Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 7(3-9)-73/2026 25.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), Bəhmənov Habil Xanoğlan oğlu və Sultanov Cavid Rizvan oğlundan ibarət tərkibdə, Babayev Variq Baloğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin prokuroru, R X2, məhkum Məhkum, müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakı ilə, Məhkum Məhkum cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin olunmasına dair Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin prokuroru Nümayəndə tərəfindən verilmiş apellyasiya protestinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi) ilə ##.##.1964-cü il tarixdə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Bakı şəhər Nizami Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinə əsasən 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə ##.##.2025ci il tarixli amnistiya qərarına əsasən cəzası 6 ay azaldılmış Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməsi, onun Bakı şəhər Nizami Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 09 ay 08 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi, qərarın dərhal icra edilməsi barədə yekun qərar qəbul edilmişdir. İŞİN HALLARI İş materiallarından görünür ki, Bakı şəhər Nizami Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib, ona 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının ## ####### 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, onun cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunması və ərazi narkoloji dispanserində qeydiyyata alınması barədə yekun qərar qəbul edilmiş, habelə iş üzrə maddi sübutun taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Bundan başqa, Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə məhkum Məhkum barəsində “Konstitusiya və Suverenlik ili” münasibəti ilə amninistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025ci il tarixli Qərarının 3.1-ci bəndi tətbiq edilməklə Bakı şəhər Nizami Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmışdır. Cəzasının əvvəli ##.##.2023cü il tarixdə başlayır, sonu ##.##.2027-ci il tarixdə bitir. Məhkum Məhkum ərizə ilə məhkəməyə müraciət edərək, çəkilməmiş qalan cəzasından şərti olaraq vaxtından əvvəl azad olunmasını məhkəmədən xahiş etmişdir. Məhkum ərizəsini onunla əsaslandırmışdır ki, «cəzasının qanunla müəyyən olunmuş hissəsini çəkmişdir. Ona görə də, cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmasını xahiş etmişdir». Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə Məhkum ərizəsi təmin edilmişdir. APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qeyd olunan Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin prokuroru Nümayəndə apellyasiya protesti verərək, qərarın ləğv edilməsini və məhkum Məhkum ərizəsinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Lənkəran Rayon Məhkəməsinin hakimi Muradağa Qasımovun ##.##.2026-cı il tarixli qərarı ilə Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsi təmin edilmiş və Məhkum ona təyin edilmiş 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsindən (9 ay 8 gün) şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə qərar qəbul edilməsi əsassız olmuşdur. Məhkum Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cəzasının əvvəli ##.##.2023-cü il tarixdən hesablanmaqla 4 il müddətinə azadlıqdan məhrum edilmiş, Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarın 3.1-ci bəndi tətbiq edilməklə cəzası 6 ay azaldılmışdır. Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı qəbul edilənədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin maraqlı şəxs1 cəza çəkmişdir. Məhkəmə qərar qəbul edərkən, məhkum Məhkum əvvəllər eyni xarakterli cinayət törətməyə görə məhkum olunmasını, həmin cəzadan amnistiya aktı tətbiq edilərək vaxtından əvvəl azad edilməsinə baxmayaraq yenidən cinayət törətməsini, barəsində hökmün narkomaniyadan məcburi müalicə təyin olunması barədə hissəsinin icra edilməməsini nəzərə almadan məhkumun islah olunması qənaətinə gəlmiş, əsassız olaraq cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə qərar qəbul etmişdir. Məhkumun şəxsi işindən görünür ki, o, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.3.2 və 234.4.1-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.3-cü maddəsinə əsasən 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ##.##.2021-ci il tarixdə "8 Noyabr - Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 03 ay 07 gün hissəsindən azad edilmişdir. Göründüyü kimi, məhkum əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş, lakin cəzadan azad edildikdən sonra islah olunmayaraq yenidən eyni xarakterli cinayət törətmişdir. Bundan başqa, Bakı şəhər Nizami Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə CM-nin 93.1.2-ci maddəsinə əsasən məhkunun barəsində narkomaniyadan məcburi müalicə təyin edilsə də, hökm həmin hissədə icra edilməmişdir. Bundan əlavə, məhkəmə qərarında cəzaçəkmə müəssisəsinin nümayəndəsinin məhkumun əməyə münasibətinin müsbət olması barədə qeydləri göstərilsə də, məhkəmə iclasında məhkumun cəzaçəkmə müəssisəsində konkret hansı əmək fəaliyyəti ilə məşğul olması araşdırılmamışdır. Odur ki, məhkəmənin Məhkum barəsində çıxardığı ##.##.2026-cı il tarixli qərarı əsassız və ədalətsiz olduğundan ləğv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 399.1.1 və 399.1.2-ci maddələrinə əsasən məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası CPM-nin 401.2.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi onun tərəfindən məhkəmə iclasında tədqiq edilmiş və özünün gəldiyi nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstərən sübutları nəzərə almadıqda, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmayan hesab edilir. Azərbaycan Respublikası CPM-nin 520.7-ci maddəsinə əsasən hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında çıxarılmış məhkəmə qərarından bu Məcəllədə nəzərdə tutulmuş qaydada apellyasiya protesti verilə bilər. PROSESSUAL MƏSƏLƏLƏR Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin prokuroru, R X2 apellyasiya protestinin dəlillərini müdafiə edərək, həmin dəlillərə uyğun çıxış edib protestin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı məhkum Məhkum və onun müdafiəçisi müdafiəçi1 apellyasiya protestinin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı nəticəyə gəldiyini göstərib, apellyasiya protestinin təmin olunmadan, Lənkəran Rayon Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-nin 397.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, proses iştirakçılarının çıxışlarını dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmadığından, apellyasiya protesti təmin edilməli, məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsi təmin olunmamalıdır. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş iş materiallarından müəyyən olunur ki, Məhkum Bakı şəhər Nizami Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmçinin Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə barəsində ## ###### 2025-ci il tarixli amnistiya aktı tətbiq edilərək, cəzası 06 ay azaldılmışdır. Məhkumun şəxsi işindən görünür ki, onun cəzasının əvvəli ##.##.2023-cü il tarixdə başlayır, sonu ##.##.2027-ci il tarixdə bitir. Məhkum Məhkum çəkilməmiş qalan cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmənin qərarı ilə onun ərizəsi təmin olunmuş və o, cəzasının çəkilməmiş qalan 09 ay 08 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticələri əsaslı hesab etmir. Belə ki, iş materiallarında olan ** saylı CÇM-nin arayışından görünür ki, Məhkum 162 manat ekspertiza xərci dövlət nəfinə tutulmuşdur. İş materiallarında olan 2024-cü ilin illik xasiyətnaməsində Məhkum mənfi qiymətləndirilsə də, sonradan islah yoluna qədəm qoymuş və müsbət qiymətləndirilmişdir. Belə ki, 2025-ci ilin illik xasiyətnaməsində Məhkum əməyə münasibətinin müsbət, xasiyyətcə mülayim və mehriban olduğu, məhkumlar arasında özünü mülayim apardığı, dəstədə keçirilən tərbiyəvi tədbirlərdə iştirak etdiyi, törətdiyi əmələ görə peşman olduğu, telefon vasitəsilə ailə və yaxın qohumları ilə əlaqə saxladığı, islah yoluna qədəm qoymağa çalışdığı qeyd edilmişdir. İş materiallarında olan maraqlı şəxs1 ##.##.2025-ci il tarixli, 98 № li əmrdən görünür ki, 8 X1 münasibətilə keçiriləntədbirdə fəal iştirak etdiyinə görə Məhkum “Təşəkkür” elan edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Cinayət Məcəlləsinin 76.3.1-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 513.1-ci maddəsinə əsasən cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azadetmə- məhkumun ərizəsi, habelə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın vəsatəti əsasında cinayət qanununun müddəalarına müvafiq olaraq cinayət cəzalarını icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla, cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən tətbiq olunur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 170.1 və 170.2-ci maddələrinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, habelə cəzanın çəkilməsinin təxirə salınması tətbiq oluna bilən məhkum Azərbaycan Respublikasının Cinayət-Prosessual Qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəməyə ərizə ilə müraciət edə bilər. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Mülahizə ilə birlikdə məhkəməyə məhkumun şəxsi işi də göndərilir. «Cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli * saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunub-olunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirilməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Göründüyü kimi, Azərbaycan Respublikasının mövcud qanunvericiliyi cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışını, əməyə, təhsilə və törətdiyi cinayətə münasibətini bu məsələnin müsbət həllinin əsası kimi görür və bununla bağlı cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsinin nəzərə alınmasını zəruri hesab edir. İş materiallarından cəzaçəkmə müəssisəsinin rəhbərliyinin onun barəsində müsbət yönümlü mülahizə təqdim etdiyi görünür. Belə ki, iş materiallarında olan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin maraqlı şəxs1 yazılı mülahizəsindən görünür ki, “Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.3.2 və 234.4.1-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.3-cü maddəsinə əsasən 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ## ###### 2021-ci il tarixdə “8 Noyabr - Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 03 ay 07 gün hissəsindən azad edilmiş, ardınca Bakı şəhər Nizami Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə CM-nin 234.2-ci maddəsi ilə 04 il müddətinə azadlıqdan məhrum edilmiş, CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş, ##.##.2025-ci il tarixli amnistiya qərarına əsasən, Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə cəzası 6 ay azaldılmış, əvvəllər cəzasını * saylı İstintaq Təcridxanasında və 12-saylı CM-də çəkmişdir. maraqlı şəxs1 12-saylı CM-dən ##.##.2025-ci ildə qəbul edilmişdir. Kompleksə gələn gündən onunla fərdi tərbiyəvi söhbətlər aparılmış, hüquq və vəzifələri, cəzanın icrası qaydaları və şərtləri izah edilmişdir. Cəza çəkdiyi müddət ərzində barəsində tənbeh tədbiri tətbiq edilməmişdir. 2024-cü və 2025-ci il üzrə müsbət xarakterizə olunur. 162 manat ekspertiza xərci ödənilib. Ailə üzvləri ilə telefon və görüş vasitəsi ilə əlaqə saxlayır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin müəyyən müddətə azdlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı komissiyanın ## #### 2026-cı il tarixli ** saylı iclas protokoluna əsasən məhkum Məhkum vaxtından əvvəl şərti azad edilməsi ilə bağlı müsbət rəy verilməsi məqsədəmüvafiq hesab olunmuşdur. maraqlı şəxs1 cəza çəkən məhkum Məhkum cəzasının 3/4 hissəsini (##.##.2026) çəkmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin müvafiq komissiyasının müsbət rəyini nəzərə alaraq vaxtından əvvəl şərti azad olunması məqsədəuyğun hesab edilmişdir”. Yuxarıda qeyd edilən mülahizədən göründüyü kimi, cəzaçəkmə müəssisəsinin rəhbərliyi, həmçinin həmin mülahizəyə əsaslanan birinci instansiya məhkəməsi məhkum Məhkum islah olunması qənaətinə gələrək, onun cəzadan vaxtından əvvəl azad olunmasını məqsədəmüvafiq hesab etmişdir. Lakin həmin mülahizədə məhkum haqqında, o cümlədən onun əməyə davranışı, habelə mədəni-kütləvi tədbirlərdə iştirak etməsi barədə kifayət qədər xoşməramlı sözlər qeyd edilsə də, bunun konkret olaraq hansı mədəni-kütləvi tədbirlərdə fəal iştirak etməsi, belə iştirakın onun seçimi əsasında, yaxud məcburi iştirak tələb edən tədbir olub-olmaması, cəza çəkdiyi müddətdə hansı əmək fəaliyyəti növü ilə məşğul olması, əməyinin faydalı nəticələri və s. bu kimi hallarla bağlı əsaslandırma aparılmamışdır. Bir sözlə, mülahizədə məhkumun barəsində müsbət fikirlər formal olaraq sadalanmış, lakin heç bir fakta, dəlilə və sübuta əsaslanmamışdır. Halbuki, həm cəzaların icrası qanunvericiliyinin yuxarıda qeyd edilən normalarından irəli gələn mənaya görə, həm də Ali Məhkəmə Plenumunun qeyd edilən qərarındakı izaha görə mülahizə formal xarakter daşımamalı, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirilməli, bir sözlə, həqiqəti və reallığı əks etdirməlidir. Göründüyü kimi, məhkumun barəsində cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizə ümumi və formal xarakter daşımaqla, məhkumun islah olunmasını təsdiq edən davamlı davranış göstəricilərini əhatə etmir. Odur ki, məhkəmə kollegiyası qeyd edilən mülahizəni qanunvericiliyin nəzərdə tutduğu mənada verilməli olan müsbət mülahizə hesab etmir və belə nəticəyə gəlir ki, həmin mülahizə məhkum Məhkum ərizəsinin təmin edilməsinə əsas ola bilməz. Həmçinin məhkum Məhkum tam islah olunması, onun şəxsiyyətinin cəmiyyət üçün təhlükəli olmaması və onun islah yoluna yönəlməyə çalışması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası, həmçinin onu qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən, məhkəmə yalnız mülahizənin mövcudluğu ilə kifayətlənməməli, onu digər sübutlarla birlikdə qiymətləndirməlidir. Rejim qaydalarına əməl olunması və intizam pozuntularının olmaması məhkumun borcudur və özü-özlüyündə islah olunmanı sübut etmir. Bununla yanaşı, məhkəmə kollegiyası məhkum Məhkum şəxsiyyətini və onun cəzaçəkmə müddətində davranışını yalnız cəzaçəkmə müəssisəsi tərəfindən təqdim edilmiş müsbət xarakterli məlumatlarla məhdudlaşdırılmış şəkildə deyil, onun əvvəlki məhkumluğu, həmin məhkumluqdan sonra davranışı və hazırkı cinayətin törədilməsi ilə birlikdə qiymətləndirməyi zəruri hesab edir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Məhkum əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətmiş və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4.1-ci maddələri ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin cəzanın çəkilməmiş 03 ay 07 gün hissəsindən ## ###### 2021-ci il tarixdə amnistiya aktı əsasında azad edilmişdir. Lakin işin halları onu deməyə əsas verir ki, qeyd olunan cəzadan azad edildikdən sonra məhkumun islah olunduğunu və cinayət törətməkdən çəkindiyini təsdiq edən sabit davranış formalaşmamış, əksinə, o, yenidən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkumun əvvəlki məhkumluğunun mövcudluğu özözlüyündə onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə mane olan mütləq hüquqi hal kimi qiymətləndirilmir. Lakin məhkumun əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətə görə məhkum olunması, həmin cəzadan amnistiya əsasında vaxtından əvvəl azad edilməsindən sonra yenidən eyni xarakterli cinayət törətməsi onun cəzaçəkmə müddətində islah olunmasının və gələcəkdə qanuna riayət edəcəyinin qiymətləndirilməsi zamanı mühüm əhəmiyyət kəsb edən fərdi hallardır. Başqa sözlə, məhkumun əvvəlki cəzadan vaxtından əvvəl azad edilməsinə baxmayaraq, sonradan yenidən eyni xarakterli cinayət törətməsi onun barəsində cəzanın qalan hissəsini çəkməsinə lüzum olmadığı qənaətinə gəlmək üçün daha əsaslı və inandırıcı davranış göstəricilərinin mövcudluğunu zəruri etmişdir. Belə olan halda, yalnız sonrakı dövrdə cəzaçəkmə müəssisəsinin daxili rejim qaydalarına riayət etməsi, tənbeh tədbirinə məruz qalmaması və ayrı-ayrı tədbirlərdə iştirak etməsi məhkumun islah olunmasını təsdiq edən kifayət qədər əsas kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, məhkumun əvvəlki məhkumluğu və həmin cəzadan amnistiya əsasında azad edildikdən sonra yenidən eyni xarakterli cinayət törətməsi nəzərə alınmaqla, islah olunma barədə nəticənin yalnız nisbətən qısa müddət ərzində müşahidə edilmiş müsbət davranış göstəricilərinə deyil, daha davamlı və sabit davranış dəyişikliklərinə əsaslanması zəruridir. Bu hal xüsusilə ona görə əhəmiyyətlidir ki, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə institutu məhkumun cəzanın müəyyən hissəsini formal olaraq çəkməsi ilə deyil, onun cəza çəkdiyi müddətdə davranışının dəyişməsi nəticəsində cəzanın qalan hissəsini çəkməsinə artıq lüzum olmadığı barədə əsaslandırılmış məhkəmə qənaətinin yaranması ilə şərtlənir. Həmçinin məhkəmə kollegiyası apellyasiya protestində göstərilən məhkum barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsi ilə bağlı dəlilə də münasibət bildirərək qeyd edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Məhkum narkomaniyadan məcburi müalicə olunması müəyyən edilmişdir. İş materiallarında həmin hökmün bu hissəsinin faktiki icrasını, məhkumun müalicə kursundan keçməsini və nəticədə onun narkomaniya ilə bağlı vəziyyətində müsbət dəyişiklik baş verdiyini təsdiq edən məlumat müəyyən edilmir. Məhkəmə kollegiyası bununla bağlı vurğulayır ki, məcburi müalicə tədbirinin nəticələrini təsdiq edən məlumatların mövcud olmaması da öz növbəsində məhkumun islah olunmasını və cəmiyyətə qayıtmağa hazır olduğunu təsdiqləyən müsbət hal kimi qəbul edilə bilməz. Xüsusilə də söhbət əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı məhkum olunmuş və sonradan yenidən eyni xarakterli cinayət törətmiş şəxsdən getdiyindən, bu hal onun fərdi xüsusiyyətlərinin və islah olunma vəziyyətinin qiymətləndirilməsi zamanı nəzərdən kənarda saxlanıla bilməz. Bundan başqa, birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsasını təşkil edən müsbət xarakterli göstəricilərin məzmunu da məhkumun cəzanın qalan hissəsini çəkməsinə artıq lüzum olmadığı barədə qəti nəticə çıxarmağa imkan vermir. Belə ki, 2025-ci il üzrə xasiyyətnamədə məhkumun əməyə münasibətinin müsbət olması, xasiyyətcə mülayim və mehriban olması, məhkumlar arasında özünü mülayim aparması, tərbiyəvi tədbirlərdə iştirak etməsi, törətdiyi əmələ görə peşman olması və islah yoluna qədəm qoymağa çalışması qeyd edilmişdir. Eyni zamanda, maraqlı şəxs1 ## ###### 2025-ci il tarixli əmri ilə onun 8 Noyabr – Zəfər Günü münasibətilə keçirilən tədbirdə fəal iştirakına görə “Təşəkkür” elan edilmişdir. Məhkəmə kollegiyası qeyd olunan halları məhkumun cəzaçəkmə müddətində müsbət davranış göstəriciləri kimi nəzərdən qaçırmır. Lakin həmin halların məcmu halında qiymətləndirilməsi belə, məhkumun islah olunması barədə nəticəyə gəlmək üçün kifayət etmir. Çünki cəzaçəkmə müəssisəsində intizam qaydalarına əməl olunması və tənbeh tədbirinin tətbiq edilməməsi, eləcə də müəssisənin ayrı-ayrı tədbirlərində iştirak edilməsi məhkumun üzərinə düşən davranış qaydalarına riayət etməsinin göstəricisi olmaqla yanaşı, öz-özlüyündə onun cəzanın məqsədlərinə nail olduğunu və cəzanın qalan hissəsini çəkməsinə artıq ehtiyac olmadığını sübut edən hallar deyildir. Eyni zamanda, yuxarıda da qeyd edildiyi kimi, məhkəmənin diqqət yetirməli olduğu məsələlərdən biri də məhkumun əməyə münasibətinin konkret məzmunudur. İş materiallarında onun əməyə münasibətinin müsbət olduğu qeyd edilsə də, məhkumun cəza çəkdiyi müddətdə konkret olaraq hansı əmək fəaliyyətinə cəlb edilməsi, həmin fəaliyyətin müddəti və xarakteri, yerinə yetirdiyi işin nəticələri, əməyə münasibətinin hansı konkret faktlarla təsdiq olunması barədə kifayət qədər konkret məlumat yoxdur. Bundan başqa, ailə vəziyyəti, peşmançılıq hissinin keçirilməsi cəza təyin olunarkən nəzərə alına bilinən hallar olsa da, cəzanın çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad etmə mərhələsində onlar həlledici meyar hesab edilmir və islah olunmanı təkbaşına sübut etmir. Beləliklə, məhkumun qanunla tələb olunan cəza müddətini çəkmiş olması onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə yalnız imkan yaradan formal şərtlərdən biridir və həmin müddətin tamamlanması ərizənin avtomatik olaraq təmin edilməsini nəzərdə tutmur. Bununla yanaşı, məhkəmə məhkumun davranışını, əməyə və törətdiyi cinayətə münasibətini, əvvəlki məhkumluğunu, cəzaçəkmə müddətində əldə edilmiş müsbət göstəricilərin xarakterini və davamlılığını birlikdə qiymətləndirərək cəzanın qalan hissəsini çəkməsinə lüzum olubolmaması barədə əsaslandırılmış nəticəyə gəlməlidir. Hazırkı iş üzrə isə məhkumun cəzaçəkmə müəssisəsində tənbeh tədbirinə məruz qalmaması, ayrı-ayrı tərbiyəvi tədbirlərdə iştirak etməsi, bir dəfə “Təşəkkür” alması, ailə üzvləri ilə əlaqə saxlaması və əməyə münasibətinin müsbət xarakterizə edilməsi kimi hallar mövcud olsa da, bunlar məhkumun əvvəlki məhkumluğundan sonra yenidən eyni xarakterli cinayət törətməsi ilə bağlı yaranan mənfi halları aradan qaldırmır və onun cəzanın qalan hissəsini çəkməsinə lüzum olmadığı barədə kifayət qədər inandırıcı nəticəyə gəlməyə əsas vermir. Nəticə etibarilə, iş materiallarında Məhkum cəzanın qalan hissəsini çəkməsinə artıq lüzum olmadığı qənaətini təsdiq edən, bir-birini tamamlayan, konkret və inandırıcı sübutların məcmusu müəyyən edilmir. Cəzaçəkmə müəssisəsinin mülahizəsində əks olunan müsbət fikirlər isə konkret faktlarla kifayət qədər əsaslandırılmadığından, məhkumun əvvəlki cinayət davranışı və hazırkı məhkumluğu ilə birlikdə onun islah olunması barədə nəticə çıxarmağa yetərli deyildir. Belə olan halda, birinci instansiya məhkəməsi məhkumun ərizəsini təmin etməklə onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini əsaslandırarkən iş üçün əhəmiyyətli olan yuxarıda göstərilən halları tam və hərtərəfli qiymətləndirməmiş, məhkumun müsbət xarakterizə edilməsinə dair məlumatların məzmununu digər hallarla müqayisəli şəkildə araşdırmamış və nəticədə onun cəzanın qalan hissəsini çəkməsinə lüzum olmaması ilə bağlı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası məhkumun barəsində yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, həmin hallar Məhkum cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair qanuni və əsaslı nəticəyə gəlməyə əsas vermir. Odur ki, apellyasiya protesti təmin olunmalı, Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli, məhkum Məhkum ərizəsi təmin olunmamalı, o, dərhal məhkəmə iclas zalından həbs olunmalı, Şirvan Şəhər Polis Şöbəsi vasitəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı İstintaq Təcridxanasına etap edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398, 407, 410, 412 və 520-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin prokuroru Nümayəndə tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. Məhkum Məhkum ərizəsi təmin olunmasın. Məhkum Məhkum dərhal məhkəmə iclas zalından həbs olunsun. Məhkum Məhkum Şirvan Şəhər Polis Şöbəsi vasitəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı İstintaq Təcridxanasına etap edilsin. Qərarın icrası Şirvan Şəhər Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı İstintaq Təcridxanasına həvalə edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir.Qərardan Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Pərviz Hacıyev Hakimlər: Habil Bəhmənov Cavid Sultanov
Məhkəmə qərarları › İş №7(3-9)-73/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-9)-73/2026
25.09.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver