Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-1280/2026 14.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi və məruzəsi ilə, Hakimlər Mehdiyev Emin Əlixan oğlu və Hüseynov Elməddin Mirpaşa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Mirzəyev Ziya Əziz oğlunun katibliyi, Prokuror Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru prokuror1, Məhkum Məhkum və onun müdafiəçisi “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X13nın iştirakları ilə, Məhkum Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizənin təmin edilməməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 7(5-95)- ****/**** nömrəli qərarı ilə məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsi təmin edilməmişdir. Həmin qərardan narazı qalan məhkum apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsini və ərizənin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, birinci instansiya məhkəməsi ərizəsinə baxarkən hərtərəfli araşdırma aparmamışdır. Məhkəmə iclasında iştirak edən məhkum Məhkum və müdafiəçisi X13 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən prokuror prokuror1 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat bildirməmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının fikirlərini dinləyib hesab etdi ki, məhkəmə baxış iclasının cəzaçəkmə müəssisəsinin nümayəndəsi iştirakı olmadan keçirilməsi mümkün hesab edilsin. Məhkəmə kollegiyası təqdim edilmiş materialları və məhkumun şəxsi işini araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.3-cü maddəsinin tələbinə görə məhkum böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını, ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini, xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edilə bilər. Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 170.2-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Cəzaçəkmə mərhələsində yaranan məsələlərin həllinə dair vahid məhkəmə təcrübəsinin formalaşması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarında qeyd edilir ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Ona görə də, məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun törətdiyi cinayətə münasibətinin təzahür formasına xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. .... Bununla yanaşı məhkəmələr nəzərə almalıdırlar ki, bu sahədə olan qanun normalarının mənasına görə məhkumun cəza çəkməkdən şərti olaraq vaxtından əvvə azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunması və cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi imperativ norma deyildir. Qanunverici həmin normaların tətbiq olunmasını məhkəmənin cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlməsi, habelə azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxsin cəzaçəkmə müddətində davranışı, əməyə münasibəti, bir sözlə cəza çəkdiyi müddətdə şəxsiyyətini səciyyələndirən hallarla şərtləndirmişdir. Ona görə də məhkəmələr qeyd edilən normaları tətbiq edərkən qanunun göstərilən tələbləri baxımından gəldiyi nəticəni əsaslandırmalı, məhkumun müraciətdən asılı olaraq cəzasının qalan hissəsini çəkməsinə, yaxud azadlıqdan məhrumetmə növündə cəza çəkməsinə, yaxud da faktiki olaraq cəza çəkdiyi cəzaçəkmə müəssisəsində cəza çəkməsinə zərurət olub-olmamasını araşdırmalıdır (“Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı, №**/****, § 1 və 2, ## ####### 2010-cu il). Istinad edilən məsələləri tənzimləyən maddi və prosessual cinayət hüququ normalarının məzmunundan, eləcə də məhkəmə təcrübəsini formalaşdıran Azərbaycan Respublikası Ali Məhkəməsinin tövsiyəsindən görünür ki, həmin normalar bu institutun tətbiqinə yol verən formal əsaslar mövcud olduqda (qanunda nəzərdə tutulmuş cəzanın müddəti real olaraq çəkildikdə), onların məhkum edilmiş şəxs barəsində tətbiq olunmasını həmin şəxsin cəzanın icrası dövründə nümayiş etdirdiyi davranışı və əməyə münasibəti, cəzanın çəkilməsinin gedişini və nəticələrini əks etdirən bu və digər parametrlər üzrə onun müsbət xarakterizə olunması ilə əlaqələndirilir. Qeyd edilənlərlə yanaşı o da nəzərdən qaçırılmamalıdır ki, cinayət-icra hüququnda və beynəlxalq penitensiar standartlarda cəzanın məqsədi yalnız məhkum edilmiş şəxsin cəzalandırılması ilə məhdudlaşmır, eyni zamanda onun islah olunmasını, hüquqa hörmət edən davranış modelinin formalaşdırılmasını və cəmiyyətə reinteqrasiyasını nəzərdə tutur. Bu yanaşma insan hüquqlarının qorunması və cəzanın humanist icrası prinsiplərinin tərkib hissəsi kimi qəbul edilir və beynəlxalq normativ sənədlərdə açıq şəkildə ifadə olunmuşdur. Belə ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul edilmiş “Birləşmiş Millətlər Təşkilatının Məhkumlarla Rəftar üzrə X9 (X6)” sənədinin 4-cü Qaydasına əsasən, azadlıqdan məhrum etmənin əsas məqsədləri cəmiyyəti cinayətlərdən qorumaq və təkrar cinayət törədilməsinin qarşısını almaqdan ibarətdir və bu məqsədlərə yalnız məhkumların azadlığa buraxıldıqdan sonra hüquqa itaət edən və öz həyatını müstəqil şəkildə qura bilən şəxs kimi cəmiyyətə reinteqrasiya olunmalarının təmin edilməsi yolu ilə nail olmaq mümkündür (X4 Minimum Rules for the Treatment of Prisoners (the X2), BMT Baş Assambleyasının Qətnaməsi 70/175, Qayda 4, https://digitallibrary.un.org/record/802086/files/E_RES_2015_20-EN.pdf ). Eyni yanaşma Avropa Şurasının penitensiar hüquqa dair əsas normativ sənədlərindən biri olan “Nazirlər Komitəsinin Üzv X7(2006)2rev: X10 haqqında” sənədində də təsbit edilmişdir. Sənədin 6cı Qaydasında göstərilir ki, azadlıqdan məhrumetmə rejimi məhkumların azad cəmiyyətə reinteqrasiyasını asanlaşdıracaq şəkildə təşkil edilməlidir (Recommendation Rec(2006)2-rev of the Committee of Ministers on the X3, Rule 6, https://rm.coe.int/09000016809ee581 ). Beynəlxalq penitensiar hüquq doktrinasından irəli gələn bu yanaşmaya görə, məhkumun islah olunması formal və mexaniki meyarlarla deyil, onun davranışının və sosial uyğunlaşma potensialının məzmunlu qiymətləndirilməsi əsasında müəyyən edilməlidir. Ilk növbədə, məhkumun törətdiyi cinayət əməlinin hüquqi və sosial nəticələrini dərk etməsi, öz davranışına tənqidi yanaşması və gələcəkdə oxşar hüquqazidd əməllərdən çəkinmək niyyətinin formalaşması əsas göstəricilərdən biri hesab olunur. X6 məhz bu məqsədlə cəzanın tərbiyəvi və korrektiv funksiyasını ön plana çəkir (X4 Minimum Rules for the Treatment of Prisoners, Qayda 4). Bundan əlavə, məhkumun hüquqa hörmət edən sosial davranış modellərini mənimsəməsi, yəni cəmiyyətin norma və qaydalarına uyğun davranış bacarıqlarının formalaşdırılması zəruri şərt kimi qiymətləndirilir. Bu baxımdan, təhsil, əmək fəaliyyəti, peşə hazırlığı və psixoloji dəstək tədbirləri islah prosesinin mühüm elementləri hesab olunur. X5 Penitensiar Qaydalarında da qeyd olunur ki, penitensiar müəssisələrdə tətbiq edilən rejim və tədbirlər məhkumun şəxsiyyətinin müsbət istiqamətdə dəyişdirilməsinə yönəlməlidir (Recommendation Rec(2006)2-rev). Digər mühüm meyar məhkumun gələcəkdə təkrar cinayət törətmə ehtimalının azalması və qanunazidd davranışlardan çəkinməyə yönəlmiş sabit davranış modelinin formalaşmasıdır. Islah olunma anlayışı yalnız mövcud rejim qaydalarına formal riayət olunması ilə məhdudlaşmır, eyni zamanda məhkumun psixoloji və sosial baxımdan ictimai təhlükəlilik dərəcəsinin azalmasını, onun gələcək davranışının cəmiyyət üçün real risk yaratmamasını da əhatə edir. Bu yanaşma Birləşmiş Millətlər Təşkilatının X11 Standart Qaydalarında (X6) birbaşa cəzanın icrasının əsas məqsədlərindən biri kimi “təkrar cinayət törədilməsinin qarşısının alınması” ilə əlaqələndirilmişdir (X4 Minimum Rules for the Treatment of Prisoners, Qayda 4). Nəhayət, islah prosesinin son mərhələsi məhkumun sosial uyğunlaşması və reinteqrasiyasıdır. Bu mərhələdə məqsəd məhkumun azadlığa buraxıldıqdan sonra ailə, əmək və ictimai mühitə uyğunlaşmasını təmin etmək, onun hüquqa hörmət edən həyat tərzini davam etdirməsinə şərait yaratmaqdan ibarətdir. X10 bu mərhələdə dövlət orqanlarının və müvafiq institutların dəstək mexanizmlərinin tətbiqini zəruri hesab edir ((Recommendation Rec(2006)2rev), Rule 6). Məhkəmə kollegiyası Insan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) Vinter və Başqaları Birləşmiş Krallığa qarşı iş üzrə formalaşdırdığı hüquqi mövqenin də qeyd edilməsini diqqətəlayiq hesab edir. Həmin qərarda Avropa Məhkəməsi vurğulamışdır ki, azadlıqdan məhrumetmə cəzasının icrası zamanı məhkumun islah olunması və azadlığa çıxma perspektivinin mövcudluğu prinsipial əhəmiyyət daşısa da, bu perspektiv yalnız formal və ya abstrakt xarakter daşımamalı, məhkumun davranışında baş verən real, sabit və davamlı dəyişikliklərlə təsdiqlənməlidir. Avropa Məhkəməsinin mövqeyinə görə, əgər məhkumun davranışı onun hələ də emosional-psixoloji qeyri-sabitliyini, özünə və başqalarına qarşı təhlükəli davranış riskini, habelə sosial uyğunlaşma bacarıqlarının yetərli formalaşmadığını göstərirsə, bu halda onun islah olunmuş hesab edilməsi və azadlığa buraxılması Konvensiyanın tələblərindən irəli gəlmir. Belə hallarda cəzanın icrasının davam etdirilməsi cəmiyyətin təhlükəsizliyinin və ictimai maraqların qorunması baxımından əsaslandırılmış hesab olunur (Vinter və Başqaları Birləşmiş Krallığa qarşı [BP], № *****/**, §§ 119–121, # #### 2013-cü il). Beləliklə, milli qanunvericiliyin və Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı məhkəmə təcrübəsinin, habelə beynəlxalq normativ sənədlərdən və presedent hüquqdan irəli gələn yanaşmaların məcmusu onu təsdiq edir ki, məhkumun islah olunması cəzanın əsas məqsədlərindən biri olmaqla, kompleks və çoxaspektli qiymətləndirmə tələb edir və yalnız formal müsbət göstəricilərlə əsaslandırıla bilməz. Hazırki iş materiallarında olan məhkumun cəzanın icrası dövründə nümayiş etdirdiyi davranışı və əməyə münasibəti, cəzanın çəkilməsinin gedişini və nəticələrini əks etdirən, şəxsiyyətini xarakterizə edən sübutlar əsasında onun faktiki olaraq cəza çəkdiyi cəzaçəkmə müəssisəsində cəza çəkməsinə zərurətin aradan qalxdığı müəyyən olunmur. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Siyəzən Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-**/**** saylı hökmündən görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.1- ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi hökm edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəlinin ##.##.2025-ci il tarixdən hesablanması hökm edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərarı ilə Siyəzən Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-**/**** saylı hökmü dəyişdirilərək, “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 3.1-ci bəndinə əsasən Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ##.##.2025-ci il tarixə çəkilməmiş 1 il 4 ay 24 gün hissəsi 6 ay azaldılaraq həmin tarixə onun çəkilməmiş cəzası 10 (on) ay 24 (iyirmi dörd) gün müddətinə endirilmişdir. Məhkumun **** saylı şəxsi işindən görünür ki: Məhkum Umbakı Penitensiar Müəssisəsində saxlanılmış, ##.##.2026-cı il tarixdə ** saylı Cəzaçəkmə Müəssisəsinə qəbul olunmuş, ##.##.2026-cı il tarixdə isə cəzası sona çatır. “AZEMIS” Elektron Məhkəmə Informasiya Sistemindən görünür ki, məhkum Məhkum Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** saylı qərarı ilə barəsində təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzasının çəkilməmiş 04 (dörd) ay 01 (bir) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkumun cəzasının çəkilməmiş qalan hissəsini çəkmədən şərti olaraq vaxtından əvvəl azad etməyə dair mülahizəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının təsis etdiyi komissiya tərəfindən müzakirə olunmuş, komissiyanın iclasının ##.##.2026-cı il tarixli ** saylı protokolu ilə barəsində müsbət rəy bildirilmişdir. Birinci instansiya məhkəməsi məhkumun şəxsi işində olan sənədləri cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizə ilə qarşılıqlı müzakirə edərək haqlı olaraq qeyd etmişdir ki, cəzaçəkmə müəssisəsi tərəfindən Məhkum barəsində mənfi mülahizə verilmiş, həmçinin məhkum Məhkum cəza çəkdiyi dövrdə tam islah olunması müəyyən olunmur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, bir daha məhkumunun şəxsi işini araşdıraraq belə qənaətə gələrək hesab edir ki, birinci instansiya məhkəməsi məhkumun cəzasının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsini təmin etməməkdə haqlı olmuşdur. Belə ki, məhkəməyə təqdim edilən mülahizənin təsviri hissəsindən görünür ki, şəxsi işindən görünür ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,714 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımışdır. Məhkum Umbakı Penitensiar Müəssisəsində saxlanılmış, ##.##.2026-cı il tarixdə ** saylı Cəzaçəkmə Müəssisəsinə qəbul olunmuşdur. Müəssisəyə daxil olduğu gündən ona CM-nin daxili intizam qaydaları ilə yanaşı, hüquq və vəzifələri izah olunmuş və əməyə cəlb edilmişdir. Cəzanın çəkilməsi qaydalarını pozmaması və müəssisə əməkdaşlarının qanuni tələblərinə əməl etməsi tövsiyyə olunmuşdur. Karantin müddəti keçdikdən sonra məhkum zəruri məişət avadanlıqları ilə təmin edilərək təlimata uyğun olaraq ** saylı dəstəyə bölünmüşdür. Cəza çəkdiyi müddət ərzində məhkum barəsində tənbeh tədbiri tətbiq edilməmişdir. Məhkumla mütəmadi olaraq fərdi tərbiyəvi xarakterli söhbətlərdən o, özü üçün düzgün nəticə çıxarmağa bacarmış, davranışlarında müsbət dəyişikliklərə nail olmuşdur. Əməyə və təhsilə münasibəti müsbətdir. Beləki, bilik səviyyəsinin artırılması üçün kitabxanadan mütəmadi istifadə edir. Müəssisədə və dəstədə aparılan təmir abadlıq işlərində fəallıq göstərir. Məhkumlar arasında özünü intizamlı aparır. Müəssisədə və dəstədə keçirilən mədəni və tərbiyəvi tədbirlərdə, dəstə kollektiv şurasının və onun bölmələrinin iclaslarında iştirak edir. Cəza çəkdiyi müddət ərzində məhkum barəsində ##.##.2026-cı il tarixdə “Təşəkkür” həvəsləndirmə tədbir tətbiq olunmuşdur. Törətdiyi cinayət əməlini etiraf edir və peşmançılıq hissi keçirir. Xasiyyətcə sakit və mülayimdir. Ailə üzvləri və yaxın qohumları ilə görüş və telefon vasitəsi ilə əlaqə saxlayır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının ##.##.2025-ci il tarixli **-T nömrəli əmri ilə təsdiq edilmiş komissiya tərəfindən ##.##.2026- cı il tarixdə məhkum Məhkum müsbət rəy verildiyini nəzərə alaraq onun cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması məqsədəmüvafiq hesab olunmuşdur. Mülahizədə məhkumun islah olunduğu qeyd olunsa da, həmin mülahizəni məhkumun şəxsi iş materialları ilə yoxladıqda əsaslı olmadığı görünür. Beləliklə, məhkumun şəxsi işindən əldə olunan məlumatlar onun islah prosesi üzrə kifayət qədər irəliləyiş əldə etmədiyini və cəmiyyətə reinteqrasiyaya hazır olmadığını sübut edir. Apellyasiya şikayətində məhkumun qeyd etdiyi dəlillər şəxsin cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi üçün əsas deyildir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, Məhkum vaxtından əvvəl şərti olaraq azad edilməsinə dair ərizəsinin təmin edilməməsi barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarının ləğv və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Məhkum vaxtından əvvəl şərti olaraq azad edilməsinə dair ərizəsinin təmin edilməməsi barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X13 tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 10 (on) saat üçün cəmi 110 (yüz on) manat dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-6)-1280/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-1280/2026
14.09.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver