Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-1275/2026 07.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi və məruzəsi ilə, Hakimlər Rəhimov Elmar Eldar oğlu və Hüseynov Elməddin Mirpaşa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Zeynalov Samir Elxan oğlunun katibliyi, Prokuror Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru prokuror1, Müdafiəçi “Alfa” Vəkil Bürosunun üzvü Müdafiəçi iştirakı ilə, Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin təmin edilməməsi barədə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X1 cəza çəkən məhkum Məhkum cəzanın çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X1 cəza çəkən məhkum Məhkum təyin edilmiş cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmasına dair ərizəsi təmin edilməmişdir. Həmin qərardan narazı qalan məhkum apellyasiya şikayəti verərək, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini, ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkum Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində vəfat etmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsi tərəfindən verilmiş ## ######## 2026-cı il tarixli, *-**-**/**/*-******/**** saylı məktubun məzmunundan görünür ki, Məhkum ##.##.2026-cı il tarixdə cəza çəkdiyi Penitensiar Xidmətin Müalicə Müssisəsində vəfat etmişdir. Məhkəmə iclasında iştirak edən məhkumun müdafiəçisi apellyasiya şikayətinin baxılmasına xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən prokuror prokuror1 apellyasiya şikayətinin baxılmasına xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayəti ilə əlaqədar işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq, iş materiallarını nəzərdən keçirərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayətinin baxılmasına xitam verilməli, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı isə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-in 76.1-ci maddəsinə əsasən, məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Həmin Məcəllənin 76.3-cü maddəsinə görə, məhkum böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını, ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini, xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmə ilə bağlı məhkumun ərizəsinə hazırki halda baxılması məhkum vəfat etdiyindən mümkün deyildir, bu halda apellyasiya şikayətinin baxılmasına xitam verilməli, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı isə ləğv edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397 və 398-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin baxılmasına xitam verilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. “Alfa” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 04 (dörd) saat üçün cəmi 44 (qırx dörd) manat dövlət büdcəsindən tutularaq “Alfa” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410 və 412ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-6)-1275/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-1275/2026
07.09.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver