Məhkəmə qərarları › İş №7(3-6)-1270/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-1270/2026

14.09.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-1270/2026 14.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi və məruzəsi ilə, Hakimlər Mehdiyev Emin Əlixan oğlu və Hüseynov Elməddin Mirpaşa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Mirzəyev Ziya Əziz oğlunun katibliyi, Prokuror Azərbaycan Respublikası Baş Prokurorluğunun cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru prokuror1, Məhkum Məhkum, Müdafiəçi Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Məhkum Məhkum ciddi rejimli cəzaçəkmə müəssisəsindən ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Məhkum Məhkum məhkəməyə ərizə ilə müraciət edərək ciddi rejimli cəzaçəkmə müəssisəsindən ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilməsini xahiş etmişdir. Məhkum Məhkum məhkəmə iclasında ərizəsinin məzmununa uyğun çıxış edərək cəzaçəkmə müəssisəsində cəza çəkərkən cəzasının 2/3 hissəsini çəkdiyini, ona verilən tapşırıqları yerinə yetirdiyini, bir daha qanun pozuntularına yol verməyəcəyini bildirərək məhkəmədən cəzasının qalan hissəsini çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum cəzasının qalan hissəsini çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsinin rədd edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin qərarından narazı qalan məhkum Məhkum apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- **)-***/**** nömrəli qərarının ləğv edilməsini və onun ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, məhkumun müraciətinə baxılarkən maddi və prosessual pozuntulara yol verilmişdir. Apellyasiya baxışı zamanı məhkum Məhkum və müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin edilməsini və məhkumun ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru prokuror1 apellyasiya şikayətini əsassız hesab etdiyini, məhkumun qeyd etdiyi halların birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən nəzərə alındığını bildirdi və ona görə də məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı Cəzaçəkmə Müəssisəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat bildirməmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının fikirlərini dinləyib hesab etdi ki, məhkəmə baxış iclasının cəzaçəkmə müəssisəsinin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilsin. Məhkəmə kollegiyası təqdim edilmiş materialları araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsi barədə məhkumun və müdafiəçisinin, həmçinin apellyasiya şikayətinin təmin edilməməsi barədə prokurorun çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2019-cu il tarixli hökmündən görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və barəsində narkomaniyadan məcburi müalicə təyin edilmişdir; Bakı Apellyasiya Məhkəməsinin ##.##.2019-cu il tarixli qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2019-cu il tarixli hökmü dəyişdirilərək təyin edilmiş 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası 10 (on) ilə endirilmişdir; məhkumun **** saylı şəxsi işindən görünür ki, məhkum Məhkum cəzasını Bakı Istintaq Təcridxanasında, * saylı Cəzaçəkmə Müəssisəsində, Umbakı Penitensiar Müəssisəsində və Müalicə Müəssisəsində çəkmiş, * saylı Cəzaçəkmə Müəssisəsinə isə ##.##.2025-ci il tarixdə Umbakı Penitensiar Müəssisəsindən daxil olmuşdur, cəzasının əvvəli ##.##.2019-cu il tarixdə başlayır, ##.##.2029-cu il tarixdə isə cəzası sona çatır; Bakı şəhəri Nizami rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarından görünür ki, məhkum Məhkum ceza çəkdiyi müddət ərzində daxili rejim qaydalarının tələblərini bilərəkdən və kobud şəkildə pozduğuna görə cəzasının çəkilməmiş qalan hissəsinin 2 (iki) il müddətini çəkməsi üçün ciddi rejimli cəzaçəkmə müəssisəsindən həbsxanaya keçirilmişdir; məhkumun **** saylı şəxsi işindən görünür ki, məhkumun cəza çəkdiyi müddət ərzində daxili rejim qaydalarının tələblərini pozduğuna görə barəsində ##.##.2019-cu il tarixdə 03 (üç) gün, ##.##.2020-ci il tarixdə 13 (on üç) gün, ##.##.2020-ci il tarixdə 07 (yeddi) gün, ##.##.2020-ci il tarixdə 07 (yeddi) gün, ##.##.2020-ci il tarixdə 05 (beş) gün, ##.##.2021-ci il tarixdə 15 (on beş) gün, ##.##.2022-ci il tarixdə 15 (on beş) gün, ##.##.2022-ci il tarixdə 15 (on beş) gün, ##.##.2023-cü il tarixdə 07 (yeddi) gün, ##.##.2023-cü il tarixdə 15 (on beş) gün, ##.##.2023-cü il tarixdə 15 (on beş) gün, ##.##.2023-cü il tarixdə 15 (on beş) gün, ##.##.2023cü il tarixdə 05 (beş) gün, ##.##.2025- ci il tarixdə 10 (on) gün və ##.##.2026-cı il tarixdə 15 (on beş) gün müddətinə "cərimə otağı"na təcrid olunmaqla, ##.##.2023-cü il tarixdə isə 02 (iki) ay müddətinə "kamera tipli otağa" təcrid olunmaqla tənbeh tədbirləri tətbiq edilmiş, barəsində heç bir həvəsləndirmə tədbiri tətbiq edilməmişdir. Göründüyü kimi məhkum cəzanın icrası qaydalarına əməl etməmiş və islah edilmə prosesi üçün əhəmiyyət kəsb edən məsələlər üzrə müsbət göstəricilər əldə etməmişdir. Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin: 70.1-ci maddəsinə əsasən ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər istisna olmaqla, davranışından və əməyə münasibətindən asılı olaraq məhkumlar cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilə bilərlər. 70.2-ci maddəsinə əsasən müsbət xarakterizə edilən məhkumlar cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə aşağıdakı hallarda keçirilə bilərlər: 70.2.1. həbsxanadan cəzaçəkmə müəssisələrinə - məhkəmənin hökmü ilə müəyyən olunmuş həbs cəzasının ən azı yarısını çəkdikdə. 70.2.2. ciddi rejimli cəzaçəkmə müəssisələrindən - ümumi rejimli cəzaçəkmə müəssisələrinə - cəza müddətinin ən azı üçdə iki hissəsini çəkdikdə. 70.2.3. ilk dəfə ağır cinayət törətmiş məhkumlar ümumi rejimli cəzaçəkmə müəssisələrindən - məntəqə tipli cəzaçəkmə müəssisələrinə - cəza müddətinin ən azı üçdə iki hissəsini çəkdikdə. 70.2.4. az ağır və ya böyük ictimai təhlükə törətməyən cinayət törətmiş məhkumlar ümumi rejimli cəzaçəkmə müəssisələrindən - məntəqə tipli cəzaçəkmə müəssisələrinə - cəza müddətinin ən azı üçdə birini çəkdikdə. «Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən izah olunmuşdur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Qərarın 2-ci bəndi ilə isə məhkəmələrə bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə olunmuşdur. Qeyd olunan Qərarın 1-ci bəndinə əsasən izah olunmuşdur ki, istənilən maddi və prosessual hüquq norması tətbiq olunarkən baxılan hər bir işin xarakteri, mahiyyəti, ictimai və fərdi maraqlara təsiri, qanuniliyi araşdırılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkumun cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən verilmiş ## #### 2026-cı il tarixli mülahizədən görünür ki, məhkum Məhkum müəssisədə aparılan abadlıq işləri və keçirilən mədəni-kütləvi tədbirlərdə iştirakı qeyri-qənaətbəxş olmuş, əməyə və təhsilə olan münasibəti mənfi olmuş, törətdiyi cinayət əməlini etiraf etməmiş, cəza çəkdiyi müddət ərzində barəsində 16 (on altı) dəfə tənbeh tədbiri tətbiq edilmiş, o cümlədən ##.##.2023-cü il tarixdə 02 (iki) ay müddətinə "kamera tipli otağa" təcrid olunmuş, barəsində isə heç bir həvəsləndirmə tədbiri tətbiq edilməmişdir. Bundan başqa, məhkəmə nəzərə alır ki, məhkum Məhkum cəza çəkdiyi müddət ərzində daxili rejim qaydalarının tələblərini bilərəkdən və kobud şəkildə pozduğuna görə Bakı şəhəri Nizami rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsinin 2 (iki) il müddətini çəkməsi üçün ciddi rejimli cəzaçəkmə müəssisəsindən həbsxanaya keçirilmiş, həmin qərarın icrasından sonra da, yəni ##.##.2025-ci və ##.##.2026-cı il tarixlərdə yenidən daxili rejim qaydalarını pozaraq barəsində tənbeh tədbirləri tətbiq edilmişdir ki, bu da onun davranışının dayanıqlı müsbət istiqamətdə dəyişmədiyini, tətbiq edilmiş sərt cəza-hüquqi təsir tədbirlərindən belə özü üçün lazımi nəticə çıxarmadığını göstərir. Cəzaçəkmə müəssisəsi tərəfindən məhkum Məhkum barəsində mənfi xarakterizə verilməklə, onun ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilməsinin məqsədəuyğun hesab edilmədiyi qeyd olunmuş, məhkəmə də məhkumun şəxsi işində olan sənədləri cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizə ilə qarşılıqlı müzakirə edərək belə qənaətə gəlir ki, mülahizədə göstərilən hallar iş materialları ilə tam təsdiq olunur və məhkumun islah olunduğu barədə nəticə çıxarmağa əsas vermir. Məhkəmə kollegiyası yuxarıda sadalanan qanun normalarından çıxış edərək qeyd edir ki, davranışından və əməyə münasibətindən asılı olaraq müsbət xarakterizə edilən məhkumlar cəzanın qanunla müəyyən olunmuş hissəsini çəkdikdən sonra məhkumun ərizəsi və ya cəzaçəkmə müəssisəsinin təqdimatı əsasında cəzaçəkmə müəssisəsinin mülahizəsi nəzərə alınmaqla cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə, yəni həbsxanadan cəzaçəkmə müəssisələrinə, ciddi rejimli cəzaçəkmə müəssisələrindən ümumi rejimli cəzaçəkmə müəssisələrinə və ümumi rejimli cəzaçəkmə müəssisələrindən məntəqə tipli cəzaçəkmə müəssisələrinə keçirilə bilərlər. Məhkəmə kollegiyası hesab edir ki, məhkum Məhkum ciddi rejimli cəzaçəkmə müəssisəsindən ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarının ləğv və ya dəyişdirilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Məhkum Məhkum ciddi rejimli cəzaçəkmə müəssisəsindən ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 08 (səkkiz) saat üçün cəmi 88 (səksən səkkiz) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri * saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 408-412-ci maddələrinə müvafiq qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar