Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-1279/2026 21.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi və məruzəsi ilə, Hakimlər Mehdiyev Emin Əlixan oğlu və Hüseynov Elməddin Mirpaşa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Zeynalov Samir Elxan oğlunun katibliyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X12 üçün X17 işinin təşkili şöbəsinin rəisi, R X2, Prokuror Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru prokuror1, Məhkum Məhkum və qanuni nümayəndəsi X3, Müdafiəçi «Alfa» vəkil bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, ##.##.2009-cu ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, Cəlilabad şəhəri, M.Hadi küçəsi, ev 69-da qeydiyyatda olan, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X12 üçün Penitensiar Müəssisəsində cəza çəkən Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərarından birinci instansiya məhkəməsində icraatda iştirak etmiş prokuror tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X12 üçün Penitensiar Müəssisəsində cəza çəkən məhkum Məhkum ərizə ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə ərizənin təmin olunması, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X12 üçün Penitensiar Müəssisəsində cəza çəkən məhkum Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə təyin edilən 03 il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 05 ay 29 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi qərara alınmışdır. Həmin qərardan birinci instansiya məhkəməsində icraatda iştirak etmiş prokuror apellyasiya protesti verib məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilərək məhkumun ərizəsinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmündən görünür ki, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində 3 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Məhkum ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcının ##.##.2024-cü il tarixdən hesablanması müəyyən edilmişdir. Məhkumun şəxsi işindən görünür ki, Məhkum ##.##.2024-cü il tarixdən Tərbiyə müəssisəsində cəzasını çəkir, cəzasının əvvəli ##.##.2024-cü il, ##.##.2027- cı il tarixdə isə cəzası sona çatır. Məhkum Məhkum törətdiyi cinayət üzrə 141 (yüz qırx bir) manat dövləti borcu ödənilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Müvəqqəti Qaydalara” əsasən yaradılmış Alt Komissiyanın ##.##.2026-cı il tarixli ** nömrəli protokolu ilə mənfi rəy almış məhkum Məhkum törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirməsinə baxmayaraq təhsilə münasibəti qənaətbəxş deyil və zərərçəkmiş şəxslə barışıq əldə etmədiyini nəzərə alaraq təyin edilmiş cəzadan vaxtından əvvəl şərti olaraq azad olunması məqsədə uyğun hesab edilmir. Bundan başqa, məhkəmə Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında ərizəyə baxarkən məhkumun törətdiyi əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, məhkumun əməyə və təhsilə münasibətini, məhkumun törətdiyi əmələ münasibətini, məhkumun davranışını xarakterizə edən digər məlumatları araşdırmamışdır. Belə olan halda, məhkum Məhkum cəzaçəkmə müddətində davranışının ümumilikdə müsbət qiymətləndirilməsi və bu səbəbdən onun cəzasını tam çəkməsinə lüzum olmadığından məhkumun ərizəsinin təmin edilməsinin məqsədəmüvafiq hesab edilməsi barədə məhkəmənin gəldiyi nəticəsini əsassızdır. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında çıxış edən prokuror prokuror1 apellyasiya protestini müdafiə edərək protestdə göstərilən əsaslarla təmin edilib birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv olunmaqla, məhkum Məhkum ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkum Məhkum və onun müdafiəçisi müdafiəçi1 apellyasiya protestinə etiraz edərək məhkəmədən protestin təmin edilməməsini, mübahisələndirilən qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsinin etibarnamə üzrə nümayəndəsi X5 çıxış edərək bildirdi ki, müəssisə tərəfindən verilmiş mülahizəni müdafiə edir. Apellyasiya protestinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası təqdim edilmiş materialları və məhkumun şəxsi işini qarşılıqlı şəkildə araşdırıb, apellyasiya protestinin dəlillərini müzakirə edərək, prokurorun həmin protestin təmin edilməsi barədə və müdafiə tərəfinin isə protestin təmin edilməməsi barədə çıxışlarını, dinləyərək hesab edir ki, apellyasiya protesti təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv olunmalı, ərizə təmin edilməməlidir. Belə ki, təqdim edilmiş materialdan görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmündən görünür ki, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində 3 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Məhkum ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcının ##.##.2024-cü il tarixdən hesablanması müəyyən edilmişdir. Məhkumun şəxsi işindən görünür ki, Məhkum ##.##.2024-cü il tarixdən Tərbiyə müəssisəsində cəzasını çəkir, cəzasının əvvəli ##.##.2024-cü il, ##.##.2027-cı il tarixdə isə cəzası sona çatır; məhkumun şəxsi işindən görünür ki, məhkum Məhkum cəza çəkdiyi müddət ərzində barəsində 2 (iki) dəfə həvəsləndirmə tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Müvəqqəti Qaydalara” əsasən yaradılmış Alt Komissiyanın ##.##.2026-cı il tarixli ** nömrəli protokolu ilə mənfi rəy almış məhkum Məhkum törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirməsinə baxmayaraq təhsilə münasibəti qənaətbəxş deyil və zərərçəkmiş şəxslə barışıq əldə etmədiyini nəzərə alaraq təyin edilmiş cəzadan vaxtından əvvəl şərti olaraq azad olunması məqsədə uyğun hesab edilmir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkum Məhkum cəzaçəkmə müddətində davranışı ümumilikdə müsbət qiymətləndirilməli və bu səbəbdən onun cəzasını tam çəkməsinə lüzum olmadığından məhkumun ərizəsi təmin edilməlidir. Məhkum barəsində verilmiş rəy müsbət məzmunludur, lakin Ədliyyə Nazirliyinin Komissiyasının müvafiq protokoluna əsasən məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmasına dair məhkəməyə mənfi mülahizə təqdim olunmasına qərar verilməsinə əsaslanaraq məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmasının məqsədə uyğun hesab olunmaması nəticəsinə gəlmişdir. Müvafiq komissiya protokolda məhkumun mənfi xarakterizə olunması, cəza çəkdiyi müddət ərzində barəsində tənbeh tədbirinin tətbiq edilməsinə istinad etsə də, məhkumun şəxsi işi öyrənilən zaman həmin hallar müəyyən edilmədiyindən məhkəmə müvafiq komissiyanın gəldiyi qənaəti işin hallarına uyğun olmayan nəticə kimi qiymətləndirərək onu məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması barədə məsələnin həllində müvafiq nəticəyə gəlməsi üçün etibarlı əsas kimi qəbul etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.3-cü maddəsinin tələbinə görə məhkum böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını, ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini, xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edilə bilər. Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 170.2-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Cəzaçəkmə mərhələsində yaranan məsələlərin həllinə dair vahid məhkəmə təcrübəsinin formalaşması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarında qeyd edilir ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Ona görə də, məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun törətdiyi cinayətə münasibətinin təzahür formasına xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. .... Bununla yanaşı məhkəmələr nəzərə almalıdırlar ki, bu sahədə olan qanun normalarının mənasına görə məhkumun cəza çəkməkdən şərti olaraq vaxtından əvvə azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunması və cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi imperativ norma deyildir. Qanunverici həmin normaların tətbiq olunmasını məhkəmənin cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlməsi, habelə azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxsin cəzaçəkmə müddətində davranışı, əməyə münasibəti, bir sözlə cəza çəkdiyi müddətdə şəxsiyyətini səciyyələndirən hallarla şərtləndirmişdir. Ona görə də məhkəmələr qeyd edilən normaları tətbiq edərkən qanunun göstərilən tələbləri baxımından gəldiyi nəticəni əsaslandırmalı, məhkumun müraciətdən asılı olaraq cəzasının qalan hissəsini çəkməsinə, yaxud azadlıqdan məhrumetmə növündə cəza çəkməsinə, yaxud da faktiki olaraq cəza çəkdiyi cəzaçəkmə müəssisəsində cəza çəkməsinə zərurət olub-olmamasını araşdırmalıdır (“Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı, №**/****, § 1 və 2, ## ####### 2010-cu il). Istinad edilən məsələləri tənzimləyən maddi və prosessual cinayət hüququ normalarının məzmunundan, eləcə də məhkəmə təcrübəsini formalaşdıran Azərbaycan Respublikası Ali Məhkəməsinin tövsiyəsindən görünür ki, həmin normalar bu institutun tətbiqinə yol verən formal əsaslar mövcud olduqda (qanunda nəzərdə tutulmuş cəzanın müddəti real olaraq çəkildikdə), onların məhkum edilmiş şəxs barəsində tətbiq olunmasını həmin şəxsin cəzanın icrası dövründə nümayiş etdirdiyi davranışı və əməyə münasibəti, cəzanın çəkilməsinin gedişini və nəticələrini əks etdirən bu və digər parametrlər üzrə onun müsbət xarakterizə olunması ilə əlaqələndirilir. Qeyd edilənlərlə yanaşı o da nəzərdən qaçırılmamalıdır ki, cinayət-icra hüququnda və beynəlxalq penitensiar standartlarda cəzanın məqsədi yalnız məhkum edilmiş şəxsin cəzalandırılması ilə məhdudlaşmır, eyni zamanda onun islah olunmasını, hüquqa hörmət edən davranış modelinin formalaşdırılmasını və cəmiyyətə reinteqrasiyasını nəzərdə tutur. Bu yanaşma insan hüquqlarının qorunması və cəzanın humanist icrası prinsiplərinin tərkib hissəsi kimi qəbul edilir və beynəlxalq normativ sənədlərdə açıq şəkildə ifadə olunmuşdur. Belə ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul edilmiş “Birləşmiş Millətlər Təşkilatının Məhkumlarla Rəftar üzrə X10 (X8)” sənədinin 4-cü Qaydasına əsasən, azadlıqdan məhrum etmənin əsas məqsədləri cəmiyyəti cinayətlərdən qorumaq və təkrar cinayət törədilməsinin qarşısını almaqdan ibarətdir və bu məqsədlərə yalnız məhkumların azadlığa buraxıldıqdan sonra hüquqa itaət edən və öz həyatını müstəqil şəkildə qura bilən şəxs kimi cəmiyyətə reinteqrasiya olunmalarının təmin edilməsi yolu ilə nail olmaq mümkündür (X6 Minimum Rules for the Treatment of Prisoners (the X1), BMT Baş Assambleyasının Qətnaməsi 70/175, Qayda 4, https://digitallibrary.un.org/record/802086/files/E_RES_2015_20-EN.pdf ). Eyni yanaşma Avropa Şurasının penitensiar hüquqa dair əsas normativ sənədlərindən biri olan “Nazirlər Komitəsinin Üzv X9(2006)2rev: X13 haqqında” sənədində də təsbit edilmişdir. Sənədin 6cı Qaydasında göstərilir ki, azadlıqdan məhrumetmə rejimi məhkumların azad cəmiyyətə reinteqrasiyasını asanlaşdıracaq şəkildə təşkil edilməlidir (Recommendation Rec(2006)2-rev of the Committee of Ministers on the X4, Rule 6, https://rm.coe.int/09000016809ee581 ). Beynəlxalq penitensiar hüquq doktrinasından irəli gələn bu yanaşmaya görə, məhkumun islah olunması formal və mexaniki meyarlarla deyil, onun davranışının və sosial uyğunlaşma potensialının məzmunlu qiymətləndirilməsi əsasında müəyyən edilməlidir. Ilk növbədə, məhkumun törətdiyi cinayət əməlinin hüquqi və sosial nəticələrini dərk etməsi, öz davranışına tənqidi yanaşması və gələcəkdə oxşar hüquqazidd əməllərdən çəkinmək niyyətinin formalaşması əsas göstəricilərdən biri hesab olunur. X8 məhz bu məqsədlə cəzanın tərbiyəvi və korrektiv funksiyasını ön plana çəkir (X6 Minimum Rules for the Treatment of Prisoners, Qayda 4). Bundan əlavə, məhkumun hüquqa hörmət edən sosial davranış modellərini mənimsəməsi, yəni cəmiyyətin norma və qaydalarına uyğun davranış bacarıqlarının formalaşdırılması zəruri şərt kimi qiymətləndirilir. Bu baxımdan, təhsil, əmək fəaliyyəti, peşə hazırlığı və psixoloji dəstək tədbirləri islah prosesinin mühüm elementləri hesab olunur. X7 Penitensiar Qaydalarında da qeyd olunur ki, penitensiar müəssisələrdə tətbiq edilən rejim və tədbirlər məhkumun şəxsiyyətinin müsbət istiqamətdə dəyişdirilməsinə yönəlməlidir (Recommendation Rec(2006)2-rev). Digər mühüm meyar məhkumun gələcəkdə təkrar cinayət törətmə ehtimalının azalması və qanunazidd davranışlardan çəkinməyə yönəlmiş sabit davranış modelinin formalaşmasıdır. Islah olunma anlayışı yalnız mövcud rejim qaydalarına formal riayət olunması ilə məhdudlaşmır, eyni zamanda məhkumun psixoloji və sosial baxımdan ictimai təhlükəlilik dərəcəsinin azalmasını, onun gələcək davranışının cəmiyyət üçün real risk yaratmamasını da əhatə edir. Bu yanaşma Birləşmiş Millətlər Təşkilatının X14 Standart Qaydalarında (X8) birbaşa cəzanın icrasının əsas məqsədlərindən biri kimi “təkrar cinayət törədilməsinin qarşısının alınması” ilə əlaqələndirilmişdir (X6 Minimum Rules for the Treatment of Prisoners, Qayda 4). Nəhayət, islah prosesinin son mərhələsi məhkumun sosial uyğunlaşması və reinteqrasiyasıdır. Bu mərhələdə məqsəd məhkumun azadlığa buraxıldıqdan sonra ailə, əmək və ictimai mühitə uyğunlaşmasını təmin etmək, onun hüquqa hörmət edən həyat tərzini davam etdirməsinə şərait yaratmaqdan ibarətdir. X13 bu mərhələdə dövlət orqanlarının və müvafiq institutların dəstək mexanizmlərinin tətbiqini zəruri hesab edir ((Recommendation Rec(2006)2rev), Rule 6). Məhkəmə kollegiyası Insan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) Vinter və Başqaları Birləşmiş Krallığa qarşı iş üzrə formalaşdırdığı hüquqi mövqenin də qeyd edilməsini diqqətəlayiq hesab edir. Həmin qərarda Avropa Məhkəməsi vurğulamışdır ki, azadlıqdan məhrumetmə cəzasının icrası zamanı məhkumun islah olunması və azadlığa çıxma perspektivinin mövcudluğu prinsipial əhəmiyyət daşısa da, bu perspektiv yalnız formal və ya abstrakt xarakter daşımamalı, məhkumun davranışında baş verən real, sabit və davamlı dəyişikliklərlə təsdiqlənməlidir. Avropa Məhkəməsinin mövqeyinə görə, əgər məhkumun davranışı onun hələ də emosional-psixoloji qeyri-sabitliyini, özünə və başqalarına qarşı təhlükəli davranış riskini, habelə sosial uyğunlaşma bacarıqlarının yetərli formalaşmadığını göstərirsə, bu halda onun islah olunmuş hesab edilməsi və azadlığa buraxılması Konvensiyanın tələblərindən irəli gəlmir. Belə hallarda cəzanın icrasının davam etdirilməsi cəmiyyətin təhlükəsizliyinin və ictimai maraqların qorunması baxımından əsaslandırılmış hesab olunur (Vinter və Başqaları Birləşmiş Krallığa qarşı [BP], № *****/**, §§ 119–121, # #### 2013-cü il). Beləliklə, milli qanunvericiliyin və Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı məhkəmə təcrübəsinin, habelə beynəlxalq normativ sənədlərdən və presedent hüquqdan irəli gələn yanaşmaların məcmusu onu təsdiq edir ki, məhkumun islah olunması cəzanın əsas məqsədlərindən biri olmaqla, kompleks və çoxaspektli qiymətləndirmə tələb edir və yalnız formal müsbət göstəricilərlə əsaslandırıla bilməz. Məhkəmə kollegiyası verilmiş apellyasiya protesti ilə bağlı təqdim edilmiş materialları məhkumun şəxsi işi ilə birlikdə nəzərdən keçirib qeyd edir ki, birinci instansiya məhkəməsi məhkum Məhkum barəsində verilmiş mülahizəni onun şəxsi işi ilə müqayisəli şəkildə tədqiq etməmiş, məhkumun cəzasının qanunla müəyyən edilən hissəsini çəkməsinə və onun barəsində verilmiş mənfi yönümlü mülahizə verilməsini nəzərə almadan məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsini təmin etməklə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məhkum Məhkum barəsində verilmiş mülahizədə məhkumun cəza çəkdiyi müddətdə mənfi xarekterizə olunmuşdur. Məhkəmə iclasında müəssisənin nümayəndəsi də bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Müvəqqəti Qaydalara” əsasən yaradılmış Alt Komissiyanın ##.##.2026-cı il tarixli ** nömrəli protokolu ilə mənfi rəy almış məhkum Məhkum törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirməsinə baxmayaraq təhsilə münasibəti qənaətbəxş deyil və zərərçəkmiş şəxslə barışıq əldə etmədiyini nəzərə alaraq təyin edilmiş cəzadan vaxtından əvvəl şərti olaraq azad olunması məqsədə uyğun hesab edilmir. Belə olan halda, məhkum Məhkum cəzaçəkmə müddətində davranışının ümumilikdə müsbət qiymətləndirilməsi və bu səbəbdən onun cəzasını tam çəkməsinə lüzum olmadığından məhkumun ərizəsinin təmin edilməsinin məqsədəmüvafiq hesab edilməsi barədə məhkəmənin gəldiyi nəticəsini əsassızdır. Azərbaycan Respublikası CPM-nin 399.1.1 və 399.1.2-ci maddələrinə əsasən məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası CPM-nin 401.2.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi onun tərəfindən məhkəmə iclasında tədqiq edilmiş və özünün gəldiyi nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstərən sübutları nəzərə almadıqda məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmayan hesab edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası apellyasiya protestinin dəlilləri ilə razılaşaraq hesab edir ki, verilmiş apellyasiya protestinin dəlilləri əsaslı olduğundan təmin edilərək, Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsinin təmin edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv olunmalı, məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin təmin edilməsindən imtina olunmalı, o, azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 05 (beş) ay 29 (iyirmi doqquz) gününü çəkməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X12 üçün Penitensiar Müəssisəsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 193, 398.1.2, 399.1.2, 514.1 və 520-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Apellyasiya protesti təmin edilsin. Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməsinə dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. Məhkum Məhkum ərizəsi təmin edilməsin. Məhkum məhkəmə iclas zalından həbsə alınaraq azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 05 (beş) ay 29 (iyirmi doqquz) gününü çəkməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X12 üçün Penitensiar Müəssisəsinə göndərilsin. Cəzasının çəkilməmiş qalan hissəsinin başlanğıcı ## ######## 2026-cı il tarixdən hesablansın. “Alfa” Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 165 (yüz altmış beş) manat dövlət büdcəsindən tutularaq “Alfa” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-6)-1279/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-1279/2026
21.09.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver