Məhkəmə qərarları › İş №7(3-6)-1364/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-1364/2026

21.09.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-1364/2026 21.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər – Əhmədov Zəfər Vahid oğlunun sədrliyi və məruzəsilə, X1 və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi – Əlizadə Xədicə Nahid qızının katibliyi, Müdafiəçi – Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili X2, Məhkum – Məhkum iştirakı ilə, Məhkum Məhkum ərizəsinin təmin edilməməsi barədə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Umbakı Penitensiar müəssisəsində cəza çəkən məhkum Məhkum ərizə ilə Bakı şəhəri Qaradağ rayon məhkəməsinə müraciət edərək "********* saylı cinayət işi üzrə ## ### 2016-cı il tarixli ittiham aktının qanunsuz hesab edilməsi, CM-nin 178.3.2 və 179.3.2-ci maddələrinin həmin məcəlləsinin 308-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi üçün Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinə müraciət edilməsi və məhkum olunduğu CM-nin 308-ci maddəsinin üzərindən götürülməsi barədə qərar qəbul edilməsini və məhkəmə iclaslarında iştirakının təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Umbakı Penitensiar müəssisəsində cəza çəkən məhkum Məhkum ərizəsi təmin edilməmişdir. Həmin qərardan narazı qalan məhkum Məhkum apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarının ləğv edilməsini, ərizəsinə mahiyyəti üzrə baxılmasını və təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərarı əsassız və qanunsuz hesab edir. Ərizəsində qeyd etmişdir ki, ittiham aktı kobud qanun pozuntuları və qərəzli tərtib edilmişdir. Belə ki, ona AR CM-nin 178.3.2 və 179.3.2-ci maddələri ilə ittiham verildiyi halda, həmin Məcəllənin 308.2-ci maddəsi ilə də ittiham verilmişdir. Bu isə bir cinayət əməlinə görə iki dəfə (təkrarən) cinayət məsuliyyətinə cəlb olunma deməkdir və Konstitusiyanın 64-cü AR CM-nin 8.2 və 17.4-cü, AR CPM-nin 34.1-ci maddələrinin müddəalarına ziddir. Apellyasiya baxışı zamanı məhkum Məhkum və müdafiəçisi X2 apellyasiya şikayətini müdafiə etdiklərini bildirmiş, apellyasiya şikayətinin təmin olunaraq birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq prokuror məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məhkəməyə rəsmi məlumat verilməmişdir. Azərbaycan Respublikası CPM-nin 453.3-cü maddəsinin tələblərinə əsasən protest və ya şikayətin baxılmasının müddəti və yeri haqqında vaxtında məlumatlandırılmış şəxsin gəlməməsi məhkəmə iclasının keçirilməsinə mane olmadığından məhkəmə kollegiyası prokurorun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərdən aydın olur ki, ## ###### 1970-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvəllər məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, Çaykovski küçəsi, ev 2, mənzil 82 ünvaında qeydiyyatda olmaqla yaşamış məhkum Məhkum Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## ### 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respubliakası Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2 və 308.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 14 (on dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Ali Məhkəmənin ##.##.2019-cu il tarixli qərarı ilə Məhkum hökmlə 178.3.2-ci maddə ilə tövsif olunmuş əməli 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinə tövsif edilməklə 04 (dörd) il 06 (altı) ay müddətinə, 179.3.2-ci maddəsi ilə təyin olunmuş əməli 11 (on bir) ildən 09 (doqquz) il 06 (altı) ay endirilməklə 66.3-cü maddəyə əsasən 03 (üç) il müddətə rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bakı şəhər Xəzər rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə 06 ay müddətə ümumi rejimli cəzaçəkmə müəssisəsindən həbsxanaya keçirilmişdir. Cəzasının əvvəli ## ### 2016-cı il tarixdən hesablanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkumun ərizəsində qeyd etdiyi müraciət, hökm və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında baxılan məsələlərə aid olmamaqla işə mahiyyəti üzrə baxan məhkəmə tərəfindən həll edilən məsələlərə aiddir. Məhkumun ərizəsində qeyd etmiş olduğu digər hal üzrə yəni, AR Cinayət Məcəlləsinin 178.3.2 və 179.3.2-ci maddələrinin həmin məcəlləsinin 308-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi üçün Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinə müraciət edilməsi ilə bağlı qeyd edilməlidir ki, həmin hal hazırki məslənin predmeti deyildir və vətəndaş bu halla bağlı birbaşa Konstitusiya Məhkəməsinə müraciət etmək hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası Konstitutsiyasının 130-cu maddəsinin V hissəsinə əsasən hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada bu maddənin III hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən həll edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədi ilə şikayət verə bilər. Məhkum isə birbaşa Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə deyil, bu halla bağlı məhkəməyə müraciət etmişdir ki, bu hal da qanun norması baxımından düzgün deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Brumaresku Rumıniyaya qarşı iş üzrə” ## ####### 1999-cu il tarixli Qərarda göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi həmçinin tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Beləliklə, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı ləğv edilməli, məhkum Məhkum tərəfindən verilmiş ərizə və şikayətinin icraata qəbulundan imtina edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1, 520-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Məhkum Məhkum ərizəsinin təmin edilməməsi barədə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilsin. Məhkum Məhkum tərəfindən verilmiş ərizə və şikayətinin icraata qəbulundan imtina imtina edilsin. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (iyirmi) saat üçün cəmi 110 (yüz on) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Hakimlər Zəfər Əhmədov(sədrlik edən), Faiq Qəniyev, Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar