzaçəkmə müddətində davranışının ümumilikdə müsbət qiymətləndirilməsi və bu səbəbdən onun cəzasını tam çəkməsinə lüzum olmadığından məhkumun ərizəsinin təmin edilməsinin məqsədəmüvafiq hesab edilməsi barədə məhkəmənin gəldiyi nəticə barədə apellyasiya protestinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi mənfi mülahizənin olmasını nəzərə almadan və mülahizədə göstərilənləri ətraflı araşdırmadan əsassız qərar qəbul etmişdir. Azərbaycan Respublikası CPM-nin 514.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrinin növünün dəyişdirilməklə məhkumun bir növ cəzaçəkmə müəssisəsindən başqa növ cəzaçəkmə müəssəsinə keçirilməsi cinayət qanununun müddəalarına müvafiq olaraq məhkumun ərizəsi və ya cəzaçəkmə müəssisəsinin təqdimatı əsasında cəzaçəkmə müəssisəsinin mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 70.1-ci maddəsinə əsasən ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər istisna olmaqla, davranışından və əməyə münasibətindən asılı olaraq məhkumlar cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilə bilərlər. Həmin Məcəllənin 70.2.3-cü maddəsinə əsasən müsbət xarakterizə edilən ilk dəfə ağır cinayət törətmiş məhkumlar ümumi rejimli cəzaçəkmə müəssisələrindən - məntəqə tipli cəzaçəkmə müəssisələrinə - cəza müddətinin ən azı üçdə iki hissəsini çəkdikdə keçirilə bilərlər. Həmin Məcəllənin 70.2.4-cü maddəsinə əsasən az ağır və ya böyük ictimai təhlükə törətməyən cinayət törətmiş məhkumlar ümumi rejimli cəzaçəkmə müəssisələrindən - məntəqə tipli cəzaçəkmə müəssisələrinə - cəza müddətinin ən azı üçdə birini çəkdikdə keçirilə bilərlər. Cəzaçəkmə mərhələsində yaranan məsələlərin həllinə dair vahid məhkəmə təcrübəsinin formalaşması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarında qeyd edilir ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Ona görə də, məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun törətdiyi cinayətə münasibətinin təzahür formasına xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. .... Bununla yanaşı məhkəmələr nəzərə almalıdırlar ki, bu sahədə olan qanun normalarının mənasına görə məhkumun cəza çəkməkdən şərti olaraq vaxtından əvvə azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunması və cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi imperativ norma deyildir. Qanunverici həmin normaların tətbiq olunmasını məhkəmənin cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlməsi, habelə azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxsin cəzaçəkmə müddətində davranışı, əməyə münasibəti, bir sözlə cəza çəkdiyi müddətdə şəxsiyyətini səciyyələndirən hallarla şərtləndirmişdir. Ona görə də məhkəmələr qeyd edilən normaları tətbiq edərkən qanunun göstərilən tələbləri baxımından gəldiyi nəticəni əsaslandırmalı, məhkumun müraciətdən asılı olaraq cəzasının qalan hissəsini çəkməsinə, yaxud azadlıqdan məhrumetmə növündə cəza çəkməsinə, yaxud da faktiki olaraq cəza çəkdiyi cəzaçəkmə müəssisəsində cəza çəkməsinə zərurət olub-olmamasını araşdırmalıdır (“Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı, №**/****, § 1 və 2, ## ####### 2010-cu il). Istinad edilən məsələləri tənzimləyən maddi və prosessual cinayət hüququ normalarının məzmunundan, eləcə də məhkəmə təcrübəsini formalaşdıran Azərbaycan Respublikası Ali Məhkəməsinin tövsiyəsindən görünür ki, həmin normalar bu institutun tətbiqinə yol verən formal əsaslar mövcud olduqda (qanunda nəzərdə tutulmuş cəzanın müddəti real olaraq çəkildikdə), onların məhkum edilmiş şəxs barəsində tətbiq olunmasını həmin şəxsin cəzanın icrası dövründə nümayiş etdirdiyi davranışı və əməyə münasibəti, cəzanın çəkilməsinin gedişini və nəticələrini əks etdirən bu və digər parametrlər üzrə onun müsbət xarakterizə olunması ilə əlaqələndirilir. Qeyd edilənlərlə yanaşı o da nəzərdən qaçırılmamalıdır ki, cinayət-icra hüququnda və beynəlxalq penitensiar standartlarda cəzanın məqsədi yalnız məhkum edilmiş şəxsin cəzalandırılması ilə məhdudlaşmır, eyni zamanda onun islah olunmasını, hüquqa hörmət edən davranış modelinin formalaşdırılmasını və cəmiyyətə reinteqrasiyasını nəzərdə tutur. Bu yanaşma insan hüquqlarının qorunması və cəzanın humanist icrası prinsiplərinin tərkib hissəsi kimi qəbul edilir və beynəlxalq normativ sənədlərdə açıq şəkildə ifadə olunmuşdur. Belə ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul edilmiş “Birləşmiş Millətlər Təşkilatının Məhkumlarla Rəftar üzrə X8 (X5)” sənədinin 4-cü Qaydasına əsasən, azadlıqdan məhrum etmənin əsas məqsədləri cəmiyyəti cinayətlərdən qorumaq və təkrar cinayət törədilməsinin qarşısını almaqdan ibarətdir və bu məqsədlərə yalnız məhkumların azadlığa buraxıldıqdan sonra hüquqa itaət edən və öz həyatını müstəqil şəkildə qura bilən şəxs kimi cəmiyyətə reinteqrasiya olunmalarının təmin edilməsi yolu ilə nail olmaq mümkündür (X3 Minimum Rules for the Treatment of Prisoners (the X1), BMT Baş Assambleyasının Qətnaməsi 70/175, Qayda 4, https://digitallibrary.un.org/record/802086/files/E_RES_2015_20-EN.pdf ). Eyni yanaşma Avropa Şurasının penitensiar hüquqa dair əsas normativ sənədlərindən biri olan “Nazirlər Komitəsinin Üzv X6(2006)2rev: X9 haqqında” sənədində də təsbit edilmişdir. Sənədin 6cı Qaydasında göstərilir ki, azadlıqdan məhrumetmə rejimi məhkumların azad cəmiyyətə reinteqrasiyasını asanlaşdıracaq şəkildə təşkil edilməlidir (Recommendation Rec(2006)2- rev of the Committee of Ministers on the X2, Rule 6, https://rm.coe.int/09000016809ee581 ). Beynəlxalq penitensiar hüquq doktrinasından irəli gələn bu yanaşmaya görə, məhkumun islah olunması formal və mexaniki meyarlarla deyil, onun davranışının və sosial uyğunlaşma potensialının məzmunlu qiymətləndirilməsi əsasında müəyyən edilməlidir. Ilk növbədə, məhkumun törətdiyi cinayət əməlinin hüquqi və sosial nəticələrini dərk etməsi, öz davranışına tənqidi yanaşması və gələcəkdə oxşar hüquqazidd əməllərdən çəkinmək niyyətinin formalaşması əsas göstəricilərdən biri hesab olunur. X5 məhz bu məqsədlə cəzanın tərbiyəvi və korrektiv funksiyasını ön plana çəkir (X3 Minimum Rules for the Treatment of Prisoners, Qayda 4). Bundan əlavə, məhkumun hüquqa hörmət edən sosial davranış modellərini mənimsəməsi, yəni cəmiyyətin norma və qaydalarına uyğun davranış bacarıqlarının formalaşdırılması zəruri şərt kimi qiymətləndirilir. Bu baxımdan, təhsil, əmək fəaliyyəti, peşə hazırlığı və psixoloji dəstək tədbirləri islah prosesinin mühüm elementləri hesab olunur. X4 Penitensiar Qaydalarında da qeyd olunur ki, penitensiar müəssisələrdə tətbiq edilən rejim və tədbirlər məhkumun şəxsiyyətinin müsbət istiqamətdə dəyişdirilməsinə yönəlməlidir (Recommendation Rec(2006)2-rev). Digər mühüm meyar məhkumun gələcəkdə təkrar cinayət törətmə ehtimalının azalması və qanunazidd davranışlardan çəkinməyə yönəlmiş sabit davranış modelinin formalaşmasıdır. Islah olunma anlayışı yalnız mövcud rejim qaydalarına formal riayət olunması ilə məhdudlaşmır, eyni zamanda məhkumun psixoloji və sosial baxımdan ictimai təhlükəlilik dərəcəsinin azalmasını, onun gələcək davranışının cəmiyyət üçün real risk yaratmamasını da əhatə edir. Bu yanaşma Birləşmiş Millətlər Təşkilatının X10 Standart Qaydalarında (X5) birbaşa cəzanın icrasının əsas məqsədlərindən biri kimi “təkrar cinayət törədilməsinin qarşısının alınması” ilə əlaqələndirilmişdir (X3 Minimum Rules for the Treatment of Prisoners, Qayda 4). Nəhayət, islah prosesinin son mərhələsi məhkumun sosial uyğunlaşması və reinteqrasiyasıdır. Bu mərhələdə məqsəd məhkumun azadlığa buraxıldıqdan sonra ailə, əmək və ictimai mühitə uyğunlaşmasını təmin etmək, onun hüquqa hörmət edən həyat tərzini davam etdirməsinə şərait yaratmaqdan ibarətdir. X9 bu mərhələdə dövlət orqanlarının və müvafiq institutların dəstək mexanizmlərinin tətbiqini zəruri hesab edir ((Recommendation Rec(2006)2rev), Rule 6). Məhkəmə kollegiyası Insan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) Vinter və Başqaları Birləşmiş Krallığa qarşı iş üzrə formalaşdırdığı hüquqi mövqenin də qeyd edilməsini diqqətəlayiq hesab edir. Həmin qərarda Avropa Məhkəməsi vurğulamışdır ki, azadlıqdan məhrumetmə cəzasının icrası zamanı məhkumun islah olunması və azadlığa çıxma perspektivinin mövcudluğu prinsipial əhəmiyyət daşısa da, bu perspektiv yalnız formal və ya abstrakt xarakter daşımamalı, məhkumun davranışında baş verən real, sabit və davamlı dəyişikliklərlə təsdiqlənməlidir. Avropa Məhkəməsinin mövqeyinə görə, əgər məhkumun davranışı onun hələ də emosional-psixoloji qeyri-sabitliyini, özünə və başqalarına qarşı təhlükəli davranış riskini, habelə sosial uyğunlaşma bacarıqlarının yetərli formalaşmadığını göstərirsə, bu halda onun islah olunmuş hesab edilməsi və azadlığa buraxılması Konvensiyanın tələblərindən irəli gəlmir. Belə hallarda cəzanın icrasının davam etdirilməsi cəmiyyətin təhlükəsizliyinin və ictimai maraqların qorunması baxımından əsaslandırılmış hesab olunur (Vinter və Başqaları Birləşmiş Krallığa qarşı [BP], № *****/**, §§ 119–121, # #### 2013-cü il). Beləliklə, milli qanunvericiliyin və Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı məhkəmə təcrübəsinin, habelə beynəlxalq normativ sənədlərdən və presedent hüquqdan irəli gələn yanaşmaların məcmusu onu təsdiq edir ki, məhkumun islah olunması cəzanın əsas məqsədlərindən biri olmaqla, kompleks və çoxaspektli qiymətləndirmə tələb edir və yalnız formal müsbət göstəricilərlə əsaslandırıla bilməz. Hazırki iş materiallarında olan məhkumun cəzanın icrası dövründə nümayiş etdirdiyi davranışı və əməyə münasibəti, cəzanın çəkilməsinin gedişini və nəticələrini əks etdirən, şəxsiyyətini xarakterizə edən sübutlar əsasında onun faktiki olaraq cəza çəkdiyi cəzaçəkmə müəssisəsində cəza çəkməsinə zərurətin aradan qalxdığı müəyyən olunmur. Birinci instansiya məhkəməsi məhkum Məhkum cəzasının çəkdiyi müddət ərzindəki davranışı, əməyə müsbət münasibət göstərməsi, xüsusən cəza çəkdiyi son illər üzrə “islah yoluna qədəm qoymuş” məhkum kimi qiymətləndirilməsinə əsaslanmış, bununla da, işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələrin işin faktiki halların uyğun olmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 401.2.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi onun tərəfindən məhkəmə iclasında tədqiq edilmiş və özünün gəldiyi nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstərən sübutları nəzərə almadıqda məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmayan hesab edilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət işin faktiki hallarına uyğun olmamış, məhkum Məhkumnı səciyyələndirən xüsusatların hərtərəfli və tam nəzərə alınmaması nəticəsində məhkumun azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini çəkmək üçün məntəqə tipli cəza çəkmə müəssisəsinə keçirilməsi əsaslı olmamışdır. Şərh olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya protestinin dəlilləri əsaslı olduğundan təmin olunmalı, məhkum Məhkum azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini çəkmək üçün məntəqə tipli cəza çəkmə müəssisəsinə keçirilməsi ilə bağlı ərizəsinin təmin edilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ləğv edilməli və məhkumun ərizəsi təmin edilməməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 398.1.2 və 410-cu madadələrini rəhbər tutaraq QƏRARA ALDI: Apellyasiya protesti təmin edilsin. Məhkum Məhkum cəzasının qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsinin təmin edilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ləğv edilsin. Məhkum Məhkum ərizəsi təmin edilməsin. “Alfa” Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) saat üçün cəmi 110 (yüz on) manat dövlət büdcəsindən tutularaq “Alfa” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 408-412-ci maddələrinə müvafiq qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-6)-1268/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-1268/2026
14.09.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver